Redaktor seçimi
QHT-lərə Dövlət Dəstəyi Agentliyi dövlət büdcəsini belə talan edir! -
Əziz Quliyev İmişlidə azyaşlıları maşınla vurmasını ört-basdır etməyə çalışır -
Yaşam Klinikasında Məhəmməd Mehdi Aslaninin yaşatmaq vədləri:
Böyük Britaniyada hüquqşünas Eldar Mahmudova görə cərimələnib -
Saleh Məmmədovun asfalt zavodu Ermənistanın Metsamor AES-i kimi:Tüstüdə gizlənən milyonlar və kəsilən nəfəslər –
AzTU-nun kafedra müdiri müəllimləri “quş” adlandırır?! -
“AzerGold”da diqqətçəkən vəzifə bölgüsü:
Deputat Əlibala Məhərrəmzadənin sərvətlərinin YENİ SİYAHISI
Günün xəbəri

Nümayəndələr Palatası başsız qalıb:Tramp namizədlər siyahısına salındı

Nümayəndələr Palatası başsız qalıb:   Tramp namizədlər siyahısına salındı
ABŞ Konqresinin Nümayəndələr Palatası 11-ci səsvermədə də spiker seçə bilməyib.
Yenixeber.org:  Bu barədə “Amerikanın Səsi” məlumat yayıb. ABŞ Konqresinin aşağı palatasında Florida ştatını təmsil edən respublikaçı Mett Qets keçmiş prezident Donald Trampı namizədlər siyahısına salıb . Qetsin fikrincə, keçmiş dövlət başçısı ümumrespublikaçı namizəd kimi Nümayəndələr Palatasına rəhbərlik etməyə çox uyğundur:



“Keçmiş prezidentin dövründə, Amerikada maaşları artdı və yeni müharibələr başlamadı. Buna görə də mən keçmiş prezident Trampın namizədliyini irəli sürürəm, çünki biz ölkəmizi yenidən güclü etməliyik və buna o, Nümayəndələr Palatasını yenidən möhtəşəm etməklə başlaya bilər”.



ABŞ Konstitusiyası açıq şəkildə qeyd etmir ki, yalnız hazırkı və seçilmiş konqresmen Konqresin aşağı palatasının spikeri ola bilər. Bununla belə, ölkə tarixində kənardan Nümayəndələr Palatasının spikeri seçilməsinə dair presedentlər olmayıb. Trampın namizədliyinə cəmi bir nəfər səs verib - Mett Qets. Bütövlükdə səsvermənin 11-ci turu, gözlənildiyi kimi, nəticəsiz başa çatıb: namizədlərdən heç biri dəstək üçün 218 səs toplaya bilməyib. Spiker seçmək cəhdləri cümə günü günorta saatlarında davam etdiriləcək.



435 yerlik Nümayəndələr Palatası spiker seçmək imkanı olmadığından öz funksiyalarını yerinə yetirə bilmir. Spiker olmadan yeni seçilmiş konqresmenlər rəsmən and içə bilməzlər, nəinki dinləmələr keçirmək, qanunları nəzərdən keçirmək və ya prezident Cozef Bayden və onun administrasiyasının hərəkətlərini yoxlaya bilməzlər .



Seçkilər namizədlərdən biri kifayət qədər səs toplayana qədər davam edəcək. Spiker vəzifəsinə hazırkı səsvermə son 164 ilin ən uzunudur. Sonuncu dəfə bu, Vətəndaş müharibəsindən qabaq - 1859-cu ildə baş verib. O zaman spikeri 44 səsvermədən sonra seçmək mümkün olub. Qeyd edək ki, seçkilərdə əsas namizəd Respublikaçıların lideri Kevin Makkarti və demokratların nümayəndəsi Hakim Ceffrisdir.

Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam