Yenixeber.org: Rusiyada böyük sərvət toplamış Vardanyana təklif olunan “dövlət naziri” vəzifəsi Xankəndidəki separatçı rejimin “baş naziri” anlayışının analoqudur. Ona edilən təkliflə bağlı Rusiyanın RBK telekanalına açıqlama verən milyarder bu barədə məsləhətləşmələrin aparılması və müəyyən məqamların işlənib hazırlanması üçün vaxt lazım olduğunu deyib. Onun sözlərinə görə, bu addımın “Artsax”ın subyekt kimi xilas olunmasına kömək edib-etməyəcəyini araşdırmaq lazımdır. O, habelə “dövlət naziri” vəzifəsini tutmağa yalnız Araikin təklifi ilə yox, ümumilikdə “cəmiyyətin razılığı ilə tutmağa qərar verə biləcəyini söyləyib.
Əksər analitiklər bu gedişlərin arxasında Ruben Vardanyanı yaxın gələcəkdə Ermənistanın baş naziri kreslosuna əyləşdirmək niyyətinin gizlənə biləcəyini istisna etmirlər. Bəzi mənbələrə görə, Emənistan cəmiyyəti 10 noyabr 2020-ci ildə kapitulyasiya sənədini imzalamış Nikol Paşinyana alternativ olaraq daha güclü siyasi fiqurun hakimiyyətə gəlməsində maraqlıdır.
Nikol Paşinyanın hərbi məğlubiyyəti əsasən keçmiş müdafiə naziri David Tonoyanın üstünə atması və bunun ardınca onu silah alqı-satqısında möhtəkirlikdə suçlandıraraq həbs etdirməsi həm erməni cəmityyətindəki revanşist qüvvələr, həm də Tonoyanın xaricdəki dostlarının narazılğına səbəb olub. Təxminən bir həftə əvvəl onun maddi girov qarşılığında həbsdən buraxılması barədə vəsadətin rədd edilməsi tərəfdarlarını və havadarlarını daha fəal olmağa həvəsləndirib.
Sual oluna bilər: “Ruben Vardanyan süjetinin buna aidiyyatı nədir?” Ən maraqlısı da elə budur.
Sosial şəbəklərdə yayımlanan məlumatlarda milyarder Ruben Vardanyan ötən əsrin 70-ci illərində İravandakı Con Kirakosyan adına 120 saylı məktəbdə təhsil aldığı bildirilir. Elə həmin vaxtda da gələcək milyarder ondan yaşca kiçik olan və həmin məktəbdə bir sinifdə təhsli alan David Tonoyan və Anuşavan Xaçaturyanla dostluq edib.
İrəvandakı 20 nömrəli məktəb
İllər sonra Anuşavan Xaçaturyan Ruben Vardanyanın Rusiyadakı biznes-partnyorlarından birinə çevrilib. David Tonoyanın Ermənistanda karyerası inkişaf etdikcə bu biznes cütlüyü üçlüyə çevrilib. Tonoyanın müdafiə naziri kreslosuna əyləşməsi ilə Ermənistanın dövlət müdafiə xərcləri sistemində mövcud olan korrupsiya sxemləri varlanmaq üçün bu trionun qarşısında hüdudsuz imkanlar açıb.
David Tonoyanın xeyir-duası ilə Ermənistan ordusunun tibbi ləvazimatlar və avadanlıqlarla təchizatı məsələsində inhisarçılıq hüququ “Meditek” şirkətinə verilib. Onun da direktoru Tonoyanın sinif yoldaşı Anuşavan Xaçatryan idi. Həmin vaxt COVİD-19 pandemiyasının sürətlə yayıldığı Ermənistan ordusunu laboratoriya avadanlıqları, tibbi reaktivlər və əlcəklər, qan köçürülməsi üzrə sistemlər, şprislər və ən əsası, ağ ciyərin süni ventilyasiyası aparatlatı ilə şişirdilmiş qiymətlərlə təchizatı məktəbli dostun biznes-maraqlarının təminatına xidmət edib.
Müdafiə naziri Tonoyanın havadarlığı sayəsində artıq onun biznes-partnyoruna çevrilmiş Anuşavan Xaçatryanın “Meditek” şirkəti Ermənistan ordusunun ərzaq təminatı məsələsini də inhisara götürmüşdü. Maraqlıdır ki, erməni silahlı qüvvələrinin təchizatı üçün ayrılmış külli miqdarda vəsaiti mənimsəyən Tonoyanın oğlu və Xaçatryanın bacısı oğlu Azərbaycan ərazisi olan Qarabağda əsgərlikdə olsalar da, müharibədən əvvəl onları Ermənistana keçiriblər. Yəni, öz yaxınlarının həyatını qarət etdikləri sadə erməni əsgərinin hüquqlarından daha üstün tutublar.
Son vaxtlar xeyli fəallaşmış milyarder Ruben Vardanyanın öz məktəbli dostu, keçmiş müdafiə naziri David Tonoyanı həbsdən buraxılmasına cəhd göstərəcəyi istisna deyil. Daha doğrusu, bu istiqamətdə fəaliyyətə artıq start verilib. Bu müstəvidə onun biznes-ortağı olmuş Anuşavan Xaçatryanın bu və ya digər şəkldə iştirakı da gözləniləndir. Əsas məqam David Tonoyanın həbsdən çıxarılmasının hansı qüvvələrin marağında olması və sonrakı hadisələrin hansı yöndə inkişaf edəcəyidir.
“Fəlakət triosu” toplanır:Vardanyanla Tonoyanın gizli keçmişi və planlanan gələcəyi
Azərbaycanın Qarabağ bölgəsindəki separatçı rejimin qalıqlarının “rəhbəri” Araik Arutyunan erməni mənşəli rusiyalı milyarder Ruben Vardanyana “dövlət naziri” vəzifəsi təklif edib. Bir müddət əvvəl Rusiya vətəndaşlığından imtina edərək, rusiyalı sülhməramlıların nəzarəti altında olan Xankəndidə məskunlaşmış Vardanyanın bölgəyə qəfil “sevgisi” və ona “vəzifə” təklifi sözsüz ki, maraq doğurmaya bilməz.