Redaktor seçimi
Mingəcevirin İcra başçısı kütləvi narazılıq yaradır:  Sahibkar “Seyid”in xatirinə -
Anar Nağıyev beş yüz minlik tədbirləri harada keçirib ki, BSU-da heç kimi xəbəri yoxdu -
Gəncə Dövlət Universiteti belə idarə olunur: gündüzlər rektorun yanında, axşamlar isə...-
MÜLKİYYƏTƏ ZORAKILIQ: “Versal Palace” MTK-nın qanunsuz əməlləri və hüquqi fəsadları
“Olympus” MTK kütləvi narazılıq yaradır:
Abşeronda Birlik sədri “bulanıq suda belə gizlənir”:
Müəllim şərəfinə VƏFAsızlıq nümunəsi: Həm sözdə, həm əməldə RÜSVAYÇILIQ –
BSU-nun rektoru Anar Nağıyevə "İTTİHAM YAĞIŞI":
Günün xəbəri

“Azərbaycanda inqilab baş versə Moskva Bakının yanında olacaq”

 

a216c96a05b36158502cfcaa273a29c3_569

 

Rusiya-Azərbaycan münasibətlərinin aktivliyinin, xüsusən də, son zamanlarda kəskin artmasını danmaq mümkün deyil. Və bu məni Məmmədov soyadlı rusiyalı senator kimi sevindirməyə bilməz.

   "Xeberinfo.com": Bunu SalamNews-un Moskva müxbirinə açıqlamasında Rusiya Federasiya Şurasının Samara vilayətindən olan üzvü Sergey Məmmədov bildirib.

O, qeyd edib ki, Azərbaycan-Rusiya ikitərəfli tədbirlərdə fəal iştirak edir: “Biz qardaş xalqlarıq. Və Azərbaycanın rus dilinə, rus mədəniyyətinə bu cür yüksək ehtiramla yanaşması – göz qabağındadır. Ən çox rus məktəbləri olan – Azərbaycandır, kvota üzrə sayca ən çox tələbəsi olan – Azərbaycandır, təqribən 15 min abituriyentin rus dilində təhsil aldıqları ölkə – Azərbaycandır. Biz bunu görməyə bilmərik, bunu dana bilmərik, bunu fakt kimi təsdiqləməyə bilmərik. Tamamilə aydındır ki, beynəlxalq arenada əməkdaşlıq və digər müştərək səsvermələr Azərbaycan və Rusiyanın qarşılıqlı dəstəyi fonunda baş verir. Və bu da nə Rusiyaya münasibətdə Azərbaycan tərəfdən, nə də ki Azərbaycana qarşı Rusiya tərəfdən edilmiş bir cəsarət deyil, çünki bizim qardaş, tərəfdaş, dost, bərabərhüquqlu əlaqələrimiz var”.

Onun sözlərinə görə, Rusiyanın Azərbaycanla hərbi əməkdaşlıq da tam təbii xarakter daşıyır və dünyada baş verən hadisələrlə şərtləndirilir: “Biz sizi inandırırıq ki, əgər kiminsə ağlına Azərbaycanda hansısa bir inqilab etmək kimi axmaq fikir gəlsə, Rusiya, şübhəsiz, Azərbaycanın yanında olacaq”.

Özünün azərbaycanlı köklərindən danışan S.Məmmədov bunları deyib: “Mənim babam 1941-ci ildə cəbhəyə Bakıdan yollanıb. Sonralar həyat elə gətirdi ki, o qayıdandan sonra başqa təyinatlar aldı. Bakıya o artıq qayıtmadı. Və sonra hər şey elə baş verdi ki, Məmmədov Federasiya Şurasının üzvü oldu”.


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam