Redaktor seçimi
Baba Rzayevin şəxsi maraqları “Lubristar LLC” MMC ilə harada toqquşdu?! -
ADAU-da Zəfər Qurbanovun qiyabiçi rektorluğu... -
"Unibank"ın rəhbəri Eldar Qəribovun Fransadakı izləri...-Oğlu İlkin Qəribli birinci oyundan "əli yaxşı gətirmiş" qumarbazdır/
Suraxanı məmurları Adil Əliyevin adını şəhid ailəsinin torpağını dağıtmaqda hallandırır -
Sərdar Ortac, Mehmet Əli Ərbil və Sahil Babayevin “qumar kontoru” -
Sumqayıt Dövlət Universiteti belə təmir edilir:
Sahil Babayevin "kontor"unda qumar oynanılır?! -
Firdovsi Əliyevin başçı olduğu rayonda dövlətin pulu belə xərclənir -
Günün xəbəri

ABŞ prezidentinin terrorçu elan etdiyi Sepah - dövlət içində dövlət...

 

Trampın  “İnqilab Keşikçiləri” qərarı və arxasındakı gizlinlər

Yenixeber.org: Xəbər verdiyimiz kimi, aprelin 8-də ABŞ prezidenti İranın İslam İnqilabı Keşikçiləri Korpusunu (Sepah Pasdaran İnqilabi İslami və ya sadəcə, Sepah - K.R.) terrorçu təşkilat kimi tanıyan qərarı imzalayıb. Eyni zamanda Trampın qərarında Sepahın xaricdə əməliyyatlar üçün ixtisaslaşmış “Qüds” briqadası da terrorçu təşkilat siyahısına daxil edilib.

ABŞ prezidenti deyib ki, bu qərarın əsas səbəbi İranın qlobal terrorizmi dəstəkləməsi və bu fəaliyyəti Sepahın aparmasıdır. Onun sözlərinə görə, bu qərar İrana qarşı təzyiqin həcmini daha da böyüdəcək. Donald Tramp deyib ki, bu qərara əsasən, Sepahla əməkdaşlıq edənlər terrorizmə dəstək vermiş sayılacaq.

ABŞ dövlət katibi Mayk Pompeo isə bildirib ki, qərar bir həftə ərzində qüvvəyə minəcək. O, digər dünya ölkələrini də “Vaşinqtonun yolu ilə getməyə” çağırıb.

İrandan da bu qərara cavab gecikməyib. Xarici işlər naziri Cavad Zərifin təklifi ilə İran Milli Təhlükəsizlik Ali Şurası ABŞ ordusunun Yaxın Şərqdəki fəaliyyətlərinə rəhbərlik edən Mərkəzi Qüvvələr Komandanlığını (CENTCOM) “terror təşkilatı” elan edib. Artıq İran mediası ABŞ ordusu ilə bağlı məlumatları “terror təşkilatı” başlığı ilə verir.

ÐоÑожее изобÑажение

Trampın daha bir “bombası”

Məsələ ondadır ki, bu qərar ABŞ prezidentinin Yaxın Şərqdə bomba effekti yaradan növbəti addımıdır. Bundan əvvəl 2017-ci ildə ABŞ prezidenti Qüdsü İsrailin paytaxtı kimi tanıyıb, 2018-ci ildə İranla nüvə anlaşmasından çıxaraq bu ölkəyə qarşı sanksiyaları bərpa edib və yeni embarqo qərarları qəbul edib. 2019-cu ilin martında isə Colan yüksəkliklərini İsrail ərazisi kimi tanıyıb və nəhayət, indi də İranın elitar birləşməsi, rəsmi dövlət qvardiyası hesab olunan Sepahı terror təşkilatı kimi tanıyıb.

Məlum olduğu kimi, Sepah və onun “Qüds” briqadası Yaxın Şərqdə İran adına fəaliyyət göstərir, Yəmən, İraq, Fələstin, Livan, Suriyada islamçı silahlı birliklərə təlim keçir, silahlandırır və maliyyələşdirir. Təbii ki, bu qüvvələrin əsas hədəfində ABŞ ordusu (amerikalıların iddiasına görə, Sepah tərəfindən bu günə qədər 600-dən artıq amerikalı hərbçi qətlə yetirilib - K.R.), eləcə də İsrail, Səudiyyə Ərəbistanı və ABŞ-ın digər region müttəfiqlərini hədəfə alır. Tramp ötən il İranla nüvə anlaşmasından çıxanda əsas tələblərindən biri İranın Yaxın Şərqdəki hərbi-siyasi fəaliyyətlərini məhdudlaşdırması idi. Ancaq indi qarşılıqlı olaraq hər iki tərəfin bir birini “terrorçu” elan etməsi toqquşma və qarşıdurma riskini yüksəldir. Nəzərə almaq lazımdır ki, ABŞ ordusunun Yaxın Şərqdə fəaliyyət göstərdiyi ölkələrdə Sepahın birbaşa və dəstəklədiyi qüvvələr var.

ÐаÑÑинки по запÑоÑÑ Sepah

Sepah - dövlət içində dövlət

Donald Trampın “terror təşkilatı” elan etdiyi İslam İnqilabı Keşikçiləri Korpusu İran İslam inqilabı ilə həmyaşıddır. İranda inqilabdan dərhal sonra yeni hökuməti qorumaq və müdafiə etmək üçün struktura ehtiyac yarandı. Çünki ordu və polis hər nə qədər inqilaba dəstək vermişdisə də, İslam inqilabı ideyalarını müdafiə edəcək ayrıca qüvvəyə ehtiyac vardı. Bu məqsədlə 1979-cu il mayın 5-də “İnqilab Keşikçiləri” yaradıldı. Sepah yalnız bir silahlı qüvvə deyil, eyni zamanda bütün sahələrdə inqilab ideyalarını qorumaq və yaymaq üçün strukturlaşmış təşkilatdır. Bu təşkilatın bazasını isə İranda inqilab komitələri təşkil edirdi.

İran Konstitusiyasının 150-ci maddəsində qeyd olunduğu kimi, “inqilab və onun uğurlarını qorumağa məsul” bir təşkilatdır. Bu isə geniş bir sahəni əhatə edir. Hərbi qüvvələr (bütün qoşun növləri olmaqla - K.R.), hərbi sənaye, kəşfiyyat, mədəniyyət, media, iqtisadiyyat, siyasət və digər sahələrdə Sepahın fəaliyyətləri mövcuddur.

İnqilab Keşikçiləri birbaşa inqilab rəhbəri, yəni ölkənin ali dini lideri - Vəliyyi-Fəqihə tabedir. Eyni zamanda bütün digər hərbi birləşmələrdə olduğu kimi, burda da ruhani təmsilçi var. 1981-ci ildə Sepaha general Möhsün Rezai baş komandan təyin olunub. Həmin vaxt başlayan İran-İraq müharibəsində Sepah yaxından iştirak edib. Bundan başqa, 1980-81-ci illərdə baş vermiş kürd üsyanlarının yatırılmasından iştirak edib.

1982-ci ildə İnqilab Keşikçiləri Nazirliyi yaradılıb və paralel olaraq “Bəsic”, yəni “İnqilab könüllüləri” təşkilatı yaradılır və tezliklə ölkədə aparılan kütləvi səfərbərlik nəticəsində “Bəsic”ə 20 milyon üzv cəlb olunur. Bütün məscidlər könüllülərin qeydiyyat ünvanı olur. 1985-ci ildə Sepah özünün ilk hərbi akademiyasını yaradıb, 1986-cı ildə isə “İmam Hüseyn Universiteti” yaradılıb. Elə həmin il də Sepahın hava və dəniz qüvvələri yaradılıb. Daha sonra Tibb Elmləri Universiteti də yaradılıb.

1988-89-cu illərdə İranın keçmiş prezidenti Haşimi Rəfsəncani Sepaha rəhbərlik edib. Daha sonra isə bu quruma Azərbaycan əsilli Yəhya Rəhim Səfəvi baş komandan təyin olunub. Hazırda Səfəvi İran ali dini liderinin hərbi müşaviridir. Sepaha isə general Məhəmməd Əli Cəfəri rəhbərlik edir.

İranda Sepah 90-cı illərdə dini lider Ayətullah Xameneyinin dəstəyi ilə xüsusən də “islahatçı” Məhəmməd Hatəminin dönəmində (1997-2005-ci illər - K.R.) güclənib. Hatəmi və komandasının mühafizəkar camiə ilə rəqabətdə olması hərbi qanadı daha da gücləndirib. Burada Yaxın Şərqdə baş verənlər, 11 sentyabr hadisələri, ardınca Əfqanıstan və İraqın işğalının gətirdiyi antiamerikan ovqatın da rolu olub.

Çünki artıq hərbiyə daha çox ehtiyac vardı, Yaxın Şərq inqilab keşikçilərinin savaş meydanına çevrilmişdi. Bu dövrdə İranda iqtisadiyyatın yarıya qədəri iri “bunyadlar” (vəüflər) vasitəsilə “Keşikçilərin” nəzarətində idi. Onların çoxlu sayda telekanalları, media orqanları. Qəzetləri, saytları vardı.

Bölgədəki hərbi ritorikanın yüksəlməsi siyasətə rə təsir etdi. 2004-cü il parlament seçkilərində Sepah öz kadrlarını irəli sürdü. Həmin vaxt parlamentə seçilən 290 deputatdan 90-nın keçmiş və ya hazırda Sepah üzvü olduğu ehtimal edilirdi. Çünki seçkilərdə təxminən 40 Sepah zabiti istefa verərək namizədliyini irəli sürmüşdü.

2005-ci il prezident seçkilərində isə Sepahın keçmiş zabiti, təşkilatın birbaşa dəstəklədiyi Mahmud Əhmədinejad İran prezidenti seçildi. İnşaat professoru olan Əhmədinejad 80-90-cı illərdə Sepahın yan qurumlarında tikinti sahəsində çalışmışdı.

Ümumiyyətlə, təkcə o dövrdə deyil sonrakı illərdə də bütün prezident seçkilərində Sepah generalları namizəd olub. Tehran kimi paytaxt şəhərin meri isə uzun illər Sepah zabitlərinin əlində olub. Sonuncu Tehran meri Qalibaf Sepah generalı idi.

2006-cı ildə İsrailin Livana hücumu zamanı Hizbullahın güclü müqaviməti Sepahın İran daxilində və regionda nüfuzunu artırıb. “Ərəb baharı” və ardınca Suriya, İraq, Yəmən kimi ölkələrdə başlayan müharibələrdə Sepah birbaşa iştirak edib və etməkdə davam edir.

Bundan sonra nə olacaq?

ABŞ prezidentinin qərarına etiraz olaraq aprelin 9-da İran parlamentinin üzvləri, sədr də daxil olmaqla, parlamentin iclasına Sepahın yaşıl mundirini geyinib gəlib. Bu, həmrəylik jesti olub. Trampın Sepah qərarı Yaxın Şərqdə onsuz da gərgin olan münasibətləri daha da gərəcək. Yeri gəlmişkən, bir neçə gün əvvəl Tehranda olan İraq baş naziri Adil Əbdülmehdini qəbul edən ali dini lider Əli Xameneyi ABŞ qüvvələrini İraqdan çıxarmağa çağırıb. Güman ki, bu qarşılıqlı “tanıma” Yaxın Şərqin qaynar nöqtələrində də öz təsirini göstərəcək. Yeri gəlmişkən, aprelin 9-da İsraildə parlament seçkiləri keçirilib. Yaxın Şərq “qazanı” möhkəm qarışdırılır.(müsavat)

Kənan Rövşənoğlu


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam