Redaktor seçimi
Gəncə Şəhər Birləşmiş Xəstəxanasının analoqsuz tenderləri -
AAYDA-nin zəhəri və zərəri: büdcə talanından ekoloji fəlakətə...-
Müəllim-sahibkardan prezidentə müraciət:
"Bilgəh" Kardioloji Sanatoriyası kütləvi etiraz yaradır -
QHT-lərə Dövlət Dəstəyi Agentliyi dövlət büdcəsini belə talan edir! -
Əziz Quliyev İmişlidə azyaşlıları maşınla vurmasını ört-basdır etməyə çalışır -
Yaşam Klinikasında Məhəmməd Mehdi Aslaninin yaşatmaq vədləri:
Böyük Britaniyada hüquqşünas Eldar Mahmudova görə cərimələnib -
Günün xəbəri

Ukraynaya kütləvi zərbələr...-ölən və yaralananlar var

Rusiya Ukraynaya növbəti kütləvi hücumunu həyata keçirib.

Yenixeber.org: Məlumata görə, hücum zamanı taktiki PUA-lar və raketlərdən istifadə olunub.
Zərbə endirilən şəhərlər arasında Kiyev, Odessa, Zaporoje, Xarkov, Kremençuk, Krivoy Roq var.

Dnepropetrovsk hərbi administrasiyasının rəhbəri Sergey Lısak bildirib ki, Krivoy Roqda xəsarət alan üç kişidən biri ağır vəziyyətdədir.

“Nikopol bölgəsində terror hadisəsi axşam saatlarından davam edib. Rayon mərkəzləri, Pokrovska, Marqanets və Mirovsk bölgələrində güclü partlayışlar eşidilib. Nəticədə 54 yaşlı kişi ölüb, daha bir 64 yaşlı yerli sakin xəsarət alıb”, – Lısak qeyd edib.

Kiyev şəhər hərbi administrasiyasının rəhbəri Timur Tkaçenko isə xəsarət alanların sayının artıq 15-ə çatdığını açıqlayıb.

Yerli televiziya kanallarının məlumatına görə, bu gün rekord sayda, təxminən 700 ədəd “Geran-2” PUA-larından istifadə olunması ehtimal edilir.

Kiyevə 4 ədəd 9M728 “İskəndər-K” qanadlı raketlə zərbə endirilib, hadisə yerində güclü yanğın olub. PUA-nın düşməsi nəticəsində Hökumət binasında yanğın baş verib.

Krıvoy Roqda “Geran-2” PUA-ları və “İskəndər” raketləri ilə kütləvi hücum baş verib. Şəhərdə elektrik enerjisində kəsintilər baş verib. Daha sonra 8 “İskəndər” raketi ilə yenidən zərbə endirilib.

Kremençukda Dnepr üzərindəki körpüyə təxminən 20 zərbə, həmçinin Svetlovodsk su anbarı bölgəsinə zərbələr qeydə alınıb.

Odessada PUA-lar strateji obyektləri, o cümlədən limanı vurub. “Şkolnıy” hava limanında partlayışlar barədə xəbər verib.

Zaporojyedə Abrasiv kombinatın yaxınlığında bir neçə partlayış olub, kimya sənayesi müəssisəsi zərbə ilə üzləşib.

Dnepropetrovsk və ətrafı, Xarkov, Kiyev bölgəsində partlayışlar eşidilib.("UNİAN")


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam