Redaktor seçimi
Böyük Britaniyada hüquqşünas Eldar Mahmudova görə cərimələnib -
Saleh Məmmədovun asfalt zavodu Ermənistanın Metsamor AES-i kimi:Tüstüdə gizlənən milyonlar və kəsilən nəfəslər –
AzTU-nun kafedra müdiri müəllimləri “quş” adlandırır?! -
“AzerGold”da diqqətçəkən vəzifə bölgüsü:
Deputat Əlibala Məhərrəmzadənin sərvətlərinin YENİ SİYAHISI
Fərid Qyıbov Gəncə stadionunda “öz havasını oynayır” –
Gəncə Dövlət Universitetinin rektoru Təhsil nazirinə qarşı:
Adı nurçularla hallanan “Aral Group” şirkətindən şikayət var:
Günün xəbəri

Böyük Britaniyada hüquqşünas Eldar Mahmudova görə cərimələnib -DETALLAR

Eldar Mahmudovun övladları yenidən məhkəməyə verildi

"Mahmudov ailəsinin vəkili daha əvvəl OCCRP-yə bildirib ki, "ailənin sərvəti 19-cu əsrdə yaşamış bir əcdaddan miras qalıb və onların bütün aktivləri və biznes maraqları müvafiq qanunvericiliyə uyğun olaraq qeydiyyata alınıb.”
Yenixeber.org: Böyük Britaniyada hüquqşünas Rori Fordays Azərbaycanın sabiq milli təhlükəsizlik naziri Eldar Mahmudovun ailəsinə aid vəsaitlərin yoxlanmasında səhlənkarlığa yol verdiyi üçün 32,500 funt sterlinq (təxminən 42,000 dollar) cərimələnib.
OCCRP-nin yazdığına görə, bu barədə Böyük Britaniyanın Hüquqşünasların İntizam Tribunali (SDT) qərar verib. O, həmçinin beş il müddətinə hüquq firmalarında rəhbər və ya uyğunluq üzrə vəzifə tutmaq hüququndan məhrum edilib və əlavə olaraq 50,000 funt sterlinq (təxminən 64,000 dollar) məhkəmə xərci ödəməlidir.
Tribunal Fordaysın yoxlamalarını “səthi, sistemsiz və sadəlövh” adlandırıb. Məhkəmə qeyd edib ki, 2013-cü ildən 2015-ci ilin aprel ayınadək Azərbaycanın sabiq milli təhlükəsizlik naziri Eldar Mahmudovun oğlu Anar Mahmudovun ailə üzvləri tərəfindən Fordays direktor olduğu “Taylor Fordyce” hüquq firmasının hesabına iki dəfə iri məbləğdə pul köçürülüb.
Bu ödənişlərdən biri – 1,9 milyon funt sterlinqdən çox vəsait – “Continental Properties Limited” şirkəti tərəfindən Cənubi İngiltərədə yerləşən kommersiya obyektinin alınmasında istifadə olunub. Əmlakın konkret ünvanı açıqlanmasa da, OCCRP qeyd edir ki, Continental Properties 2015-ci ilin mayında Nyuberi şəhərində yerləşən və Pizza Hut, Greggs və Salvation Army kimi mağazaların yerləşdiyi mülkiyyəti 1,85 milyon funt sterlinqə (təxminən 2.9 milyon dollar) alıb.
SDT-nin məlumatına görə, Fordays tənzimləyici orqanlara bildirib ki, Continental Properties şirkəti sonda Continental Trust adlı trestə məxsusdur və həmin trest Anar Mahmudov tərəfindən yaradıcısı (settlor) qismində təsis edilib. O, həmçinin qeyd edib ki, Mahmudov Continental Properties Ltd şirkətində nə direktor, nə səhmdar, nə də faydalanan sahibdir və həm Mahmudov, həm də onun həyat yoldaşı həmin trestin faydalanıcıları siyahısından xaric edilib.
SDT hesab edib ki, Fordays Mahmudovun nümayəndələri tərəfindən təqdim olunan ziddiyyətli məlumatlara həddindən artıq güvənib və lazımi sənədlər tələb edilmədən əmlak alqı-satqısına üstünlük verib.
Beynəlxalq antikorrupsiya təşkilatı “Spotlight on Corruption”un direktor müavini Helen Taylor deyib ki, bu hadisə Britaniyada Azərbaycan mənşəli pulların daşınmaz əmlak sektoruna daxil olması ilə bağlı yeni suallar doğurur. O, vurğulayıb ki, kiçik hüquq firmalarının iri və imkanlı müştərilər qarşısında çətin suallar verməkdən çəkinməsi korrupsiya üçün zəmin yaradır.
OCCRP-nin əvvəlki araşdırmasında Mahmudov ailəsinin Avropada ən azı 100 milyon avro dəyərində biznes və daşınmaz əmlak imperiyası qurduğu qeyd olunmuşdu. Sözügedən əmlak həmin siyahıya daxil deyildi.
Mahmudov ailəsinin vəkili isə daha əvvəl OCCRP-yə bildirib ki, ailənin sərvəti XIX əsrə gedib çıxır və bütün aktivləri qanuni şəkildə qeydiyyatdan keçirilib.(Meydan tv)

Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam