Redaktor seçimi
Gəncə Dövlət Universitetində baş verənlər şok edir...  Rektor Yusif Yusibovun adı ağır cinayət iddialarında: 
QHT-lərə Dövlət Dəstəyi Agentliyi media təşkilatı adı ilə “piy” əridir - 
QHT-lərə Dövlət Agentliyindən Nazirlər Kabinetinə sayqısızlıq -
“Zulu Shipping” dosyesində adı keçən İsmayıl Qasımov kimdir? -
QHT-lərə Dövlət Dəstəyi Agentliyi ifşa olunur: reklam təşkilatının nikah layihəsinə dəstək -
Qobu Bələdiyyəsinin sədrinin saxta imzası üzə çıxdı:
 Eyni QHT-lər, eyni layihələr: dövlət düdcəsi harada itir? -
“Karqo Şamil”in görünməyən üzü…
Günün xəbəri

Şağan Reabilitasiya Pansionatını Təranə Quliyeva belə idarə edir?-Müalicədən imtina etdilər-FOTOLAR

media-sag

“2-3 ay əvvəl növbəyə dayandığım reablitasiya xidmətinə 03.09.2025 ci ildə qəbul olundum. Şəkildə gördüyünüz “mənzərə” Şağan Reabilitasiya Pansionatındandır. İki yer üçün müraciət etmişdim Naftalan və Şağan. Şağanı seçməyimə səbəb isə yeni təmirdən çıxması idi…”

Yenixeber.org: Bu barədə “Müştəriyəm Şikayətim Var” sosial qrupundakı paylaşımında Sadıqov Asəf adlı istifadəçi gileylənir.

media-saa
Narazı vətəndaş daha sonra bildirir: “Fikirləşirdim təmizlik olar. Amma ilk gün, günorta yeməyində bu mənzərə ilə qarşılaşdım. Eybi yox, yəqin təsadüfdür, deyib keçdim. Sakit şəkildə yeməkxana nəzarətçisinə bildirdim vəziyyəti. Ertəsi gün qırıq boşqab olmasa da, çirkli çəngəl-bıçaq var idi. Həm də necə çirk… vəziyyətindən məlum idi ki palatka toylarındakı kimi sadəcə suya çəkilib və ya suya göstəriblər… “Cəhənnəmə ki…” deyib təmiz qaşıq tapıb yeməyimi yedim.
Bu gün səhər eyni hal təkrarlandı. Yağ bıçağının didikli hissəsində və çəngəlin aralıqlarında qaralmış yemək qırıntıları. Bu dəfə iyrəndim, yeyə bilmədim. Direktorun qəbulna getdim, yox idi, katibəsi şikayəti dinlədi, “gələn kimi xəbər edəcəm” dedi, nömrə qoydum.
Normal olaraq xəbər etmədi gözləməyimə baxmayaraq… Özüm yenidən getdim, katibə məlumat verdi ki, direktor Təranə xanım qəbul etdi. Şikayətimi bildirdim, bu şəkilləri göstərdim o isə “tədbir görəcəyik” dedi, amma ağlım heç “kəsmədi”.
Otağıma qalxıb şələ-şüləmi toplayıb müalicədən imtina etməyim barədə ərizə yazdım və çıxdım. Guya müalicəyə getmişdim… əsəb keçirib ger döndüm…”.(Dia-az)

media-64media-67



Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam