Redaktor seçimi
Yaşam Klinikasında Məhəmməd Mehdi Aslaninin yaşatmaq vədləri:
Böyük Britaniyada hüquqşünas Eldar Mahmudova görə cərimələnib -
Saleh Məmmədovun asfalt zavodu Ermənistanın Metsamor AES-i kimi:Tüstüdə gizlənən milyonlar və kəsilən nəfəslər –
AzTU-nun kafedra müdiri müəllimləri “quş” adlandırır?! -
“AzerGold”da diqqətçəkən vəzifə bölgüsü:
Deputat Əlibala Məhərrəmzadənin sərvətlərinin YENİ SİYAHISI
Fərid Qyıbov Gəncə stadionunda “öz havasını oynayır” –
Gəncə Dövlət Universitetinin rektoru Təhsil nazirinə qarşı:
Günün xəbəri

Tehran İrəvanla birgə döyüşəcəkmi? -İran səfiri sualdan yayındı

Tehran İrəvanla birgə döyüşəcəkmi? -    İran səfiri sualdan yayındı 
İran hər iki ölkəyə münaqişə məsələlərini müstəsna olaraq danışıqlar yolu ilə həll etməyi tövsiyə edir. 
Yenixeber.org: Bunu İranın Ermənistandakı səfiri Abbas Bədaşxan Zohuri jurnalistlərə açıqlamasında deyib.
"Sputnik Ermənistan"ın müxbiri diplomatdan İrəvanla Bakı arasında yeni hərbi əməliyyatların baş verəcəyi təqdirdə Tehranın hansı tədbirləri görəcəyini soruşub.
Zohuri isə cavab verib ki, Ermənistan və İran bütün münaqişələrin və problemlərin dialoq yolu ilə həll edilməsində maraqlıdır.
"Əlbəttə, İran müxtəlif platformalar da daxil olmaqla dialoqu dəstəkləməyə hazır olduğunu bəyan edib", - səfir suala konkret cavab verməkdən yayınıb.
Səfir İrəvanın avropalı müşahidəçiləri Azərbaycanla sərhədə daşımasından narahat olduğunu da gizlətməyib. Diplomat region ölkələri arasında mövcud olan bütün problemlərin yalnız bu dövlətlərin özünün iştirakı ilə həll edilməli olduğunu vurğulayıb.
O qeyd edib ki, region ölkələri özləri dialoq əsasında təhlükəsizliyi təmin edə bilərlər: "Əlbəttə ki, bölgədə təhlükəsizliyin və sülhün təmin olunması baxımından digər dövlətlər də öz töhfələrini verə bilərlər. Amma istənilən halda sülh və təhlükəsizlik o zaman gələcək ki, problemlər region ölkələri tərəfindən həll olunacaq".
Xatırladaq ki, bir neçə gün öncə Ermənistan xarici işlər nazirinin müavini Vahan Kostanyan sensasiyalı açıqlama vermişdi. O, sentyabr döyüşlərinə toxunarkən iddia edib ki, onlarda olan kəşfiyyat məlumatlarına görə rəsmi Bakı Ermənistanın təxribatlarına cavab olaraq daha genişmiqyaslı hərbi əməliyyatlar reallaşdırmalıymış. Guya İranın hərbi ritorikası toqquşmaların daha da genişlənməsinin qarşısını alıb.

Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam