Redaktor seçimi
Baba Rzayevin şəxsi maraqları “Lubristar LLC” MMC ilə harada toqquşdu?! -
ADAU-da Zəfər Qurbanovun qiyabiçi rektorluğu... -
"Unibank"ın rəhbəri Eldar Qəribovun Fransadakı izləri...-Oğlu İlkin Qəribli birinci oyundan "əli yaxşı gətirmiş" qumarbazdır/
Suraxanı məmurları Adil Əliyevin adını şəhid ailəsinin torpağını dağıtmaqda hallandırır -
Sərdar Ortac, Mehmet Əli Ərbil və Sahil Babayevin “qumar kontoru” -
Sumqayıt Dövlət Universiteti belə təmir edilir:
Sahil Babayevin "kontor"unda qumar oynanılır?! -
Firdovsi Əliyevin başçı olduğu rayonda dövlətin pulu belə xərclənir -
Günün xəbəri

"Məni çox adama bağlayırdılar"

İqbal Ağazadə:

"Ümid" Partiyasının sədri İqbal Ağazadə Ölkə.az-a müsahibə verib.

Xeberinfo.com:   Həmin müsahibəni oxuculara təqdim edirik:

 - Salam, İqbal bəy. Necəsiniz?
 
- Sağ olun, hər şey qaydasındadır.
 
- Seçkilərin nəticələrindən təbii ki, narazısınız...
 
- Seçkilərin nəticələrindən narazı deyiləm. MSK-nın və dairənin fəaliyyətindən narazıyam. Seçkilərin nəticələri tam şəkildə mənim xeyrimədir. Əlimdə bunu təsdiq edən protokollar var. Narazı olduğum məqam seçicinin mənə verdiyi səsdən və yaxud seçkilərin nəticələrindən yox, bunu saxtalaşdıranlardandır. Buna görə də, hüquqi müstəvidə mübarizəmizi davam etdirəcəyik.
 
 
- Avropa Məhkəməsinə qədər gedəcəksiniz?
 
- Güman etmirəm ki, bu sənədlərlə Avropa məhkəməsinə qədər gedəcəm. Hesab edirəm ki, bu məsələ burada həll olacaq. Mümkün deyil bu qədər faktı gizləmək. Bu qədər faktın üstündən sükutla keçmək, bu qədər faktı gözardına vurmaq olmaz.
 
- Araz Əlizadə ilə dueliniz media vasitəsi ilə gedir. Rəqibinizlə son dəfə nə vaxt üz-üzə görüşmüsünüz?
 
- Mənim Araz Əlizadə ilə duelim olmadı. Araz Əlizadə ilə görüşməmişəm. Mənim Araz Əlizadə adlı problemim də yoxdur. Açığına qalanda mənim Araz Əlizadə adında rəqibim də olmayıb. Araz Əlizadə seçicilərlə bir dəfə görüş keçirib. Həmin görüşdə də 55-60 adam iştirak edib. Həmin 55-60 adamın da cəmi 9 nəfəri seçici olub. Faktlarla bunu bilirik. Hətta hansı seçicilər olub onu da bilirik. Bir dənə foto yaysın, desin ki, seçici ilə belə bir görüş keçirmişəm. Çox yox, sübut etsin ki, görüşümə 20 seçici gəlmişdi. Yenə deyirəm, mənim Araz Əlizadə adlı rəqibim olmayıb.
 
- Açıqlamalarının birində Araz bəy deyib ki, atamın tələbəsi olan İqbal Ağazadədən özümə qarşı belə şey gözləmirdim...
 
- Mübariz müəllimin tələbəsi olmuşam. Ruhuna dua edirəm. Mübariz müəllim mənə elm öyrənməkdə çox kömək edib. Mübariz müəllimə vəfa borcum var. Araz Əlizadənin əleyhinə danışmamağımın, mənə atdığı ittihamlara, çamurlara cavab verməməyimin bir səbəbi var - o da Məmməd Mübariz müəllimin tələbəsi olmağımdır. Bu gün də Araz Əlizadənin əleyhinə deyə biləcəyim heç bir şey yoxdur. Bir tək Mübariz müəllimə görə. Dörd il Mübariz müəllim mənə dərs deyib. Dörd il onunla hər gün auditoriyada görüşmüşəm. Mənim bu gün həyatda, elm adına nə qazanmışamsa, qazandığımın bir hissəsi Məmməd Mübariz müəllimin payına düşür. Müəllimimə kəm baxan adamlardan deyiləm. Heç vaxt da təhqirlərə yol verməmişəm. Bu gün də təhqirlərə yol vermirəm. Kimsə bunun əksini iddia edə bilməz. Nə var onu deyirəm. Bəli, mənim Araz Əlizadə adlı rəqibim olmayıb. Hətta İntiqam Həsənli adlı rəqibim olub, ancaq Araz Əlizadə adlı rəqibi görməmişəm. Eşitmişəm ki, kimsə mətbuatda əleyhimə söyüş söyür, kimsə mənə çamur atır, haqqımda ağır ittihamlar səsləndirir, ancaq ərazidə seçici ilə işləyəndə belə bir adam görməmişəm.
 
 
- Sizcə seçilməməyinizin əsas səbəbi nədədir?
 
- Seçilmişəm.
 
- Bəs onda nəticələr niyə tanınmadı?
 
- O sual mənə ünvanlanası deyil. O sualı dairəyə, MSK-ya vermək lazımdır. Öz fəaliyyətimi kiminsə tanıyıb, tanımayacağı istiqamətində qurmamışam. Həmişə fəaliyyətimi seçici ilə qurmuşam. Bundan sonra da siyasi partiya olaraq və siyasi partiya lideri olaraq fəaliyyətimi davam etdirəcəm. Biz seçici ilə işləyirik. Seçiciyə yönəlik mesajlar veririk.
 
- Uduzduğunuz xəbəri çıxandan sonra ətrafınızın sizə münasibətinin dəyişdiyini hiss etdinizmi?
 
- Dostlarım yenə də zəng edirlər. İnsanlarla münasibətim və siyasətimin fəlsəfəsi durduğum yerə görə deyil, düşüncəmə görədir. Düşüncəmdə siyasət nədirsə, o cür də davam edir. Bu xətti ona görə seçməmişəm ki, deputat idim. Bu xətti ona görə seçmişəm ki, bu xəttə inanıram. Bu xəttin qalib gələcəyinə inanıram, istəyir deputat olum, istəyir olmayım. Bu xətt davam edəcək. Bu xətti kimsə dəyişdirə bilməz. O zaman bu dəyişə bilər ki, mənim düşüncəm dəyişmiş olsun. Düşüncəm dəyişməyib, yerindədir. (gülürük)
 
 
- İddia edirlər ki, Eldar Mahmudovla bağlılığınız olub, o vurulandan sonra sizi də vurublar...
 
(Gülür...) 2003-cü ildə də məni çox adamlarla bağlayırdılar. 2005-də də çox admlarla adımı bağlayırdılar. 2008-ci ilin prezident seçkilərində də bəzi adamlara bağlı olduğumu deyirdilər. Bunlar insanların yaradıcılığıdır. Bunu iddia edənlərin yaradıcılıqlarına hörmətlə yanaşıram. Onlar da bu cür düşünür. İqbal Ağazadə dövlətçilik düşüncəsindən başqa heç bir şeyə bağlı deyil, olmayacaq da. Heç kimin də "belə düşünmə" deyib, üstünə gedəsi deyiləm. Sadəcə bu iddialara gülümsəyə bilərəm. Zaman gələcək, görəcəklər ki, belə deyilmiş. Siyasətdə olan, çəkisi olan, siyasi proseslərə təsir edə bilən adamın haqqında bu tipli şeylərin deyilməsi çox rahatdır. Bunu çox rahat da qəbul etmək lazımdır. Bir siyasi partiyanın rəhbəriyəm. Mənim siyasətə gəldiyim tarixə baxın, adımı bağladıqları adamların hansı tarixdə olmasına bir baxın. Bəziləri özünü ağıllı göstərərək nələrisə məntiqlə əsaslandırmaq istəyir. Kimsə özünü ağıllı göstərmək istəyir, lap yaxşı. Onun buna ehtiyacı var.
 
- Bəy, "125-lər klubu"nun aqibəti necə olacaq?
 
- Birazdan "125-lər klubu"nun başqanı burada olacaq..."125-lər klubu" davam edəcək. Biz mövsümi siyasətlə məşğul deyilik. Mövsüm deyil ki, yaz fəsli gələndə gül əkək, payız fəsli gələndə meyvə dərək. Biz insanlara yönəlik siyasət aparırıq. Biz Azərbaycan cəmiyyətinin demokratikləşməsinə yönəlik siyasət aparırıq. Biz inandığımız şeyin arxasınca gedirik. İnamımız, ümidimiz bitməyib. 2003-cü ilin prezident seçkilərindən sonra həbsə düşdüm. Gərək onda siysasətdən gedəydim? Bu tipli şeylər bir siyasətçi, partiya, xətt üçün çox kiçikdir. Düşünürəm ki, hər şey daha yaxşı olacaq. Bu o demək deyil ki, 35-ci dairəni udduğumuz iddiasından geri durmuşuq. Yox. Kim elə düşünürsə, yalnış düşünür. Əlimizdə olan protokollarla hüquqi müstəvidə mübarizəmizi davam etdirəcəyik. Ən pis halda seçkinin nəticələrini ləğv etmək barədə məsələ qaldıracağıq. 1 məntəqədə 1380 seçici var. 1380 seçicinin hamısı gəlib seçkiyə və onun 1240 nəfəri Araz Əlizadəyə səs verib. Fantastika! Azərbaycanda ikinci bir məntəqə göstərin ki, 1240 nəfər gedib bir adama səs versin. Cəmi iki məntəqənin protokolunu vermədilər. İki məntəqənin protokolunda isə Araz Əlizadəyə üst-üstə 2300 səs yazıblar. 2300 səsi elan olunmuş səsdən çıxsaq, Araz Əlizadə məğlubdur.
 
İqbal Ağazadə bizə məntəqələrdən əldə etdiyi protokoları bizə təqdim edir. Protokoldakı səslərlə MSK-nın saytındakı səsləri qarşılaşdırırıq. Yeri gəlmişkən protokollar heç də fotoşop deyildi.
 
 
İqbal Ağazadə protokoldakı səslərlə MSK-nın saytındakı səsləri qarşılaşdırır:
 
29 saylı seçki məntəqəsinin protokolu: 160 nəfər səs verib, 147 səs İqbal Ağazadə, 3 səs Araz Əlizadə 
29 saylı seçki məntəqəsi MSK-nın saytında: 147 səs İqbal Ağazadə, 152 səs Araz Əlizadə
28 saylı seçki məntəqəsinin protokolu: 236 səs İqbal Ağazadə, 89 səs Araz Əlizadə
28 saylı seçki məntəqəsi MSK-nın saytında: 160 səs İqbal Ağazadə, 236 səs Araz Əlizadə
2 saylı seçki məntəqəsinin protokolu: 131 səs İqbal Ağazadə, 99 səs Araz Əlizadə
2 saylı seçki məntəqəsi MSK-nın saytında: 310 səs İqbal Ağazadə, 350 səs Araz Əlizadə
3 saylı seçki məntəqəsinin protokolu: 161 səs İqbal Ağazadə, 10 səs Araz Əlizadə
3 saylı seçki məntəqəsi MSK-nın saytında: 315 səs İqbal Ağazadə, 351 səs Araz Əlizadə
4 saylı seçki məntəqəsinin protokolu: 108 səs İqbal Ağazadə, 7 səs Araz Əlizadə
4 saylı seçki məntəqəsi MSK-nın saytında: 108 səs İqabal Ağazadə, 118 səs Araz Əlizadə
5 saylı seçki məntəqəsinin protokolu: 466 səs İqbal Ağazadə, 3 səs Araz Əlizadə
5 saylı seçki məntəqəsi MSK-nın saytında: 466 səs İqbal Ağazadə, 113 səs Araz Əlizadə
6 saylı seçki məntəqəsinin protokolu: 134 səs İqbal Ağazadə, 2 səs Araz Əlizadə
6 saylı seçki məntəqəsi MSK-nın saytında: 134 səs İqbal Ağazadə, 102 səs Araz Əlizadə
7 saylı seçki məntəqəsinin protokolu: 530 səs İqbal Ağazadə, 31 səs Araz Əlizadə
7 saylı seçki məntəqəsi MSK-nın saytında: 185 səs İqbal Ağazadə, 270 səs Araz Əlizadə
8 saylı seçki məntəqəsinin protokolu: 500 səs İqbal Ağazadə, 7 səs Araz Əlizadə
8 saylı seçki məntəqəsi MSK-nın saytında: 308 səs İqbal Ağazadə, 207 səs Araz Əlizadə
9 saylı seçki məntəqəsinin protokolu: 702 səs İqbal Ağazadə, 11 səs Araz Əlizadə
9 saylı seçki məntəqəsi MSK-nın saytında: 225 səs İqbal Ağazadə, 328 səs Araz Əlizadə
10 saylı seçki məntəqəsinin protokolu: 537 səs İqbal Ağazadə, 5 səs Araz Əlizadə
10 saylı seçki məntəqəsi MSK-nın saytında: 437 səs İqbal Ağazadə, 105 səs Araz Əlizadə
11 saylı seçki məntəqəsinin protokolu: 374 səs İqbal Ağazadə, 82 səs Araz Əlizadə
11 saylı seçki məntəqəsi MSK-nın saytında: 374 səs İqbal Ağazadə, 152 səs Araz Əlizadə
21 saylı seçki məntəqəsinin protokolu: Seçkiyə 1442 seçicidən 75 nəfər səs verib, 48 nəfər İqbal Ağazadə, 4 nəfər Araz Əlizadə
21 saylı seçki məntəqəsi MSK-nın saytında: 192 səs İqbal Ağazadə, 273 səs Araz Əlizadə
 
 
Qeyd: Protokollardakı səslərlə MSK-nın saytında yerlşdirilən səslərin daha çox fərqli olduğu məntəqələri işləmişik.
 
- 21 saylı məntəqdə Araz Əlizadənin lehinə bulletenlər qutuya atılarkən müşahdəçilər tərəfindən görülüb və əllərindən alınıb. 300-ə yaxın hazır, kəsilib, möhürlənib, 3-cü şəxsin adına işarələnib. Kim deyirsə ki, bu səslə qalibəm, onu təbrik edirəm.
 
 
- Hüquqi məsələlərə nə zamandan başlayacaqsınız?
 
- Artıq başlamışıq. İlk şikayətimiz verilib. İki məntəqənin yenidən sayılmasını istəmişik. 18 və 26 saylı seçki məntəqələrinin. 18 və 26 saylı seçki məntəqələrinin protokollarını bizə verməyiblər. O iki məntəqə ilə də Araz Əlizadəni qalib elan ediblər. Araz Əlizadənin faktiki olaraq 900 səsi var. 1290 səs də hərbi hissədən ona verilib. Dairə sədri bardə baş prokurorluğa şikayət edəcəyik. Protokolları yazanların biri, "protokolda imza da mənim deyil, möhür də bizə aid deyil, bu protokolu da mən yazmamışam" desin, imtina edirəm hər şeydən...
 
- Belə bir halla qarşılaşacağınızı əvvəlcədən bilirdiniz?
 
- Əlbəttə. Protokolu bizə təqdim edən və mənə səs verənlərə minnətdaram. Seçicilərimdən çox razıyam. Seçicilərimin qarşısında baş əyirəm.

Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam