Yenixeber.org: Mövzu ilə bağlı danışan hərbi ekspert Üzeyir Cəfərli bildirib ki, İranın təlimləri daxili auditoriya üçün hazırlanıb. Hansısa narahatlıqdan söhbət gedə bilməz.
- Doğrudur bu təlimlər İranın Azərbaycanla sərhəddində keçirilir. Amma qonşumuz hayküylü , hədəli təlimləri öz xalqına hesablayıb. Şimal -şərq sərhəddində aparılan hərbi təlimlər plan üzrədir. İranın daxilində vəziyyət o qədər də ürək açan deyil deyə bu təlimləri hayküylü keçirir.
İran Azərbaycana hücuma keçəcək? Azərbaycanın ən kritik dönəmlərində hətta İran İslam Keçikçiləri Korpusu belə bir ağılsız, yerində olmayan hərəkət etməyib. O ki qaldı indi. Nəzərə alsaq ki, 44 günlük Vətən müharibəsində Azərbaycan ordusunun hansı gücü olduğu İrana bəlli oldu.
Öz təlimi ilə daxildə olacaq narahatlığı bir növ səngitmək üçün keçirir. Cənub qonşumuz zaman -zaman onsuz ki, hayküylü və bu cür hədələrlə müşayət olunan təlimlər keçirib.
Azərbaycan ordusu və dövləti 90-cı illərin ordusu və dövləti deyil. Xeyli fərqli mənzərə var. Yanımızda qardaş Türkiyə və digər ölkələr dayanıb. Ona görə də bu təlimlərlə İranın
Azərbaycanı qorxutduğunu düşünmək gülünc səslənir. Bizi nəylə qorxutmaq olar? Biz qorxub erməni kimi harasa qaçası deyilik ki. Bir balaca vəziyyət gərgin olan kimi ya Fransaya, ya da okeanın o tayına qaçırlar. Ya da vassalarının yanına. Azərbaycan insanı ən ağır dönəmində qaçmayıb. Indi də öz yerindədir.
Bu təlimlərdən narahat olmağa dəyməz. Hərbi nöqteyi-nəzərdən Azərbaycan üçün təhlükəsi yoxdur. Təhlükəsi olmadığına görə müvafiq qurumlar tərəfindən nəzarətə alınıb, nəzarətdə saxlanılır.
"İran bizi nəylə qorxudacaq, erməni deyilik ki, Fransaya qaçaq "
Xəbər veridyimiz kimi İran növbəti dəfə Azərbaycanla sərhəddə genişmiqyaslı hərbi təlimlərə başlayıb. Hərbi təlimlər İran İslam İnqilabı Keşikçiləri Korpusunun (SEPAH) Quru Qoşunları tərəfindən Şərqi Azərbaycan və Ərdəbil əyalətlərinin şimalında keçirilir. Bəs bu təlimlərin Azərbaycan üçün hansısa təhlükəsi varmı? Hər hansısa bir narahatlıq doğura bilərmi?