Redaktor seçimi
Gəncə Şəhər Birləşmiş Xəstəxanasının analoqsuz tenderləri -
AAYDA-nin zəhəri və zərəri: büdcə talanından ekoloji fəlakətə...-
Müəllim-sahibkardan prezidentə müraciət:
"Bilgəh" Kardioloji Sanatoriyası kütləvi etiraz yaradır -
QHT-lərə Dövlət Dəstəyi Agentliyi dövlət büdcəsini belə talan edir! -
Əziz Quliyev İmişlidə azyaşlıları maşınla vurmasını ört-basdır etməyə çalışır -
Yaşam Klinikasında Məhəmməd Mehdi Aslaninin yaşatmaq vədləri:
Böyük Britaniyada hüquqşünas Eldar Mahmudova görə cərimələnib -
Günün xəbəri

ÇİNİN HƏRBİ PARADLA VERDİYİ SİQNALLAR... - Və gizlətməyə çalişdiği realliq

Pekin niyə Qərbə qarşı səmərəli alternativ təqdim edə bilmir?

İkinci Dünya müharibəsindən sonra dünya siyasi-iqtisadi və ideoloji cəhətdən iki qütbə ayrılmışdı. Şərq qütbünün hegemonu sayılan Sovet İttifaqının dağılması nəticəsində qlobal məkanda ABŞ-nin şəksiz liderliyi hökm sürməyə başladı.

Yenixeber.org: Hazırda ABŞ-yə qarşı alternativ güc mərkəzi kimi çıxış etməyə başlayan Çin Xalq Respublikası öz ətrafında yeni bir qütb formalaşdırmağa çalışır. Səksən il bundan əvvəl Yaponiya üzərində qələbəni təntənəli hərbi paradla qeyd etməsi Pekinin qlobal iddiasından xəbər verir. Halbuki, bu müharibədə Çin Yaponiyaya qalib gəlməyib, əksinə, müharibəinin sonuna kimi Yaponiya Çini işğal altında saxlayıb.

Belə ki, Yaponiya 1937-ci ildə Çinlə müharibəyə başlamış və 1945-ci ilin avqustunadək bu ölkənin şərq hissəsini tamamilə işğal etmişdi. Yaponiya bu müharibə zamanı Filippini, İndoneziyanı, Salamon adalarını və Hind-Çin yarımadasına daxil olan bütün ölkələri ələ keçirmişdi. ABŞ ordusu ilə mübarizə aparan yaponlar müharibənin gedişi zamanı Sakit okean hövzəsindəki mühüm strateji mövqelərini itirmişdilər. Almaniyanın məğlubiyyətindən sonra SSRİ-nin 1,6 milyon əsgərlə Yaponiyaya qarşı döyüşə başlamasından, amerikanların Xirosima və Naqasakiyə atom bombası atmasından sonra Yaponiya təslim olmuş və tutduğu bütün əraziləri tərk etmək məcburiyyətində qalmışdı...

Göründüyü kimi, Yaponiyaya Çin yox, ABŞ və SSRİ qalib gəlib. Ümumiyyətlə, həmin dövrdə Yaponiya iqtisadi, elmi, texnoloji və hərbi baxımdan Çindən dəfələrlə güclü idi.

Ancaq indiki halda tarixin dərinliklərində ilişib qalmağa lüzum yoxdur və bugünkü gerçəklikdən çıxış etmək lazımdır. Sözsüz ki, Çinin qlobal miqyasda maraqları var və bu hərbi paradla o, öz niyyətini gizlətmədiyini ortaya qoydu. Çin həmçinin, bu hərbi paradla qlobal miqyasda ABŞ-yə qarşı yeni alternativ mərkəz ola biləcəyinin siqnallarını verdi.

ABŞ Prezidenti Donald Tramp Pekində keçirilən hərbi paradı belə şərh edib:”Gözəl mərasim idi, çox təsirediciydi, amma niyə belə etdiklərini anlayıram. Onlar mənim buna baxacağıma ümid edirdilər, mən də baxdım”.

Çin paradda ilk dəfə öz nüvə triadasını təqdim etdi. Buraya havadan atılan “Jinglei-1”, sualtıqayıqdan buraxılan “JL-3” və qitələrarası “Dongfeng-31”, ”Dongfeng-61” və “Dongfeng-5C” ballistik raketləri daxildir. Ümumilikdə Çinin taktiki və strateji olmaqla 600 ədəd nüvə raketi var.


Çin bu paradla demək istəyirdi ki, Qərbdən narazı olanlar ehtiyat etmədən, heç nədən çəkinmədən bizim ətrafımızda toplaşa bilərlər. Çünki bizim güclü iqtisadiyyatımızla yanaşı, həm də möhtəşəm ordumuz var. Elə bu səbəbdən də çinlilər hərbi paradı mümkün qədər təmtəraqlı keçirdilər. Çin qlobal çapda lider olmaq üçün bir neçə platformadan və çoxşaxəli əməkdaşlıq təşkilatlarından istifadə edəcək.

Çinin önündə dayanan ən ümdə məsələlərdən biri özünə lazımi tərəfdaşlar tapmaq və həm onlardan istifadə etmək, həm də onların iqtisadi maraqlarını təmin etməkdir. Bundan əlavə, Çin himayədar rolunu da öz üzərinə götürməlidir və tərəfdaşlarının təhlükəsizliyinə zəmanət verməlidir. Əks təqdirdə, Çin yalnız birtərəfli qaydada fayda götürməyə çalışsa,onun yanıda kimsə dayanmaz.

Ancaq Çin ABŞ başda olmaqla Qərb dünyasına qarşı koalisiya formalaşdırmaq fikrindədirsə, o zaman gərək öz ətrafına yığmaq istədiyi dövlətlər arasındakı dərin ziddiyyətləri ortdan qaldırsın. Bu isə çox müşkül işdir. Məsələn, Çinin qonşusu və rəqibi Hindistan ABŞ, Yaponiya və Avstraliya ilə birlikdə”QUAD”(Quadrilaterial Security Dialogue-Dördtərəfli Təhlükəsizlik Dialoqu) təşkilatındadır. Çinin lider kimi göründüyü Şanxay Əməkdaşlıq Təşkilatı iqtisadi patformadır və oraya daxil olan ölkələr həm də ABŞ və Avropya ilə yaxşı münasibətlər qurmaq niyyətindədirlər.

Belə görünür ki, Çinin Qərbə qarşı mübarizəsində Rusiya və Şimali Koreyadan başqa gerçək müttəfiqi hələ ki, yoxdur. Əslində, Çin ABŞ ilə geostrateji mübarizə kontekstində Rusiyadan müttəfiq kimi yox, xammal bazası, vassal kimi yararlanmaq istəyir. Rusiya isə məmnuniyyətlə Pekinin arzuladığı rolu oynamağa hazırdır. Pekin Rusiyanın maliyyə sıxıntısı çəkməsinə baxmayaraq, ona bu sahədə heç bir yardıım göstərmir. Vladimir Putin Si Cinpindən “UnionPay” ödəmə sistemindən rusların yenidən istifadəsinə imkan yaradılmasını xahiş etsə də, Çin rəhbəri buna razılıq verməyib.


Prosesləri diqqətlə izləyəndə aydın olur ki, istər ABŞ və istərsə də Çin Rusiyanın zəifləməsini, taqətdən tam düşməsini istəyirlər və maraqlıdır ki, hər iki tərəf sonda Rusiyanın məhz onların ixtiyarına keçəcəyini düşünür.

Sözsüz ki, ABŞ qlobal miqyasda onunla mübarizəyə girişən Çinin arsenalında hansı silahların olmasını və eyni zamanda onun hansı siyasi məqsədlər güddüyünü yaxşı bilir. Əslində, Çinin güclənməsi ABŞ-nin maliyə və texnoloji köməyi sayəsində baş tutub. Hazırda Çin üçün ABŞ və Avropa əsas bazardır və dünyanın bu iki mərkəzi ilə Avrasiyada, Afrikada geostrateji mübarizə aparmaq Pekinin gələcək ticarət imkanlarına ölümcül zərbə vura bilər. Ona görə də Çin ABŞ və Avropa bazarını itirmək riskinə getmədən qlobal oyunçuya çevrilmək istəyir, yoxsa “İpək yolu” və “Bir yol, bir zolaq” layihəsinə xeyli pul xərcləməyə nə ehtiyac var?

Çin öz iqtisadi təməlini ixrac üzərində qoyub və ona görə də onun “kövrək yerini” yaxşı bilən Donald Tramp iki ölkə arasındakı ticarətdəki balans pozğunluğundan istifadə edərək tarif “müharibəsinə” başlayıb. Çin iqtisadi inkişaf və böyümə cəhətdən özünün ən yüksək mərhələsini geridə qoyub. Onun iqtisadiyyatı ciddi problemlərlə üzləşib. Əsas problem isə iqtisadiyyatın öncəki illərə nisbətən daha ləng böyüməsidir. İlk baxışda bu, problem sayılmaya bilər, lakin iqtisadiyyatın zəifləməsi meyli bir neçə ildir ki, davam edir. Məsələn, mənzil tikintisi sektorunda aparıcı mövqedə dayanmış “Evergrande” şirkətinin iflasa uğraması Çinin daxili problemləri sırasında mühüm yer tutur...


Pekini narahat edən məsələlərdən biri də Çinin yarımkeçirici məmulatlar sahəsində ABŞ və Tayvandan geri qalmasıdır. Bu sahəyə böyük pullar xərclənməsinə baxmayaraq, Çinin “YMTC” və “SMIC” şirkətləri gözlənilən nəticəni əldə edə bilməyiblər. ABŞ-yə alternativ olmaq istəyən güc mütləq elektronika sahəsindəki geriliyi qapatmalı və önə çıxmalıdır.

Beləliklə, Rusiya və Şimalı Koreya kimi dövlətləri yanına alıb ABŞ başda olmaqla Qərbin hegemonluğuna qarşı meydan oxumaqdan öncə Çin daxili iqtisadi problemləri həll etməli, elektronika sahəsindəki geriliyi qapatmalı və yaxın qonşuları ilə ziddiyyətləri yoluna qoymalıdır. Çin hələ ki, beynəlxalq iqtisadi-maliyyə sistemini dollar, avro, yen, funt-sterlinqlə əlində saxlayan və NATO kimi böyük hərbi alyansda birləşən Qərbə qarşı daha səmərəli alternativ təqdim edə bilməyib.(Azpolitika)

Vaqif Nəsibov


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam