İranın yeni qonşuluq siyasəti –“Allahın ərköyün bəndəliyi”ndən “Türk birliyi” xəttinə keçiş
İranın dünən təyin olunan Xarici İşlər naziri Hüseyn Abdullahiyan ölkənin yeni hakimiyyətinin xarici siyasətinin prioritetləri barədə ilk açıqlamasını yayımlayıb.
Yenixeber.org: Məlumata görə, nazir yeni kabinetin gələcək xarici siyasət prioritetlərini Twitter paylaşımı vasitəsilə bəyan edib.
“İslami Şura Məclisindən etimad səsi alaraq xarici siyasət və beynəlxalq əlaqələr sahəsində böyük İran millətini təmsil etməkdən qürur duyuram.
Ləyaqət, müdriklik və məqsədəuyğunluq prinsiplərinə əsaslanan balanslı, aktiv və ağıllı diplomatiyaya riayət etmək əzmindəyik.
Qonşular və Asiya ilk prioritetdir”, - Hüseyn Abdullahiyanın dünən yaydığı Twitter paylaşımında belə deyilir. Paylaşımın son cümləsi İbrahim Rəisi hökumətinin xarici siyasətinin əsas ağırlıq mərkəzini göstərir – Qonşular və Asiya ölkələri. Bundan əvvəlki hakimiyyətin qarşıya qoyduğu başlıca hədəfin Qərb ölkələri ilə münasibətləri yaxşılaşdırmaq və İrana qarşı beynəlxalq basqıları, sanksiyaları yumşaltmaq olduğunu nəzərə alsaq, Rəisi iqtidarının xarici siyasət kursunda önəmli dəyişikliklərə gedəcəyi yeni nazirin sözügedən qısa mesajından aydın görünür. Belə ki, Ruhani hakimiyyəti ilk iqtidarı dövründə BMT-nin Təhlükəsizlik Şurasının daimi üzvləri və Almaniya ilə bağladığı nüvə sazişində Qərbin ağır sanksiyalarının dayandırılmasını nəzərdə tutan razılaşmalar əldə edə bilmiş, amma bu ümidi uzun sürməmişdi. Obama hakimiyyəti dövründə 2015-ci ildə bağlanan saziş ABŞ-ın növbəti prezidenti Donald Tramp tərəfindən birtərəfli qaydada ləğv edilmiş və İrana daha ağır sanksiyalar tətbiq olunmuşdu. 4 illik Tramp hakimiyyətindən sonra iqtidara gələn Co Bayden də münasibətlərin nizamlanacağı ümidlərini doğrultmamışdı. Hazırda Avstriyanın paytaxtı Vyanada nüvə danışıqlarının davam etdiyini göz önündə bulundursaq, Rəisi hakimiyyətinin yeni xarici siyasətinin prioritetləri barədə yayılan bu qısa bəyanat Tehranın məlum sazişi qurtarma səylərinin nəticə verəcəyinə inanmadığını və tərəf müqabillərinə öz kursunu dəyişdirəcəyinə dair mesajlar verdiyini anlaya bilərik. Prinsipcə, İran yeni mərhələdə tədricən öz qınına çəkilmə siyasətinə üstünlük verməsi təəccüblü görünmür. Ölkəyə qarşı tətbiq olunan ağır sanksiyaların nəticələrini yumşaltmaq və kompensasiya etmək üçün başqa alternativ də yoxdur.
Bəs, İranın qonşular və Asiya ölkələri ilə münasibətləri gücləndirməyi prioritet elan etdiyi xarici siyasəti necə, baş tuta bilərmi? Bu siyasətin qarşısında hansı əngəllər və perspektivlər dayanır?
Zənnimizcə, bu suala doğru cavab vermək üçün ilk öncə İranın qonşu olduğu dövlətlərin siyahısına baxmaq lazımdır. Məlum olduğu kimi, İranın 13 qonşusu var, bunlardan 6-sı körfəzdə, 2-si qərbdə, 2-si şərdə, 3-ü isə şimalda yerləşir.
İranın Bəsrə körfəzindəki qonşuları: Bəhreyn, Birləşmiş Ərəb Əmirlikləri, Qətər, Əmman, Küveyt və Səudiyyə Ərəbistanı;
Qərb qonşuları: İraq və Türkiyə;
Şərq qonşuları: Əfqanıstan və Pakistan;
Şimal qonşuları: Azərbaycan, Ermənistan və Türkmənistan.
İran İslam İnqilabından indiyədək rəsmi Tehranın əsas diqqət ayırdığı qonşuluq siyasəti Körfəz ölkələri ilə bağlıdır və bu gün də eyni xətt davam etdirilir. Körfəz ölkələri ilə heç də hamar olmayan bu siyasətin 2 müəyyənedicisi var; bunlardan biri məlum coğrafiyanın iqtisadi potensialından, digəri isə tərəflərin əldə rəhbər tutduqları fərqli dini-siyasi nəzəriyyələrdən irəli gəlir.
Bəllidir ki, dünya neftinin son zamanlara qədər bilinən rezervinin 40%-i Bəsrə körfəzində yerləşir. Daha sonra ABŞ-ın şist nefti sahəsində tətbiq etdiyi yeni texnologiyalarla enerji ehtiyatları anlayış dəyişsə də, Bəsrə körfəzi öz əhəmiyyətini itirmədi. Bölgənin neft ehtiyatı baxımından ən zəngin ikinci ölkəsi isə İrandır. Təbii sərvətlər gösəricilərində Səudiyyə Ərəbistanını təqib edən İranın bu potensialı onu istər-istəməz bölgə ölkələri ilə rəqabətə sürükləyir və Tehranın xarici siyasət kursuna öz təsirini göstərir.
Nə qədər açıq etiraf olunmasa da, İranla körfəz ölkələri arasındakı ziddiyyətin başlıca səbəbi də elə enerji rəqabəti ilə bağlıdır. Son 100 ildən artıq dövrü nəzərdən keçirsək, Səudiyyə Ərəbistanını həmişə İranın net siyasətinin qarşısında görərik. Məhz bu rəqabət istər-istəməz dünya bazarında “qara qızıl”ın su qiymətinə satılmasını, istehsalçı Qərb şirkətlərinin, sərvət sahibi ölkələrlə sövdələşmədə daha üstün mövqe əldə etməsini şərtləndirmişdi. Ən əsası isə İranla Qərb ölkələri arasında ziddiyyətlərin artdığı zamanlarda körfəz ölkələri bunu yeni bazar əldə etmək fürsəti kimi dəyərləndirib və Tehranın dirəniş gücünü azaldıb, bu gün də azaldır. İran da istər-istəməz körfəz ölkələrini zəiflətmək üçün yumşaq güc siyasətinə əl atır.
Körfəz ölkələrində İranın yumşaq gücünə çevriləcək qüvvələr isə az deyil. Bir zamanlar İranın ən böyük düşməni kimi çıxış edən İraq əhalisinin 60%-dən çoxu şiə idi və İslam inqilabından qısa müddət sonra baş verən 8 illik İran-İraq müharibəsində Tehran bu gücündən kifayət qədər yararlanmışdı. İraqın ABŞ tərəfindən işğalı bu mənada ən çox İranın işinə yaramış və tamamilə onun nəzarətinə keçmişdi. Xüsusilə Səddam Hüseyn hakimiyyətinin qalıqları üzərində qurulan İŞİD təhlükəsi İraq şiələrinin İranla daha da yaxınlaşmasına yol açmışdı. İŞİD təhülkəsi aradan qalxdıqca İraqın da nəzarətdən çıxma səyləri artmışdır. 2019-2020-ci illərdə İraq əhalisinin İrana bağlı Həşdi Şabi qruplaşmasına qarşı meydana tökülməsi Tehranın yumşaq gücünün artıq özünə qarşı çevrildiyini göstərir. Ölkənin uzaq qonşusu Suriyada da vəziyyət nə qədər sabitləşmiş kimi görünsə belə, hər an bütün daşların yerindən oynama təhlükəsi tam sovuşmayıb.
İranın körfəzdəki digər rəqiblərinə qarşı da şiə kozırından istifadə etməsi sirr deyil. Küveytdən tutmuş Qətərə, Səudiyyə Ərəbistanına qədər bütün körfəz ölkələrində 15-20% arasında dəyişilir. Hətta Bəhreyndə bu göstərici 65-70% civarındadır. Yəmən əhalisinin 45%-nin şiə inancına yaxın Zeydiyyə məzhəbinə, Livanın yarısına yaxınının Cəfərilik məzhəbinə mənsub olduğunu nəzərə alsaq, İranın Yaxın Şərqdəki yumşaq gücünün geniş coğrafiyanı əhatə etdiyi həqiqəti ortaya çıxar.
Tehran bu fürsətdən istifadə edib “şiə hilalı” adlanan geosiyasi layihəsini həyata keçirir. 2018-ci ilə qədər böyük uğurlar qazanan “şiə hilalı” siyasətinin Tramp hakimiyyətinin genişləndirdiyi iqtisadi sanksiyalarla böyük yaralar aldığı müşahidə olunur. Bildirildiyinə görə, rəsmi Tehran artıq bu siyasəti həyata keçirməkdə ciddi maliyyə sıxıntısı ilə qarşılaşır. Rəisi hakimiyyətinin maliyyə problemini necə həll edəcəyi isə aydın deyil; “şiə hilalı” proyektinin eyni qaydada davam etdirilməsi ölkənin maliyyə yükünün artmasına və nəticədə İran əhalisi arasında sosial narazılığın böyüməsinə gətirib çıxara bilər.
İranın qərb qonşuları
İranın qərb qonşularından biri İraqdır və Tehranın bu ölkə ilə bağlı xarici siyasətindən yuxarıda bəhs etdik. Digər qərb qonşusu Türkiyə ilə də İranın bölüşə bilməyəcəyi çox şeylər var. Əvvəla, hər iki ölkə regionun liderliyi uğrunda rəqabət aparır və bu rəqabətin ən azı 500 illik tarixi var. Baxmayaraq ki, həm Ankara, həm də Tehran iki dövlət arasındakı sərhədlərin 500 ildən bəri dəyişilmədiyi əsas gətirib bunu qarşılıqlı anlaşmanın bariz nümunəsi kimi göstərirlər. Fəqət İranın “şiə hilalı” siyasəti Türkiyəni də narahat edir və istər-istəməz qarşı tədbirlər almaq zərurəti yaradır.
Hər iki ölkənin bir-birinə qarşı istifadə edə biləcəyi yumşaq gücləri də var. Türkiyə əhalisinin 15%-ə qədəri şiə olduğu kimi, İran əhalisinin yarıdan çoxu türkdilli xalqlardır və Tehranın onların milli hüquqlarını tanımaması Ankaranın basqı imkanlarını artırır. Bu mənada Türkiyənin İran qarşısında daha avantajlı olduğunu da deyə bilərik. Hərbi və iqtisadi baxımından da Ankaranın üstünlüyü mübahisə doğurmur. Üstəlik, NATO üzvü olan Türkiyənin İranla qarşıdurmada daha çox beynəlxalq aləmdən dəstək alacağı ehtimalı da istisna olunmamalıdır.
Bütün bunlara baxmayaraq, regional gərginliyə yol açmamaq, əksinə, ikitərəfli münasibətləri iqtisadi, mədəni, diplomatik əlaqələri genişləndirmək istəyən Ankara yeni ittifaqlar qurmaq təklifi ilə çıxış edir. Türkiyə Prezidenti Rəcəb Tayib Ərdoğanın 3-tərəfli, 4-tərəfli, 6-tərəfli əməkdaşlıq ittifaqı təklifinin hər üçündə İranın da yer aldığı şübhəsizdir. Belə ki, o, 3-tərəfli ittifaq deyərkən Türkiyə-Azərbaycan-İran əməkdaşlığını, 4-tərəfli ittifaq dəyərkən bu 3-lüyə Gürcüstanın əlavə olunmasını, 6-tərəfli ittifaq deyərkən isə Rusiya və Ermənistanın da projeyə cəlbini nəzərə tutur. Ankaranın bu təklifi cəsarətlə irəli sürməsi səbəbsiz deyil; regional əməkdaşlıqda ən çox qazananın türk xalqları olacağı bəllidir və tarixi proseslər də ona doğru gedir. Fars şovinizmindən hələ də yaxa qurtara bilməyən və gün qədər parlaq olan perspektivə gözlərini yumaraq baxan İranı isə ən çox qorxudan da bu ittifaqdır. Çünki 83 milyondan artıq Türkiyə əhalisi, təxminən bir o qədər əhalisi olan İranın vətəndaşlarının yarısı, 10 milyonluq Azərbaycan istər-istəməz 130 milyonluq böyük bir insan kütləsi meydana gətirir və İran bu həqiqəti görməzlikdən gələ bilməz. Nəticədə İranda yaşayan xalqların milli hüquqlarını tanımaq zorunda qalar, beləcə cənub qonşumuzda 100 ildir yürüdülən fars şovinizmi tarixdən silinər.
Məsələ burasındadır ki, İranın uzun müddət bu reallığa arxa çevirmə imkanları da məhduddur. Əks halda, beynəlxalq təzyiqlərlə onsuz da içinə qapanmış ölkənin regional əməkdaşlıqlardan da özünü məhrum etməsi qaçılmaz ağır nəticələr doğura bilər. Elm sübut edir ki, hətta kainatın ən böyük ulduzları belə ömürlərinin sonlarında daxili qapanmalar yaşayır və enerjiləri öz içlərinə toplandıqca yaranmış daxili təzyiq sonucunda böyük partlayışa məruz qalıb kiçik hissəciklərə bölünür. Müxtəlif hissələrdən təşəkkül tapan dövətlər də eyni tale ilə üzləşirlər və bunun ən bariz örnəyi II Dünya savaşından sonra özünü dəmir pərdələrlə dünyadan ayıran SSRİ-dir. Ümidvarıq ki, İran, cəmiyyətin və kainatın bu qanunauyğunluqlarından ibrət dərsi çıxaracaq, əslində hamımızın faydasına olacaq regional qüdrətini qorumağa çalışacaq.
İranın şərq sərhədlərində yerləşən Pakistan və Əfqanıstanla da münasibətləri ürəkaçan deyil. Xüsusilə “Taliban”ın hakimiyyətə gəlməsindən sonra Əfqanıstanda radikal sünni anlayışının hakim vəziyyətə yüksəlməsi İranla bu ölkə arasında dinc münasibətlərin inkişaf etdirilməsi imkanlarını azaldır. Hər iki ölkə İslam ideallarına sarılsa da, fərqli məzhəblərə sahibdirlər və dindaxili parçalanma məzhəbçiliyin fitrətindən doğur. “Taliban” son 20 ildə özünü dəyişdirdiyini bəyan etsə də, hər halda siyasi-ideoloji hədəflərindən yayınmayıb. Üstəlik, İran da 1979-cu ildən bəri bənzər radikal dini siyasət yürüdür və son prezident seçkilərinin nəticələri daha da mühafizəkarlıq xətti tutacağını göstərir. Bütün bu amillər isə İranla Əfqanıstanın “bal ayı”nın uzun çəkməyəcəyindən xəbər verir.
Pakistana gəlincə, İslamabad da Asiya üzərindəki liderlik iddialarını İrana qurban vermək istəməz. Üstəlik onun əhalisinin bəzi qaynaqlara görə 20%-i, bəzi qaynaqlara görə 30%-ə yaxınının şiə olduğu bildirilir. Ölkənin 212 milyon əhalisinin olduğunu nəzərə alsaq, bu, ən azı 40 milyondan çox insan deməkdir. Demək olar ki, İranın yarısı qədər. Sözsüz ki, İslamabad özü üçün təhlükə mənbəyi olan bu amillərdən dolayı, şiəçiliyi bayraq edən bir dövlətlə məsafəli siyasət yürütməlidir və yürüdür. Ən əsası isə, Pakistan və Əfqanıstanın strateji müttəfiqləri, sponsorları da İranla o qədər də isti münasibətlər qurmağın tərəfdarı deyillər və əslində “Taliban”ı hakimiyyətə gətirməklə Tehranın diqqətini məqsədə uyğun şəkildə Yaxın Şərqdən ayıraraq Asiyaya yönləndirdilər.
İranın şimal qonşuları
Qeyd etdiyimiz kimi, İranın 3 şimal qonşusundan ikisi Cənubi Qafqazda yerləşir – Azərbaycan və Ermənistan. Müstəqillik qazandığımızdan bəri Azərbaycanı özünün təbii rəqibi, cənub qardaşlarımızı hərəkətə gətirə biləcək qüvvə kimi görən İran indiyədək Ermənistanın yanında yer aldı. 44 günlük müharibədə düşmən ölkənin silahlandırılmasında, hər cür hərbi-texniki təchizatla təmin olunmasında hətta Rusiyadan da artıq səylər göstərən cənub qonşumuzun bütün ümidləri nəticəsiz qaldı. Torpaqlarımızın işğaldan azad edilməsi Azərbaycanın artıq sıradan çıxarıla biləcək bir güc olmadığını təsdiqləməklə yanaşı, İranla Ermənistan arasında nəqliyyat xətlərini bir-birinə bağlayan nöqtələrin də bizim əlimizə keçməsinə yol açdı. İranın Azərbaycan və Türkiyəni adlayaraq Ermənistan üzərindən dünya ilə inteqrasiyasını nəzərdə tutan bir çox beynəlxalq kommunikasiya layihələrini reallaşdırmaq ümidləri də getdikcə sönür. Tehranın Türk Birliyi içərisində yer almaqdan başqa çarəsi yox kimidir. Xüsusilə Zəngəzur dəhlizinin açılması perspektivi hətta İran-Ermənistan arasındakı nəqliyyat xəttinin Azərbaycan ərazisindən keçməsi zərurəti yaradır. Dolayısıyla, İranın Ermənistanla Azərbaycanın iradəsindən kənar və bizə qarşı yönəlmiş bütün əməkdaşlıq imkanları da tükənir. Gürcüstanla Rusiya arasındakı ziddiyyətlər və ölkələrın bir-biri ilə arasındakı sərhədləri bağlaması da Azərbaycanı Cənub-Şimal nəqliyyat dəhlizinin alternativsiz keçid məntəqəsinə çevirir.
İranla Türkmənistan arasındakı iqtisadi əməkdaşlıq imkanları da Azərbaycanın təklif etdiyi layihələr səbəbindən getdikcə öz əhəmiyyətini itirir. Rəsmi Tehran bu zamanadək Orta Asiya ölkələrinə okeanlara ən qısa çıxış xətti kimi öz potensialından faydalanmağı təklif edirdi. Sözügedən təklifə görə, Türkmənistandan İrana, ordan isə Ərəb dənizinə çıxış Orta Asiyanın dünya ticarət yollarına qoşulmasının ən qısa yoldur. Fəqət İranın bu təklifində Ərəb dənizinə çıxdıqdan sonra Orta Asiya ölkələrinin hara ilə ticarət əlaqələri quracağı bəlli deyildi. Körfəz ölkələri iləmi? İranla demək olar hamısının düşmən siyasəti yürütdüyü bu ölkələrin həmin xətlə ticarətə razılıq verəcəyi nə qədər realdır? İrandan Ərəb dənizinə, ordan isə gəmilərlə Aralıq dənizinə və Avropaya nəql ssenarisi də nağıla daha çox oxşayır. Halbuki, Türkmənistandan Azərbaycana, ordan isə Gürcüstan və Türkiyə vasitəsilə Avropaya tranzit xətti daha təhlükəsiz və qısadır.
Bütün bunlar İranın qonşuluq münasibətlərinə ciddi əl gəzdirməsə, Rəisi hakimiyyəti ilə əsası qoyulacağı gözlənilən yeni xarici siyasət kursunun da nəticə verməyəcəyi ehtimalını artırır. Yeni hakimiyyətin xarici siyasətinin məcburi prioritetinə çevrilən bu kursun mühüm istiqaməti isə Ermənistanla Azərbaycan arasında ədalətli və tərəfsiz mövqe tutmasından, başqalarının daxili işlərinə qarışmamasından keçir. Tehran unutmamalıdır ki, mehriban münasibətlər xətrinə qonşularının bütün şıltaqlığına dözməyin də bir bitiş nöqtəsi var və vəziyyəti o həddə gətirməyin çanağı, adətən özünü “Allahın ərköyün bəndəsi” sayanların başında çatlayır. Ümid edir ki, Rəisi hökuməti də bu həqiqətin fərqindədir və yeni qonşuluq siyasəti ilə zamanın tələbləri ilə ayaqlaşmağa qədəm qoyacaq. Bu rasional dəyişim bölgənin bütün xalqlarına ancaq xeyir gətirə bilər.(ovqat.com)
Heydər Oğuz