Redaktor seçimi
Qazinin Dövlət Qurumunda 3 Aylıq “Əsirlik” Həyatı -
Baba Rzayevin şəxsi maraqları “Lubristar LLC” MMC ilə harada toqquşdu?! -
ADAU-da Zəfər Qurbanovun qiyabiçi rektorluğu... -
"Unibank"ın rəhbəri Eldar Qəribovun Fransadakı izləri...-Oğlu İlkin Qəribli birinci oyundan "əli yaxşı gətirmiş" qumarbazdır/
Suraxanı məmurları Adil Əliyevin adını şəhid ailəsinin torpağını dağıtmaqda hallandırır -
Sərdar Ortac, Mehmet Əli Ərbil və Sahil Babayevin “qumar kontoru” -
Sumqayıt Dövlət Universiteti belə təmir edilir:
Sahil Babayevin "kontor"unda qumar oynanılır?! -
Günün xəbəri

Putinin sualtı nəhəngi Qərbi heyrətə və qorxuya salıb-Təkbaşına bütün dünyanı məhv edə bilər...

 

Serbiyada ölkə parlamentinin qarşısında kütləvi etiraz aksiyası keçirənlər hakimiyyətə onların tələblərinə "müsbət cavab" üçün 6 gün vaxt veriblər.

Yenixeber.org: Bundan sonra ölkənin DİN rəhbəri Neboyşa Stefanoviç deyib ki, prezident Vuçiç çıxıb etirazçılarra müraciət etmək istəyib, lakin "azsaylı insanlar qarşısında çıxış etməyə öyrəşməyib". Nazirin sözlərinə görə, etirazçıların sayı cəmi 7,5 min olub.

"6 gün müddətində vaxt veririk ki, bu hakimiyyəti tələblərimizə müsbət cavab versin. Onlar bizi eşitməsə, biz yenidən daha çox insanla yığışacağıq", - deyə aksiyanın aparıcısı Yuqoslav Kipriyanoviç deyib.(Trend)

Rusiyanın bu günlərdə suya endirdiyi “Belqorod” atom sualtı qayığı Qərbdə heyrət və qorxu yaradıb. Virtualaz.org xəbər verir ki, Almaniyanın “Stern” jurnalı həmin sualtı qayığın təkbaşına dünyanı məhv etməyə qadir olduğunu yazır və onu “bütün sualtıların anası” adlandırır.

“Belqorod” atom sualtı qayığının uzunluğu 184 metrdir. O, mini sualtı qayıqlar və daha da betəri budur ki, Putinin “qiyamət silahı” adını almış “Poseidon” pilotsuz sualtı aparatı, yaxud nüvə başlığı daşıyan və dünyada bənzəri olmayan torpedosunu daşıya bilir. Özü də birdən birə altı belə torpeda.

“Belqorod” nəinki bütün qalan sualtı qayıqlardan uzundur, eyni zamanda o xüsusi vəzifələrin yerinə yetirilməsi üçün hazırlanıb. İndi Qərbdə təxmin etməyə çalışırlar ki, söhbət hansı xüsusi vəzifələrdən gedə bilər. Lakin artıq bəllidir ki, “Belqorod” beş, yaxud altı “Poseidon” torpedosu daşıyacaq.

“Belqorod”un tikintisi hələ sovet dövründə başlayıb. Əvvəlcə onu “Oskar II” sinfindən olan sualtı qayıq kimi inşa etməyi planlaşdırmışdılar. Lakin 1994-cü ildə Moskvanın pulu qurtardı və sualtı qayıq üzərində işlər dayandırıldı. Hansısa məqamda qismən hazır olan korpusdan xüsusi sualtı qayıq düzəltmək fikrinə düşdülər və bu məqsədlə onun korpusunu 30 metr uzatdılar. Nəticədə sualtının uzunluğu 184 metrə çatdı, sualtı vəziyyətdə su tutumu isə 30 min tondur. Sürəti isə 33 uzla çatır. Mühərriki ki OK-650 atom reaktorundan ibarət olmaqla 100 min at gücünə malikdir.

“Stern” ehtimal edir ki, “Belqorod” başqa sualtıları və suüstü gəmiləri məhv etmək üçün hücum sualtısı kimi istifadə olunmayacaq. O, strateji nüvə raketlərinin daşınması üçün də nəzərdə tutulmur. Ekspertlər hesab edirlər ki, “Belqorod”un korpusundan raketlərin buraxılması üçün bölməni ayırıblar. Beləliklə, “Belqorod” çox güman üzən sualtı baza və müxtəlif yükləri, məsələn, mini-sualtıları daşıyan platforma kimi istifadə olunacaq.

İlk növbədə “Belqorod” təyinat yerinə “Loşarik” sinfindən olan mini-sualtıları çatdıracaq. Bu sualtılar ekstremal dərinlikdə işləyə bilir. Onların köməyi ilə gəmiçiliyə nəzarət etmək və ABŞ gəmilərini izləmək mümkündür.

Hazırda dünya nəhəngləri sualtı dronların və avtonom atom sualtı silahların işlənib hazırlanması üzərində fəal işləyir. “Belqorod” belə sistemlər üçün də tamamilə yarayır, çünki suüstü gəmilərdən fərqli olaraq öz vəzifələrini gizli yerinə yetirə bilər.

Xüsusi narahatlıq və təşviş doğuran isə əlbətdə ki, “Poseidon” torpedalarıdır. Bu silah haqda Putin ilk dəfə ötən il elan edib. Kreml silahın uğurla işlənib hazırlandığı və sınaqlardan keçdiyini müntəzəm olaraq bildirir.

“Poseidon” klassik mənada əsl “Qiyamət günü” silahıdır. Hər belə torpeda 2-100 meqaton gücündə termonüvə başlığı daşıya bilər. Təkcə bir bu cür torpedonun partlaması ABŞ-ın bütöv təyyarədaşıyan qruplaşmasını məhv edərdi. Daha da betəri həmin silahın mülki əhaliyə qarşı tətbiq olunmasıdır. ABŞ-ın şərq sahillərində bir bu cür partlayış meqa-sunami yarada və bütün regionu ağuşuna alardı.

“Poseidon”un uzunluğu 20 metrdən çox, diametri isə 2 metrə yaxındır. O, suyun 1000 metrdən çox dərinliyində hərəkət edə, həm dərinlik, həm istiqamət üzrə sürətli manevrlər həyata keçirə bilər. Ən başlıcası budur ki, torpedonun sürəti saatda 200 kilometrdən çoxdur, başqa heç bir torpeda belə sürətə malik deyil. Ruslar buna nail olmaq üçün görünür superkavitasiya problemini həll ediblər. Superkavitasiya o deməkdir ki, torpeda müdafiəedici hava buludunda yerləşir və onun sayəsində torpeda ilə su arasında titrəmə gücü azalır, nəticədə sürəti artır. Jurnal yazır ki, buna nail olan dövlət sualtı dünyanın hökmdarına çevrilir...(virtualaz)


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam