Redaktor seçimi
““Qarabağ Oil” zavodunun direktoru Gülpəri Bayramova əməkhaqqımızı vermir” -
Ceyhun Bayramovun və oğlunun yeni biznes layihəsi -
 QHT sektoru mafiya qanunları ilə idarə edilir: Qrantlar kimlərinsə həyat yoldaşları, qızları, gəlinləri, məşuqələrinə ayrılır -
Gəncə Dövlət Universiteti “üfunət qoxuyur”(?)! -
QHT-lərə Dövlət Dəstəyi adı ilə büdcə talançılığı: Korrupsiyanın anatomoyası –
Əli Həsənovun kürəkəninin Avropada biznes şəbəkəsi aşkarlandı -
Biləsuvarda dövlətin pulu könül istəyi ilə xərclənir(?) -
Gəncə Dövlət Universitetində bitməyən "ŞƏNLİK" -
Günün xəbəri

İlk dəfə heyətlərarası görüş olacaq

Türkiyə ilə Ermənistan ilk dəfə heyətlərarası görüş üçün bir araya gələcək
Türkiyə-Ermənistan münasibətlərində daha bir mühüm mərhələ başlayır.

Yenixeber.org: Türkiyə ilə Ermənistan ilk dəfə heyətlərarası görüş üçün bir araya gəlir.

Səfərin gələn həftənin əvvəlində keçirilməsi planlaşdırılır. Diplomatik mənbələrdən əldə edilən məlumata görə, səfir Serdar Kılıçın rəhbərlik etdiyi heyətin Ermənistan tərəfinə Alican sərhəd-keçid məntəqəsindən keçərək getməsi gözlənilir.

İlk dəfə keçiriləcək heyətlərarası görüşdə Türkiyə-Ermənistan ikitərəfli münasibətlərinin normallaşdırılması üçün bəzi qərarların qəbul olunması və daha əvvəl qəbul edilmiş qərarların icraya qoyulması gündəmdə olacaq.

Keçmiş illərdə aparılmış beş ayrı görüşdə yük daşımaları, və hava uçuşlarının başlanması, sərhədlərin açılması üçün texniki və infrastruktur işlərinin həyata keçirilməsi barədə qərarlar qəbul edilmişdi.

Diplomatik pasport daşıyan şəxslər üçün viza prosedurlarının sadələşdirilməsi ilə yanaşı, üçüncü ölkə vətəndaşlarının Türkiyə-Ermənistan sərhədindən keçməsinə icazə verilməsi məsələsində də razılıq əldə edilmişdi, lakin bu qərar hələ həyata keçirilməyib.

Səfərin ABŞ-Ermənistan və Azərbaycan arasında Zəngəzur dəhlizi ilə bağlı müqavilənin imzalanmasının ardından baş tutması da mühüm əhəmiyyət kəsb edir.(NTV)


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam