Redaktor seçimi
QHT-lərə Dövlət Dəstəyi Agentliyi dövlət büdcəsini belə talan edir! -
Əziz Quliyev İmişlidə azyaşlıları maşınla vurmasını ört-basdır etməyə çalışır -
Yaşam Klinikasında Məhəmməd Mehdi Aslaninin yaşatmaq vədləri:
Böyük Britaniyada hüquqşünas Eldar Mahmudova görə cərimələnib -
Saleh Məmmədovun asfalt zavodu Ermənistanın Metsamor AES-i kimi:Tüstüdə gizlənən milyonlar və kəsilən nəfəslər –
AzTU-nun kafedra müdiri müəllimləri “quş” adlandırır?! -
“AzerGold”da diqqətçəkən vəzifə bölgüsü:
Deputat Əlibala Məhərrəmzadənin sərvətlərinin YENİ SİYAHISI
Günün xəbəri

PUTİNİN "QİYAMƏT SİLAHI"nın YERİ MÜƏYYƏN EDİLDİ

Yenixeber.org: Qayığın Arktikaya yola düşdüyü ehtimal olunur. Həmçinin bildirilir ki, sınaqlar torpedonun su altında 10000 kilometr məsafə qət etmə gücünün yoxlanması məqsədi də daşıya bilər.

"Daily Mail" qəzetinə istinadən xəbər verir ki, günlərdir yeri ehtimal edilən sualtı qayığın peyk görüntüləri ortaya çıxıb.

Putinin "qiyamət silahı" Barents dənizində görüntülənib.

NATO xəbərdarlıq notasına görə, sualtı qayıq Poseydon nüvə bombasını sınaqdan keçirmək üçün Qara dənizə yola düşmüş ola bilər. Hərbi ekspertlərin fikrincə, belə bir addım Putinin müharibənin gedişatını dəyişmək üçün son çarəsi ola bilər.

Təxminən 185 metr uzunluğunda olan və nüvə enerjisi ilə işləyən sualtı qayıq nüvə başlıqlı "Poseydon" torpedosu ilə təchiz edilib və böyük ərazidə həyatı məhv etmək qabiliyyətinə malik radioaktiv sunami yaratmaq gücünə malikdir. Həmçinin Nyu-York, Los-Anceles kimi şəhərləri məhv etməyə qadirdir. "Belqorod" sualtı qayığının göyərtəsində səkkizə qədər belə raket var.

Sualtı qayığın hər biri iki milyon ton trotil ekvivalentinə bərabər olan altı nüvə silahlı torpedo ilə təchiz olunduğu da güman edilir.

Başqa sözlə, sualtı qayıqda İkinci Dünya müharibəsi zamanı Xirosimaya atılan atom bombasından 130 dəfə çox ölümcül silahlar var. (musavat)


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam