Redaktor seçimi
Gəncə Şəhər Birləşmiş Xəstəxanasının analoqsuz tenderləri -
AAYDA-nin zəhəri və zərəri: büdcə talanından ekoloji fəlakətə...-
Müəllim-sahibkardan prezidentə müraciət:
"Bilgəh" Kardioloji Sanatoriyası kütləvi etiraz yaradır -
QHT-lərə Dövlət Dəstəyi Agentliyi dövlət büdcəsini belə talan edir! -
Əziz Quliyev İmişlidə azyaşlıları maşınla vurmasını ört-basdır etməyə çalışır -
Yaşam Klinikasında Məhəmməd Mehdi Aslaninin yaşatmaq vədləri:
Böyük Britaniyada hüquqşünas Eldar Mahmudova görə cərimələnib -
Günün xəbəri

“Qərbi Azərbaycan”: onlar qayıtmaq, yoxsa qaytarmaq istəyirlər? -Bakı “birgəyaşayış ideyası” yazır, Yerevan “ərazi iddiası” oxuyur

Qərbi Azərbaycana qayıdış sülh müqaviləsinə daxil edilib? – Rəsmi açıqlama

“Qərbi Azərbaycan İcması” təşkilatının fəaliyyəti Ermənistan ictimaiyyətində və siyasi dairələrində tez-tez Azərbaycanın bu ölkəyə qarşı ərazi iddialarının göstəricisi kimi təqdim olunur. İcmanın keçmişdə Ermənistandan zorla köçürülmüş azərbaycanlıların hüquqlarını müdafiə etməsi və onların doğma yurdlarına qayıdışı məsələsini gündəmdə saxlaması Ermənistan tərəfindən torpaq iddiası kimi qələmə verilir.

Yenixeber.org: Avqustun 8-də “Azərbaycan Respublikası ilə Ermənistan Respublikası arasında sülhün və

dövlətlərarası münasibətlərin təsis olunması haqqında Saziş”in paraflanmasından sonra sosial şəbəkələrdə Qərbi Azərbaycan İcmasının ləğvi barədə məlumatlar yayılmağa başladı. Ancaq bu məlumatı icmanın rəsmiləri təkzib etdilər.

BMT-nin Qaçqınlar üzrə Ali Komissarlığının məlumatına, eləcə də Azərbaycan hökumətinin açıqladığı rəqəmlərə görə, ötən əsrin 80-ci illərinin sonunda Ermənistandan deportasiya olunmuş azərbaycanlıların sayı 200 min nəfərdən çoxdur.

Təşkilatın sədri, deputat Əziz Ələkbərli bildirir ki, hazırda icmanın rəsmi üzvlərinin sayı təxminən 20.000 nəfərdir və artmaqda davam edir. Qurumun fəaliyyəti, Nizamnaməyə əsasən, ianələr və könüllü dəstək hesabına maliyyələşdirilir. Bundan əlavə, təşkilatın tərkibində iş adamlarının birləşdiyi Qəyyumlar Şurası da zəruri hallarda ona dəstək verir.

1989-cu il dekabrın 28-də “Azərbaycan Qaçqınlar Cəmiyyəti” yaradılıb və 1992-ci il fevralın 14-

də rəsmi qeydiyyata alınıb. 2014-cü ilin sentyabrında onun adı dəyişdirilərək, “Azərbaycan

Qaçqınlar Cəmiyyəti” İctimai Birliyi qoyulub. 2022-ci il avqustun 3-də keçirilən ümumi yığıncaqda isə təşkilatın adı “Qərbi Azərbaycan İcması” kimi təsdiqlənib və yeni Nizamnamə qəbul edilib.

            Ermənistan tərəfinin mövqeyi

2023-cü ildə Ermənistanın Baş naziri Nikol Paşinyan parlamentdə çıxış edərkən azərbaycanlıların Ermənistana qayıdışını ölkənin milli maraqlarına təhlükə  adlandırıb.

news content

Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov isə həmin ilin yekunlarına dair dekabr ayındakı çıxışında Paşinyanın bu fikirlərini “təəssüf və təəccüb doğuran” yanaşma kimi qiymətləndirib. 

Bundan bir qədər sonra, 2024-cü ilin avqust ayında Paşinyan Armenpress nəşrinə verdiyi açıqlamada “Azərbaycan Konstitusiyasında Ermənistana qarşı ərazi iddiaları var” deyib. 

İlin sonunda – dekabrın 19-da isə Baç nazir jurnalistlərin Ermənistandan deportasiya olunmuş azərbaycanlılarla bağlı sualına birbaşa cavabdan yayınıb. Onların geri qayıdış hüququnun təmin olunması tələbini bu dəfə “Qərbi Azərbaycan” ifadəsi işlədildiyinə görə ərazi iddiası kimi dəyərləndirib

Eyni mövqe Ermənistan rəhbərliyinin digər nümayəndələrinin açıqlamalarında da nümayiş etdirilir. Bu ilin yanvar ayında Xarici İşlər naziri Ararat Mirzoyan Yerevanda keçirdiyi mətbuat konfransında “Qərbi Azərbaycan” ifadəsinin gündəmə gətirilməsini Ermənistanın ərazi bütövlüyünə qarşı açıq iddia kimi xarakterizə edib. Nazir vurğulayıb ki, azərbaycanlıların Ermənistana qayıdışı məsələsi Yerevanın gündəmində yoxdur və bunun müzakirəsi belə ölkənin maraqlarına ziddir.

Bu ilin iyulunda Ermənistan Baş nazirinin mətbuat katibi Nazeli Bağdasaryan yenidən Azərbaycanı “gizli ərazi iddiası” irəli sürməkdə ittiham edib. O, Prezident İlham Əliyevin “Zəngəzur dəhlizi” ilə bağlı bəyanatını şərh edərkən bildirib ki, Azərbaycan rəhbərinin “vətəndaşlarımız Ermənistan sərhəd xidmətini görməyəcək” fikri əslində gizli ərazi iddiasıdır.

                             Azərbaycanın mövqeyi

Azərbaycan tərəfin rəsmiləri heç bir dövlətin torpağına göz dikmədiklərini, eləcə də Ermənistana ərazi iddiaları olmadığını dəfələrlə öz çıxışlarında bəyan ediblər. 

Hələ 2019-cu ildə Prezident İlham Əliyevin köməkçisi, Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev Azərbaycanın başqa dövlətlərə ərazi iddiası olmadığını söyləyib. O, bunu Nikol Paşinyanın BMT Baş məclisinin ümumi müzakirələr hissəsində çıxışını şərh edərkən xüsusi vurğulayıb.

Prezident İlham Əliyev 2023-cü ilin oktyabrında “Füzuli Şəhəri Günü”ndə çıxışında bildirib:
“Bizim başqa ölkələrin torpağında gözümüz yoxdur. Zəngəzura da əlbəttə qayıdacağıq, amma sülh yolu ilə. Biz ora tanklarla yox, minik maşınları ilə qayıdacağıq.”

Ötən il Azərbaycan Prezidentinin xüsusi tapşırıqlar üzrə nümayəndəsi Elçin Əmirbəyov Ermənistanın Xarici İşlər naziri Ararat Mirzoyanla Avropa İttifaqı diplomatiyasının rəhbəri Cozep Borrellin birgə mətbuat konfransında Azərbaycan əleyhinə səsləndirilmiş fikirlərə münasibət bildirərkən bir daha təsdiqləyib ki, Azərbaycanın qonşu ölkənin ərazinə iddiası yoxdur

Milli Məclisin İnsan hüquqları komitəsinin sədri, deputat Zahid Oruc yerli media resurslarına verdiyi müsahibələrində Azərbaycanın Konstitusiyasında da heç bir dövlətə qarşı torpaq iddiası olmadığını təkrar-təkrar önə cəkib.  

Ən müxtəlif daxili mənbələrdə, o cümlədən rəsmi nəşrlərdə Qərbi Azərbaycan — “indiki Ermənistan Respublikasının əhatə etdiyi, tarixən azərbaycanlılarının sıx şəkildə yaşadığı coğrafi məkan kimi” xarakterizə olunur.

İcma da ərazi iddiaları barədə rəsmi mövqeni təkrar edir 

Qərbi Azərbaycan İcmasının sədri, millət vəkili Əziz Ələkbərli Press Klub-a verdiyi müsahibəsində deyir ki, Ermənistandan deportasiya olunmuş azərbaycanlıların geri qayıdışı ilə bağlı mövqelərini ərazi iddiası kimi təqdim etmək doğru yanaşma deyil:

“Nikol Paşinyan və Ermənistanda bənzər mövqedə olanlar hesab edirlərsə ki, oradan köçürülmüş azərbaycanlıların geri qayıdışı Ermənistanın milli maraqlarına və ərazi bütövlüyünə təhlükədir, çox yanlış düşünürlər. Sonuncu deportasiyaya qədər 3 milyonadək vətəndaşı olan respublikada yaşayan azərbaycanlılar sayca əhalinin maksimum 10 faizini təşkil edirdilər. O dövrdə də, bu gün də azərbaycanlıların geri qayıdışının Ermənistana hər hansı təhlükə törədə biləcəyini söyləməyə real əsas yoxdur. “Qərbi Azərbaycan İcması” ictimai təşkilatdır və qərbi azərbaycanlılar da mülki bir toplumdur, burada hər hansı ərazi iddiasından söhbət gedə bilməz”.

Əziz Ələkbərlinin sözlərinə görə, indiyə qədər icmanın mövqeyini əks etdirən 10-dan çox sənəd BMT-də rəsmi sənəd kimi yayılıb. Lakin Ermənistan tərəfi dialoqa açıq mövqe sərgiləmir:

 “Biz hətta Ermənistanın Baş naziri Paşinyana da müraciət etmişik, lakin cavab almamışıq. Halbuki, 1987–1991-ci illərdə qovulan insanlar Ermənistanın qanuni vətəndaşları idilər. Müharibə artıq bitib, insanlar isə doğma evlərinə qayıtmaq istəyirlər. Burada qorxası və ya etiraz ediləsi heç nə yoxdur. Hazırda Ermənistanla Azərbaycan arasında sülh sazişi üzərində iş bitib, sazişin mətni paraflanıb və tərəflər bir-birinin ərazi bütövlüyünə təminat verirlər. Biz İcma olaraq bunu alqışlayır və bu sazişi geri qayıdışımız üçün bir vəsilə hesab edirik. Ermənistan da vaxtilə hüquqları pozulmuş vətəndaşlarını geri dəvət etməli və onların layiqli şəkildə qayıdışı üçün şərait yaratmalıdır”.

                            Hüquqi və praktik çərçivə

“Qayıdış imkanı beynəlxalq hüququn müxtəlif sənədlərində əksini tapıb. BMT-nin Ümumdünya İnsan Hüquqları Bəyannaməsinin 13-cü maddəsi hər kəsin sərbəst hərəkət etmək və özünə yaşayış yeri seçmək hüququnu tanıyır. Daha güclü baza isə Mülki və Siyasi Hüquqlar haqqında Beynəlxalq Paktın (ICCPR) 12.4-cü maddəsidir“Heç kəs öz ölkəsinə daxil olmaq hüququndan əsassız olaraq məhrum edilə bilməz”. BMT-nin İnsan Hüquqları Komitəsi “öz ölkəsi” anlayışının yalnız vətəndaşlığı deyil, həm də doğma torpaqları və güclü şəxsi bağlılığı əhatə edə biləcəyini izah edir.

Əziz Ələkbərli icmanın mövqeyini beynəlxalq hüquq müstəvisində də arqumentləşdirir və əlavə edir: “Lakin praktiki baxımdan qayıdışın reallaşması Ermənistan hökumətinin mövqeyindən, eləcə də imzalanacaq sülh sazişindən asılı olacaq. Biz bölgədə davamlı sülhün və təhlükəsizliyin tərəfdarıyıq. Qayıdış ideyamız xalqlarımızın birgəyaşayış ideyasıdır və bu, Ermənistan–Azərbaycan münasibətlərinin normallaşmasına zəmin yarada bilər”.

Müəllif: Samirə Əli 


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam