Redaktor seçimi
““Qarabağ Oil” zavodunun direktoru Gülpəri Bayramova əməkhaqqımızı vermir” -
Ceyhun Bayramovun və oğlunun yeni biznes layihəsi -
 QHT sektoru mafiya qanunları ilə idarə edilir: Qrantlar kimlərinsə həyat yoldaşları, qızları, gəlinləri, məşuqələrinə ayrılır -
Gəncə Dövlət Universiteti “üfunət qoxuyur”(?)! -
QHT-lərə Dövlət Dəstəyi adı ilə büdcə talançılığı: Korrupsiyanın anatomoyası –
Əli Həsənovun kürəkəninin Avropada biznes şəbəkəsi aşkarlandı -
Biləsuvarda dövlətin pulu könül istəyi ilə xərclənir(?) -
Gəncə Dövlət Universitetində bitməyən "ŞƏNLİK" -
Günün xəbəri

İlahiyyatçı: Ehsan dedikdə aş, halva, yemək yada düşür, bu, yanlışdır

 

Ehsan dedikdə aş, halva, yemək yada düşür, halbuki bu yanlışdır.

Yenixeber.org xəbər verir ki, bu fikirləri ilahiyyatçı Tural İrfan Azərbaycan Milli Qeyri-Hökumət Təşkilatları Forumunda baş tutan toy və yas mərasimlərində israfçılıqdan çıxış yolunun tapılması üçün ictimai diskussiyada deyib.

O bildirib ki, əslində, ehsan yaxşılıq deməkdir. 

"İnsanın yaxını vəfat edir, meyit qalır bir qıraqda, gedib yemək tədarükü görürlər, kəsmək üçün dana axtarırlar", - o əlavə edib.

İlahiyyatçının sözlərinə görə, bu mənada, cəmiyyətdə belə mövzulara ictimai qınaq mütləqdir. 

"Şadlıq sarayları və mərasim evlərinin sahibləri elə qiymətdə menyular təklif edir ki, alternativi olmur. Hazırda mərasim evlərindəki qiymətlərlə şadlıq saraylarında qiymətlər, az qala, eynidir. Belə şey olmazı axı. Bu mənəvi dəyərlərə ziddir, onun əleyhinədir".


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam