Redaktor seçimi
Sumqayıt Dövlət Universiteti belə təmir edilir:
Sahil Babayevin "kontor"unda qumar oynanılır?! -
Firdovsi Əliyevin başçı olduğu rayonda dövlətin pulu belə xərclənir -
Korrupsiyanın kanalizasiyasında batan yalnız adamlar deyil, milyardlardır -
Xəlil Göyüşovun başı dərddə -
Eldar Mahmudovun övladlarının biznesi araşdırılır -
Natiq Sadıqovun “ŞaurmaN1” fırıldaqları:
Parlamentin ən milyonçu üzvü: Feyziyevin Bakıda və Londonda məhkəmələrdən başı açılmır -
Günün xəbəri

“İNQİLAB KEŞİKÇİLƏRİ” ABŞ-ın İRANA YOLUNDA ƏSAS MANEƏYƏ ÇEVRİLİB–Xamenei Trampın şərtləriylə masa arxasında əyləşəcəkmi?

 

Dr. Hakkı UYĞUR,

İran Araşdırmaları Mərkəzinin direktor müavini

“Anadolu Agentliyi”, Türkiyə

 

Yenixeber.org: İranda quraq keçən yaz və yay aylarının səbəb olduğu susuzluq problemi ölkə gündəliyini intensiv şəkildə məşğul etməyə davam edir. Mülki Müdafiə Qurumunun rəhbəri general Qulamrza Cəlalinin təəccüblə qarşılanan və ölkə daxilindən də reaksiya verilən açıqlamaları hadisənin miqyasını göstərir.

Cəlali iyulun əvvəlində verdiyi açıqlamada “İsrail və qonşu ölkələrdən biri İrana gələn yağış buludlarını yağmaması üçün qısırlaşdırır. Bununla yanaşı, bulud və qar oğurluğu ilə qarşı-qarşıyayıq” ifadələrindən istifadə etmişdi.

Həqiqətən də İraq və Əfqanıstan kimi qonşu ölkələrə də təsir edən quraqlığın kütləvi köçlər kimi böyük problemlərə səbəb olacağından qorxu duyulur. Çünki elə indidən ölkə daxilindəki müxtəlif şəhərlər arasında su ilə bağlı toqquşmalar meydana gəlir, eyni zamanda Əfqanıstan, İran və İraq arasında ortaq su sahələrilə bağlı su bəndlərinin bombalanması təhdidinədək gedib çatan polemikalar yaşanır.

 

Nəticəsiz diplomatiya

 

Bununla birlikdə, İran baxımından bu yayın olduqca isti keçəcəyinin təbii iqlim şərtlərindən daha fərqli olan səbəbləri də vardır və bunların başında ABŞ prezidenti Donald Trampın 12 mayda açıqladığı nüvə anlaşmasından çəkilmə qərarının ardından elan etdiyi yeni sanksiyaların təsirləri gəlir.

Trampın ardınca ABŞ Xarici işlər naziri Mayk Pompeo da 21 mayda İrana yönəlik 12 maddəlik sərt şərtlər önə sürmüş və bu şərtləri yerinə yetirmədiyi halda İranın “tarixin ən ağır sanksiyaları” ilə qarşılaşacağını bildirmişdi.

Əslində İran Trampın açıqlamasından öncə ABŞ-a yönəlik bir diplomatiya hücumu başlamış və Xarici işlər naziri Cavad Zərifin, başda sabiq Xarici işlər naziri Con Kerri olmaqla, çox sayda ABŞ rəsmisilə görüşlər keçirdiyi mətbuatda əks olunmuşdu. Yəqin bu görüşlərdəki uğursuzluğun nəticəsidir ki, Tramp İran haqqındakı qərarını öncədən elan etdiyi tarixdən bir neçə gün tez elan etmişdir. İran bu müddətdə ən üst səviyyəli rəsmi şəxslər vasitəsilə Trampın seçki kampaniyası dövründən bəri dilə gətirdiyi anlaşmadan çıxma təhdidlərinə eyni şəkildə cavab verəcəyini açıqlasa da, təmkinli davranmış və digər beş ölkə anlaşmaya bağlı qaldıqca və onun müqavilədən irəli gələn hüquqları təmin edildikcə, bu anlaşmadan çıxmayacağını elan etmişdir.

Zərifin 12 may öncəsi Trampla ortaq bir zəmin tapmaq cəhdlərinin bənzərinin Trampın qərar verməsindən sonra da, xüsusilə İranın ali dini lideri Xameneinin Xarici siyasət üzrə müşaviri Əli Əkbər Vilayəti tərəfindən Moskvada da həyata keçirildiyi, hətta Xarici işlər naziri Zərifin bu duruma reaksiya verdiyi irəli sürülmüşdür. Ancaq Xameneinin bu prosesin sonunda verdiyi sərt açıqlamalar və İran bazarlarının ani reaksiyası nəticəsində dolların kursunun 90 min rial səviyyəsinə çıxması söhbəti gedən “arxa qapı diplomatiyası”nın ikinci dəfə işə yaramadığına işarə edir.

Xameneyi də iyun ayının sonunda verdiyi açıqlamada ölkədə bəzilərinin ABŞ ilə razılıq əldə edilməsinin lazım gəldiyini müdafiə etdiklərini, lakin dirənmənin hesabının təslim olmanın hesabından daha az olacağı fikrini irəli sürmüşdür.

 

ABŞ-mı, Trampmı?

 

Həqiqətən də Vaşinqtondakı müxtəlif rəsmi şəxslər ABŞ-ın İranda rejim dəyişikliyi niyyətində olmadığını nə qədər irəli sürsələr də, Tramp administrasiyasının yeni strategiyası diqqətlə araşdırıldıqda, İrandan istənilən güzəştlərin çox da uzaq olmayan gələcəkdə rejim dəyişikliyilə nəticələnəcəyini təxmin etmək çətin deyil.

Bu durum yalnız Con Bolton və ya Rudi Culiani kimi çox şiddətli İran əleyhdarı olanların Xalq Mücahidləri Təşkilatıtək qurumların tədbirlərində etdikləri çıxışlarla, yeni strategiyanın regional ortaqları olan Səudiyyə Ərəbistanı və ya İsrail kimi ölkələrin mövqelərilə bağlı deyil.

Əslində Tramp və ətrafındakı “qırğılar”ın etdiyi şey ABŞ-ın uzun illərdir üzərində çalışdığı və İranı bəzən kökə, bəzən də zopa göstərmək yolu ilə çəkməyə çalışdığı və sanılanın əksinə, başda Avropa ölkələri olmaqla, böyük beynəlxalq dəstək də aldığı uzunmüddətli bir strategiyanın sürətləndirilməsindən başqa bir şey deyil.

Trampın özünə məxsus davranışı və iş adamı realistliyilə etdiyi şey əslində CAATSA, FATF, ISA kimi ABŞ-ın uzun müddətdir diqqətlə hazırladığı və beynəlxalq legitimlik qazandırdığı anlaşmaların və qanunların hədəfi ilə tam üst-üstə düşür. Bu anlaşmalar və qanunlar birbaşa və ya dolayı yolla İranın təhlükəsizlik strukturunun ana gövdəsini təşkil edən İslam İnqilabı Keşikçiləri Korpusunun (İİKK) maliyyə və əməliyyat fəaliyyətlərini də hədəf alır və bunları qəbul etmədən İranın beynəlxalq ticarət səhnəsində rəqabət aparmasına izn vermir. Bu səbəbə görə, yəqin, Tramp seçilməsəydi belə, İran parlamenti Ruhaninin də israrı ilə xüsusilə maliyyə şəffaflğını nəzərdə tutan və bu səbəblə İİKK və siyasi dəstəkçilərinin reaksiyasına səbəb olan FATF qanununu ratifikasiya edəcəkdi. Bu ratifikasiya prosesi ABŞ-ın təhdiddlərinə görə təxirə salınarkən, ayətullah Məkarim Şirazi kimi dövlət tərəfdarı olan üləmalar da anlaşmanı təsdiq etmənin caiz (dini baxımdan uyğun – tərc.) olmadığı yönündə fətva verdilər.

Yaxşı, bəs bu anlaşmaların təsdiq edilməsi və ya “İran dərin dövləti” olaraq qəbul edilən İİKK-nın hərəkətlərinə nəzarət qoyulması İran üçün niyə bu qədər həyati əhəmiyyət kəsb edir?

Bu durum həmin qurumun (İslam İnqilabı Keşikçiləri Korpusu – tərc.)quruluş etibarı ilə İranın təhlükəsizliyinin bel sütununu təşkil etməsindən irəli gəlir.

Başqa sözlə, ABŞ-ın İranda rejim dəyişikliyi hədəfi olsaydı, şübhəsiz, buna ən az itki ilə nail olmaq üçün öncəliklə İranın ən böyük müqavimət gücünü təşkil edən İİKK-nın təsirsiz hala gətirilməsi lazım olacaqdı.

Buna görə də Pompeonun açıqladığı 12 maddənin hamısının da 2003-cü ildən bəri yalnız hərbi sahədə deyil, regional xarici siyasətdə də təsirli hala gələn İİKK-nın fəaliyyətlərilə əlaqədar olduğu görünür. Pompeo bu şərtlərin İranın normal bir ölkəyə çevrilməsi baxımından lazım olduğunu qeyd etsə də, İranın inqilabi ideologiyası və dövlət quruluşu nəzərə alındıqda, bunların qəbul edilməsinin İranda adı qoyulmamış bir rejim dəyişikliyi mənasına gələcəyi aydındır.

 

İranın hansı seçimləri var?

 

Bu gün gəlinən nöqtədə bir çox əlamət və Xameneyinin yuxarıda qeyd edilən açıqlaması nəzərə alınarsa, mövcud durum İranın rəsmi şəxslərinin də bənzər qənaətə gəlmələrinə və özlərinə zorla qəbul etdirilmək istənən şərtlərin əslində razılaşma deyil, təslimolma anlaşması olduğunu düşünmələrinə yol açır.

Bəzi iranlı müşahidəçilərə görə, şərtlər Səddam Hüseynin kütləvi qırğın silahlarına sahib olması bəhanəsilə bütün müdafiə mexanizmlərindən məhrum edilməsini və ardınca qısa və nisbətən ucuz bir əməliyyatla devrilməsini xatırladır.

İranın bu məsələ ilə bağlı necə bir əks-strategiya işləyib hazırlaya biləcəyi isə qeyri-müəyyəndir. Çünki bir yandan Avropanın indiyədək göstərdiyi nüvə anlaşmasını qoruma mövqeyini siyasi baxımdan önəmli hesab edən Tehran, digər yandan, son iqtisadi göstəricilərin ortaya qoyduğu kimi, iqtisadi faydaları olmayan bir anlaşmaya bağlı qalmağın özünü bağlamaqdan başqa heç bir mənasının olmadığını bilir.

Üstəlik, yalnız bir aydan sonra ilk seriya sanksiyaların tətbiq edilməyə başlaması ölkə daxilində, demək olar ki, hər gün yeni bir şəhərdə etiraz nümayişlərinin keçirildiyi vəziyyətdə ictimai narazılıqlara şiddətləndirici təsir göstərəcəkdir.

Məsələnin daxili siyasətlə əlaqəli yönü də vardır.

Ruhaninin Konstitusiya Şurasının katibi ayətullah Cənnətiyə məktub yazaraq, FATF ilə əlaqədar olan qanun layihəsinin bir an öncə təsdiq edilməsini istəməsinin ardınca məktubun mətbuata sızdırılması hakim elitalar arasındakı fikir ayrılıqlarını əks etdirir.

Əsasən uzun zamandan bəri sistemin yenidən qurulmasını və konstitusiya dəyişiklikləri daxil olmaqla, radikal dəyişikliklər istəyən islahatçılarla “islah ediləcək önəmli bir şey yoxdur, sistem 40 ildir çox gözəl işləyir“ deyən mühafizəkarlar arasındakı ixtilaf Trampa veriləcək cavab məsələsində də ortaya çıxır.

Ruhaninin son Avropa ziyarətində verdiyi açıqlamaları və “neft satışına qadağa qoyularsa, Hörmüz böğazını qapadarıq” kimi təhdidləri islahatçıların mühafizəkar mövqeyi, ən azı xaricə yönəlik olaraq, qəbul etdiklərini göstərir.

Bu sözlərdən sonra Qasım Süleymaninin Ruhanini tərifləyən ifadələr işlətməsi bu düşüncənin İİKK tərəfindən də mənimsəndiyini göstərir.

Beləliklə, yuxarıda da göstərildiyi kimi, “əgər indi dirənə bilməsək, sonrakı mərhələdə heç dirənə bilmərik” anlayışı ən azı təhlükəsizlik bürokratiyasına hakimdir.

 

Suriyamı, Venesuelamı?

 

ABŞ-la, ən azı, bu mərhələdə razılaşmaya qarşı çıxan kəsimin təməl arqumenti ABŞ-ın İranla birbaşa hərbi toqquşmaya hazır olmaması, iqtisadi təzyiqlər və şantaj yolu ilə istəklərini qəbul etdirmək niyyətində olması düşüncəsidir. Onlara görə, böhran nə qədər şiddətlənsə də, ABŞ hərbi toqquşmanı gözə ala bilməyəcəyi üçün ən son mərhələdə İranla daha uyğun şərtlərdə razılaşmanı qəbul edəcək və dolayısı ilə, indi yeganə edilməsi  lazım olan şey iqtisadi böhran qarşısında dirəniş göstərməkdir.

Bu düşüncədə haqlılıq payı olmaqla bərabər, hələ sanksiyalar başlamadığı halda 12 maydan bəri milli pul vahidi olan rialın xarici valyutalar qarşısında 50%-ə yaxın dəyər itirməsi nəzərə alınarsa, noyabr ayında sanksiyaların ikinci dalğasının başlaması və İranın neft satışının ciddi şəkildə azalması halında İranın “Venesuela sindromu”na yoluxması olduqca möhtəməl görünür.

Başqa sözlə, son beş ildir hər cür ictimai tələbi “Suriya kimi olarıq” təhdidlərilə qeyri-müəyyən tarixədək təxirə salan hakimiyyətin digər bir çöküş modelinə sürüklənmə ehtimalı mövcuddur.

Bu durumda Ruhaninin nüvə anlaşmasının əldə edilməsinin ardınca söylədiyi “Anlaşma sayəsində Venesuela olmaqdan qurtulduq” ifadəsi öz mənasını itirəcək, ABŞ-ın həqiqətən də bir hərbi əməliyyatı gündəliyinə gətirməsinə ehtiyac qalmayacaq.

Bu mənada zamanın ABŞ-ın lehinə işlədiyi də ortadadır. Vaşinqton administrasiyası, İrandakı iqtisadi kövrəklik və ictimai etirazlar nə qədər artarsa, Tehran administrasiyasının o qədər güzəştə getməyə hazır hala gələcəyini düşünür.

Trampın “İranlı liderlər qərarlarım qarşısında çığırıb-bağıracaqlar, ancaq ən sonda gəlib masaya oturmaqdan başqa çarələri qalmayacaq”açıqlaması bu gözləntiyə dayanır.

Kim bilir, bəlkə də, həqiqətən, Xamenei son anda yeni və daha böyük bir “qəhrəmanca çeviklik” göstərərək, Trampın istədiyi şərtlərlə masaya oturmağı qəbul edə bilər.

Bu olana qədər, 80 milyonluq İran xalqının “tarixin ən ağır sanksiyaları”qarşısında necə reaksiyalar verəcəyini, Vaşinqtonun bel bağladığı rejim əleyhdarı olan təşkilatların xalqın verəcəyi reaksiyaları nə dərəcədə yönləndirə biləcəyini və ya intensiv təzyiq altındakı Tehranın, misal üçün, nüvə anlaşmasından çıxmaq kimi böyük bir səhv edərək, öz əleyhinə beynəlxalq koalisiyanın yaranmasına yol açıb-açmayacağını isə zaman göstərəcək.

Tərcümə Strateq.az-ındır 


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam