Redaktor seçimi
QHT-lərə Dövlət Dəstəyi Agentliyi media təşkilatı adı ilə “piy” əridir - 
QHT-lərə Dövlət Agentliyindən Nazirlər Kabinetinə sayqısızlıq -
“Zulu Shipping” dosyesində adı keçən İsmayıl Qasımov kimdir? -
QHT-lərə Dövlət Dəstəyi Agentliyi ifşa olunur: reklam təşkilatının nikah layihəsinə dəstək -
Qobu Bələdiyyəsinin sədrinin saxta imzası üzə çıxdı:
 Eyni QHT-lər, eyni layihələr: dövlət düdcəsi harada itir? -
“Karqo Şamil”in görünməyən üzü…
QHT Agentliyinin “Məlahətli Ana” seçimi -
Günün xəbəri

Qayınata kürəkənini öldürdü -SƏBƏB

Şəmkirdə qayınata kürəkənini qətlə yetirib - YENİLƏNİB
Şəmkirdə baş verən qətlin bəzi təfərrüatları məlum olub.

Yenixeber.org: Məlumata görə qətlə yetirilən Bakı şəhəri, Sabunçu rayonu, Pirşağı qəsəbə sakini 1993-cü il təvəllüdlü Tural Abdullayev 3 il əvvəl Bakı şəhərində restoranların birində hadisəni törədən Sənan Əsgərovun qızı T. Əsgərova ilə tanış olub.

Bundan sonra onlar qeyri rəsmi olaraq birlikdə yaşayıblar. Bir müddətdən sonra cütlüyün arasında narazılıq olub və cütlük ayrılıb. Ayrılandan sonra Tural Abdullayev T. Əsgərovanın videolarını "TikTok"da paylaşıb.

Buna qəzəblənən T. Əsgərova atasının yaşadığı Şəmkir rayonunun Sarıtəpə kəndinə gəlib. 2 gün əvvəl isə mərhum Tural Abdullayev Sarıtəpə kəndinə gələrək T. Əsgərovaya bildirib ki, paylaşdığı videoları silib və onlar yenidən barışıblar. Bundan sonra Tural Abdullayev bir gün də qayınatasıgildə qonaq qalıb.

Ötən gecə isə Tural Abdullayev yatan zaman qayınatası Sənan Əsgərov otağa daxil olaraq onu bıçaqla vurub. Bu zaman mərhum Tural Abdullayev qayınatası S. Əsgərovun bud nahiyəsində bıçaqla xəsarət yetirib.

Hər iki şəxs xəstəxanaya aparılıb. Lakin Tural Abdullayevin həyatını xilas etmək mümkün olmayıb. Sənan .Əsgəovun müalicəsi isə xəstəxanada davam etdirilir.

Məlumata görə hadisədən əvvəl Sənan Əsgərov Tural Abdullayevə ona öldürəcəyini bildiribmiş. Hadisə vaxtı S. Əsgərov sərxoş olub. Qeyd edək ki, T. Abdullayev Sənan Əsgərovun qızı T. Əsgərovanın ikinci ailəsi olub. Sənan Əsgərovun qızı T. Əsgərovanın iki övladı var.

Faktla bağlı araşdırma davam etdirilir.


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam