Redaktor seçimi
Ucuz enerji və spirtli içkiləri, sürətli qazanc... - “Avrora Qrup” bazarımıza nəyi gətirir? -
“ƏLİLLƏR evi”nin KANALİZASİYASI, PANDUSU, 36 sotluq kompleksi “dövlət  sifarişi” ilə “yeyilib” -
“Seçilmişlərə” qrant, qalanlarına qadağa: QHT-lərə Dövlət Dəstəyi Agentliyində qaydasız oyunun arxitekturası -
Hüseynovların qohumu olan Rəşad Zeynalovla bağlı ŞOK İDDİALAR:
“Sumqayıt Hospital”da xəstə ƏHLİ aMANsız durumda – Akademik-deputatın adı hallanır /
90 dəqiqəlik “qrant möcüzəsi”: 602 layihə, 300 qalib və görünməmiş operativlik -
Aygün Əliyevanın “Üfüq”də görünən vəkilliyi - Adı başqa, içi başqa QHT layihələri/
Gəncə Dövlət Universiteti şəxsi maraqların girovunda -
Günün xəbəri

“Cahan Holdinq" və “Saf Ət" MMC-yə qarşı ŞOK İTTİHAMLAR - Naxçıvanda dönərdən kütləvi zəhərlənmənin gerçək səbəbləri /FOTOLAR

“Cahan Holdinq" və “Saf Ət" MMC-yə qarşı ŞOK İTTİHAMLAR - Naxçıvanda dönərdən kütləvi zəhərlənmənin gerçək səbəbləri / FOTOLAR
Naxçıvan şəhər sakini Qasımov Hilal Zülal oğlu tərəfindən redaksiyamıza şikayət məktubu daxil olub. 
Yenixeber.org: Sahibkar olduğunu bildirən şikayətçi rəsmi qurumların yarıtmaz fəaliyyətinə etiraz edir:
“Mən, Qasımov Hilal Zülal oğlu, yazaraq sizdən xahiş edirəm ki, başıma açılan bu haqszılığı işıqlandırasınız.
Bildirim ki, sahibkaram, Naxçıvan şəhərində “Kassap” dönər obyektini işlədirəm. Dönərxanamdan dönər alıb yeyən 7 nəfər zəhərləndi. Səlahiyyətli qurumlar gəlib obyekti bağladı, 1 həftə sonra işimizə davam etdik. 5 gün işlədikdən sonra yenidən obyektdən dönər alan 17 nəfərin zəhərlənməsi xəbərini eşitdik.
Məsələ artıq ciddi şəkildə bizi narahat edirdi. Aldığımız şirkətin ətindən analiz üçün laboratoriyaya göndərdik. Bu zaman məlum oldu ki, ətdə “ecoli” bakteriyası aşkarlanıb. Aldığımız dönər üçün ət məhsulu “Cahan Holdinq"in təşkil etdiyi, Bakı şəhərindən gələn “Saf Ət" MMC-yə məxsusdur. Maraqlısı budur ki, tək bizə yox, Azərbaycanın bir çox yerlərinə ət satan şirkət günahını boynuna almaq istəmir. Hər iki şirkət bu məsuliyyətdən yayınır.
Bizə külli miqdarda ziyan dəyib, müştəri itirmişik. Bu, bizim yox, “Saf Ət MMC”nin və “Cahan” Holdinq"in səhvidir. Lakin rəsmi qurumlar da buna göz yumur. Təəssüflə qeyd edirəm ki, zəhərlənən 17 nəfərin arasında hamilə qadın da var idi.
İnsanların həyatını heçə saymaq olmaz. Bakteriyalı əti satırsız, bəs fikirləşmirsiz ölən olar? Yox, fikirləşmirsiniz. Çünki sizə ziyan dəymir. Ziyan hər zaman gücsüzə, arxasında "dayı"sı olmayana dəyir.
Qida Təhlükəsizliyi Agentliyi niyə bir tərəfi cərimələməkdə, günahlandırmaqda maraqlıdır? Əti aldığımız şirkət niyə məsuliyyətə cəlb olunmur? Yəni ölkədə bu qədər haqsızlıq baş alıb gedir.
Əti hardan aldığıma dair və analizin kağızlarını da sizə göndərirəm. Bu vasitə ilə bəlkə yatmış qurumlar oyana".
Jalə FAMİLQIZI, ("Hürriyyət")
Redaksiyadan: Mövzunu araşdıracağıq. Qarşı tərəfin mövqeyini dərc etməyə hazırıq.




Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam