Redaktor seçimi
Qazinin Dövlət Qurumunda 3 Aylıq “Əsirlik” Həyatı -
Baba Rzayevin şəxsi maraqları “Lubristar LLC” MMC ilə harada toqquşdu?! -
ADAU-da Zəfər Qurbanovun qiyabiçi rektorluğu... -
"Unibank"ın rəhbəri Eldar Qəribovun Fransadakı izləri...-Oğlu İlkin Qəribli birinci oyundan "əli yaxşı gətirmiş" qumarbazdır/
Suraxanı məmurları Adil Əliyevin adını şəhid ailəsinin torpağını dağıtmaqda hallandırır -
Sərdar Ortac, Mehmet Əli Ərbil və Sahil Babayevin “qumar kontoru” -
Sumqayıt Dövlət Universiteti belə təmir edilir:
Sahil Babayevin "kontor"unda qumar oynanılır?! -
Günün xəbəri

Britaniya Belarusda keçirilmiş seçkinin nəticələrini tanımır-RƏSMİ

 

  Böyük Britaniya Belarusda keçirilmiş prezident seçkisinin nəticələrini tanımır. 

Yenixeber.org: Ölkənin xarici işlər naziri Dominic Raab bazar günü bildirib ki, Britaniya bu nəticələri qəbul etmir, Reuters xəbər verir. 

O, Belarusda Aleksandr Lukaşenkonun yenidən seçilməsini "saxta" adlandırıb və bildirib ki, beynəlxalq partnyorları ilə buna cavabdeh olan şəxsləri məsuliyyətə cəlb etmək üçün sanksiyalar üzərində işləyəcəklər. 

"Bütün dünya Belarus hakimiyyətinin dinc aksiyaçılara göstərdiyi təzyiqi dəhşət içində izlədi", - Dominic Raab bildirib.

Belarus Prezidenti Aleksandr Lukaşenkonun rəqibi Svetlana Tixanovskaya yeni seçkilər ərəfəsində "milli lider" olmağa hazırdı.

O bu barədə videomüraciət yayıb.

"Mənim əziz və sevimli belaruslularım! Biz hamımız və ölkəmiz tarixin alçaqlığın qəhrəmanlıqla, ümidsizliyin cəsarətlə, sevginin isə xəyanətlə həmsərhəd olduğu çox çətin dövrünü keçirik," - Tixanovskayanın müraciəti bu sözlərlə başlayır.

O, çıxışında etirazlar zamanı ölən şəxslər barədə danışıb və "sizinlə bir ağlayıram" deyib. Tixanovskaya ölənlərin ailələrini dəstəkləməyi, onların şərəfinə küçələrə ad verilməsini təklif edir.

Bundan sonra Tixanovskaya nə üçün "milli lider" olmalı olduğunun səbəblərindən danışır:

"Mənim siyasi karyeram haqqında illüziyalarım olmayıb və yoxdur. Mən siyasətçi olmaq istəmirdim. Lakin tale elə gətirdi ki, mən özbaşınalıq və haqsızlığa qarşı olan qarşıdurmalarda ön cəbhədə yer aldım. Tale və siz. Mənə inanan siz, mənə güc verən siz... Sizin cəsarətinizə heyranam..."

Svetlana Tixanovskaya müraciətində deyir ki, "biz hamımız 26 idir davam edən sonsuz dairədən çıxmaq istəyirik".

"Mən ölkənin sakitləşməsi və normal ritmə qayıtması üçün məsuliyyəti öz üzərimə götürməyə və bu dövrdə milli lider kimi çıxış etməyə hazıram. Onun üçün ki, biz bütün siyasi məhbusları azad edək və ən qısa müddətdə yeni prezident seçkilərinin təşkili üçün qanunverici baza və şərait təşkil edək," - o deyib.

 

Belarusda polis tərəfindən saxlanmış bir etirazçı ölüb. Daha bir etirazçı isə bazar günü keçirilmiş mübahisəli prezident seçkisindən sonra baş vermiş polislə toqquşmalarda ölmüşdü.

Rəsmilər Gomeldə 25 yaşlı şəxsin ölüm səbəbinin bəlli olmadığını bildirirlər. Onun anası oğlunun ürəyində problem olduğunu və saatlarla polis mikroavtobusunda saxlanıldığını açıqlayıb.

Brestdə polis "hücumlara məruz qaldığı üçün rezin güllədən" istifadə edildiyini bildirib.

Etirazların dördüncü gecə davam etməsindən sonra BMT rəsmiləri zorakılıq tətbiq edilməsini qınayıb.

BMT-nin İnsan Hüquqları üzrə Ali Komissarı Michelle Bachelet polis işçilərinin həddindən artıq güc tətbiq etdiklərini, rezin güllələr və su topları atdıqlarını, üstəlik qumbaralardan istifadə etdiklərini deyib.

"Hesabatlar son üç gündə təqribən 6000 nəfərin, o cümlədən hadisə yerinə gələn, lakin etirazlarda iştirak etməyənlərin, habelə yetkinlik yaşına çatmayanların da saxlandığını, kütləvi həbslərin aparılması tendensiyası beynəlxalq insan hüquqları standartlarının açıq şəkildə pozulmasını göstərir," - Michelle Bachelet bəyan edib.

BMT rəsmisi "həbslər zamanı və sonrasında edilən pis rəftarlar barədə xəbərlər daha da narahatedicidir" deyərək qanunsuz həbs olunanların hamısının sərbəst buraxılmasını istəyib.

Dövlət televiziyasında bəzi qançır edilmiş məhbusların sıraya düzüldüyü, "inqilab etmək" üçün davam etmək istəyib-istəmədiklərinin soruşulduğu səhnələri göstərilib.

Etirazlarda ən azı 200 etirazçının yaralandığı bildirilir, onlardan bəzilərinin vəziyyəti ağırdır.

                         Bir gecədə 700 nəfər polis tərəfindən saxlanılıb

Belarus Daxili İşlər Nazirliyi hesab edir ki, "asayiş keşikçilərinə qarşı təcavüz səviyyəsi yüksək olaraq qalır."

Qurum bildirib ki, avqustun 9-dan 13-dək etirazçılarla qarşıdurma nəticəsində 103 hüquq-mühafizə orqanı əməkdaşı yaralanıb, onlardan 28-i xəstəxanaya yerləşdirilib.

"Dünən Minskdə və Baranoviçdə yol polisi əməkdaşlarına qəsdən avtomobillə hücum edilib. Hüquq-mühafizə orqanlarının əməkdaşları pozucuları dayandırmaq üçün silahdan istifadə ediblər," - DİN mətbuat katibi Olqa Chemodanova öz teleqram kanalında bildirib.

Belarus Daxili İşlər Nazirliyi Minskdə bir gecədə 700 nəfərin saxlandığını bildirib. Qurum 700 nəfərin avqustun 13-nə keçən gecə icazəsiz kütləvi tədbirlərdə iştirak etdiyinə görə saxlandığını açıqlayıb.

Rəsmi məlumatlara görə, Belarusda etiraz aksiyaları başladıqdan bəri təxminən 7 min nəfər saxlanılıb.

Çərşənbə axşamı günü axşam saatlarında bir BBC heyətinə də polis hücum edib.

Bazar ertəsi paytaxt Minskdə etiraz aksiyası zamanı bir nümayişçi həyatını itirib. Belarus Daxili İşlər Nazirliyi ölən şəxsin əlində partlayıcı qurğunun olmasının aşkarlandığını iddia edib.

Çərşənbə axşamı daha bir toqquşma xəbərindən sonra etirazçıların yenidən Minskdə və digər Belarus şəhərlərində toplandığı bildirilib. Küçələrdə toplaşanların sayı əvvəlki gecələrdə olduğundan az müşahidə olunub.

                         Aİ sanksiyaların yenidən tətbiqini gözdən keçirir

Avropa İttifaqı ölkələrinin xarici işlər nazirləri cümə günü prezident seçkilərinin nəticələrinə və Belarusdakı etiraz aksiyalarına sərt basqıya necə reaksiya verməli olduqlarını müzakirə edəcəklər.

Avropa İttifaqı Lukashenkoya və Belarusun vəzifəli şəxslərinə qarşı qaldırılmış sanksiyaları yenidən tətbiq edə bilər, lakin avropalı ekspert və siyasətçilər hesab edir ki, birlik həm də Belarusu Rusiyanın qucağına atmaqdan qorxur.

Baltikyanı ölkələrin və Finlandiyanın dəstəyi və Polşanın təşəbbüsü ilə Aİ xarici işlər nazirlərinin Belarus mövzusunda təcili video iclası çağırılıb.

Həftənin əvvəlində Avropa İttifaqı və qurumun ölkələrinin mərkəzi qurumları avqustun sonunda Nazirlərin növbəti iclasında Belarusu müzakirə etməyi təklif etsələr də, sonradan fövqəladə iclasa razılıq veriblər. Ancaq iclasın gündəliyinə yalnız Belarus deyil, Livandakı vəziyyət və Türkiyə ilə münasibətlərin müzakirəsi də daxil edilib.

"Lukashenkonu sülh yolu ilə getməyə, Qərb və Avropa İttifaqı ilə münasibətləri inkişaf etdirməyə məcbur etməliyik. Əlbəttə ki, vəziyyət pisləşərsə, sanksiyalardan qaçmaq çox çətin olacaq," - Polşanın xarici işlər naziri Jacek Czaputowicz bu həftənin əvvəlində bildirib.

Elə həmin gün Avropa Birliyi Xarici İşlər Nazirliyinin rəhbəri Xosep Borrell sanksiyaların geri qaytarılmasının mümkün olduğunu elan edib.

"Biz hazırkı vəziyyətdə Belarus hakimiyyət orqanlarının hərəkətlərini izləyirik və Avropa İttifaqı Belarusla münasibətlərini dərindən qiymətləndiririk. Bu yenidən qiymətləndirmə, digər şeylərlə yanaşı, zorakılıq, əsassız həbslər və seçki nəticələrinin saxtalaşdırılmasına görə məsuliyyət daşıyanlara qarşı tədbirləri də əhatə edə bilər," - Borrell deyib.

Almaniya xarici işlər naziri Heiko Maas da bu həftə Avropa İttifaqının Belarus rəhbərliyinə qarşı sanksiyaların qaldırılması ilə bağlı dörd illik qərarına yenidən baxmalı olduğunu söyləyib.

Sanksiyalarla bağlı qərar Avropa İttifaqı ölkələrinin dövlət və hökumət başçılarının sammitlərində qəbul edilir, xarici işlər nazirləri ölkələrin mövqelərini razılaşdıra bilər və sammit üçün qərar layihəsini təklif edə bilər

                                                           "Çətin seçim"

 

Sosial şəbəkələrdə seçkidən sonrası etirazlar davam edərkən Litvaya getmiş Belarus prezidentliyinə keçmiş namizəd Svetlana Tixanovskayanın videomüraciəti yayılıb.

Videoda Tixanovskaya "çətin seçim" qarşısında qaldığını deyib.

Keçmiş namizəd müraciətində nə üçün Litvaya getməyə məcbur olduğunu izah edib və qeyd edib ki, "heç bir etiraz insan həyatına dəymir".

"Mən düşünürdüm ki, bütün bu kampaniya məni çox bərkidib və mənə elə güc verib ki, hər şeyin öhdəsindən gələ bilərəm. Ancaq mən yəqin ki, əvvəldə olduğum zəif qadın olaraq qalmışam. Mən özüm üçün çox çətin bir qərar vermişəm. Bu qərararı mən tamamilə sərbəst şəkildə vermişəm və nə dostlarım, nə yaxınlarım, nə seçki qərargahı, nə Sergey heç bir şəkildə bu qərara müdaxilə edə bilməyib. Mən bilirəm ki, bir çoxları məni başa düşəcək, bir çoxları mühakimə edəcək, bir çoxları da nifrət edəcək. Amma bilirsinizmi, Allah heç kimə mənim kimi seçim qarşısında qalmağı göstərməsin. Buna görə də... İnsanlar, xahiş edirəm özünüzü qoruyun. İndi baş verənlər heç bir insan həyatına dəymir. Uşaqlar bizim həyatımızda olan ən vacib şeydir", - Svetlana Tixanovskaya müraciətində deyir.

Sosial şəbəkələrdə bir çoxları Svetlana Tixanovskayaya dəstək mesajları paylaşıb. Onların bəziləri "məyus olduqlarını", bəziləri onu "mühakimə etmədiklərini", bəziləri isə "qürur duyduqlarını" dilə gətirib.

Bundan sonra Svetlana Tixanovskayanın insanları "etirazlara çıxmamağa" çağırdığı ikinci video yayılıb. Videonun harada çəkildiyi bilinmir və o, keçmiş namizədin rəsmi hesablarından paylaşılmayıb.

İkinci videoda Svetlana Tixanovskayanın mətni kağızdan oxuduğu görünür və o, müraciət boyu kameraya baxmır.

Həmin görüntülərdə Tixanovskaya Belarus xalqına müraciət edib və deyib ki, "Belarus xalqı öz seçimini edib".

O, dəstəkçilərindən "meydanlara çıxmamağı" xahiş edib.

"Belaruslular! Mən sizi müdrik olmağa və qanunlara hörmət etməyə çağırıram. Mən qan tökülməyini və zorakılıq istəmirəm. Mən sizdən həyatınızı təhlükə altına qoymamaq üçün polislə qarşıdurmaya getməməyi, meydanlara çıxmamağı xahiş edirəm. Özünüzü və yaxınlarınızı qoruyun", - prezidentliyə keçmiş namizədin ikinci müraciətində deyilir.

Svetlana Tixanovskayanın ikinci yayılan müraciətinin "təzyiq altında hazırlandığı" düşünülür.

                             "Svetlana Tixanovskaya Litvadadır"

Litvanın xarici işlər naziri Linas Linkevicius Belarus prezidentliyinə namizəd Svetlana Tixanovskayanın Litvada "təhlükəsizlikdə" olduğunu bildirib.

Linas Linkevicius LRT radiostansiyasının efirində deyib ki, Svetlana Tixanovskayanı Belarusda yeddi saat saxlayıblar.

O bunun səbəblərinin hələ ki, məlum olmadığını, təfərrüfatları gözlədiklərini deyib.

Bundan əvvəl Svetlana Tixanovskayanın Mərkəzi Seçki Komissiyasının binasına daxil olduğu və ondan saatlarla xəbər alınmadığı deyilirdi. Onun vəkili inandırırdı ki, o, özü MSK-nı tərk edərək nəqliyyat vasitəsinə əyləşərək gedib.

Svetlana Tixanovskaya baş verə biləcək təxribatlara görə etiraz nümayişlərində iştirak etməyəcəyini bildirmişdi.

Müxalifət namizədi MSK-ya səslərin yenidən sayılması barədə şikayət ərizəsi verib.

Daha sonra Svetlana Tixanovskayanın vəziyyətinin yaxşı olduğu bildirilib.

Bazar ertəsi günü Belarus prezidentliyinə namizəd özünü qalib hesab etdiyini və ölkəni tərk etmək niyətində olmadığını açıqlamışdı.

 

                                              Joe Biden nə deyib?

ABŞ prezidentliyinə namizəd Joe Biden Belarusda prezident seçkilərindən sonra baş verənlərə münasibət bildirib.

Joe Biden Belarus xalqının "səsinin eşidilməsini" tələb etdiyini deyib.

"Demokratiya vətəndaşların liderlərini seçmək və ölkələrinin gələcəyində söz sahibi olmaq haqqındakı sadə bir anlayış üzərində qurulur. Prezident Aleksandr Lukaşenkonun avtoritar rejimi dövründə son 26 ildə sistematik repressiyalardan sonra Belarus xalqı səsinin eşidilməsini tələb edir", - Joe Biden bəyənatında qeyd edib.

Belarusda prezident seçkilərinin nəticələrinə etiraz olaraq paytaxt Minskdə və digər şəhərlərdə nümayişlər keçirilir.

Nümayişlərdə çoxsaylı zorakılıq hallarının baş verdiyi xəbər verilir.

 

Joe Biden Belarusda Prezident seçkilərinin "seçki saxtakarlığı ilə pozulduğunu", polisin səslərin dəqiq sayımını tələb edən dinc etirazçılara qarşı işıqlı səs qumbarası, gözyaşardıcı qaz və rezin güllələrdən istifadə etdiyini bildirib.

"Lukaşenko rejimi internetə girişi kəsib, etirazçıları və müstəqil jurnalistləri həbs edib, xarici müşahidəçilərə mane olmağa çalışıb. Bunlar ədalətli şəkildə aparılmış seçkidə qalib gəldiyinə əmin siyasi liderin hərəkətləri deyil. Ancaq cəsarətli vətəndaşların - jurnalistlərin, fəalların və bu fövqəladə hadisələri sənədləşdirən sadə insanların sayəsində - rejim tərəfindən demokratiyaya edilən hücumlarla bağlı həqiqəti bilirik", - Joe Biden qeyd edib.

Joe Biden "səslərin şəffaf və dəqiq sayımını tələb edənlərin" yanında olduğunu bildirərək bütün siyasi məhbusların azad edilməsinə çağırıb.

O, həmçinin Prezident Lukaşenkonu dinc etiraz hüququna hörmət etməyə və zorakılıqdan çəkinməyə səsləyib.

Bazar ertəsi Belarusun paytaxtı Minskdə etirazlar 7 saat davam edib.

Xəbər agentlikləri xüsusi texnikaların şəhərdən çıxarıldığını yazır.

 

Jurnalistlər bildirirlər ki, etirazçılarla milis arasında qarşıdurma halları baş verib. Minskin Kalvariyskaya küçəsində bugünkü gün ərzində işıq-səs effektli ilk qumbara partladılıb. Qadın jurnalist ayağından yaralanıb.

Paytaxtın mərkəzindəki "Minsk - Qəhrəman şəhər" stellasının ətrafına saxlanılanların daşınması üçün nəzərdə tutulmuş polis avtobusları gətirilib, bir çox küçələr polis tərəfindən bağlanıb.

Ria Novosti agentliyinin məlumatına görə, artıq üç nəfər həbs edilib. Bu məlumat rəsmi olaraq təsdiqlənməyib.

Reuters agentliyi də müxbirinin bir neçə nəfərin saxlanmasını gördüyünü yazır.

ÖIkədə iki sutkadır ki, internet bağlantısında problemlər var. Sakinlər ev telefonları ilə bir-birilə əlaqə saxlayaraq məlumat almağa çalışırlar. Bəzi yerlərdə çat-mesajlaşma tətbiqləri işləsə də, bəzi yerlərdə saytlar açılmır.

Mərkəzi Seçki Komissiyasının açıqladığı ilkin nəticələrə görə, Aleksandr Lukaşenko səslərin 80 faizindən çoxunu qazanıb. Onun əsas rəqibi sayılan Svetlana Tixanovskaya rəsmi rəqəmlərə etibar etmədiyini söyləyir.

Seçkinin nəticələrinə görə, 10 faiz səs toplamış Tixanovskaya jurnalistlərə bildirib ki, bütün gecəni onlar protokolların fotosunu alıblar və rəqəmlər Mərkəzi Seçki Komissiyasının açıqladığı nəticələrdən fərqlənir.

Avropa İttifaqı Belarusdakı prezident seçkilərini tənqid edib və Aleksandr Lukaşenkonu səsləri yenidən saymağa çağırıb.

             Belarus DTK-sı Tixanovskayaya qarşı sui-qəsdin qarşısını aldığını bəyan edir

Belarus DTK-nın sədri Valeri Vakulçik Belarus televiziyasının efirində bildirib ki, xüsusi xidmət orqanı prezidentliyə namizəd Svetlana Tixanovskayaya qarşı sui-qəsdin qarşısını ala bilib.

"[Müxalifətin] birləşmiş qərargah adlanan qurumundan məlumat alınmışdı ki, onlar Tixanovskayanın həyatına sui-qəsddən və təxribatdan ehtiyatlanırlar," - ONT telekanalının efirində Vakulçik bildirib.

DTK mesajı göndərən şəxsin artıq müəyyən edildiyini və saxlanılacağını əminliklə bildirir.

Belarusda hər dəfə prezident seçildiyi zaman DTK-nın qəhrəmanlıqları haqqında hekayələr ortaya çıxır.

Bundan sonra DTK "birləşmiş qərargahın mühafizəsinin təşkili üçün 120 təlim keçmiş əməkdaş" ayırıb.

Aleksandr Lukaşenko öz növbəsində, küçələrə çıxan müxalifətçiləri "qoyun" adlandırıb və ölkənin parçalanmasına imkan verməyəcəyini söyləyib.

Gecə 3 minə yaxın şəxsin saxlandığı deyilir. Etirazçılar arasında xəsarət alanlar var. Lukaşenko deyib ki, təhlükəsizlik əməkdaşları arasında da yaralananlar olub.

 

Lukaşenko hesab edir ki, etirazlar xaricdən idarə edilir:

"Polşadan, Böyük Britaniyadan, Çexiyadan zənglər olub, bizimkiləri idarə edirlər, məni bağışlayın, qoyunları. Onlar nə etdiklərini başa düşmürlər və artıq idarə olunurlar," - Lukaşenko bəyan edib.

                    Lukaşenkonu təbrik edənlər arasında Azərbaycan prezidenti də var

Azərbaycan Prezidenti İlham Əliyev Belarus Prezidenti Aleksandr Lukaşenkonu seçkilərdə "inamlı qələbə qazanması münasibətilə təbrik edib".

Prezidentin saytı yazır ki, dövlət başçıları ölkələr arasında "strateji tərəfdaşlığa əsaslanan dostluq münasibətlərinin müxtəlif sahələrdə uğurla inkişaf etdiyini vurğulayaraq, əlaqələrimizin bundan sonra da genişlənəcəyinə əminlik ifadə ediblər".

Belarusda prezident seçkisinin nəticələrinə etiraz edənlərdən bir nəfər ölüb, Belarusun Daxili İşlər Nazirliyinin mətbuat xidməti bildirib.

Təhlükəsizlik işçilərinin bildirdiyinə görə, "meydanı boşaltmağa gələn xüsusi təyinatlılar ilə qarşıdurma zamanı etirazçılardan biri naməlum partlayıcı qurğunu hüquq-mühafizə orqanlarının tərəfinə atmağa çalışıb. Partlayıcı qurğu onun əlində partlayıb və kişi həyatını itirməyə səbəb olan xəsarətlər alıb".

Təhlükəsizlik qüvvələrinin etirazçılara qarşı səs qumbarasından, su təzyiqindən və rezin güllələrdən istifadə etdiyi bildirilir.

Aleksandr Lukaşenkonu başqa ölkə rəsmiləri də təbrik ediblər.

Bunlar Qazaxıstan Prezidenti Kassym-Jomart Tokayev, Çin prezidenti Si Tsinpin və Rusiya prezidenti Vladimir Putindir.

Belarusun bir çox bölgəsində etirazçılar bazar ertəsi səhər yenidən küçələrə çıxacaqlarını vəd ediblər. Təhlükəsizlik işçiləri də hazırlaşırlar, BBC Rusca Xidməti xəbər verir.

Pinsk şəhərində (əhalisi təqribən 140 min nəfərdir) seçki günü gecə hətta şəhərin meri etirazçılarla danışıqlar aparmaq üçün çıxıb, şahidlər hərbi helikopterin gəldiyini bildirib.

Hüquq müdafiəçiləri həbs olunanların sayını açıqlayıblar.

Belarusda seçki günü ən azı 120 nəfər saxlanıb. Bu barədə media "Viasna" hüquq müdafiə mərkəzinə istinadən xəbər verir.

Verilən məlumatlara görə, Minskdə 61, bölgələrdə 79 nəfər saxlanıb.

Media həmçinin yazır ki, hüquq müdafiəçilərinin xəsarət alanların sayı barədə sayı barədə məlumatları yoxdur.

                          Seçki günü axşamı Minskdə etirazlarla müşaiyət olunub

Bazar günü Belarusda prezident seçkiləri keçirilib, seçki 26 ildir ölkəni idarə edən Prezident Aleksandr Lukaşenkonun siyasəti ilə razılaşmayan insanların kütləvi etirazları ilə müşayiət olunub.

Seçkilərdə Lukaşenkonun əsas rəqibi - həbsdə olan bloqer Sergey Tikhanovskinin həyat yoldaşı Svetlana Tikhanovskaya olub. Sergey Tikhanovski həbs olunana qədər prezident seçkilərində namizəd olmağa hazırlaşırmış.

Rəsmi exit-pollun nəticələrinə görə, Lukashenko 79,7 faiz səslə Tixanovskayayaya (6,8 faiz) səslə qalib gəlib. Seçkidə fəallıq 84,05 faiz təşkil edib.

Əsas müxalifət namizədi, həbsdə olan ərinin əvəzinə seçkiyə girib və böyük müxalifət mitinqlərinə rəhbərlik edən 37 yaşlı Svetlana Tikhanovskaya özünün 7 faiz səs toplamasını göstərən rəqəmlərə etibar etmədiyini deyib.

"Gözlərimə inanıram və görürəm ki, əksəriyyət bizimlədir," - o, bazar günü axşam keçirdiyi mətbuat konfransında deyib.

Müxalifət "Golos" internet platformasında alternativ səs sayımını təşkil edib, bu isə tamamilə əks nəticə göstərib - saytdakı nəticələrə Tikhanovskaya üçün verilmiş səslərin 80 faizdən çox olduğunu göstərib.

Əvvəllər alternativ saymaların qeyri-qanuni olması barədə müxalifətə xəbərdarlıq edən Belarus Mərkəzi Seçki Komissiyası bazar ertəsi gecə nəticələr haqqında ilk rəsmi məlumat verəcəyini vəd edib, daha sonra ilkin nəticələrin elanı səhərə qədər təxirə salınıb.

Səsvermə başa çatdıqdan dərhal sonra indiki hökumətin əleyhdarları Minsk və digər şəhərlərin küçələrinə çıxıblar. Belarusun paytaxtındakı etirazlar qarşıdurmalara çevrilib və həbslərə gətirib çıxarıb.

Minskdə polisin şəhər mərkəzindəki izdihamı dağıtmaq üçün səs qumbaralarından istifadə etdiyi bildirilir.

Xəsarət alanların olduğu və hadisə yerinə tələsən bir neçə təcili yardım maşınının müşahidə olunduğu deyilib.

1994-cü ildən indiyədək hakimiyyətdə olan cənab Lukashenko ölkədəki vəziyyətin "nəzarət altında qalacağına" söz verib.

                                 Etirazçılar seçki günü gecəsi "Get!"qışqırıblar

BBC Rusca Xidməti xəbər verib ki, seçki günü gecəsiMinskdə ayrı-ayrı yerlərdə nəticələrə etiraz edənlər toplaşıb "Get" qışqırıblar. Gecənin qaranlığında etirazçılar əl fanarı yandırıblar. Şəhərin küçələrinə təhlükəsizlik qüvvələri yeridilib. azar günü keçirilən sorğuda ölkənin son illərdəki ən böyük müxalifət nümayişləri zamanı aktivistlərə və jurnalistlərə qarşı təzyiqlər olub.

Minskdə bazar gününün sonlarında şəhərin mərkəzindəki Minsk-Qəhrəman Şəhər abidəsi yaxınlığında toqquşmaların olduğu bildirilib.

Şahidlər və müxbirlər çevik polisin nümayişçiləri dağıtmaq üçün rezin güllələrdən və su toplarından istifadə etdiyini deyiblər.

Paytaxtda çevik polis ilə mübarizə edən etirazçıların görüntüləri yayılıb və mediada yayılan xəbərlərdə bir sıra şəxslərin həbs olunduğu bildirilir.

Bənzər etirazlar Brest və Zhodino şəhərlərində də təşkil edilib.

Daha əvvəl İnternet Monitorinq Qrupu NetBlocks gün ərzində Belarus boyunca internet verilişində vəziyyətin pisləşməsini, bunun isə öz növbəsində "məlumat boşluğu" yaratdığını bildirib.

Belta dövlət xəbər agentliyi xəbər verib ki, Minsk küçələrində qarşıdurma əsasən bir neçə saatdan sonra başa çatıb və hakimiyyət orqanları "vəziyyəti nəzarətdə saxladığını" bildirib.

Müxtəlif media qurumlarından olan bir neçə jurnalist xəbər verib ki, Minsk mərkəzində təhlükəsizlik qüvvələri etirazçıları dağıtmaq üçün əl bombalarından istifadə ediblər, BBC Rusca Xidməti yazır.

Lukaşenko-nun əsas rəqibi Svetlana Tixanovskaya jurnalistlərə bildirib ki, seçki kampaniyası Belarus xalqının böyük dəstəyini göstərib. "Mitinqlərə böyük sayda insanlar axışdı, belə şey Belarusda görünməmişdi. Müşahidəçilərin sayı kifayət qədər deyildi, amma biz bacardığımızı etməyə çalışdıq".

Svetlana Tixanovskaya deyib ki, artıq xalq oyanıb: "Mən şadam ki, onlar siyasi həyatda fəal iştirak etməyə başlayıblar. İnsanlar, nəhayət ki, öz qorxularını yendilər".

Hər kəsə təşəkkür edən Svetlana Tixanovskaya əlavə edib ki, o, qalib gəldiklərini düşünür: "Biz qorxumuza qalib gəldik, biz siyasətə qarışmamaq mövqeyinə qalib gəldik, laqeydliyimizə qalib gəldik. Bu isə bütün digər qələbələrdən daha vacibdir".

                                           Seçki necə keçdi?

Bazar günü Belarusda keçirilən prezident seçkisində 26 ildir ki, prezident vəzifəsini tutan Aleksandr Lukaşenkonun əsas rəqibi müşahidəçilərə görə Svetlana Tixanovskayadır.

Belarus Mərkəsi Seçki Komissiyasının məlumatına görə, yerli vaxtla saat 18-də seçicilərin təxminən 79 faizi səsvermədə iştirak edib.Həm hazırkı prezident, həm də onun əsas rəqibi sayılan Svetlana Tixanovskaya artıq səs veriblər.

Səs verdikdən sonra Aleksandr Lukaşenko jurnalistlər qarşısında çıxış edərək əsas rəqibini və həmçinin müstəqil mətbuatı tənqid edib.Lukaşenko deyib ki, o, Svetlana Tixanovskayanı özünə ciddi rəqib saymır.

"Mən bu insanı əsas rəqib hesab etmirəm, onu siz əsas rəqib sayırsınız. O, səmimi şəkildə etiraf edir ki, hara getdiyini və nə edəcəyini başa düşmür", - RİA Novosti Lukaşenkonun sözlərini iqtibas edib.

Svetlana Tixanovskaya bildirb ki, o, seçkidə qələbə qazanacağı təqdirdə, yarım il ərzində ölkədə alternativ namizədlərin geniş iştirakı ilə yeni prezident seçkisinin keçirilməsinə çalışacaq.

Svetlana Tixanovskaya Minskin şərqində yerləşən məktəblərdən birindəki seçki məntəqəsində səs verib.

Həmin seçki məntəqəsinin qarşısına toplaşmış yüzlərlə tərəfdarı Txanovskaya səs verdikdən sonra onu alqışlarla qarşılayıblar.

 Svetlana Tixanovskaya hazırkı prezidentin əsas rəqibi kimi qiymətləndirilir

Səsvermə günü Belarusda internetə girişlə bağlı problemlərin yarandığı qeydə alınıb.

Bir gün əvvəl bəzi media vasitələri rəsmilərin ölkə ərazisində internetə girişi və mobil telefon rabitəsini tamamilə qapatmaq niyyətində olduqlarını iddia ediblər.

Belarus rəsmiləri isə dövlət strukturlarının vebsaytlarına "xarici kanallardan" həyata keçirilən görünməmiş DDoS hücumların baş verdiyini bildiriblər.


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam