Redaktor seçimi
AZAL vurduğu ziyanı ödəmək əvəzinə, RF prokurorluğuna haqq ödəyir -
Gəncə Şəhər Birləşmiş Xəstəxanasının analoqsuz tenderləri -
AAYDA-nin zəhəri və zərəri: büdcə talanından ekoloji fəlakətə...-
Müəllim-sahibkardan prezidentə müraciət:
"Bilgəh" Kardioloji Sanatoriyası kütləvi etiraz yaradır -
QHT-lərə Dövlət Dəstəyi Agentliyi dövlət büdcəsini belə talan edir! -
Əziz Quliyev İmişlidə azyaşlıları maşınla vurmasını ört-basdır etməyə çalışır -
Yaşam Klinikasında Məhəmməd Mehdi Aslaninin yaşatmaq vədləri:
Günün xəbəri

Putinin “Poseydon”u suya qərq oldu –Buraxılışı uğursuz olub

Yenixeber.org: Britaniyanın “Daily Mail” nəşri xəbər verir ki, bu barədə ABŞ kəşfiyyatı məlumat yayıb.

ABŞ kəşfiyyatındakı yüksək rütbəli mənbə bildirir ki, “Poseydon” nüvə enerjili torpedosunu daşıyan dünyanın ən böyük sualtı qayığı – “Belqorod” bu yay istifadəyə verilib.

Bu barədə ABŞ rəsmiləri “CNN”-ə bildiriblər ki, sınaqlar zamanı Rusiyanın hər hansı formada nüvə partlayışı həyata keçirəcəyini gözləmirdilər: “Bununla belə, “Poseydon”un nümayişi ABŞ və Rusiya arasındakı gərginliyi bir qədər də artıra bilərdi”.

Qeyd edək ki, 30000 tonluq “Belqorod”-da 6 “Poseydon” torpedosu mövcuddur. Torpedolar müdafiədən yan keçmək üçün uzaqdan idarə oluna bildiyi üçün dronlara da bənzədilirlər. Nüvə reaktorlu mühərriki sayəsində onlar nəzəri olaraq qeyri-məhdud diapazona malikdirlər. “Poseydon” torpedoları adi torpedolara bənzəsələr də, daha böyükdürlər. Bir torpedonun uzunluğu təxminən 79 fut-a qədərdir. Ona görə də onları xüsusi hazırlanmış sualtı qayıqlarla daşımaq lazımdır. Bu torpedoların sürəti 70-124 mil/saat arasında dəyişir. Silahlar, həmçinin yan skanlama kimi tanınan sonar görüntüləmə sistemindən istifadə edərək, okeanın dibinin xəritəsini çıxarmaq üçün dalğaların altında millərlə işləyə bilən pilotsuz sualtı nəqliyyat vasitələri (UUV) kimi də istifadə edilə bilirlər.

“Poseydon”un sunami törətməklə istənilən şəhəri məhv etməyə qadir olduğu bildirilir.


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam