Redaktor seçimi
Abdin Fərzəliyev Abşeronu belə NURLANdırır– 
"MedEra" Hospitalın həkimi Musa Kılıçın diplomu saxtadır?! -
İcra başçısı Adil Vəliyevin “vunderkind” oğlu: 
Vilayət Vəliyev Dövlət Universitetinə miras kimi baxır(?)! -
Eldar Əzizov Ramin Abdullayevin “qara kassasını” yenidən “diriltdi” -
Sumqayıtlı müəllimlərin əmək haqları kəsilir?! – 
Mingəçevir Təhsil sektorunun müdirini nazir müavini ilə nə bağlayır?!:  Sevinc Həsənova məsul şəxslər barədə kompramat toplayır -
TƏCİLİ! "Landmark Baku"da çalışan diplomatları iranlı qızlarla görüşdürüb çəkdirən iş adamının adı məlum oldu —
Günün xəbəri

Sunak Rusiyanı "izqoy ölkə” adlandırdı -Plan təqdim etdi

Böyük Britaniyanın Baş naziri Rişi Sunak Rusiyanı “izqoy ölkə” adlandırıb və Moskvanın qlobal iqtisadiyyata təsirini azaltmaq üçün plan təklif edib.

Yenixeber.org: Böyük Britaniya Baş nazirinin məqaləsi “The Telegraph”da dərc olunub.

Sunak dünya iqtisadiyyatının Rusiyadan asılılığının azaldılması planında beş bəndi xüsusi qeyd edib. Baş nazirin sözlərinə görə, qarşıdan gələn qışda ən çox ehtiyacı olanlara yardımların göstərilməsini davam etdirmək lazımdır. O qeyd edib ki, Birləşmiş Krallıq elektrik enerjisinin qiymətinin artması ilə bağlı problemlərlə üzləşən Ukraynanı, eləcə də onun vətəndaşlarını dəstəkləyir.

O, həmçinin ərzaq istehsal etmək bacarığı olan ölkələri daha çox istehsal etməyə çağırıb. Sunak Moskvanın kənd təsərrüfatı məhsullarından silah kimi istifadə etdiyini bildirib və BMT-nin taxıl müqaviləsinin uzadılması istiqamətində gördüyü işləri yüksək qiymətləndirib.

Britaniyanın Baş naziri Rusiyanın enerji resurslarından asılılığın azaldılmasını üçüncü zəruri tədbir adlandırıb. Bundan əlavə, o, ölkələri açıq qlobal iqtisadiyyatı və azad bazarların təşviqini dəstəkləməyə çağırıb. Sonda Sunak bildirib ki, inkişaf etməkdə olan ölkələr üçün kredit tələləri yaratmağa çalışanlar müəyyən edilməlidir. O, həmçinin inflyasiyanın artmasına səbəb olan səbəblərin aradan qaldırılmasının vacib olduğunu vurğulayıb.

Qeyd edək ki, Rişi Sunakın məqaləsi G20 sammiti öncəsi hazırlanıb. Sammitdə Rusiya nümayəndə heyətinə xarici işlər naziri Sergey Lavrov başçılıq edir. Bir gün əvvəl, noyabrın 13-də Böyük Britaniyanın Baş naziri G20-də Moskvanı tənqid edəcəyinə söz vermişdi. Bundan əlavə, “The Telegraph” qəzeti noyabrın 12-də Aİ və Böyük Britaniyanın Rusiya nümayəndə heyətini tədbirdə təcrid etmək planları barədə xəbər yaymışdı.


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam