Britaniyada koronavirus fəlakəti: Conson hökumətinin buraxdığı ciddi səhvlər
Böyük Britaniyada hökumətin koronavirusla bağlı siyasəti mediada və sosial şəbəkələrdə ciddi tənqid olunur.
Yenixeber.org: Müxalif Leyboristlər Partiyasının sabiq sədri Ceremi Korbin və hazırkı yeni seçilmiş sədr Keir Starmer (böyük ehtimal həmrəylik xətrinə) hələlik hökuməti sərt tənqid etməsə də, vaxtaşırı öz təkliflərini verirlər.
Britaniya hökuməti mart ayının ortalarında əhalidə sürü immunitetinin yarana bilməsi üçün virusun yayılmasının qarşısını almaq siyasəti aparmırdı. Belə olacağı halda, elmi dairələrin Britaniyada ölü sayının 500.000-dək olacağını proqnozlaşdırması hökuməti bu siyasəti dəyişərək, virusun yayılmasının qarşısını mümkün qədər almaq siyasəti aparmağa vadar etdi.
Mart ayının ortalarında bir sıra hökumət nümayəndələri sürü immuniteti siyasətindən bəhs etsələr də, sonradan cəmiyyətdə bu yanaşmanın sərt tənqid olunması nəticəsində hökumət nümayəndələri ümumiyyətlə belə bir siyasətlərinin heç zaman olmadığını deməyə başladılar. Bir çoxları Britaniyada artıq üç həftədir ki karantin rejiminin tətbiq olunmasına baxmayaraq, əslində hökumətin hələ də sürü immuniteti siyasətini apardığını iddia edir. İddialar belədir ki, Britaniya hökumətinin məqsədi ilk gündən yoluxmanın dayandırılması deyil, sadəcə yavaşladılmasıdır.
Bu fikrin yaranmasına səbəb olan amillər aşağıdakılardır:
- Bugünədək virusla mübarizədə uğurlu olan dövlətlərin siyasətləri və Dünya Səhiyyə Təşkilatının tövsiyələri göstərir ki, əsas hədəf mümkün qədər çox adamdan koronavirus analizlərinin götürülməsi, xüsusi mobil proqram vasitəsi ilə yoluxanlarla ünsiyyətdə olanların müəyyən edilməsi və onların özlərini təcrid etmələri olmalıdır. Britaniyanın apardığı siyasət isə ilk gündən bu istiqamətdə deyil.
- Bugünədək simptomları olan bütün şəxslərdən deyil, yalnız xəstəxanaya çatdırılan və birgə şəraitdə yaşamalı olan şəxslərdən (həbsxanalar, qocalar evi və sairə) koronavirus analizləri götürülür. Hökumət nümayəndələri gündəlik keçirilən mətbuat konfranslarında kütəvi testlərin aparılmasının sayını çoxaltmaq əzmində olduqlarını desələr də, hələ ki hədəflədikləri test sayına çatmayıblar. Beləliklə, hökumət həm testlərin sayının az olmasında, həm də bu xüsusda ictimaiyyətə vədlər verib o vədləri yerinə yetirməməkdə günahlandırılır.
Misal üçün təxminən iki həftə öncə Səhiyyə Nazirliyinin mətbuata açıqlamasında aprelin ortasınadək gündəlik test sayının 25000-ə çatdırılacağı deyilirdi. 15 aprel tarixində məlum oldu ki, hələlik ölkədə bir gün ərzində yalnız 19000 test aparılır. Həmin gün hökumətin keçirdiyi mətbuat konfransında Səhiyyə nazirinə verilən vədə əməl edə bilmədikləri barədə sual verilib, o isə gündəlik 25000 test sayını aprelin ortası deyil, sonu üçün hədəflədiklərini qeyd edib.
-Hökumətin virusun yavaşladılması ilə bağlı əsas məqsədi Milli Səhiyyə Sisteminin üzərinə yük düşməməsidir. Bu xüsusda, Britaniya hökuməti insan həyatının xilas edilməsini deyil, daha çox dövlətin pandemiyanı idarə edilən həddə saxlamasını prioritetə çevirməkdə günahlandırılır (humanist deyil, praqmatik yanaşma). İlk başlarda Boris Consonun “siz öz yaxınlarınızı itirəcəksiniz” ifadəsini işlətməsi çox sərt tənqid olunmuş, İrlandiya Baş nazirinin həmin ərəfədə “hər bir həyatı qorumalıyıq” kimi ifadələri nümunə göstərilmişdi. Bununla bağlı Britaniya hökumətinin virusla mübarizədə seçdiyi sloqan da diqqət çəkir.
Bir çox ölkələrin şüarlarında sırf insan həyatının qorunmasını ehtiva edən ifadələr yer aldığı halda, Britaniyanın sloqanı “Stay at home, protect the NHS, save lives” şəklindədir. Bu insanların yalnız səhiyyə sistemini qorumaqla sağ qala biləcəklərinə dair təhdid kimi başa düşülür və həyatların xilas edilməsinin ən sonuncu prioritet olduğu kimi qəbul edilir.
- Karantin rejiminin ölkədə iki-üç həftə gecikdirilməsi. Xüsusən 12-23 mart tarixləri arasında istər əhali, istər media, istərsə də elmi dairələr karantin rejiminin tətbiqinə çağırışlar etsələr də, hökumət çox gec addımlar atır və sərt qaydaların tətbiqindən qaçırdı. Həmin ərəfədə xüsusən hökumətin məktəbləri və universitetləri bağlamaqla bağlı göstəriş verməməsi bütün sosial platformalarda müzakirə olunur, valideynlər buna qarşı petisiyalar toplayırdı (məktəblər yalnız 19 mart tarixindən bağlanmağa başladı).
- 16 aprel tarixində "Telegraf" qəzetində dərc olunan məqalədə əvvəllər Dünya Səhiyyə Təşkilatının direktoru olmuş Britaniyalı professor Antoni Kostelloya istinadən bu ifadələrə yer verilmişdir: "Geniş şəkildə testlərin aparılmaması və yalnız karantin rejiminə etibar olunması, peyvənd tapılana qədər Britaniyanı koronavirus dalğası ilə üz-üzə qoyacaqdır. Biz karantin rejimini iki və ya üç həftə əvvəl tətbiq etməliydik, amma etmədik. Bu, Cənubi Koreyada indiyə qədər uğurla istifadə olunan testlərin aparılması, izləmə və rəqəmsal tətbiqetmələr tədbirləri ilə birlikdə həyata keçirilməlidir. Hər addımda yanılırdıq. Biz siyasətimizi dəyişməliyik. Onlar əyrini düzəltməkdən danışırlar, bu da ki, onların sürü immunitetini dəstəklədiklərini ifadə edir."
-Digər amil ventilyasiya aparatlarının alınmasıdır. Bu da ziddiyyət doğuran məsələlər arasındadır. Hökumət karantin rejimi tətbiq etdikdən sonra dövlət xadimləri kütləvi olaraq öz "Tvitter" hesablarında ağciyər ventilyatoları istehsal edən şirkətlərə müraciət edərək hökumətlə əlaqə saxlamalarını xahiş etdilər. Bu xüsusda bir sıra biznesmenlər iddia edirlər ki, hökumətin çağırışına cavab versələr də, onlara cavab gəlməyib. Və bu da hökumətin əslində əsas niyyətinin sürü immuniteti olması ilə əlaqələndirilir. Hökumət isə şirkətlərə cavab verildiyini və bəzilərinin sadəcə sırf tələb olunan ventilyatorları istehsal etmək qabiliyyətində olmadığını iddia edir.
Britaniyada artıq on ildən çoxdur ki, davamlı iqtidarda olan Mühafizəkarların Milli Səhiyyə Sisteminə pandemiyayadək zərbə vurması və hazırda lazımi dəstəyi verə bilməməsi məsələsi də diqqətdən yayınmır.
Milli Səhiyyə Sistemi Britaniya daxili siyasətində hər zaman ən həssas məsələlərdən olmuşdur. Pandemiyaya qədər də Britaniya mediasında hazırkı iqtidarın bu xüsusda siyasəti sərt tənqid olunurdu. Pandemiyadan sonra Milli Səhiyyə Sisteminin bu cür böhranlara hazır olmaması, həkimlərə tələb olunan mühafizəni təşkil edilə bilməməsi bu sahədə çox böyük narazıçılıq yaratmışdır. Mediada dəfələrlə təkcə keçən il hökumətin MSS-ə daxil olan xəstəxanalarda minlərlə xəstə yatağını ləğv etməsi, MSS-ə aid olan bir sıra təchizatçıların ABŞ, Çin və digər ölkələrə satılması və ümumilikdə Mühafizəkarlar hökumətinin səhiyyə sistemində pandemiyadan öncə çoxlu büdcə kəsirləri etməsi vurğulanır (Boris Consonun vaxtı ilə deputat kimi həkimlərin maaş artımının əleyhinə səs verənlərdən olması və sairə).
Hazırkı şəraitdə bu sahədə sərt tənqid obyektlərindən biri də virusla mübarizə aparan həkimlərin qoruyucu geyimlərlə təmin edilməməsi məsələsidir. Bu, xüsusən virusla mübarizə aparan həkimlərin özlərinin virusa yoluxub ölməsi barədə xəbərlər yayıldıqca müxalif Leyboristlər Partiyasının sabiq sədri Ceremi Korbin və hazırkı sədri Keir Starmerin tvitlərində və müraciətlərində dəfələrlə vurğulanıb.
Digər ölkələrdə olduğu kimi, Britaniyada da həftədə bir dəfə əsasən cümə axşamı günləri ictimaiyyət axşam saat 8-də həkimləri alqışlayır. Tvitter sosial şəbəkəsində əhali arasında hökumətin bu addımı “hökumətin səhiyyə sisteminə lazımi dəstəyi göstərə bilməməsi fonunda gözdən pərdə asılması kimi” dəyərləndirilir.
Həkimlərlə bağlı daha bir tənqid obyekti olan məsələ hələ də onların hamısından koronavirus analizlərinin götürülməməsi ilə bağlıdır. Bu, həm virusa yoluxmuş həkimlərin bundan xəbərsiz xəstələri müalicə etməsi, həm də adi qrip əlamətlərinə görə özlərini evdə təcrid etmələri ilə nəticələnir.
Baş nazir özü virusa yoluxma ilə əlaqədar xəstəxanada olduğu müddətdə ona böyük dəstək ifadə edilsə də, yenə də əksər Tvitter istifadəçiləri Consonun virusa məhz xəstəliyi ilk gündən ciddiyə almaması nəticəsində yoluxduğunu, MSS-ni ziyarət edərkən koronavirus xəstələri ilə əllə salamlaşdığı barədə fəxrlə danışmasının utandırıcı olduğunu və bir zamanlar büdcəsini kəsdiyi MSS-ə bu gün özünün möhtac qaldığını yazırdılar.
Daha bir tənqid olunan məqam bugünədək Britaniya hökumətinin açıqladığı ölüm rəqəmlərinin yalnız xəstəxanada qeydiyyata alınan ölümlərlə bağlı olmasıdır. Son günlər Avropa ölkələrinin xüsusi qocalar evlərində (care homes) xəstəlikdən ölənlərin rəqəmlərini açıqlaması Britaniyada da bu məsələni qaldırmışdır. Hazırda qocalar evlərində işləyən şəxslərdən koronavirus analizlərinin götürülməməsi, bunun qocalar evlərində yoluxmaların sürətlə artmasına səbəb olması, eləcə də qocalar evlərində xəstəlikdən ölənlərin statistikasının düzgün aparılmaması mediada hökumətə qarşı əsas tənqid elementlərindəndir.
Exit strategy – Karantindən çıxış yolları
Məlum olduğu kimi 16.04.2020 tarixində Britaniyada ilkin olaraq tətbiq olunan üç həftəlik karantin müddəti bitirdi (hazırda ən az 7 may tarixinədək uzadılmışdır). Bununla bağlı bəzi Avropa ölkələrində karantin rejiminin yumşaldılmasına başlanılmasına baxmayaraq, Britaniya hökumətinin karantindən çıxış siyasətinin hazır olmaması tənqid edilir. Xüsusən hazırda Baş naziri əvəz edən xarici işlər naziri Dominik Raabın karantinin iyunadək davam etməsinin istisna edilməməli olduğunu deməsi əhalidə narazıçılıq yaratmışdır. Media və ayrı-ayrı şəxslər hökumətin karantin rejimini uzatmasını alqışlayır, lakin əhalidə müəyyənlik hissinin əmələ gəlməsi üçün müvafiq yumşaldılma planının hazırlanıb təqdim edilməsini tövsiyə edir.
Britaniya hökumətinin iqtisadiyyata dəstək planı
Hökumətin iqtisadiyyata dəstək planının gecikməsi, daha sonra isə hansısa təbəqəni ehtiva etməməsi mərhələli şəkildə tənqid olundu. Buna misal olaraq Maliyyə naziri ölkədə fəaliyyət göstərən biznes obyektlərinə dəstəklə bağlı planını açıqladıqdan sonra özməşğulluq sahəsindəki şəxslər barədə də müvafiq tədbirlər görülməsi tələb edildi. Hökumət özməşğulluq sahəsindəki şəxslərə dəstəklə bağlı qərar verdikdən sonra xeyriyyə qurumlarının fəaliyyətinə və digər sahələrə də dəstək tələb edildi. Maraqlıdır ki, tənqidlərə baxmayaraq, Britaniya Maliyyə naziri ölkə iqtisadiyyatının güclü şəkildə zərər görəcəyini və dövlətin tam şəkildə işsizliyi aradan qaldıra bilməyəcəyini etiraf edir.
Karantin qaydalarının tam aydın olmaması
Karantin tətbiq edildikdən sonra bir müddət qaydaların tam şəkildə aydın olmadığı tənqid edilir. Yalnız əsas iş yerlərində çalışan şəxslərin (key workers) iş yerlərinə getməsi (və onların uşaqları üçün məktəblərin açıq qalması müzakirə edilərkən “key workers” məfhumunun izah edilməsi (yəni konkret olaraq hansı iş yerlərindən söhbət gedir) tələb olunurdu.
Karantin qaydalarının tətbiqinə nəzarət edən polis işçilərinin əhali ilə davranışda bəzən öz səlahiyyətlərini aşdıqları iddası da tənqidlər arasında yer alır.
Koronavirus analizlərinin götürülməsi və karantin rejiminin tətbiqində ayrı-seçkilik
Ölkədə xəstəliyə yoluxan nazirlərin və Kral ailəsi üzvlərindən dərhal koronavirus testlərinin götürülməsi, bir sıra deputatlardan, o cümlədən sadə əhalidən isə testlərin götürülməməsi və onlara özlərini təcrid etmələrinin tövsiyə olunması mediada hökumətin insanlara qarşı qeyri-bərabər yanaşma sərgilədiyinə dair tənqidlərə məruz qalması ilə nəticələndi. Eyni zamanda, ölkədə Kral ailəsi üzvlərinin və bəzi nazirlərin sosial məsafənin qorunması və zəruri olmadan evdən çıxmamaqla bağlı karantin rejiminə əməl etməmələri də (misal üçün Evlər, icmalar və yerli hökumət üzrə nazir Robert Jenrik karantin dövründə valideynlərini ziyarət etdiyinə görə) mediada tənqid edildi.
Leyboristlər parityasının sabiq sədri Ceremi Korbinin (böhranın ilk vaxtlarında hələ də bu vəzifədə idi) mövqeyi
Sabiq partiya sədri 31 mart tarixində Baş nazirə yazdığı məktubda hökuməti aşağıdakı addımları atmağa çağırır:
- Həkimlərə, əsas iş yerlərində çalışanlara və qocalar evlərində işləyənlərə qoruyucu aksessuarların təmin edilməsi
- Çoxsaylı testlərin götürülməsi
- Sosial qayğı sahəsində insan resurslarının artırılması
- Sosial məsafənin saxlanmasının və əhalinin özünü qorumasının gücləndirilməsi
- Bizneslərə maliyyə yardımı edilməsi
-Britaniyanın virusa qarşı qlobal mübarizəyə sədrlik etməsi
Leyboristlərin hazırkı lideri Sir Keir Starmer isə hələ sərt tənqid metodu deyil, tövsiyə üsulundan istifadə edir. O, hökuməti həkimlər və əsas iş yerlərində çalışanlar üçün fərdi qoruyucu avadanlıqlarını təmin etməyə, karantinin yumşaldılması ilə bağlı strategiya hazırlamağa, testlərin götürülməsinin artırılmasına çağırır.
Britaniyada cəmiyyət medianın özünü belə tənqid edir:
Tvitterdə bəzi istifadəçilər Boris Conson xəstəxanada reanimasiyada olduğu günlərdə ölkədə ölüm sayının çox olmasına (800-900) baxmayaraq, əsas qəzetlərin xəbər başlıqlarının bu rəqəmlərə deyil, Boris Consonun sağalma mərhələlərinə diqqət çəkməsini tənqid edirdilər.
Bundan əlavə, hökumətin gündəlik keçirdiyi mətbuat konfranslarında jurnalistlərin əsas narahatedici məqamlar barədə sual verməməsi əhalini qıcıqlandırır.
19 aprel tarixində “Sunday Times” qəzetində Britaniya hökumətini tənqid edən böyük bir məqalə dərc olunub. Məqalədə hökumətin koronavirus pandemiyasını əvvəllərdə ciddi qəbul etmədiyi, proseslərə gec müdaxilə etdiyi və virusun təhlükəsinin böyüklüyü ilə bağlı məlumatlı olduqlarına baxmayaraq, məsul şəxslərin insanların həyatını heçə sayaraq sürü immunitetini dəstəklədiklərinə dair iddialar yer alıb.
Bu məqalə Britaniya ictimaiyyətində geniş rezonans doğurub və hökumətə qarşı təndiqlər daha da artlb. Hətta "Twitter" sosial şəbəkəsində istifadəçilər tərəfindən Baş nazir Boris Consonu istefaya səsləyən #ResignBoris həştəqi kütləvi paylaşılaraq trend olmuşdu. Bununla bağlı Britaniya hökumətinin Səhiyyə və Sosial Qayğı Departamenti geniş açıqlama yayaraq “Sunday Times” qəzetində yayımlanan məqalədəki iddialarlı yalanlamışdı.