Redaktor seçimi
“Karqo Şamil”in görünməyən üzü…
QHT Agentliyinin “Məlahətli Ana” seçimi -
Fuad Nəcəfli və Samiq Sadıxov cütlüyünün görünməyən əməlləri -
111№-li məktəbin 1№-li problemi:
Məmur QHT-si, dövlət qrantı və korrupsiya: Agentlik kimi qoruyur?-
Anar Əlizadə-Mübariz Mənsimov qarşıdurması yenidən başladı: 
QHT-lərə Dövlət Dəstəyi Agentliyi dövlət büdcəsini kofe aparatlarında "əridir" -
Qrant layihələri vaxtı bitən kampaniyalar kimi...-
Günün xəbəri

Binəqədi rayonu Mir Cəlal küçəsində qanunsuz tikinti: Sahibkarın arxasında kimlər dayanır? -VİDEO

Redaksiyamıza daxil olan məlumatlara görə, Binəqədi rayonu Mir Cəlal küçəsində qanunsuz tikinti işləri aparılır. Yerli sakinlər bildirirlər ki, uzun müddətdir bu ərazidə aparılan tikinti prosesi heç bir rəsmi sənədlərə əsaslanmadan həyata keçirilir. Qanunlara zidd olaraq aparılan inşaat işləri həm təhlükəsizlik, həm də şəhərsalma normalarına ciddi zərbə vurur.
Yenixeber.org: Məsələ ilə bağlı ən çox diqqət çəkən məqam isə odur ki, bu tikinti işlərinə qarşı aidiyyəti qurumlar hələ də heç bir tədbir görmür. Sakinlər arasında haqlı sual yaranır: kimlər bu sahibkara himayədarlıq edir?
Sakinlərin sözlərinə görə, sahibkar öz nüfuz dairəsindən istifadə edərək müvafiq orqanların müdaxiləsinin qarşısını alır. Halbuki, Azərbaycan Respublikasının qanunvericiliyi açıq şəkildə bildirir ki, hər bir tikinti yalnız rəsmi icazə və təsdiqlənmiş layihələr əsasında aparıla bilər. Əks halda, bu tikililər həm sökülməli, həm də məsuliyyətə səbəb olmalıdır.
 Bu suallar gündəmə gəlir:
Binəqədi rayonunda Mir Cəlal küçəsində qanunsuz tikintiyə göz yuman qurumlar kimlərdir?
Nə üçün sakinlərin şikayətləri cavabsız qalır?
Qanunsuz inşaatı himayə edən məmurlar varmı?
Bu məsələnin tam aydınlaşdırılması üçün aidiyyəti dövlət qurumlarını – Binəqədi Rayon İcra Hakimiyyəti, Dövlət Şəhərsalma və Arxitektura Komitəsi, eləcə də hüquq-mühafizə orqanlarını məsələni araşdırmağa və qanunsuzluğa dərhal son qoymağa çağırırıq.(Azerbaycanreallığı)
Qarşı tərəfin mövqeyini işıqlandırmağa hazırıq.


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam