Redaktor seçimi
Abdin Fərzəliyev Abşeronu belə NURLANdırır– 
"MedEra" Hospitalın həkimi Musa Kılıçın diplomu saxtadır?! -
İcra başçısı Adil Vəliyevin “vunderkind” oğlu: 
Vilayət Vəliyev Dövlət Universitetinə miras kimi baxır(?)! -
Eldar Əzizov Ramin Abdullayevin “qara kassasını” yenidən “diriltdi” -
Sumqayıtlı müəllimlərin əmək haqları kəsilir?! – 
Mingəçevir Təhsil sektorunun müdirini nazir müavini ilə nə bağlayır?!:  Sevinc Həsənova məsul şəxslər barədə kompramat toplayır -
TƏCİLİ! "Landmark Baku"da çalışan diplomatları iranlı qızlarla görüşdürüb çəkdirən iş adamının adı məlum oldu —
Günün xəbəri

ABŞ Konqresinin Nümayəndələr Palatasına yeni sədr seçilib

 

Kevin Makkarti ABŞ Konqresinin Nümayəndələr Palatasının (Aşağı Palata) yeni sədri seçilib.

Yenixeber.org: Məlumatı ABŞ KİV-ləri yayıb.

ABŞ-ın Kaloforniya ştatını təmsil edən Respublikaçılar Partiyasının nümayəndəsi bu postda erməni lobbisinin istəklərinin qatı müdafiəçisi Nensi Pelosini əvəzləyəcək. 

K.Makkartinin Azərbaycan, Türkiyə və Ermənistana münasibətdə loyal və tərəfsiz mövqedə olduğu bildirilir. 

Qeyd edək ki, ABŞ Konqresinin Nümayəndələr Palatasının 118-ci çağırışına dörd gündür yeni sədr seçilə bilmirdi. Nəhayət K.Makkarti 15-ci cəhddə 216 səs toplayaraq bu posta yiyələnməyə nail olunub. 

Xatırladaq ki, Kevin Ouen Makkarti 1965-ci il yanvarın 26-da Kaliforniya ştatının Beykersfild şəhərində anadan olub. O, 2019-cu ildən ABŞ Nümayəndələr Palatasında azlıqların iideridir. Respublikaçılar Partiyasının üzvü əvvəllər, 2014-2019-cu illərdə Nümayəndələr Palatasında çoxluqların lideri olub.

 


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam