Redaktor seçimi
Baba Rzayevin şəxsi maraqları “Lubristar LLC” MMC ilə harada toqquşdu?! -
ADAU-da Zəfər Qurbanovun qiyabiçi rektorluğu... -
"Unibank"ın rəhbəri Eldar Qəribovun Fransadakı izləri...-Oğlu İlkin Qəribli birinci oyundan "əli yaxşı gətirmiş" qumarbazdır/
Suraxanı məmurları Adil Əliyevin adını şəhid ailəsinin torpağını dağıtmaqda hallandırır -
Sərdar Ortac, Mehmet Əli Ərbil və Sahil Babayevin “qumar kontoru” -
Sumqayıt Dövlət Universiteti belə təmir edilir:
Sahil Babayevin "kontor"unda qumar oynanılır?! -
Firdovsi Əliyevin başçı olduğu rayonda dövlətin pulu belə xərclənir -
Günün xəbəri

VYANADA QARABAĞ GÖRÜŞÜ: sensasion stenoqram

 

143581_res_01

ABŞ Dövlət Departamenti mayın 16-da Avstriyanın paytaxtı Vyanada ATƏT-in Minsk Qrupunun həmsədr dövlətlərinin xarici işlər nazirlərinin iştirakı ilə Azərbaycan və Ermənistan prezidentləri arasında 3+2 formatında keçirilmiş Qarabağ müzakirələri ilə bağlı iki yüksək rütbəli diplomatın keçirdiyi brifinqin stenoqramını yayıb.

Xeberinfo.com:   Virtualaz.org Dövlət Departamentinin rəsmi saytına istinadən xəbər verir ki, prezidentlərin görüşündən əvvəl Dövlət Departamentinin iki yüksək vəzifəli rəsmisi məhdud sayda jurnalistin iştirakı ilə qapalı brifinq keçirib. Əvvəlcədən xəbərdarlıq edilib ki, həmin yüksək vəzifəli diplomatların kimlikləri açıqlanmayacaq. Bu səbəbdən stenoqramda həmin diplomatlar “Yüksək rütbəli Dövlət Departamenti rəsmisi-1” və “Yüksək rütbəli Dövlət Departamenti rəsmisi-2” adlandırılır.
Dövlət katibi Con Kerrini Vyanada danışıqlarında müşaiyət edən nümayəndə heyətinin tərkibinə daxil olan həmin diplomatlar münaqişə və onun nizamlanması imkanları barədə xeyli açıq danışıblar, sensasion hesab edilə biləcək bir sıra açıqlamalar veriblər.Virtualaz.org stenoqramın ingilis dilindən qısa ixtisarlarla tərcüməsini oxuculara təqdim edir. Mətndə həmin diplomatlar şərti olaraq “Diplomat-1” və “Diplomat-2” adlandırılacaq.

Aparıcı: Yaxşı, uşaqlar, artıq söz işlətmədən deyim ki, sizin qarşısınızda Dövlət Departamentinin iki yüksək rütbəli vəzifəli şəxsi dayanıb. Onlar Dağlıq Qarabğ münaqişəsinə dair bu gün keçiriləcək görüşdən əvvəl münaqişənin tarixçəsinə və indiki danışıqlardan əvvəlki proseslərə dair bəzi məlumatlar verəcək. Onların kimlikləri açıqlanmayacaq, şərti olaraq biz “Yüksək vəzifəli Departament rəsmisi-1” və “Yüksək vəzifəli Departament rəsmisi-2” adları ilə kifayətlənəcəyik.

Diplomat-1: Doğrudur

Aparıcı: Sizin dəqiq adınız necədir?

Diplomat-1: Mən …(ad açıqlanmır). Bu günkü görüşdə dövlət katibi Kerri, xarici işlər naziri Lavrov və Avropa işləri üzrə dövlət katibi Harlem Desir iştirak edəcəklər.

Diplomat-2: Fransanın

Diplomat-1: Fransanın. Fransanın və əlbətdə ki, iki prezidentin, prezidentlər Sərkisyan və İlham Əliyevin iştirakı ilə. Bir qədər münaqişənin tarixçəsi barədə. Bu münaqişə 1992-ci ildə başlayıb, 94-cü ilə qədər davam edib. Dağlıq Qarabağ adlanan kiçik əraziyə görə. 94-cü ildən atəşkəs müşahidə olunur. Bəziləri bunu dondurulmuş münaqişə adlandırırlar, ancaq o dondurulmaqdan çox uzaqdır. Xüsusən də son 20 il ərzində təmas xətti boyu və Ermənistanla Azərbaycanın beynəlxalq səviyyədə tanınmış sərhədləri boyu müntəzəm olaraq atışmalar baş verib. Hər il hər iki tərəfdən onlarla itki olub və bildiyiniz kimi döyüşlər aprelin 2-də kəskin şəkildə alovlanıb, 5-nə qədər davam edib. Bunu 4 günlük müharibə də adlandırırlar, yüzlərlə itki olub, təxminən 350 nəfər, mülki şəxslər də daxil olmaqla…

Aprelin əvvəllərində başlayan bu döyüşlərə görə dövlət katibi Kerri xarici işlər naziri Lavrovla və Fransa xarici işlər naziri Ayro ilə birlikdə qərara aldılar ki, prezidentlərin görüşünü təşkil etməyin, onları bir daha sülh prosesi haqda ciddi danışmağa çağırmağın vaxtıdır. Ona görə də bu gün bir sıra suallar var ki, dövlət katibi Kerri onları prezidentlərlə müzakirə etməyə ümid edir.

Onlardan biri atışmalardır ki, aprelin əvvəlindən başlayıb və təmas xətti boyu bu günə qədər davam edir. Biz tərəflərin üzərinə 1994-cü il atəşkəs razılaşmasına sadiq qaldıqlarına dair öhdəlik götürmələrini görmək istərdik. Və bu gün axşam imkan olacaq ki, tərəflər atəşkəs razılaşmasına hörmət etdiklərini təsdiqləsinlər.

Biz həmçinin hesab edirik ki, təmas xəttindəki vəziyyəti nəzərə alaraq etimadın möhkəmləndirilməsinə dair bir sıra tədbirlər görülməsi zəruridir. Biz prezidentlərin təmas xətti boyu gərginliyi azaltmaq üçün müəyyən addımlar atmasını gözləyirik.

Və nəhayət biz istəyirik ki, danışıqlar prosesi başlasın. Hər iki tərəf münaqişənin hərtərəfli nizamlanmasına dair danışıqların başlayacağına dair öhdəlik götürməlidir. Hər iki tərəf hesab edir ki, status-kvo dayanıqlı deyil və doğrudan da nizamlanmaya aparan real prosesə başlamaq lazımdır. Beləliklə, dövlət katibi Kerri prezidentlərin yaxın vaxtlarda yenidən görüşüb hərtərəfli nizamlamaya dair danışıqlar aparması üçün təzyiq göstərəcək.

Diplomat-2: Siz ATƏT-in səyləri və indiki vəziyyət barədə bir qədər məlumat vermək istərdiniz?

Diplomat-1: Doğrudur. 94-cü ildə atəşkəsin əldə edilməsindən sonra ATƏT-in qarşısında nizamlamaya dair danışıqlar vəzifəsi qoyulmuşdu. Onlar monitorinq missiyası yaradıblar və indiyə qədər davam edir. Polşa diplomatının başçılıq etdiyi missiyaya 6 müşahidəçi daxildir, onlar təmas xətti boyu və iki ölkə sərhədində işləyirlər. 20 il ərizində Minsk Qrupu həmsədrlərinin vasitəçiliyi ilə danışıqlar gedib. Tərəflər bir neçə dəfə razılaşmaya yaxın olublar, ancaq gördüyünüz kimi onlar indiyə qədər hərtərəfli nizamlamada anlaşa bilməyiblər.

Sual: Deyə bilərsinizmi aprelin əvvəlində bu toqquşmalar niyə başladı?

Diplomat-2: Bunu başa düşmək çətindir ki, bu döyüşlər niyə və necə başladı. Tamamilə aydın olan budur ki, son illərdə tərəflərdən hər biri digərinin möhkəmliyini sınayırdı. Təmas xətti boyu yaşanan ən narahatlıq doğuran hal ağır silahların cəmləşdirilməsidir. Hətta cəmi iki il əvvələ qədər itkilərin əksəriyyəti snayper atəşləri nəticəsində baş verirdi. Əsgər başını səngərdən qaldıran kimi qarşı tərəf atırdı.

Lakin ötən il onlar minomyotları, qumbaraatanları, artilleriyanı işə salmağa başladılar. Ona görə də hər bir tərəf digərini yoxlayır və aydındır ki, bu sınaqlar 94-cü ildən bəri ən şiddətli toqquşmaların alovlanmasına gətirib çıxardı.

Sual: Sonuncu dəfə ABŞ nə vaxt həmsədr ölkə kimi təşəbbüsü ələ alıb? Mən Kolin Pauellin Ki-Uestdə təşkil etdiyi görüşü nəzərdə tuturam, onu yada salmaq istəyirəm…

Diplomat-1:Doğrudur, doğrudur.

Diplomat-2: Onda Məttin saçları indkindən daha çox idi.

Sual: xeyli çox idi (gülüşmə)

Diplomat-1: Bilirsiniz, bu o qədər də doğru deyil. Dövlət katibi iki il əvvəl Uelsdəki NATO sammitində prezidentləri görüşdürüb. Beləliklə, prezidentlər Sərkisyan və Əliyev kifayət qədər müntəzəm, ildə bir neçə dəfə görüşüblər, irəliyə doğru aparan yolu tapmaq istəyiblər..

Sual: deməli ABŞ sonuncu dəfə iki il əvvəl təşəbbüs göstərib.

Diplomat-1: Düzdür.

Sual: Sonra bir məsələ də var, siz ruslardan bu işdə nə gözləyirsiniz?

Diplomat-1: Bu sualın cavabı bizim bu gün ruslarla üz-üzə oturmağımızdır. Bu elə məsələdir ki, ruslarla bizim aramızda fikir ayrılığı yoxdur. Biz əslində iki məsələni vurğulayırıq: gərginliyin azaldılması və hərtərəfli nizamlamaya dair prosesin başlaması. Və ruslar da bu iki hədəfin hər ikisini bölüşür.

Sual: Bu günkü görüşdə tərəflərə hansı təklifləriniz olacaq?

Diplomat-1: Bizim bu gün təkliflər üzərində işləmək üçün vaxtımız çatmayacaq, ancaq ortada təkliflər var. Biz onları prinsiplər və elementlər adlandırırıq.

Sual: Təəsüf ki, təkcə prinsiplər, bəs sonra?

Diplomat-1: Prinsiplər və elementlər hərtərəfli nizamlamnın əsasıdır. Və həmin prinsiplər və elementlər uzun müddətdir ki, masa üzərindədir. Beləliklə, biz bu gün tərəflərin həmin prinsiplərin və elementlərin gələcək nizamlamanın əsasını təşkil edəcəyini təsdiqləməsinə dair diskussiyalar aparacğıq.

Sual:Yəni demək istəyirəm ki, siz onların bir-biri ilə danışmaq istəyinə inanırsınız?Çünki bəzi adamlar var ki, onların fikrincə ruslar tərəflərə deyiblər ki, burada olsunlar.

Diplomat-1: Xeyr. Bilirsiniz, bu regionda nə baş verdiyi haqda müxtəlif şeylər eşidə bilərsiniz. Elə azərbaycanlılar var ki, onlar münaqişənin ancaq top lüləsi ilə həll ediləcəyinə inanır. Lakin biz hesab etmirik ki, prezidentlərdən hər hansı biri bunu dəstəkləyir. Onlar balanslaşdırılmış razılaşma istəyirlər. Keçmişdə buna yaxın olublar. Onlar nizamlamanın necə olacağına dair təsəvvürlərində bir-birindən uzaqda deyillər. Bu səbəbdən biz onları bu gün bir araya gətirmişik, istisna deyil ki, onlar mövqeləri daha da yaxınlaşdıra biləcəklər. Bu halda biz hərtərəfli, dayanıqlı nizamlama prosesini görmək istərdik. Hərtərəfli deyəndə bütün məsələlər diqqətə alınmalıdır.

Diplomat-2: Sonuncu dəəf onlar ötən ilin dekabrında görüşmüşdülər, elə deyilmi?

Diplomat-1: Elədir, ancaq həmin görüşdə irəliləyiş əldə olunmadı.

Diplomat-2: Elədir

Diplomat-1: Lakin onların kimyası bir-birləri ilə uzlaşır. Məsələ ondadır ki, apreldə baş verənlərə görə onlar faktiki olaraq buna qayıdacaqlar. Ona görə də biz bu gün sınayacağıq ki, ən yaxşı halda prosesi başladaq.

Diplomat-1: Maraqlısı budur ki, onlar bir-birləri ilə danışa bilirlər. Biz əvvəllər onların arasında təkbətək görüşə vasitəçilik etmişik, ancaq hesab etmirəm ki, bu gün də bunu etmək imkanımız olacaq. Biz ayrı format seçmişik. Əvvəllər biz onlara təkbətək görüş üçün istənilən qədər vaxt ayırmışıq. Onlar dəqiq bilir ki, nə vaxt nə haqda danışmaq lazımdır. Və dediyim kimi onlar bir-birindən elə də uzaqda deyillər. İndi dövlət katibi Kerri və xarici işlər naziri Lavrvun güclü təkanı ilə ümid edirik ki, biz bu danışıqlarda yol tapa biləcəyik.

Diplomat-2: Bəs fransalı nümayəndə?

Diplomat-1: Hə, bir də fransalı nümayəndə.

Diplomat-1: Biz prezidentlərə təkbətək görüşməyi təklif etməmişik. Ancaq istəsələr bunu etmək üçün onlara heç nə mane olmur. Əgər bu gün bunun mənası olacaqsa.

Sual: Referendumla bağlı məsələ nə yerdədir?

Diplomat-1: Bu, həlli tələb olunan məsələlərdən biridir. Biz bunu Dağlıq Qarabağın statusu da adlandırırıq. Və prezidentlər razıdır ki, status Dağlıq Qarabağ əhalisinin öz iradəsini ifadə etməsi yolu ilə müəyyən edilsin. Əlbətdə, ermənilər istərdi ki, referendum mümkün qədər tez olsun. Bizim bu suala cavabımız belədir ki, hərtərəfli nizamlama haqda danışanda referendum oyunda yeganə problem deyil. Biz bütün bu elementlər və prinsiplərin hamısı haqda danışmalıyıq.

Sual: Bəs Dağlıq Qarabağın tanınması?

Diplomat-2: Bu məsələ gündəmdə deyil. Heç bir ölkə, o cümlədən Ermənistan Dağlıq Qarabağı tanımır. Əgər Ermənistanda müzakirəyə çıxarılan qanun layihəsini nəzərdə tutursunuzsa onu müxalifət təqdim edib və geniş dəstək qazanmayıb.

Diplomat-1: Nizamlama əldə edilmədən Dağlıq Qarabağın tanınmasını Azərbaycan müharibə elan edilməsi kimi qarşılanacaq.

Sual: Necə fikirləşirsiniz, bu görüşdə sülhməramlılar barədə danışılacaq? Mən bilirəm ki, ruslar sülhməramlıların yeridilməsini təklif ediblər və əslində tərəflərdən heç biri bunu istəmir. Bəs indi gücləndirilmiş monitorinq barədə hansı təkliflər var?

Diplomat-1: Doğrudur, bizim danışa biləcəyimiz məsələlərdən biri ATƏT-in monitorinq missiyasının gələcəkdə necə olacağıdır. Biz bu sahədə daha etbarlı işi görmək istərdik, həmçinin gərginliyi, atışmaları azaltmağa kömək edən digər etimad tədbirlərini. Bizim tərəflərə çatdırdığımız mesaj bundan ibarətdir ki, bəli, istəyirik danışıqlar olsun. Ancaq münaqişə yenidən alovlansa bu danışıqlar çətin ki, uğurlu olardı. Beləliklə, biz əgər mümkünsə, sakitlik dövrü görmək istərdik ki, danışıqları başlamaq mümkün olsun.

Sual:Aprel döyüşləri status-kvonu dəyişdirdi, yoxsa təmas xəttində yenə də əvvəlki vəziyyət hökm sürür?

Diplomat-1:Yox, yerlərdə vəziyyət doğrudan da dəyişib. Və azərbaycanlılar bəzi əraziləri geri alıblar, ən azından azərbaycanlılar bu ərazilərin onlar üçün taktiki baxımdan mühüm olduğuna inanır. Fakt budur ki, onlar həmin mövqelərdən geri çəkilməyiblər.

Sual: Deməli onlar özlərini indi daha inamlı hiss etməlidir. Bəyəm bu onların tərəfindən yeni həmlələləri təşviq etmirmi?

Diplomat-1: Bilirsiniz, siz tərəflərin hər birindən ayrı əhvalat eşidə bilərsiniz. Azərbaycanlılar qələbə qazandıqlarını elan ediblər, və hesab edirlər ki, bu, əhəmiyyətli hərbi qələbədir. Ermənilər isə bunu belə görmür. Onlar sizə deyəcəklər ki, sadəcə olaraq bir neçə yüz metrdən söhbət gedir və Azərbaycan o qədər də əhəmiyyət daşımayan həmin əraziləri almaq üçün çox yüksək dəyər ödəməli olub.

Diplomat-2: Tərəflər xeyli itki veriblər…

Sual: Siz bayaq dediniz ki, monitorinq missiyasının daha etibarlı olmasını görmək istərdiniz. Dəqiqləşdirə bilərdinizmi ki, idealda təmas xəttində vəziyyət necə olmalıdır?

Diplomat-1: Bilirsiniz, indi cəmi 6 müşahidəçi var. Və bu, ayda cəmi iki-üç dəfə monitorinq həyata keçirməyə imkan verir. Bu, sadəcə olaraq bəs etmir. Biz daha çox müşahidəçinin olmasını və daha geniş coğrafi rayonları əhatə etməsini istəyirik. Əgər tərəflər buna razılıq versələr faydalı olacaq. Problemlərdən biri də təmas xətti və iki ölkə sərhədi boyu kimin birinci atəş açdığını müəyyənləşdirməyin mümkün olmamasıdır. Tərəflərdən hər biri digərini ittiham edir. Və aprelin 2-də də belə oldu. Biz müşahidə missiyasını kimin və nə vaxt hansı insidentə qarışdığını müəyyən etməyə imkan verən alətlərlə gücləndirilməsinə nail olmaq istəyirik.

Sual: Bir vaxt Azərbaycan əlavə monitorinqə qarşı idi. Əgər belədirsə indi bu məsələ həll olunubmu?

Diplomat-1: Onlar əlavə müşahidəçilərə qarşı idi. Onlar etimadın möhkəmləndirilməsinə yönələn hər hansı tədbirlərə qarşı idi, çünki hesab edirdilər ki, bunlar status-kvonu əbədiləşdirir. Bununla belə biz bu etimad tədbirlərini və humanitar tədbirləri bu gün müzakirə etmək, razılaşdırmaq istəyrik. Əgər Azərbaycan onlardan bəzilərinə razılıq verərsə.

Diplomat-2: Əgər razılaşma əldə olunsa orada kameralar quraşdırmaqla və digər passiv monitorinq vasitələri ilə daha çox iş görmək olar.

Sual: O, kameralar. Bu haqda ciddi düşünmək lazımdır (gülüşmə)

Diplomat-2: Dövlət katibi Kerri bu münaqişə ilə uzun müddətdir məşğuldur. Mən xatırlayıram ki, o, ilk dəfə dövlət katibi vəzifəsinə başlayanda məndən soruşdu ki, bu məsələnin həlli üçün daha çox nə iş görmək olar. Bildiyiniz kimi aprelin 2-də döyüşlər başlayanda biz Vaşinqtonda prezidentlər Əliyevi və Sərkisyanı nüvə təhükəsizliyi sammitində qarşılayırdıq. Bu zaman dövlət katibi hər iki tərəflə ayrıca müzakirələr apardı, döyüşlər başlayandan sonra da şəxsən səylərini artırıb. Əslində həmsədr kimi biz bu cəhdləri etməsək məsuliyyətsizlik olardı.

Diplomat-1:Çox müəmmalı və mürəkkəb sualdır. Təəcüblüdür ki, dövlət katibi bu problem barədə nə dərəcədə biliklidir. Mən heyrətə gəldim ki, o, Uelsdə prezidentlərlə görüşəndə necə edirdi. Əlbətdə, biz onun üçün informasiya qeydi hazırlamışdıq, ancaq dövlət katibi görüşü münaqişənin necə başlayıb necə səngidiyi haqda öz fikirləri ilə açdı. Təsəvvür edə bilərsiniz, prezidentlər onun hər sözünü necə diqqətlə dinləyirdilər. Və o, təəcüblü şəkildə balanslaşdırılmış təqdimat verdi və hesab edirəm ki, prezidentlər dövlət katibinin münaqişə haqda nə dərəcədə yaxşı məlumatlı olmasından təəcüblənmişdilər.

Diplomat-2: Başqa məsələdir ki, o, kəskin danışır. O, gözəl başa düşür ki, ora strateji əhəmiyyətli regiondur, xüsusən İranın ətraf dünya ilə münasibətlərinin dəyişdiyi, Rusiya ilə Türkiyə arasında gərginlik yarandığı bir vaxtda.

Diplomat-1: Bu, həll edilə bilən münaqişədir. Sadəcə olaraq orada vəziyyəti idarə etmək lazımdır. Əgər prezidentlər siyasi iradə nümayiş etdirsələr münaqişənin həllinə nail olmaq olar.

Sual: Hansısa terrorçu qruplaşmanın, İŞİD-in və ya digərlərinin iştirakı ilə hansısa təhlükəsizlik problemi var?

Diplomat-2: Xeyr. Azərbaycan xarici yaraqlılardan, onların irəli-geri hərəkətindən narahatdır. Onlar daxilində bu məsələ ilə bağlı çox sərt və ciddi tədbirlər görüblər. Bildiyiniz kimi bizim Azərbaycanla qanunsuz materialların yayılmasına qarşı uzunmüddətli əməkdaşlığımız var. Onlar olduqca, olduqca yaxşı partnyordurlar, bütün bu cür təhlükəsizlik məsələlərində eynən Gürcüstana bərabər tərəfdaşdırlar.

Münaqişə həm də iqtisadi baxımdan tərəflərə yükdür. Onlar silahlı qüvvələri dəstəkləməlidir, özü də hər iki ölkənin iqtisadi artıma ehtiyacının olduğu bir vaxtda. Azərbaycan neftin ucuzlaşmasından əziyyət çəkən və iqtisadiyyatını şaxələndirmək istəyən ölkələrdən biridir. Ona görə də biz görmək istərdik ki, onlar daha az silah alsınlar və regionda ticarət əlaqələrini genişləndirsinlər.

Diplomat-1: Bu, hər iki tərəf üçün uduşlu variant olacaq. Azərbaycanın əsas məqsədi Dağlıq Qarabağ ətrafındakı əraziləri qaytarmaqdır və bu, hərtərəfli nizamlamada olduqca mümkündür. Ermənistan üçün isə əsas məsələ statusdur. Və onlar da həmin statusu hərtərəfli nizamlama çərçivəsində əldə edə bilərlər. Beləliklə, bu mümkündür, əgər prezidentlər çıxıb öz xalqının qarşısında deyə bilsələr ki, siz müəyyən razılaşma istəyirsiniz, yoxsa…

Diplomat-2: Beləliklə, gəlin baxaq görək bu axşamkı görüş necə keçəcək. Ola bilsin orada hansısa birgə bəyanat olsun, ola bilsin onlar paralel olaraq ayrılıqda bəyana versinlər. Gəlin baxaq görək necə olacaq. Hər halda apreldə döyüşlər başlayandan bəri iki prezident ilk dəfə görüşür.

Brifinqin sonunda bir daha xatırladılır ki,diplomatların kimliklərini açıqlamaq olmaz. Vyana görüşündə isə xəbər verildiyi kimi təmas xəttində monitorinq missiyasının gücləndirilməsinə və tərəflərin 1994-cü il atəşkəs razılaşmasına sadiq qaldıqlarına dair anlaşma əldə edilib. Habelə razılaşdırılıb ki, prezidentlər iyun ayında yenidən görüşüb bu dəfə münaqişənin hərtərəfli nizamlanmasına dair danışıqlara başlasanlar.


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam