Redaktor seçimi
Azərbaycanda Ramiz Mehdiyevə məxsus erməni şəbəkəsi üzə çıxdı - “Əhmədli Rentekar” kimə məxsusdur?! /
Daha bir amansız qətlin izi ilə...-
Sahib Məmmədovun "islahatları" AHİK-nı borca salıb -
Jurnalistika problemi və ya məsələ təkcə qəzetlər deyil -
Vüqar Gülməmmədovun qayınatasının qoçu şirkəti: Olympus Park-a gözün üstdə qaşın var deyən tapılacaqmı? -
“Antikorrupsiya məzunu”nun paradoksu: Yalçın Rəfiyevin ailə şirkətləri dövlət tenderlərini necə qazanır? -
QHT-lərə Dövlət Dəstəyi Agentliyində daha bir MÜƏMMA:
Deputat Şahin İsmayılovu Ramiz Mehdiyevə nələr bağlayır?!: QHT şəbəkəsinin daha bir üzvü ifşa olundu -
Günün xəbəri

"Formula 1" üzrə Azərbaycan Qran-prisi: Bakı küçələri pik saatlarda açıq olacaq

 

"Formula 1" üzrə Azərbaycan Qran-prisi zamanı Bakı küçələri pik saatlarda açıq olacaq.

Yenixeber.org: Bu barədə Bakı Şəhər Halqası Əməliyyat Şirkəti məlumat yayıb

Bakı küçələri bu il də yarış həftəsində səhər və axşam saatlarında açıq olacaq. 19–21 sentyabr tarixlərində keçiriləcək "Formula 1" üzrə Azərbaycan Qran-prisi 2025 çərçivəsində paytaxt küçələrinin müəyyən hissələri nəqliyyat üçün istifadəyə veriləcək.

Şəhər sakinlərinin rahatlığı üçün tranzit dəhlizlər bu il də fəaliyyət göstərəcək.  Beləliklə, 15–17 sentyabr tarixlərində səhər saat 07:00–09:00 və axşam saat 18:00–20:00-da, 18 sentyabrda isə səhər 07:00–09:00 və axşam 20:00–22:00-da trekin bəzi hissələrindən nəqliyyat vasitələrinin hərəkəti mümkün olacaq. 

Giriş nöqtələri:

●    Salyan şosesindən → Neftçilər prospekti və Azneft dairəsi

●    M. Lermontov küçəsindən → BMT-nin 50 İlliyi küçəsi və İstiqlaliyyət

●    S. Vurğun küçəsindən → Ü. Hacıbəyli küçəsi və Bülbül prospekti

●    Bülbül prospektindən → Xəqani küçəsi və Neftçilər prospekti

●    Nizami və Puşkin küçələrinin kəsişməsindən → Xəqani küçəsi

Çıxış nöqtələri:

●    Neftçilər prospektindən → Bakı Dəniz Limanı və Crescent Mall

●    İstiqlaliyyət küçəsindən → Azərbaycan prospekti

●    Neftçilər prospektindən → Azneft dairəsi və Dəniz Mall

Bu yollar yalnız tranzit məqsədilə nəzərdə tutulur, dayanma və parklama qadağandır.

Xatırladaq ki, Bakı Formula 1 üzrə nadir şəhər traslarından biridir ki, yarış həftəsində belə pik saatlarda yollar açılır. 2024-cü ildə isə yarışdan sonra Bakı rekord sürətlə əvvəlki ritminə qayıdıb və cəmi 16 saata qoruyucu baryerlərin 60%-i sökülərək ərazidən çıxarılıb və şəhər bir gün ərzində tam bərpa olunub.

Beləliklə, həm yarışın təşkili, həm də şəhər sakinlərinin gündəlik rahatlığı paralel şəkildə təmin edilir.


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam