Redaktor seçimi
Cəlilabadda iki məktəbin bir direktoru var?! –
Ağlar günə qalan Gəncə: Dövlət qurumları hara baxır? –
Zaur Mikayılovun bu "kontor"unda dövlət əmlakı talan edilir -
Qazinin Dövlət Qurumunda 3 Aylıq “Əsirlik” Həyatı -
Baba Rzayevin şəxsi maraqları “Lubristar LLC” MMC ilə harada toqquşdu?! -
ADAU-da Zəfər Qurbanovun qiyabiçi rektorluğu... -
"Unibank"ın rəhbəri Eldar Qəribovun Fransadakı izləri...-Oğlu İlkin Qəribli birinci oyundan "əli yaxşı gətirmiş" qumarbazdır/
Suraxanı məmurları Adil Əliyevin adını şəhid ailəsinin torpağını dağıtmaqda hallandırır -
Günün xəbəri

İrəvanın 2022 ümidi belə basdırıldı -Bakı addım-addım hədəfinə yaxınlaşır

 

Komandası Paşinyana qarşı? Erməni politoloq: “Sülh müqaviləsini imzalamasaq, müharibə ehtimalı dəfələrlə artacaq...”

İkinci Qarabağ savaşındakı ağır məğlubiyyətdən sonra Ermənistanın son ümid yeri kimi baxdığı ATƏT-in Minsk Qrupunu (MQ) dirçəltməyə yönəlik bütün cəhdləri iflas olub. Bitməkdə olan 2022-ci il isə bu xüsusda yağlı bir nöqtənin qoyulması ilə yadda qalacaq.

Yenixeber.org: Bu il, nəhayət, ABŞ da Rusiyanın ardınca belə bir qurumun mövcud olmadığını etiraf elədi. Dövlət Departamenti yeni reallığı nəzərə alaraq, Qafqaz danışıqları üzrə xüsusi elçi Filip Rikeri həm də MQ-nin amerikalı həmsədri kimi təqdim eləməkdən vaz keçdi. Rusiya isə daha əvvəl belə bir qurumun “öldüyü” ilə barışmışdı.

Bu gəlişmələr Bakının diplomatik uğuru sayılmaqla bərabər, Ermənistanın Azərbaycana qarşı ərazi iddiası xülyasına növbəti ciddi zərbədir. Çünki məhz MQ on illərlə BMT TŞ-nin 4 məlum qətnaməsini gözardı edərək və Azərbaycanın üzərinə Qarabağ ermənilərinə “öz müqəddəratı təyinetmə haqqı” tanımaq öhdəliyi qoymağa çalışaraq işğalı rəsmiləşdirmək istəyirdi. Ermənilərin bu üzdəniraq vasitəçilikdən hələ də “dördəlli” yapışmasının yeganə səbəbi bu.

Fransa kimi qatı ermənipərəst dövlətin “Minsk üçlüyü”ndə yer alması isə əsl nonsens idi. Ancaq Azərbaycan əsgəri Qarabağ problemini güc yolla çözməklə bu “üçlüyü” öz məkrli “həll planları” ilə birgə tarixin arxivinə göndərdi. Ermənilərin “mitasum” arzusu gözündə qaldı.   

Əfsus ki, erməni tərəfinin yeni reallığı qəbul eləməsi çox ağır gedir. Hələ də kapitulyant ölkədə xam xəyallarla, “bəlkə də qaytardılar” ümidi ilə yaşayanlar çoxluq təşkil eləməkdədir, o cümlədən siyasi qüvvələr, hətta hakim qüvvənin təmsilçiləri arasında. Hərçənd “qatar”ın getdiyini anlayanlar, etiraf edənlər də az deyil.

*****

Minsk Qrupunun məhdud çərçivədə fəaliyyəti ilə bağlı razılığa gəlinib” »  "Dünya" informasiya agentliyi

“ATƏT-in Minsk Qrupunun fəaliyyəti hazırda böhran vəziyyətindədir”.

Bunu dekabrın 6-da ATƏT Parlament Assambleyasında Ermənistan nümayəndə heyəti üzvlərinin mətbuat konfransında parlamentin Xarici əlaqələr daimi komissiyasının sədri, hakim “Vətəndaş sazişi” Partiyasından olan deputat Eduard Ağacanyan deyib.

“Minsk Qrupunun formatı obyektiv səbəblərdən ən azı Ukraynada müharibə başlayandan bəri problemlərlə üzləşib. Bu üç dövlət bu gün siyasi, konstruktiv şəraitdə məsələlərin müzakirəsi bir yana dursun, heç bir masa arxasında toplaşa bilmirlər. Minsk Qrupunun 3 üzv ölkəsinin düşdüyü situasiyanı nəzərə alsaq, hazırda onun fəaliyyətinin böhran vəziyyətində olduğunu demək olar”, - deyə Ağacanyan bildirib.

Ağacanyan onu əlavə edib ki, Rusiya nümayəndə heyətinin ATƏT Parlament Assambleyasında, ümumiyyətlə, iştirak etməməsi böhranın başqa bir sübutudur.

“Məncə, ATƏT-in Minsk Qrupu həmsədrliyini biz, ümumiyyətlə, unutmalıyıq”.

Bu fikrin müəllifi isə İrəvan Mətbuat Klubunun prezidenti Boris Navasardyandır.

Onun sözlərinə görə, genişmiqyaslı hərbi əməliyyatları bərpası ehtimalı bu gün də qalır və Ermənistan və Azərbaycan arasında sülh müqaviləsi imzalanmasa, ehtimal dəfələrlə artacaq. “Bu mənada İrəvan və Bakı arasında birbaşa dialoqa başlamaq, hər halda, doğru görünür - Minsk danışıqları formatının bərpasını gözləmədən. Məncə, ATƏT-in Minsk Qrupu həmsədrliyini biz, ümumiyyətlə, unutmalıyıq”, - deyə Navasardyan əlavə edib.

Azərbaycan ekoloqlarından ibarət monitorinq qrupunun Qarabağa gəlişini şərh edən erməni ekspert baş verənləri Bakının Laçın yoluna nəzarətdə iştirak istəyi ilə izah edib.

*****

Təbii ki, Azərbaycan addım-addım nəinki Laçın yolunu, bütövlükdə Rusiya sülhməramlı kontingentin müvəqqəti yerləşdiyi ərazimizi də nəzarətə götürəcək. 2025-ci il bu mənada pik nöqtəsi olacaq. O səbəbə, yaxşı olar rəsmi İrəvan bu prosesə əngəl olub özünə əlavə başağrısı yaratmasın. Məsələn, separatçı ünsürlərə (oxu: onların silahlanmasına) hər il Ermənistan büdcəsindən yüz milyonlarla dollar vəsait ayırmaqla, anklavdan silahlı ermənilərin çıxarılmasını və sülh müqaviləsini yubatmaqla.

Belə təxribatçı əməllər bu dəfə Ermənistanı öz ərazisini hərbi əməliyyat meydanına çevirə bilər. Çünki Azərbaycan hələ də ərazi iddiası ilə yaşayan Ermənistanın kaprizləri ilə uzun müddət oynamaq niyyətində deyil və zamanı uzatmaqla, sülh sazişini ləngitməklə İrəvan, sadəcə, odla oynayır. Əfsus ki, hakim komandanın özü də hansı təhlükə ilə üzləşə biləcəyinin fərqində deyil. Bu da növbəti fakt.

Parlamentin hakim “Mülki müqavilə” fraksiyasının üzvü Mariya Karapetyan Rusiyanın xarici işlər naziri Sergey Lavrovun məlum bəyanatı ilə bağlı deyib ki, Almatı Bəyannaməsinin Dağlıq Qarabağ problemi ilə heç bir əlaqəsi yoxdur, çünki bəyannaməyə istinad Ermənistan və Azərbaycan arasında sərhədin müəyyən edilməsi kontekstində verilir. “Bunu nəzərə almaq və vurğulamaq lazımdır. Hesab edirəm ki, milli mövqeyin əsasında məhz bu yanaşma dayanmalıdır, əks halda, bizi ittiham edəcəklər ki, "artsax" münaqişəsi ərazi mübahisəsidir. Halbuki münaqişənin kökündə “artsaxlıların öz müqəddəratını təyinetmə hüququnun müdafiəsi dayanır”, - deyə Karapetyan iddia edib.

Sual yaranır: məgər öz müqəddəratını təyinetmə tələbi ərazi iddiası deyil? Özüdür ki var. Az qala, uşağa da aydındır ki, bir ovuc erməniyə belə bir hüquq tanınsa, Azərbaycan ərazisində ikinci qondarma erməni “dövləti” peyda olacaq və ertəsi gün Ermənistana birləşəcək, “miatsum” reallaşacaq.  Zatən Ermənistanın indiki konstitusiyasında da keçmiş DQMV Ermənistanın tərkib hissəsi kimi (!) qeyd olunub. O zaman Karapetyan nə çərənləyir?

İkinci yandan, öz müqəddəratını təyinetmə belə yaxşı şeydirsə, Ermənistandan qovulan və 1988-ci ilədək “Dağlıq Qarabağ”dan da böyük ərazidə, kompakt şəkildə yaşamış 200 min azərbaycanlıya da İrəvan eyni haqqı tanısın. Tanıya bilərmı?

Diqqətçəkən digər məqam odur ki, bunu deyən hansısa müxalifətçi yox, hakim partiyanın deputatıdır. Halbuki bu partiyanın rəhbəri, baş nazir Nikol Paşinyan iki ildir çıxışlarında “öz müqəddəratını təyinetmə” ifadəsini işlətmir, yalnız “Artsax ermənilərinin təhlükəsizliyi və haqları” ifadəsindən istifadə edir. Paşinyanın imzası duran Brüssel bəyanatlarında da “Qarabağdakı erməni icmasının təhlükəsizliyi” sözləri yer alıb.

Bunlar isə kifayət qədər fərqli mövqelərdir. Belə çıxır, Nikolun komandası ona qarşı çıxmağa başlayıb? Ya da Paşinyan hökuməti öz xalqı aldatmaq kursu götürüb. Çünki Azərbaycan heç vaxt Qarabağ erməniləri öz müqəddəratını təyinetmə hüququ tanımayacaq. Əgər ermənilər nə vaxtsa Azərbaycanda belə bir qərarı verəcək rəhbərin olacağına ümid edirlərsə, başlarını divara vururlar. Günəş şərqdən yox, qərbdən çıxanda “artsax erməniləri” də öz müqəddəratını təyin edər və... nida işarəsi! “Müsavat”


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam