Redaktor seçimi
Qazinin Dövlət Qurumunda 3 Aylıq “Əsirlik” Həyatı -
Baba Rzayevin şəxsi maraqları “Lubristar LLC” MMC ilə harada toqquşdu?! -
ADAU-da Zəfər Qurbanovun qiyabiçi rektorluğu... -
"Unibank"ın rəhbəri Eldar Qəribovun Fransadakı izləri...-Oğlu İlkin Qəribli birinci oyundan "əli yaxşı gətirmiş" qumarbazdır/
Suraxanı məmurları Adil Əliyevin adını şəhid ailəsinin torpağını dağıtmaqda hallandırır -
Sərdar Ortac, Mehmet Əli Ərbil və Sahil Babayevin “qumar kontoru” -
Sumqayıt Dövlət Universiteti belə təmir edilir:
Sahil Babayevin "kontor"unda qumar oynanılır?! -
Günün xəbəri

FARS KÖRFƏZİNDƏ QARA BULUDLAR DOLAŞIR: İran Amerikaya və ərəb ölkələrinə əzələ nümayiş etdirir – Araşdırma

Murtada əş-Şazlı

Noonpost (Misir), 26.02.2019

 

İranın ABŞ və müttəfiqlərinə aşkarda demədiyi nə varsa, Fars körfəzinin sularında anlaşıqlı dildə sərgilənib. Tehran bu dəfə önəmli ismarıc üçün uyğun məkan və zaman seçib. Cümə günü Fars körfəzində İran qüvvələrinin dəniz, quru və hava bölmələrinin qarşılıqlı fəaliyyəti məşq edilən əhatəli hərbi-dəniz təlimləri başlanıb. İranın hərbi-dəniz donanması Fars və Oman körfəzlərində təlim zamanı sualtı qayıqdan ilk qanadlı raketi buraxıb.

Yenixeber.org: İranın “Vilayət-97” kod adlı hərbi-dəniz təlimləri üç gün çəkəcək. İranın IRNA agentliyinin məlumatına görə, təlimlərə İran hərbi-dəniz donanmasının hərb gəmiləri, yüngül və ağır sualtı qayıqlar, raket kreyserləri, bombardmançılar, kəşfiyyatçı pilotsuzlar və “Hark” nəqliyyat-təchizatçı helikopterdaşıyan daxil olmaqla 100-dən çox gəmi qatılıb.

 

“Vilayət-97”: ən pis ssenariyə hazırlıq görün

 

Hərbi-dəniz təlimləri Hörmüz boğazının şərq hissəsindən Oman körfəzi və Hind okeanının şimal hissəsinə kimi 10 dərəcəlik en dairəsinədək iki milyon kvadrat kilometrdən çox meydanda keçirilir. İran hərbçiləri təlimlərin gedişində xarici təhlükələrə qarşı durmaq və donanmanın İran Hərbi-Dəniz Qüvvələrinin (HDQ) nəzarət etdiyi sularda təhlükəsizliyin təminatı vəzifəsinin gerçəkləşdirilməsinə hazırlıq səviyyəsinin yoxlanması planlaşdırılır…

İran Hərbi-Dəniz Qüvvələrinin komandanı, konrt-admiral Hüseyn Xanzadənin sözlərinə görə, təlimlər bir neçə mərhələdən ibarətdir: əsil dəniz müharibəsini (kibersavaş) yamsılama, silah və texnikanın dəyərləndirilməsi, hərbi kadrların hazırlanması, dənizdə və quruda şərti düşmənin məhv edilməsi, ələ keçirilmiş sahilyanı bölgələrə nəzarətin bərpası və müxtəlif növ raket və torpedoların buraxılması.

İran istehsallı raketlər ilk dəfə təlimlərdə sınaqdan keçiriləcək, o cümlədən qanadlı raketlərin sualtı qayıqlardan buraxılışı aparılacaq. Bu,  xəbər verir ki, ən pis ssenariyə, yəni Fars körfəzi sularında, özəlliklə dünya ticarəti və qitələrarası neft nəqli üçün birinci dərəcəli önəmi olan  Hörmüz boğazında gerçək savaşa hazırlaşmağın vaxtıdır.

İran silahlı qüvvələri müxtəlif taktiki fəndləri və hücum strategiyasını məşq edir, habelə diqqəti milli istehsal avadanlığının istifadəsinə cəmləyir. İranın ilk sualtı qayığı “Fateh” və “Səhənd” esminesi, həmçinin hərbi-dəniz donanmasının 100-dən çox vahidi təlimlərə qatılıb. İranın sualtı donanması böyüklüyünə görə dünyada dördüncü sayılır. “Global sayer” saytının məlumatına görə, onun tərkibinə 5 freqat, 3 kreyser, 10 minatutan gəmi, habelə 230 gözətçi gəmi daxildir. İranın sualtı donanmasında “Kilo” sinifli Rusiya dizel sualtı qayığı və “Qadir” sinifli sualtı qayıq özəl seçilir.

Yuxarıda sadalanan faktlar İranın hərbi-dəniz təlimlərinin strategiyaca önəmli dəniz yolunu – dünya neft ixracatının üçdə birindən çoxunun keçdiyi Hörmüz boğazını ehtiva etdiyi nəzərə alınmaqla ekspertlərdə ciddi narahatlıq doğurur. İran Fars körfəzindəki hərbi-dəniz təlimlərilə hansı ismarıcı ötürmək istəyir?

 

Zaman və məkan

 

İranın hərbi-dəniz təlimləri Tehran, Vaşinqton və onun bölgədəki müttəfiqləri arasında artan gərginlik fonunda keçirilir. İran Səudiyyə Ərəbistanı və BƏƏ-ni İran ərazisində teraktlar keçirən terrorçu qruplaşmalara əl tutmaqda ittiham edir. İslam İnqilabı Keşikçiləri Korpusunun (İİKK) 27 hərbçisinin həyatını aparmış son belə olay Zahidanda baş verib.

İran teraktı ilk dəfə Pakistana bağlayıb və İrana hədəflənmiş terrorçu qruplaşmalara sığınacaq verməkdə İslamabadı ittiham edib. Bundan savayı, ər-Riyad və İslamabad arasında münasibətlərin qəfil mülayimləşdiyi qeyd olunur. Onlar Tehrana qarşı birləşməyi rəsmən bildirməyiblər, amma İranın fikrincə, Səudiyyə Ərəbistanı vəliəhdinin Pakistana səfəri İslamabadın loyallığını qazanmağa və İrana İran hökuməti tərəfindən diqqətsiz qalmayacaq ismarıc göndərməyə  tuşlanıb.

İran hər il altı-səkkiz quru və dəniz hərbi manevrləri keçirir. İran sahilləri yanında əsas dəniz ticarəti dəhlizində, strategiyaca önəmli Hörmüz boğazında təlimlər özəlliklə mühümdür. Tehran Varşavadan sonra acıqlanıb, ya Zahidandakı hücumdan sonra özünü dişbatan hiss edir?

Hərbi-dəniz təlimləri Amerikanın Suriya və İraq üzərində daim uçan kəşfiyyat-zərbə pilotsuzlarının idarə olunmasını ələ keçirmək kadrlarının yayılması ilə üst-üstə düşdüyü təsadüf deyil. Bunu İran mütəxəssislərinin ABŞ ordusunun komanda məntəqələrini necə sındırdıqlarının göründüyü videonu “Fars” informasiya agentliyi dərc edəndən sonra İslam İnqilabı Keşikçiləri Korpusunun komandiri, briqada generalı Əmir Əli Hacızadə bildirib.

Bu bildirir ki, İİKK Suriya və İraqda Amerikanın komanda mərkəzləri üzərində nəzarət qura bilər ki, bu da bir yandan İran və ABŞ, o biri yandan ya da İsrail və İran arasında qarşıdurmanın başlanması təhlükəsini bildirir. Bunu İsrail xüsusi xidmətlərinə yaxın “Debka” saytı bəyan edib.

O habelə xəbər verib ki, bu, İranın Amerika pilotsuzları üzərində nəzarət və yönəltmə sistemini qırdığını iddia etdiyi birinci hadisə deyil. Yada salaq ki, iranlılar 2011-in 5 dekabrında Amerikanın havadan kəşfiyyat üçün MKİ-nin istifadə etdiyi RQ-170 pilotsuzunu ələ keçirməyə nail olublar.

İran hərbçiləri və siyasətçiləri hərbi əməliyyatların başlanmasından həmişə çəkindirirlər, amma ola bilsin, İran sərhədlərində artan təhlükənin öhdəsindən gəlməyə savaş yardım edər. ABŞ-ın iqtisadi müharibəsi və bölgədə təhlükəsizliyə təhdidlər daxil olmaqla İran bir cəbhədə dirənmir.

 

İran öz ismarıclarını kimə göndərir?

 

İran öz hərbi təlimlərilə xarici təhlükələrə qarşı durmağa hazır olduğunu bildirir. Fars körfəzi dövlətlərinə və Amerika administrasiyasına Hörmüz boğazındakı hegemoniyası haqda ismarıc yollayır: Tehran qabaqkı kimi bölgəsəl və beynəlxalq iqtisadiyyatın mərkəzində dəniz gəmiçiliyi və ticarətin təhlükəsizliyini təmin edir. Tehran bəyan edir ki, Fars körfəzindən Oman körfəzinədək ərazi, habelə Hind okeanının şimal bölümü üzərində nəzarət onun əlində cəmlənib.

Ekspertlər hesab edirlər ki, İranın göndərdiyi ismarıclar son dərəcə aydındır: Tehran burada və ya başqa yerdə zərbə vura bilər, amma düşmənlərinə hökmən cavab verər. Harada? Yada salmaq gərəkdir ki, Səudiyyə Ərəbistanında İİKK tərkibindəki “əl-Qüds” özəl bölməsinin komandiri Qasim Süleymanini ən problemli bölgələrdə İran maraqlarının əsas müdafiəçisi sayırlar.

Süleymani hesab edir ki, ər-Riyad Pakistana pul axıtmaq vasitəsilə öz nüfuzunu gücləndirməyə can atır ki, İslamabadı öz qonşuları ilə qarşıdurmaya itələsin – İran nəzərdə tutulur. “əl-Qüds” özəl bölməsinin komandiri habelə xəbərdarlıq edib ki, Tehranın səbrini sınamaq lazım deyil, çünki onun cavabı güclü və qətiyyətli olacaq.

İİİK komandanı Məhəmməd Əli Cəfəri İslamabad, ər-Riyad və Əbu-Dabi arasındakı münasibətlərin istiləşməsinə cavab olaraq bir neçə gün qabaq daha sərt hədə səsləndirib: “Biz Səudiyyə Ərəbistanı və BƏƏ-nin əlindən əzab çəkmiş şəhidlərimizn qanına görə qisas almalıyıq”. O onları “satqın” adlandırıb və əlavə edib ki, İranın səbri son həddədir. İranın başçısı Həsən Ruhani də İİKK-i qisasa çağırıb.

Tehran ABŞ-ın təşkil etdiyi Varşava konfransından sonra dəyişikliklər görür. İran elitası hesab edir ki, Zahidandakı terakt bu görüşün nəticələrindən biridir, habelə İranı bir neçə cəbhədə savaşa çəkmək üçün Pakistan tərəfdən ona qarşı yeni cəbhənin açılması üzrə planların varlığından şübhələnir.

Bütün bunların təşəbbüsçüsü İsrail, Səudiyyə Ərəbistanı və BƏƏ-nin alyansıdır, belə ki, cavab birinci növbədə onlara qarşı yönələcək. İran elitalarının fikrincə, Tehran bilir ki, bərabərliklər dəyişilib və Fars körfəzində ABŞ-ın aviadaşıyıcısı var. ABŞ HDQ təhqir və alçaltmağa dözməycək – Obamanın dövründə baş verdiyi kimi, İİKK Amerika dənizçilərini saxlayanda və onların fotoşəkillərini yayanda.

İran elitaları hesab edir ki, İran öz təhlükəsizliyinə istənilən təhdidə böyük güc və amansızlıqla reaksiya verəcək. İranın bölgə ölkələrinə çatdırmaq istədiyi ən önəmli ismarıc aydın başlıq daşıyır – hərbi üstünlük. Tehran istənilən hücumu dəf etmək və ölkənin milli təhlükəsizliyinə istənilən təhdidə qarşı durmaq bacarığını sərgiləməyə can atır.

Tehran öz müttəfiqlərinə ismarıc yollamaq istəyir ki, xarici təhlükələrə qarşı durmaqda onun müəyyən kozırları var. O həmçinin bölgədə daha çox antiamerika hökmdarları öz tərəfinə çəkməyə çalışır.

Tehranın göndərmək istədiyi daha bir ismarıc sanksiyalara baxmayaraq illərlə yalnız yaxşılaşan hərbi imkanların sərgilənməsindən ibarətdir. Bu bildirir ki, Qərb İranın elmi və hərbi irəliləyişinə mane ola bilməyib. Tehran ayın ortalarında qanadlı raketlərlə təchiz edilmiş, öz istehsalı olan yeni sualtı qayığı təqdim edib.

 

Hörmüz boğazı qarşılıqlı hərbi manevrlər bərabərliyində

 

İran ABŞ “nüvə sazişi”ndən çıxandan sonra arabir yada salmağa çalışıb ki, dəniz üzrə kürəsəl neft ixracının 40%-ə qədərinin pay düşdüyü Hörmüz boğazında son söz ona qalır. İran istənilən xarici təhlükəyə qarşı durmağı bacarar, çünki boğaza girişi bağlaya bilər və bu zaman bölgə ölkələri öz neftini ixrac edə bilməz.

Biz son aylarda İranın raket proqramıyla bağlı ABŞ tərəfdən Tehrana və AB-yə basqı fonunda İran və Amerika hərbi təlimlərinin şahidi olmuşuq. ABŞ ötən yazda “Teodor Ruzvelt” gəmisi Sakit okeanda təkrar mənzillənəndən sonra Fars körfəzinə qayıdıb. Vaşinqton 17 il keçəndən sonra “Con Stennis” aviadaşıyıcısını yenidən bura göndərib. Amma Fars körfəzinin suları “Con Stennis”in yadında qalmış 2001-ci ildəki kimi deyil. İndi Amerika aviadaşıyıcısı İİKK raketlərinin təsir zonasındadır. Tehran Amerikanın məlumatına cəld reaksiya verib. İran HDQ gəmiləri Amerika aviadaşıyıcısının yanında raket buraxılışı edib, o zaman İran təyyarəsi fotoşəkillər çəkmək üçün Amerika gəmisinin yanından uçub. Qeyd etmək gərəkdir ki, Pentaqon ən böyük aviadaşıyıcılardan birini İran sahillərinə göndərməyi qət edərkən öz hərbi gücünü gizlətmirdi. “The Wall Street Journal”-in məlumatına görə, Amerikanın “Con Stennis” aviadaşıyıcısı Fars körfəzi sularında, haradasa, iki ay qalacaqdı, amma bu, hələ fevralın 22-də bitib. Aviadaşıyıcının Yaxın Şərq bölgəsindəki varlığı İranın neft ixrac etməkdə qətiyyətlə dolu oluğunu bildirən Həsən Ruhaninin hədəsindən sonra İran tərəfdən istənilən düşmənçilik fəaliyyətinə münasibətdə “qabaqlamağı təmin edir”. ABŞ buna mane ola bilmir, buna görə də Fars körfəzi və Hörmüz boğazı ətrafındakı durum gərginləşməkdədir.

İran öz növbəsində Fars körfəzi sahilində və sularında güc sərgiləyir. İİKK iki ay qabaq dekabrın 22-də “Böyük peyğəmbər-12” adlı ən əhatəli quru və dəniz manevrlərindən birini keçirib. İİKK-in sözlərinə görə, hərbi təlimlər “qabaqlamaq strategiyası”nı əks etdirir. “Böyük peyğəmbər-12” təlimləri hücum əməliyyatlarının modelləşdirilməsini, xüsusi təyinatlılar və aviasiyanın qatılmasilə düşmən ərazisindəki strateji hədəflərə müdaxilə və yönəltməni birləşdirib. İran hərbçiləri “düşmən torpağı” deyərkən İranın milli təhlükəsizliyini təhdid edən hücum üçün strat meydançasını ifadə edən istənilən coğrafi nöqtəni nəzərdə tuturlar. “Böyük peyğəmbər-12” kod adlı hərbi təlimlərin planlı xarakter daşıdığına baxmayaraq, bu, prezident Trampın Amerika qoşunlarının Suriyadan çıxarılması və Amerika qoşunlarının yarısının Əfqanıstandan çıxarılmasına hazırlıq qərarı ilə üst-üstə düşüb. Pentaqon İranın hərbi təlimlər növündə ismarıclarından narahatdır. Amerikanın hərb komandirləri təvşişlərini bildiriblər ki, prezident Trampın Amerika qoşunlarını çıxartmaq qərarı Yaxın Şərqdə güc balansını İranın xeyrinə dəyişəcək. Pentaqonun yüksəkməqamlı əməkdaşları ABŞ tərəfdən sanksiyaların sərtləşdirilməsinə cavab olaraq Tehranın son dərəcə uzağa gedə biləcəyi imkanları istisna etmirlər.

İran rəhbərliyi başqa hərbi təlimləri İslam İnqiabının 40 illiyinə həsr edib. O bu vasitəylə öz xalqına göstərmək istəyib ki, ölkəni heç nə təhdid etmir. İran sübut etməyə çalışır ki, öz mövqeyinə möhkəm durub və amerikalılar və avropalılar tərəfindən basqıya baxmayaraq öz maraqları və strategiyası çərçivəsində fəaliyyəti davam etdirir. İslam inqilabının ildönümünə həsr edilən hərbi təlimlər Fars körfəzinin sularından ölkənin yüksək dağ nöqtələrinə qədər keçirilən əhatəli müdafiə-hücum manevrlərinin bir hissəsidir.

İran yanvarda “İqtidar 97” kod adlı irimiqyaslı ikigünlük hərbi təlimlər keçirib. Hərbi təlimlərin gedişində hərbi texnika işlətməklə müdafiə-hücum taktikası məşq edilib. Təlimlər yeddi əyalətdə keçirilib. Buna 12 hərbçi, habelə xüsusi təyinatlılar, pilotsuzlar və qırıcılar qatılıb. Bundan başqa, hərbi təlimlər radioelektron savaşa hazırlıq, həmçinin özəl gecə təlimlərini birləşdirib.

Yeni hərbi təlimlər də qabaqkı manevrlər kimi  Tehranın ən yaxın və uzaq çevrə üçün ismarıclarının yalnız bir qismidir. Başqa qismi Tehranın hərbi-kosmik istehsal sahəsində öz rolunu təsdiqləməkdən ötrü kosmosa öz istehsalı olan qanadlı raketlə daha bir sputnik göndərmək niyyəti sayəsində aydınlaşır.Tərcümə: Strateq.az

 


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam