Redaktor seçimi
Baba Rzayevin şəxsi maraqları “Lubristar LLC” MMC ilə harada toqquşdu?! -
ADAU-da Zəfər Qurbanovun qiyabiçi rektorluğu... -
"Unibank"ın rəhbəri Eldar Qəribovun Fransadakı izləri...-Oğlu İlkin Qəribli birinci oyundan "əli yaxşı gətirmiş" qumarbazdır/
Suraxanı məmurları Adil Əliyevin adını şəhid ailəsinin torpağını dağıtmaqda hallandırır -
Sərdar Ortac, Mehmet Əli Ərbil və Sahil Babayevin “qumar kontoru” -
Sumqayıt Dövlət Universiteti belə təmir edilir:
Sahil Babayevin "kontor"unda qumar oynanılır?! -
Firdovsi Əliyevin başçı olduğu rayonda dövlətin pulu belə xərclənir -
Günün xəbəri

Binəqədidə Milli Mətbuatın 140-cı ildönümünü qeyd edildi

 

Hörmətli jurnalistlər!

Xanımlar və cənablar!

Əziz dostlar!

"Xeberinfo.com":   Dünən biz Azərbaycan Milli Mətbuatının 140-cı ildönümünü qeyd etdik. Öncəliklə Sizin hamınızı və bütün Azərbaycan jurnalistlərini bu münasibətlə səmimi qəlbdən təbrik edir, fəaliyyətinizdə müvəffəqiyyətlər, yaradıcılıq uğurları arzu edirəm. Bildiyiniz kimi, bu gözəl bayram ərəfəsində jurnalistlərin böyük bir qrupu – 200-ə yaxın mətbuat işçisi Prezidentin Sərəncamı ilə orden, medal və fəxri adlarla təltif olundu. Ikiqat təbrik Prezident İlham Əliyevin Sərəncamı ilə “Tərəqqi” medalı ilə təltif olunan jurnalist dostlarımıza düşür. Onlardan bəziləri - “Xalq” qəzetinin müxbiri Vaqif  Bayramov  və “Palitra” qəzetinin müxbiri Fuad Hüseynzadə, “Mövqe” qəzetinin müxbiri Zülfiyyə Quliyeva, həmçinin bu günlərdə Azərbaycan Respublikasının Prezidenti yanında Kütləvi İnformasiya Vasitələrinin İnkişafına Dövlət Dəstəyi Fondu tərəfindən mükafatlandırılan Məhəbbət Orucov  bu gün burada, bu tədbirdə iştirak edir. Dövlət başçısının imzası ilə mükafatlandırılmaq, həm də “Tərəqqi” medalı ilə mükafatlandırılmaq böyük bir şərəfdir. Bu şərəfə layiq görüldükləri üçün onları həm öz adımdan, həm də digər bələdiyyə sədrləri adından təbrik edirəm.

Bu günki görüşün təşkilində də məqsəd həm jurnalist dostlarımızın bayram sevincinə sevinc qatmaq, həm də bələdiyyə olaraq ictimaiyyət qarşısında hesabat verməkdir. Bildiyiniz kimi, bələdiyyələr seçkili orqan olaraq ildə iki dəfə öz seçiciləri qarşısında hesabat verir, sakinlərini görülən işlər barədə məlumatlandırır, gələcək fəaliyyətini, planlarını açıqlayırlar. Mətbuatın, kütləvi informasiya vasitələrinin auditoriyasının daha geniş, oxucu və dinləyici kütləsinin daha əhatəli olmasını nəzərə alaraq, biz - Binəqədi rayonunda fəaliyyət göstərən 5 bələdiyyə olaraq, Sizlər qarşısında da hesabat verməyi qərara aldıq.  Bu baxımdan, bu günki görüşdə, sizləri yormadan, hər beş bələdiyyə sədri 6 aylıq hesabatını qısa formada təqdim edəcək, həmçinin, əziz jurnalistlər, Sizləri maraqlandıran sualları cavablandıracağıq.

Bildiyiniz kimi, Respublikamızda yerli özünüidarəetmə sisteminin yerli məsələlərin həllinin demokratik prinsipi olması Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyevin 12 dekabr 1999-cu il tarixdə bələdiyyə seçkiləri ilə əlaqədar xalqa müraciətində öz əksini tapıb. Ulu öndər müraciətində qeyd edib ki, “Bələdiyyə seçkiləri Azərbaycanda demokratiya, hüquqi dövlət, dünyəvi dövlət qurmaq prosesinin bir hissəsi, bir sahəsidir. Bu, həm demokratiyanın inkişafı deməkdir, eyni zamanda, ölkəni idarə etməkdə vətəndaşlarımıza imkanlar yaradılmasının göstəricisidir”.

2014-cü ilin dekabrında ölkəmizdə sayca 4-cü bələdiyyə seçkiləri keçirildi. Ölkəmizin hər yerində olduğu kimi Binəqədi rayonunda da seçkilər yüksək seçici fəallığı ilə keçdi. Təbii ki,  bütün bu uğurlu nəticələr Prezidentimiz cənab İlham Əliyevin ölkəmizdə bələdiyyə seçkilərinin şəffaf, demokratik keçirilməsi üçün yaratdığı münbit şəraitin nəticəsidir.

Prezidentimizin təşəbbüsü əsasında bələdiyyələrin inkişafı, sosial-iqtisadi bazasının möhkəmləndirilməsi ilə əlaqədar qanunlar qəbul olunub, bələdiyyələrin qanunvericilik bazası möhkəmləndirilib və bu, əlbəttə ki, vətəndaşların bələdiyyələrə inamını daha da artırıb. Bütün bunlar bələdiyyə seçkiləri zamanı öz müsbət təsirini göstərdi. Belə ki, 1-ci, 2-ci və 3-cü çağırış bələdiyyə seçkilərində seçicilərin səsvermədə iştirakı azalan templə getsə də, 4-cü çağırış bələdiyyə seçkilərində ölkə üzrə səsvermədə iştirak edən seçicilərin ümumi sayı 38,92 faizi təşkil etdi. Binəqədi rayonu üzrə isə ümumilikdə seçilmiş 79 bələdiyyə üzvlərinin 41.7 faizini 30 yaşa qədər gənclər, 56.9 faizini 35 yaşa qədər gənclər, 44.3 faizini qadınlar təşkil etdi.

2015-ci ilin 1-ci yarımilliyində  yerli özünüidarəetmə orqanlarının fəaliyyəti uğurlu olub. Binəqədi rayonunda mövcud olan bələdiyyələr onların qarşısında duran vəzifələri layiqincə yerinə yetirərək abadlaşdırma və quruculuq işlərində fəal iştirak edib, sosial-iqtisadi layihələr həyata keçiriblər. Bütövlükdə, bələdiyyə idarəçiliyinin səmərəliliyi daha da artıbdır. Bələdiyyələrin yerli əhali ilə qarşılıqlı münasibətləri xeyli yaxşılaşıb, ictimai əlaqələri güclənib. Dövlət tərəfindən bələdiyyələrə göstərilən diqqət və verilən hərtərəfli dəstək onların işini daha da yaxşılaşdırıb, yerli sosial-iqtisadi məsələlərin həlli imkanlarını artırıb.

Ölkəmiz inkişaf edir, dövlət və qeyri-dövlət qurumlarının fəaliyyətində yeni texnologiyalar tətbiq olunur, idarəetmə ən müasir tələblər səviyyəsində qurulur, əhali arasında müasir ödəniş mədəniyyəti formalaşır. Şəffaflığı təmin etməyin əsas vasitələrindən biri kimi bütün əməliyyatların nağdsız yolla həyata keçirilməsi öz mühüm nəticələrini göstərməkdədir. Ona görə də bələdiyyələrin bu prosesdən kənarda qalması mümkün deyil. “Yerli vergilər və ödənişlər haqqında” Qanuna edilən dəyişiklikdən sonra yerli vergi və ödənişlərin ödənilməsi banklar, poçt rabitəsinin milli operatoru, habelə mövcud nağdsız ödəmə vasitələri ilə həyata keçirilir. Son dəyişikliklərlə əlaqədar 2015-ci ilin yanvar ayının 1-dən əmlak və torpaq vergiləri yeni qaydada hesablanır. Fiziki şəxlərin əmlak və torpaq vergiləri ilə bağlı edilən bu dəyişikliklər bələdiyyələrin vergi yığımında üzləşdikləri problemləri aradan qaldırmaqdadır. Bələdiyyələr yarandığı  tarixdən bu günə qədər torpaq və əmlak vergilərinin hesablanmasında və tam yığılmasında çətinliklərlə üzləşirdilər. Bunun da əsas səbəbi əmlakın qiymətinin müəyyənləşməsi ilə bağlı idi. Yəni vergi əmlakın inventar dəyəri əsasında tutulurdu. Bələdiyyə müraciət edəndə əmlak sahibi konkret qiymət göstərilməsini tələb edirdi və burada anlaşılmazlıq yaranırdı. Bəzi hallarda inventar dəyəri olmayan evlər bələdiyyələrin özləri tərəfindən təxmini qiymətləndirilir və onlara təxmini vergi məbləği tətbiq edilirdi ki, bu da Vergi Məcəlləsi ilə birbaşa ziddiyyət təşkil edirdi. Ancaq Vergi Məcəlləsinə edilmiş dəyişiklikdən sonra bu problem də öz həllini tapdı. Bələdiyyələr üçün artıq bu sahədən real vergi yığımına əsl baza yarandı. Bələdiyyələrin işini asanlaşdırmaq, əmlak vergisinin tam və düzgün hesablanması məqsədilə binaların, yaşayış və qeyri-yaşayış  sahələri ərazilərinin, sahəsinə görə vergisinin hesablanması üçün edilən dəyişikliklər bələdiyyələrin vergi gəlirlərinə əhəmiyyətli dərəcədə təsir edəcəkdir. Ümumiyyətlə, bu dəyişikliklər sayəsində bələdiyyələrin büdcə gəlirlərinin iki dəfəyədək artması  gözlənilir.

Bələdiyyələr tərəfindən verginin hesablanmasında və toplanmasında mövcud çətinliklərin aradan qaldırılması üçün vergi informasiya sisteminin yaradılmasında Vergilər Nazirliyi tərəfindən Binəqədi rayonunun 5 bələdiyyəsində həyata keçirdikləri pilot layihələr çətinliklərin aradan qaldırılmasına əlverişli şərait yaradıb və bələdiyyə büdcəsinin formalaşmasına müsbət təsirini göstərir.

Düşünürük ki, 2014-cü il bələdiyyə seçkiləri həm kəmiyyət, həm keyfiyyət baxımından, eləcə də yeni tərkibdə bələdiyyə üzvlərin mövcud fəaliyyəti ötən illərdə bələdiyyə strukturu ilə bağlı formalaşmış stereotipləri sındırmış oldu. Əgər əvvəllər bələdiyyələrə torpaq satan təşkilat kimi baxırdılarsa, son 6 ay ərzində elə Binəqədi rayonundakı bələdiyyələr öz fəaliyyətləri, əməli işləri ilə, həyata keçirdikləri sosial layihələrlə bütün bu mifi dağıtdı. Həm sakinlərin, əhalinin inamını daha da artırdı,  həm də ictimaiyyətdə müsbət rəy formalaşdırmış oldu. Təkcə elə Rəsulzadə Bələdiyyəsinin həyata keçirdiyi layihələr barədə qısa da olsa məlumat vermək istərdim.

Rəsulzadə Bələdiyyəsi olaraq ilk böyük tədbirimiz Xocalı soyqırımının 23-cü ildönümünə həsr olundu. Tədbirdə Binəqədi Rayon İcra Hakimiyyəti və YAP Binəqədi Rayon Təşkilatının məsul şəxsləri, Binəqədi rayon və Binəqədi qəsəbə Bələdiyyələrinin sədrləri, rayonun ictimaiyyəti, Xocalı faciəsinin şahidləri və əlbəttə ki, Rəsulzadə Bələdiyyəsinin bütün üzvləri, Xocalı faciəsinin canlı şahidləri  iştirak etdi. Tədbirdə qəsəbəsi ərazisində yerləşən 30, 100, 143 saylı tam orta məktəblərin şagirdləri tərəfindən hazırlanan Xocalı soyqırımını əks etdirən rəsm əsərlərinin sərgisi və şagirdlərin ifasında faciəyə həsr olunmuş kompazisiya nümayiş etdirildi.

Mart ayında 100 saylı tam orta məktəbin şagirdləri M.Ə.Rəsulzadə bələdiyyəsi və rayon Gənclər və İdman İdarəsinin birgə təşkilatçılığı ilə “Memorial Soyqırımı Muzeyi”ni ziyarət etdilər. Muzey barədə məktəblilərə ətraflı məlumat verildi.

Aprelin 1-də ölkəmizin suverenliyi və ərazi bütövlüyü uğrunda gedən döyüşlərdə xüsusi rəşadət göstərərək Milli Qəhrəman adına layiq görülmüş şəhid Fərhad Hümbətovun anım mərasimi keçirildi. Tədbirdə Binəqədi Rayon İcra Hakimiyyəti başçısının müavini, Rəsulzadə Bələdiyyəsinin üzvləri və bələdiyyə qulluqçuları, Milli Qəhrəmanın ailə üzvləri, yaxınları, cəbhə yoldaşları, orta məktəb şagirdləri və ictimaiyyət nümayəndələri iştirak etdilər. Anım tədbiri 299 saylı məktəb-liseyin şagirdlərinin ifasında bədii kompazisiyanın təqdim edilməsi və abidə önünə güllərin düzülməsi ilə yekunlaşdı.

Aprel ayında M.Ə.Rəsulzadə Bələdiyyəsində bələdiyyə qulluqçuları üçün etik davranış qaydaları və prinsipləri, bunlara əməl olunması işinin gücləndirilməsi məqsədilə “Bələdiyyə qulluqçularının etik davranış qaydaları: Fərdi inkişafın modelləməsi” mövzusunda təlimlərin keçirilməsinə başlanıldı. Aprel-may aylarını əhatə etməklə 1 ay davam edən təlimləri Prezident Yanında QHT-lərə Dövlət Dəstəyi Şurasının  qhtxeber.az saytının redaktoru Sənan Nəcəfov apardı. Təlimdə yerli özünüidarə orqanlarının və bələdiyyə qulluğunun nüfuzunun artırılması, vətəndaşların yerli özünüidarə orqanlarına və bələdiyyə qulluqçularına etimadının yüksəldilməsi istiqamətində etik kodekslər barədə məlumatlar verildi. Həmçinin, bələdiyyə qulluqçularına özünü təqdimetmə, vətəndaşlarla ünsiyyət, sakinlərin qəbulu və dinlənilməsi, vətəndaş məmnunluğunun təmin olunmasında mimika və jestlərin mühüm rol oynadığı izah olundu.

Aprelin 15-də M.Ə.Rəsulzadə Bələdiyyəsi gənc nəslin karyerasını müəyyən etməsində düzgün peşə seçiminin istiqamətləndirilməsi, həmçinin  istehsal sahələri və istehsal prosesi ilə tanışlığı məqsədilə qəsəbənin ərazisində yerləşən 115 saylı tam orta məktəbin şagirdlərinin “Bəhrə” Biskvit fabrikinə ekskursiyasını təşkil etdi. Ekskursiya zamanı Fabrikinin əməkdaşları ekskursiya iştirakçılarına məhsulların hazırlanma texnologiyası, qida təhlükəsizliyi barədə ətraflı məlumatlar verildi.

May ayında M.Ə.Rəsulzadə Bələdiyyəsinin təşkilatçılığı ilə qəsəbə ərazisində yerləşən 30, 99, 100, 115, 143 saylı tam orta məktəblərin yuxarı sinif şagirdlərinin Qafqaz Universiteti və Azərbaycan Diplomatik Akademiyası ilə tanışlıq görüşü keçirildi. Görüşlər M.Ə.Rəsulzadə Bələdiyyəsinin 2015-ci il Fəaliyyət Planına uyğun olaraq, gənc nəslin karyerasını müəyyən etməsində düzgün peşə və ixtisas seçiminin istiqamətləndirilməsi məqsədilə həyata keçirildi. Azərbaycanda ən böyük xarici dilli kitabxanaya malik olan Diplomatik Akademiyada ingilis dilində 500 mindən artıq elektron kitabdan istifadə olunması şagirdlərdə böyük maraq doğurdu.

1 iyun  Uşaqların Beynəlxalq Müdafiəsi günü münasibətilə M.Ə.Rəsulzadə Bələdiyyəsi tərəfindən qəsəbə ərazisində yerləşən 143 saylı tam orta məktəbin ibtidai sinif şagirdləri üçün ayrı-ayrı tədbirlər təşkil edildi. Əvvəlcə şagirdlərdə vətənpərvərlik ruhunun aşılanması məqsədilə Şəhidlər Xiyabanı ziyarət olundu. Sonra asudə vaxtın səmərəli təşkili məqsədilə məktəblilərin Bakı Şəhər Heyvanat Parkına ekskursiyası həyata keçirildi. Ekskursiya şagirdlərdə böyük maraq doğurdu.

Binəqədi rayonun simasının günbəgün yenilənməsi, I Avropa Oyunları ərəfəsində həyata keçirilən “Təmiz Binəqədi” layihəsi çərçivəsində görülən işlər, o cümlədən I Avropa Oyunlarını özündə ehtiva edən maketlərin quraşdırılması rayonumuza marağı daha da artırdı.

Hesabat dövrü ərzində Binəqədi Bələdiyyəsi və M.Ə.Rəsulzadə Bələdiyyəsi sədrlərinin dəvəti ilə Azərbaycanın bir sıra rayonlarının bələdiyyə sədrləri Binəqədi rayonu ilə tanış oldular. Qonaqlar Binəqədi rayonu M.Ə.Rəsulzadə qəsəbəsinin ərazisini gəzdilər. Onlara rayonda gedən abadlıq-quruculuq işləri çərçivəsində qəsəbə ərazisində görülən işlər barədə məlumat verildi, sakinlərin istirahətinin səmərəli təşkili üçün yaradılan şəraitlə tanış oldular.

Əlbəttə ki, bütün bu sadalanan və daha sadalanmayan tədbirlər, görüşlər, görülən işlər barədə məlumatlar Rəsulzadə bələdiyyəsinin facebook səhifəsində geniş yer alıb. Rəsulzadə Bələdiyyəsi adlı səhifəmizdə  gündəlik olaraq Bələdiyyə tərəfindən həyata keçirilən tədbirlər, bələdiyyənin iclas və toplantıları, qəsəbə ərazisində görülən abadlıq-quruculuq işləri barədə məlumatlar, bələdiyyənin rəsmi saytında yer alan məlumatlar mütəmadi olaraq yenilənir. Eyni zamanda, bələdiyyə qanunvericiliyində baş verən yeniliklər səhifədə öz əksini tapır. Həmin səhifə bir çox hallarda jurnalistlərin ilkin məlumat mənbəyi rolunu da oynayır.

Hörmətli jurnalistlər, əziz dostlar!

Hərçənd ki, gördüyümüz bütün bu işlərlə sizlər yaxından tanışsınız. Çünki həyata keçirilən hər bir tədbirin, layihənin ictimaiyyətə çatdırılmasında, onun işıqlandırılmasında Sizin birbaşa rolunuz, əməyiniz vardır. Bələdiyyələrin fəaliyyətinə son dərəcə diqqətlə, səmimiyyət və həssaslıqla yanaşan mətbuat haqqımızda müsbət ictimai fikrin formalaşmasında yardımçı olur.  Təbii ki, bu, bələdiyyə-mətbuat əməkdaşlığının yeni mərhələyə qədəm qoymasının bariz nümunəsidir.

Əlbəttə ki, mətbuat-dövlət münasibətlərində mütərəqqi ənənələrin əsasının qoyulması və inkişaf etdirilməsi birbaşa ümummilli lider Heydər Əliyevin adı ilə bağlıdır. 2002-ci ilin martında Heydər Əliyevin Azərbaycan "Jurnalistlərinin dostu" seçilməsi ümummilli liderin söz və məlumat azadlığına, kütləvin informasiya vasitələrinin inkişafına diqqət və qayğısının məntiqi nəticəsi olub. 2003-cü ildə cənab İlham Əliyev Azərbaycan Respublikasının Prezidenti seçildikdən sonrakı dövrdə bütün sahələrdə olduğu kimi, kütləvi informasiya vasitələri sahəsində də əsası ümummilli lider Heydər Əliyev tərəfindən qoyulmuş siyasət və formalaşmış ənənələr, Azərbaycanın demokratik inkişaf xəttinə uyğun sistemli liberal islahatlar konseptual şəkildə, müasir dövrün reallıqları nəzərə alınmaqla davam etdirilib. Müstəqil medianın inkişafına xidmət edən yeni qanunların qəbul edilməsi, mətbuat orqanlarının "Azərbaycan" nəşriyyatına borclarının silinməsi, hər beş ildən bir milli mətbuatın, televiziya və radionun yubileylərinin ölkə səviyyəsində qeyd edilməsi, KİV əməkdaşlarının dövlət mükafatlarına və fəxri adlara layiq görülməsi, redaksiyalara birbaşa maliyyə yardımının göstərilməsi və bir sıra hələ sadalanmayan tədbirlər vardır ki, bununla Prezident İlham Əliyev Azərbaycanda mətbuata dövlət dəstəyini yüksək səviyyəyə qaldıraraq rəsmiləşdirib və şəffaflaşdırıb. İlham Əliyevin prezidentliyi dövründə dövlətin media siyasətinin başlıca məqsədi güclü, müstəqil, obyektiv informasiya daşıyıcısı olan, eyni zamanda dövlətçilik prinsiplərinə sədaqət nümayiş etdirən, milli maraqların təəssübünü çəkən medianın formalaşması və inkişafı olub. Və dövlət başçısı bu məqsədə çox böyük uğurla nail olubdur.

Beləliklə, 140 yaşlı milli mətbuatımız ötən zaman ərzində böyük inkişaf yolu keçib. Bu gün isə mətbuata xüsusi dövlət qayğısı və diqqətinin mövcud olması, eyni zamanda, söz, fikir və özünüifadə azadlıqlarının ən yüksək səviyyədə təsbit edilməsi, mətbuatın maddi-texniki və maliyyə bazasının gücləndirilməsi, media institutunda təmsil olunan şəxslərin səmərəli fəaliyyəti üçün əlverişli şəraitin yaradılması və digər bu kimi amillər milli mətbuatımızın inkişafını şərtləndirən fundamental faktorlar kimi dəyərləndirilməlidir.

Dəyərli jurnalistlər, media mənsubları, əziz dostlar!

Sizi bir daha Azərbaycan milli mətbuatının 140 illik yubileyi münasibətilə təbrik edirəm və sizə gələcək fəaliyyətinizdə uğurlar arzulayıram.

Diqqətinizə görə təşəkkür edirəm.

 

Hörmətli jurnalistlər!

Xanımlar və cənablar!

 

İndi isə icazənizlə Binəqədi rayon Bələdiyyələri adından bizimlə mütəmadi əməkdaşlıq edən media nümayəndələrinə “Bələdiyyə dostu” Fəxri Diplomlarının və mükafatların təqdim edilməsi mərasiminə başlayaq.

 

Milli mətbuatın 140 illik yubileyi münasibəti ilə və Azərbaycan bələdiyyələrinin fəaliyyətinin uğurlu işıqlandırılmasına görə “Bələdiyyə dostu” Fəxri Diplomu və mükafatla  təltif olunur

 

Mükafatı təqdim edir Rəsulzadə Bələdiyyəsinin sədri Hümbət Hüseynov

1.Dəvət olunur  Azərbaycan Azərbaycan Televiziya və Radio Verilişləri Qapalı Səhmdar Cəmiyyətinin “Xəbərlər” proqramının müxbiri Mənsur Həsənov

2.Dəvət olunur  "Azərbaycan" qəzetinin müxbiri Rəşad Baxşəliyev

3.Dəvət olunur  Prezident İlham Əliyevin Sərəncamı ilə “Tərəqqi” medalı ilə təltif edilən “Xalq” qəzetinin müxbiri Vaqif  Bayramov 

4.Dəvət olunur  "Respublika" qəzetinin müxbiri Ramiz Yusifov

 

 

Milli mətbuatın 140 illik yubileyi münasibəti ilə və Azərbaycan bələdiyyələrinin fəaliyyətinin uğurlu işıqlandırılmasına görə “Bələdiyyə dostu” Fəxri Diplomu və mükafatla  təltif olunur

Mükafatı təqdim edir Binəqədi rayon Bələdiyyəsinin sədri Sitarə Cabbarlı

1.Dəvət olunur "Yeni Azərbaycan" qəzetinin müxbiri Nadir Azəri

2.Dəvət olunur  "İki Sahil" qəzetinin müxbiri  Ceyhun Piriyev

3.Dəvət olunur           "SƏS" qəzetinin müxbiri  Zümrüd Əliyeva

4.Dəvət olunur  "7news.az" saytının baş redaktoru  Səbuhi Abbasov 

 

         Milli mətbuatın 140 illik yubileyi münasibəti ilə və Azərbaycan bələdiyyələrinin fəaliyyətinin uğurlu işıqlandırılmasına görə “Bələdiyyə dostu” Fəxri Diplomu və mükafatla  təltif olunur

Mükafatı təqdim edir Biləcəri Bələdiyyəsinin sədri Hikmət Quliyev 

1.Dəvət olunur           "Kaspi" qəzetinin müxbiri Rufik İsmayılov

2.Dəvət olunur           "Salamnews.az"   saytının müxbiri Orxan Kərimov

3.Dəvət olunur  Prezident İlham Əliyevin Sərəncamı ilə “Tərəqqi” medalı ilə təltif edilən “Palitra” qəzetinin müxbiri Fuad Hüseynzadə

4.Dəvət olunur  "azpress.az" saytının müxbiri İlkin Həmidov

 

Milli mətbuatın 140 illik yubileyi münasibəti ilə və Azərbaycan bələdiyyələrinin fəaliyyətinin uğurlu işıqlandırılmasına görə “Bələdiyyə dostu” Fəxri Diplomu və mükafatla  təltif olunur

Mükafatı təqdim edir Binəqədi Qəsəbə Bələdiyyəsinin sədri Aytac Əliyeva 

1.Dəvət olunur “Bələdiyyə dostu” Fəxri Diplomunun təqdim edilməsi üçün "Binəqədi" qəzetinin baş redaktoru Rüfət Mərdanov və mükafatlandırılma üçün  "Binəqədi" qəzetinin müxbiri Məhəbbət Orucov

2.Dəvət olunur           "Bələdiyyə həyatı" qəzetinin müxbiri Orxan Bədəlov

3.Dəvət olunur           “Qafqazinfo” saytının müxbiri  Nigar Məmmədli

 

Milli mətbuatın 140 illik yubileyi münasibəti ilə və Azərbaycan bələdiyyələrinin fəaliyyətinin uğurlu işıqlandırılmasına görə “Bələdiyyə dostu” Fəxri Diplomu və mükafatla  təltif olunur

Mükafatı təqdim edir Xocasən Bələdiyyəsinin sədri Anar  Abbasov

1.Dəvət olunur           Modern.az  saytının müxbiri Yeganə Quliyeva

2.Dəvət olunur           Azxeber.az  saytının müxbiri Əfsələddin Ağalarov

3.Dəvət olunur           Movqe.az  saytının müxbiri Zülfiyyə Quliyeva

4.Dəvət olunur           Xeberservis.az saytının müxbiri Xəyalə Süleymanqızı

     





   

 

 

 


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam