Redaktor seçimi
AZAL vurduğu ziyanı ödəmək əvəzinə, RF prokurorluğuna haqq ödəyir -
Gəncə Şəhər Birləşmiş Xəstəxanasının analoqsuz tenderləri -
AAYDA-nin zəhəri və zərəri: büdcə talanından ekoloji fəlakətə...-
Müəllim-sahibkardan prezidentə müraciət:
"Bilgəh" Kardioloji Sanatoriyası kütləvi etiraz yaradır -
QHT-lərə Dövlət Dəstəyi Agentliyi dövlət büdcəsini belə talan edir! -
Əziz Quliyev İmişlidə azyaşlıları maşınla vurmasını ört-basdır etməyə çalışır -
Yaşam Klinikasında Məhəmməd Mehdi Aslaninin yaşatmaq vədləri:
Günün xəbəri

Ərdoğanın seçilməsindən sonra əlaqələrimiz...-- Rusiyalı rəsmi


Ərdoğanın yenidən Türkiyə Prezidenti seçilməsindən sonra Moskva ilə Ankara arasında münasibətlər yüksək səviyyədə qalacaq, ikitərəfli gündəliyin əsas istiqamətləri üzrə əməkdaşlıq davam edəcək.

Yenixeber.org: Bu barədə Rusiya Federasiya Şurasının beynəlxalq məsələlər komitəsinin rəhbəri Konstantin Kosaçev özünün Feysbuk səhifəsində bildirib.

Senator ölkələrin terrorizmə qarşı mübarizədə, o cümlədən İranla birlikdə üçtərəfli formatda qarşılıqlı əlaqələri davam etdirəcəyini bildirib.

K.Kosaçev deyib: “Hesab edirəm ki, seçkilərdən sonra Rusiya ilə münasibətlərdə dəyişiklik o qədər də nəzərə çarpmayacaq. Ərdoğan nə Türkiyənin NATO-dakı müttəfiqlərinin, nə də daxili qüvvələrin təsir edə biləcəyi müstəqil siyasət aparır. Hazırda əlaqələrimiz yüksək səviyyədədir və əgər regionda kəskin dəyişikliklər baş verməsə, ikitərəfli əlaqələrimizin pisləşməsinə heç bir səbəb yoxdur”.

K.Kosaçevin sözlərinə görə, bu, hərbi-texniki sahədə əməkdaşlığın da davam etdirilməsi deməkdir. Senator deyib: “Brüsseldən onun ünvanına tənqidlər artdıqca, - əsasən də Rusiyanın C-400 komplekslərinin alınması barədə, - Türkiyə Prezidenti özünü daha inamlı aparır. Ərdoğan NATO-nu ikili standartlarda ittiham edir, çünki bu təşkilatın digər üzvü Yunanıstan Rusiya istehsalı olan C-300 əldə etdiyi halda, onu heç kim qınamır. Ərdoğan hətta Rusiyaya C-500 sisteminin birgə istehsalı təklifi ilə öz prinsiplərini yeritməkdə davam edir”.


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam