Redaktor seçimi
Baba Rzayevin şəxsi maraqları “Lubristar LLC” MMC ilə harada toqquşdu?! -
ADAU-da Zəfər Qurbanovun qiyabiçi rektorluğu... -
"Unibank"ın rəhbəri Eldar Qəribovun Fransadakı izləri...-Oğlu İlkin Qəribli birinci oyundan "əli yaxşı gətirmiş" qumarbazdır/
Suraxanı məmurları Adil Əliyevin adını şəhid ailəsinin torpağını dağıtmaqda hallandırır -
Sərdar Ortac, Mehmet Əli Ərbil və Sahil Babayevin “qumar kontoru” -
Sumqayıt Dövlət Universiteti belə təmir edilir:
Sahil Babayevin "kontor"unda qumar oynanılır?! -
Firdovsi Əliyevin başçı olduğu rayonda dövlətin pulu belə xərclənir -
Günün xəbəri

ALDO FERRARİ KİMDİR və ONU “DƏYİŞMƏK” MÜMKÜNDÜRMÜ?

 20190410_125802Xatirə QULİYEVA fəlsəfə elmləri doktoru, dosent.

Bu tədqiqatımı Aprel şəhidlərimizin əziz ruhuna ithaf edirəm

                                           Xilqət, xislət və missiya…

Yenixeber.org: Ad, soyad… Bunlar bizim rəsmi. mənəvi-tarixi  kodlarımızdır. Bizi bunlarla tanıyırlar. Amma onlar həm də çox şərtidirlər. Məsələn, eyni ad və soyadı onlarla, hətta yüzlərlə insan daşıya bilər. Yaxud  ad-soyadı dəyişmək, təxəllüslə əvəz etmək mümkündür. Həmçinin də ad-soyadlarını siyasi təhlükəsizlik üçün dəyişənlər nəsli vardır. Əsas ad-soyadın sahibinin şəxsiyyəti, mövqeyi, təmsil etdiyi millət, sahib olduğu ideyalar, boynunda yük missiyasıdır.

Məhz bu məntiqi müəyyənliklə də İtaliyada doğulmuş, İtaliyada bütün təhsil etaplarını adlamış Aldo Ferrarinin mənim üçün İtaliyada doğulması, İtalyan olması, italyan ad-soyadı daşıması, o ölkədə vəzifəsi və s. məsələlər əsas şərt deyil, mühüm olan onun mənim mənsub olduğum xalqa, millətə, tariximə, vətəndaşı olduğum dövlətə münasbətidir ki, bununla o mənim üçün ya var, ya yoxdur!  Beləcə mənim üçün Aldo Ferrari ilə əməkdaşlığı onun ad-soyadı deyil, missiyası, dünən və bu günki fəaliyyət dairəsi şərtləndirir.

İndisə gəlin tanış olaq,  Aldo Ferrari kimdir? O bizim dostumuzdur, yoxsa düşmənimiz?! Nəhayət o bizimlə əməkdaşlığa layiqdir ya yox?!

ALDOAldo Ferrari 1961-ci ildə İtaliyanın Ankona vilayətində doğulub. O, vikipediyalarda ixtisasca əsasən rus tədqiqatçısı, rusşünas kimi qeyd olunsa da İtaliyanın Venesiya universitetində və həmçinin də bütün Avropada  Erməni tarixi və mədəniyyəti tədqiqatçısı kimi məşhurdur. 1980-ci illərdən – (yəni 24-25 yaşlarından) italiyada erməni memarlığı sərgisinə baxdıqdan sonra erməni dili və tarixi ilə məşğul olmağa başlayıb. İtaliyanın Milan universitetində beynəlxalq siyasət istiqamətində Qafqaz və Mərkəzi Asiya üzrə proqram rəhbəridir. 1999­-cu­ ildə Milanın Kotolik uni­ver­si­te­tində “İmperiya sərhədləri. Ermənistan Rusiya imperiyasında(1801-1917)” ­möv­zu­­sunda doktorluq dis­­ser­tasi­ya­sı müafiə edib və bu iş 2000-ci ildə eyni adda monoqrafiya kimi çap olunub.  Aldo Ferrarinin elmi rəhbəri Türkiyə katolikləri cəmiyyətinin rəhbəri, erməni tarixçi, filosofu Levon Zekiyandır. Onlar birlikdə İtaliya “erməni tədqiqatları” assosiasiyasını yaradıblar.

Aldo Ferrari “İtaliya ermənişünaslarının baxışları” jurnalının baş redak­toru­dur. Aldo Ferrari eyni zamanda İtaliya Ermənişünaslıq simposiumlarının koordinatoru, “Araks”cəmiyyətinin ermənişünaslıq asso­sia­si­ya­­­sının müdiridir. 2001-ci ildən, yəni 40 yaşından Beynəlxalq erməni təd­qiqatları assosiasiyasının üzvüdür. O, həmçinin İtaliyada Mərkəzi Asiya və Qaf­qa­zı öyrənən assosiasiyanın vitse-prezidentidir. Milanda Beynəlxalq Siyasi  tədqiqatlat İnstitutunun tədqiqatçısı, geosiyasət üzrə professordur.

Aldo Ferrari 2000-ci ildən başlayaraq ağlagəlməz dinamik sürətlə, ermənilərin qondarma“tarixini” eramızdan əvvəlki dönəmlərdən bu günə kimi və ən əsas məsələ, Azərbaycan həqiqətlərinin ziddinə, tarixi saxtalaşdırmaqla, mü­­qəd­dəs vətən torpaqlarımızı gəlmə erməni işğalçılarının ərazisi kimi əsas­lan­dır­maq­la, erməni genosidi xülyasını bütün qələm imkanları ilə sübut etməklə, hətta daha qədim tarixlərə aparmaqla, Türk, Azər­baycan xalqını, dövlətimizin daxili və xarici siyasətini qara­la­maq­la­, qədim Türk məskənlərinin ermənilərin xeyrinə tarixini yazmaqla, Urar­tu “davaları” aparmaqla, müasir tarixin və hətta gündəlik məsələlərin şər­hin­də bizim dövlətin əleyhinə, həmçinin bü­tün­­lüklə xalis erməni mövqeyindən çıxış etməklə məşhurdur.

İtalyan əsilli, “qanımda bir qram erməni izi yoxdur”-yazan (http:/­/www­.aniv.­ru/­arc­hi­ve­/35/ot-artsahskogo-dvorjanstva-do-geopolitiki-kavkaza-aldo-ferrari/) erməni tarixçisi və əsl erməni xislətli Aldo Ferrarinin əsərlərinin adları onun alim tədqiqatçı mövqeyini bir daha təsdiq edir. Bilmirəm, Aldo Ferrarinin onlarla erməni tarixini “qarış-qarış” izləyən əsərlərinin adlarını sadalayım, ya yox?! Bu yazı ilə qarşımda dayanan məqsədin qabarıqlıqla ifadə olunması olduğu üçün onları açıqlamalı olsam, Aldo Ferrarini təbliğ etmiş olacağam. Açıqlamasam, məsələnin nə qədər ciddi, milli mənəvi-psixoloji baxımdan nə dərəcədə acınaqcaqlı olduğunu tam aydınlığı ilə ifadə edə bilməyəcəyəm. Şərhim adi səslənəcək. Hər halda tədqiqatçı arqument­lə­ri­nin ­əsaslandırılması üçün dəlillərdən çıxış etməlidir. Ona görə də düşünürəm ki, Aldo Ferrarini, – bu erməni tədqiqatçısı, missionerini dərindən tanımaq üçün bu məqalədə onun əsərlərinin bəzilərinin adlarını çəkmək, istinadlar vermək labüddür.  Tanış olun: A. Ferrarinin Monoqrafiya və elmi traktatları: “Ermənistan, “Xris­tianlıq sərhədi” (2016); “Qafqazın Rusiyanı qarşılaması(2015); “Hökmranlıq axtarışı. XVIII-XIX əsrin ortalarında   Ermənistanda  kübarlıq, peyğəmbərlik və monarxiya(2011)”; “Ararat və durnalar. Erməni tarixi və mədəniyyəti tədqiqatları (2008)”; “Qafqazın qısa tarixi”(2007); “Qafqaz. Avropa sərhədində xalqlar və münaqişə”(2005); ”İm­pe­ri­yanın sərhədində. Ermənilər Rusiyada (1801-1917)” (2000); “Erməni tarixi və mədəniyyəti haqqında”(2003); “Ermənilər və Venesiya: Şahrimanyaznovdan Miximara kimi” (2004); “Qafqaz . Avropa sərhəddində xalqlar və konfliktlər”(2005). Jurnal məqa­lə­lə­­­rin­dən: “Müasir Ermənistan: milli dirçəliş və irəli dəstəklərdə uğursuz canlanma”(2018); “Türkiyədə və Azərbaycanda erməni abidələrinə səyahət” (2016); “Orta və Şərqi Avropa ölkələrində erməni kolo­niyalarının rolu” (2008); “Erməni əlifbası, min illik mədəniyyətin “nümunəsi”(2008); “XVIII əsrdə Ermənistanda Elita və monarxiya. İran və Qafqazda yeni tədqiqatlara giriş” (2004); “Dində və cəmiyyətdə Türkiyə  və erməni xalqının soyqırımı” (2002); “Gizli Faciə”(1998);  “Ermənilər və Böyük Pyotrun Fars Ekspedisiyası” (1996);“Ermənistan, “Xristianlıq sərhədi” (2016); “Qafqazın Rusiyanı qarşılaması”(2015); “Hökmranlıq axtarışı. XVIII-XIX əsrin ortalarında   Ermənistanda  kübarlıq, peyğəmbərlik və monarxiya (2011),“San Lazzaro, Zibaldone-dəki Venedik Erməni adası, vol. “(2014); “Pavel Florensky tərəfindən Slavic araşdırmasında   Ermənilər” (2014) ; “İmparatorluğun  sərhəddində. Rusya’daki Erməniler (1801-1917) (2000); “ Mərkəzi və Şərqi Avropada Erməni kolonlarının QUADERNI DELLA CASA ROMENA DI VENEZIAdakı  rolunun  modernləşməsi”(2008) ; “Ean Potockin və BAZMAVEPdəki Yeni Hayastan” (2006); “Rusiya, Birinci Dünya Müharibəsi və erməni genosidi. Məhv olmuş ölkə. Erməni genosidindən 100 il sonra”(2017) və onlarla yenə erməni mövqeyindən olan məqalə, kitablara resenziyalar, ön sözlər, müsahibələr və s.və i.a.

Aldo Ferrarinin əsərlərinin bu qısa siyahisi deməyə əsas verir ki, o, əsl erməni tarixçisidir, bu sahədə ermənilərin güvəndiyi, onları Avropada təmsil edən güclü, inanılmış bir nümayəndədir. Bunu o, özü də bir erməni saytına verdiyi müsahibədə açıq şəkildə ifadə edir: “Bizdə, İtaliyada məsələ ciddi qoyulub. Dilin öyrənilməsi sözsüz olaraq mühümdür. Mən qrabarın öyrənilməsi ilə başladım. İndi müasir tarixlə məşğul oluram deyə,- gözəl amma çətin olan bu dili  bir az unuduram”( http://­www.­aniv.­ru/arc­hive/­35/ot-artsahskogo-dvorjanstva-do-geopolitiki-kavkaza-aldo-ferrari/).

Aldo Ferrarinin əsərlərində tarixi saxtalaşdırma mövqeyi, hadisələrə yanaşma cəhətləri isə onun həm də daxilən, psixoloji olaraq ermənilərin “adamı” oldu­ğu­nu­, başqa cür desək, elmi obyektivlikdən birmənalı surətdə uzaq, hər bir  məsələyə erməni gözü ilə baxdığını, bütün şüuru ilə “erməni” olduğu bəlli edir.

Bunu əyani şəkildə sübut etmək üçün Aldo Ferrarinin əsərlərindən misalları geniş şəkildə diqqətə çatdırmaq istərdim. Lakin əsərlər italyan dilindədir və onları mən internet tərcümə sistemi vasitəsi ilə çevirib oxuduğum üçün bu məqalədə ya ümumi şəkildə məsələnin məğzini açıqlamalıyam, ya da mətni professionallıqla redaktə  ilə təqdim etməliyəm. Birinci halda tarixçi deyiləm və tərcümə ilə aydın olan fikri tarixçilərimiz  kimi tutarlı şəkildə ifadə edə bilmirəm, ikinci halda A.Ferrari əsərlərini əziyyətlə olsa da ciddi tərcümə, redaktə ilə təqdim etməyi onun xeyrinə, saxtalaşdırılmış tarixin təbliğatına faydalı bir iş hesab edirəm. Bu baxımdan yaxşı olardı ki, tarixçilərimiz A.Ferrarinin  ermənipərəst tarix yazılarını cavab­lan­dır­sın­lar və fikrimcə, bizim belə əsərlərə vaxtında qiymət verməməyimiz, onların müəlliflərini susdurmamağımız, erməni əks təbliğatının meydanını daha ge­niş­lən­di­rir. Ancaq yeri gəldikcə bəzi  ciddi məqamları göstərəcəyəm. Əslində onların hamısı nöqtə-vergülünə kimi və ən qədim tarixlərdən bu günə kimi ermənilərin xeyrinə olan iddialar, təbliğat təkərləridir…“Arsaq dvoryanlığından Qafqazın geosiyasətinə kimi” müsahibəsində onun bu xisləti irəli sürdüyü “ideya” ilə bir daha təsdiqlənir: “İtaliya və həmçinin də Avropada çoxları anlayır ki, tarixi ermənistanla indiki xırda respublika uyğun gəlmir. Bu ziddiyyət genosiddən sonra “qafqaz” olmuş ermənistanda tarixi və siyasi proseslərin düzgün anlaşılmasına ciddi əngəl ola bilər. Mənə elə gəlir ki, “Zaqafqaziya” rusmərkəzləşmə baxışını ifadə edir. Buna görə də mən, eyni zamanda başqa avropa alimləri tarixi İran və Anadolu ilə əlaqəsi olan ermənistandan – “subqafqaz” ölkəsindən danışmağa üstünlük veririk”.  http://www.aniv.ru/archive/35/ot-artsahskogo-dvorjanstva-do-geopolitiki-kavkaza-aldo-ferrari/

Emənilərin 100 il boyu yaradıb şar kimi dünyaya uçurduqları dəlillərlə təsdiqlənməyən qondarma Genosid məsələsini A.Ferrarinin daha da uzaq tarixlərə aparması, daha da qara rənglərlə boyaması, Türkiyə və Azərbaycanda daha yeni-yeni erməni abidələri, məskənləri “tapıntıları” da ciddi şəkildə cavablanmalıdır.

Məsələn, Ferrari qondarma Genosid mövzusunun İtaliyada güclənməsini sevinclə qarşılayır, “erməni qenosidinin İtaliya parlamenti ilə bərabər, bir çox şəhərlərin qanunvericlik orqanlarında da qəbul edilməsini, müasir illərdə 20-30 il əvvəllə, həmçinin də Rusiya ilə müqayisədə ermənistan haqqında elmi məruzə üçün auditoriya tapmağın daha asan olduğunu” (http://www.aniv.ru/archive/35/ot-artsahskogo-dvorjanstva-do-geopolitiki-kavkaza-aldo-ferrari/)- qürurla vurğulayır.

Yuxarıda sadalananlar A.Ferrarinin İtalyan doğulsa da xilqətən, xislətən xalis erməni  və əsl missiyasının erməni məsələsini dünyada təbliğ etmək, Azərbaycanı isə gözdən salmaqdan ibarət olduğunu təsdiq edir. 

                        Azər­bay­can­da Aldo Ferrari  ilə əməkdaşlıq  sütunu

 Mən bunları qeyd etməklə təəssüflə bildirmək istəyirəm ki, Azər­bay­can­da bu adamla – erməni tarixçisi, erməni tədqiqatları assosiasiyası prezidenti və erməni­lə­­rə bağlı digər titul-vəzifələrin sahibi Aldo Ferrari ilə əməkdaşlıq edən­­lər vardır.

Əvvəla, alimlərin  əməkdaşlığı elmi istiqamətində bir ana mövzunu yerinə yetirməkdən ibarətdir. Ancaq göründüyü kimi A.Ferrari erməni tarixçisi, erməni tədqiqatçısıdır. İkinci, bir tərəfdən elmi əməkdaşlığın ilkin şərti tərəflərin eyni elmi sahəni təmsil etmələridir və bunun üçün onların əvvəlcə bir-birlərini alim, sahə üzrə mütəxəssis kimi tanıyıb dəyərləndirmələri labüddür.  Bu baxımdan da Aldo Ferrarini bizimkilərin tanıyıb onunla əməkdaşlığa baş vurması və bu əlaqələri bu günə kimi davam etdirməsi böyük təəccüb və təəssüf  hissi doğurur. Əməkdaşlıq həm də dostluq deməkdirsə, Aristoteldən yerinə düşən bir misal: “Dost iki bədəndə yaşayan bir ruhdur”. İkincisi A.Ferrari italyandır və əməkdaşlıq etdiyi cəmiyyət bizim torpaqlarımızı işğal etmiş, xalqımızı amansız soyqırıma məruz qoymuş, deməli bizim düşməniz olan ermənilərdir. İndi məntiqlə nə alınır?!

Onu da xüsusilə vurğulamaq istərdim ki,  A.Ferrari lap başlanğıcda, ilk rəsmi görüşlərində — 2015-ci ilin oktyabr ayında İtaliyanın Ka-Foskari Universitetində Asiya və Aralıq dənizi tədqiqatları fakültəsində “Azərbaycan və İtaliya  multikulturalizminin perspektivləri” mövzusunda təşkil olunmuş  konfransda  onu “öyrənib” -tanımadan əməkdaşlığa başlayan “bizimkilərə” özünü qısa və aydın surətdə təqdim etmişdir. “Bizim ölkəmizdə multikulturalizm elementləri mövcud deyil, Mən bilmirəm bizim ölkəmizdə multikulturalizm sahəsində diskurs aparmağa dəyər dəyməz, çünki İtaliyanın birləşməsi 150 il əvvəl olmuşdur. Biz daha yaxşısı,  Zöhrə Əliyeva ilə ölkənizn iki hissəyə bölünməsi və bunun bu günə qədər davam etməsi kimi ciddi regionçuluqdan danışaq”(http://www.azerbaijannews.eu/site/il-multiculturalismo-nuovo-punto-di-incontro-fra-italia-ed-azerbaijan).

Bu  üç cümləlik çıxışda A.Ferrari bu əməkdaşlığın ana mövzusunu qəbul etmədiyini açiq şəkildə bildirir. O, “çıxışının” axırıncı, yekun hissəsində də sanki ona yalvarırlar, “Müəllim və tələbələrimizi ölkənizə göndərmək məsələsinə gəlincə, olar, indi də , gələcəkdə də mümkündür”-deyir ki, bütün bu mövqe əməkdaşlığın körpüsünün özülünün boşluğundan xəbər verir. Konkretlik üçün onun çıxışını orqinal variantında da təqdim edirəm. L’elemento della multiculturalità manca però all’interno del nostro paese, così come ha fatto opportunamente notare il professor Aldo Ferrari, docente di Studi Caucasici della “Ca Foscari”. “Non so se questo discorso del multiculturalismo possa essere allargato anche al nostro paese – ha evidenziato – considerando che l’unità d’Italia è avvenuta oltre 150 anni fa. Piuttosto potremmo parlare di  un regionalismo assai spinto, dal momento che le differenze fra le due parti del paese continuano ancora oggi ad esistere.  (Francesco Montaninohttp://www.azerbaijannews.eu/site/il-multiculturalismo-nuovo-punto-di-incontro-fra italia­­-ed-azerbaijan/)

скачанные файлы

Bundan başqa əsl alim-ziyalı ölkəsinə, çalışdığı universitetə xarici dövlətdən qonaq gələn və  əməkdaşlıq  niyyəti ilə qonaq gələn bir qrupu xoş sözlərlə salamlayar ki, yuxarıdakı cümlələrdə (elə yuxarıdakı fotodakı üz cizgilərində) Zöhrə Əliyevaya ünvanlanan vurğu ironiyadan başqa bir fikir və ya hiss ifadə etmir. A.Ferrarinin həmin  konfransda Azərbaycanın İtaliya səfirliyinin əməkdaşı Samir Allahverdiyevin, Fəlsəfə İnstitutunun direktoru, professor  İlham Məmmədzadənin, hüquq elmləri doktoru, professor İsaxan Vəliyevin iştirak etdiyi halda adi bir işi, əməkdaşlıq məramlı institutun Beynəlxalq əlaqələr üzrə ictimai əlaqələndiricisinə müraciətlə  ərazi məsələsi qədər ciddi  mövzunun müzakirəsini təklif etməsi isə artıq açıq münasibətsizliyi, hörmətsizliyi. əsas da erməni mövqeyini təsdiq edir.

      Burada haşiyə çıxaram qeyd etmək istəyirəm ki, mən təxminən iki ay əvvəl təsadüfən Aldo Ferrarinin fəaliyyət sahəsi ilə tanış olduqda və haqlı iradımı, narazılığımı yazılı surətdə bildirdikdə mənə  “Aldo Ferrarini tanıyırıq. Nə olsun?! Azərbaycan əhalisinin 90 faizini ermənilər təşkil edən Fransada necə böyük işlər görür… Biz istəyirik ki, A.Ferrari Azərbaycanlıların yaxşı adam olduğunu anlasın”!.. – cavabı verildi .

AL3Bu yazını yazmağa başlamışdım ki, bir həmkarımdan “A. Ferrarini dəyişəcəyik. Aldo Ferrari düzələcək, o bizim xeyrimizə yazacaq…” , xəbərini eşitdim.  

Doğurdanmı?! Bəs hanı, A.Ferrari erməni tədqiqatlarını, erməni təbliğatını, bu istiqamətdə də bizim əleyhimizə yazılarını, fəaliyyətini davam etdir­mək­dədir­… Onunla beş il qızğın surətdə əməkdaşlıq edənlərə daha neçə il lazımdır ki, onu dəyişdirə bilsinlər?.. Ancaq əminliklə deyirəm ki, onu nə oxuyublar, nə tanıyırlar. “Düzələcəyinə” ehtimalları da “başdan etmə”-yə bənzəyir..

2015-2019-cu illər… Budur, Azərbaycan- İtaliya multikulturalizm əlaqələrinin ilk  tədbirindən 5 il keçir. Ancaq A.Ferrari o il, bu il eyni adamdı. Eyni erməni tədqiqatçısı, eyni erməni mövqeli  lobbiçidir

Məsələn, Ölkəmizə gəlib getdiyi 5 ildə, az qala bizə gələcəyi həftə, bizdən getdiyi gün, bizimkilər orda olarkən  yenə erməni mövqeyindən çıxışlar etmişdir və etməkdədir. Bu linkdəki biblioqrafik dəlillər qənaətimi bir daha təsdiqləyir. (https:/­/transla­te.goog­le.com/­­translate­?hl=ru&­sl=it&u=­https://w­ww.univ­e.it/data/­persone/­5591704­/curricul­um&pre­v=search). Hətta çox maraqlıdır ki, o, bizimkilərlə ilk görüşü günündə də Sona Arutyunyan adlı bir erməninin “erməni genosidi italyan ədəbiyyatında” adlı kitabının prezintasiyasında iştirak edib. Yəni baxın ki, öz missiyasına saatbasaat sadiqlik nümayiş etdirib.

Məsələn, “Ermənistan, “Xris­tianlıq sərhədi”, bu A.Ferrarinin  bizimkilərlə əməkdaşlığa başladıqdan sonra – 2016 –cı ildə çap olunmuş monoqrafiyasıdır. Bunlar da : “Türkiyədə və Azərbaycanda erməni abidələrinə səyahət” (2016); ”İran və farslar Raffinin Melikutivvennerində”(2017); “Rusiya, Birinci Dünya Müharibəsi və erməni genosidi. Məhv olmuş ölkə. Erməni genosidindən 100 il sonra”(2017; “Müasir Ermənistan: milli dirçəliş və irəli dəstəklərdə uğursuz canlanma”(2018) onun həmin istiqamətdə çoxsaylı jurnal məqa­lə­lə­­­rin­dəndir. Dəyişdiyi görünürmü? Bizə tərəf olacağına ümid qığılcımları hiss olunurmu? Hanı bəs bizdən yazacaqdı?!

 Aldo Ferrari təkcə erməni tarixçisi deyil, Azərbaycan və onun siyasi hakimiyyəti əleyhinə  lobbiçilik edən biridir…

 Hələ Aldo Ferrarinin 2016-ciı ildə aprel ayında Azərbaycan xalqının, Azərbaycan tarixinin ziddinə, əziz şəhid ruhlarımızı incidən, bizi dünyada vəhşi millət kimi tanıdan “Daş yuxular” romanının müəllifi Əkrəm Əylisliyə qahmar çıxması, onun məktubunu Incontri di Civiltà festivalında oxuması faktı (https://­www.­balcan­icauca­so.org/­eng/Ar­eas/Az­erbaijan/Akram-Aylisli-s-Dream-169657)..

Bu da maraqlıdır ki, Ə.Əylisli o festivala gedərkən saxlanılmışdı. Beləsə onun məktubu İtaliyaya, Festival rəhbərliyinə necə yetişmşdi? Əcaba, bəs Nobel mükafatı festivalında bir başqa adam yox idi elə bu  A.Ferrari oxuyurdu məktubu?!

2016-cı ildə  çap olunmuş “Türkiyədə və Azərbaycanda erməni abidələrinə səyahət”məqaləsində Van şəhəri daxil olmaqla Türkiyənin geniş  Anadolu ərazisini, habelə Naxçıvan Muxtar Respubliklasını erməni tədqiqatları marağı ilə gəzib həqiqətdən uzaq erməni tarixi yazan A. Ferrarinin aşağıdakı iqtibasdakı qənaətləri əminəm ki, vətən təəssüblü hər bir vətəndaşımızda ikrah və nifrət hissi doğuracaqdır. Belə ağrı-acılı ssenari təkcə Türkiyəyə deyil, Azərbaycana da, o cümlədən Naxişevana (az. Naxçıvan ) da aiddir. Bu region minillər boyu erməni mədəniyyətini formalaşdıran, eyni zamanda xüsusilə tarixi Ermənistanının XVII-XVIII əsrlədə dünya iqti­sadi­y­ya­tın­da mühüm rol oynayan iqtisadi şəbəkənin yaranmasında əhəmiyyətli bir hissəsidir. Sovet vaxtında Azərbaycana verilən Naxijevan və onun erməni əhalisi da­vam­lı­ olaraq itib getmişdir və hazırda burda əhali bütünlüklə azərbaycanlılardan ibarətdir. Onun bədii irsi ağır vəziyyətə salınmışdır. Əsas da Culfada  ermənilərin əsas incəsənət məskəni  xaçkar məzarlığı qəsdən məhv edilmişdir” (https://­iris.uni­ve.it/re­trieve­/handle/­10278/3­686327/­100138/­­Viagg­iomemoria.pdf).

  1. Ferrari tarixə qara ləkə kimi iz salan, açıq surətdə dünya ictimaiyyətinə Azərbaycan torpaqlarını erməni məskənləri kimi təqdim edən bu fikirlərini Əkrəm Əylisli ilə bağlı düşüncələri ilə davam etdirir ki, bu artıq onun saxta tarixçiliyindən başqa, psixoloji olaraq ermənilərə satıldığının və əsas da xalqımızın iradəsi ilə bir nəbz kimi eyni döyünən Azərbaycan siyasi idarəçiliyinə düşmənçiliyindən xəbər verir: “… Bu regionda Azərbaycanlı, Naxçıvanlı, Bakı  rejiminin izlədiyi, romanına görə vətən xaini kimi günahlandırılan yazıçı Əkrəm Əylislinin yazdığı kimi  çox əhəmiyyətli kilsələr  və  başqa erməni sənət irsi də ciddi təhlükə altındadır. Bundan başqa Əylisli erməni kilsələrinin  qalmış olduğu yerlərə bir səyahətdir. Allahın nəzərindən uzaq və diqqətdən kənarda qalsalar belə, öz nəhəngliklərini itirmədilər. Əlbəttə  Əylis müsəlmanları hər biri dağlarla əhatələnmiş bu dörd kilsənin memarlığını görmədilər. Ancaq yüksəklikdə Dağlar qoynundakı ilahi harmoniyanı  tutmaq  üçün erməni olmaq,  tatixi bilmək  vacib  deyildi”(Əylisli, 2015,60)”.

Bundan başqa, Əkrəm Əylislinin doğulduğu kəndi də erməni məskəni kimi tanıtmaq təşəbbüsü onun  bizimlə əməkdaşlıq etsə də, çörəyimizi yeyib, suyumuzu içsə də heç vaxt dəyişməyəcəyini açıq ifadə edir.  “yazıçı Əylisli təxəllüsünü doğulduğu kəndin adından götürmüşdür ki. bu kənd də qədim Erməni şəhəri Aqulisdir”.­https://iris.­unive.it/ret­rieve/handl­e/10278/3686327/100138/Viaggiomemoria.pdf..

A.Ferrarinin dostumuz olmayıb, olmayacağını onun 2016-cı il aprel döyüşləri ilə bağlı  dərhal erməni saytına verdiyi müsahibə də açıq şəkildə təsdiq edir. O döyüşlərin başlamasını öz düşüncəsinə görə  belə şərh edir: “Niyə indi? Çünki Azərbaycan ermənilərin işğal etdiyi bölgəni özünə tabe etmək üçün gücünü göstərmək istəyir. Yaxud da Azərbaycan əhalsinin diqqətini daxili problemlərdən (neftin qiymətinin düşməsi ilə əlaqədar iqtsadi böhrandan) yayındırmaq üçün hücum edib. Lakin o bu hücuma görə məsuliyyət daşıyır”. (https://agensir.it/europa/2016/04/05/nagorno-karabakh-the-implications-are-too-dangerous-to-wage-war/)

Ferrari bu eksklyuziv müsahibədə də imkan tapıb erməni qondarma genosidini yada salır və Papanın həmin ərəfədə Ermənistana vizitini onun qondarma genosidi tanıması ilə izah edir.

5

Aldo Ferrari erməni himayədarlarına sığınıb, əməkdaşlıq etdiyi bizimkiləri qarşısında çox zəif görüb dövlətimiz, ölkə siyasəti, ümimiyyətlə, müasir  Azərbaycan  siyasi idarəçiliyi haqqında da istədiyini deməkdən çəkinmir. Məsələn, “Arsaq dvoryanlığından Qafqazın geosiyasətinə kimi” müsahibəsində “İndi Gürcüstan Avropaya dönüş  şəkli ilə daha çox maraq doğurur. Belə bir fikir yaranıb ki, Gürcüstanda əsl mənada demokratiya mövcuddur. … Ancaq bu mənada ermənistanda demokratiyanın çatışmamazlıqları var, Azərbaycanda isə,  danışılası heç nə yoxdur” ( http://­www­.aniv.­ru/archive/35/ot-artsahskogo-dvorjanstva-do-geopolitiki-kavkaza-aldo-ferrari/).

Beləcə, bu italyan əsilli erməni tədqiqatçısi, Ka-Foskari universitetinin erməni dili və ədəbiyyatı müəllimi, İtaliya erməni tədqiqatları assosiasiyasının prezidenti, nə bilmək olar gizli  erməni Aldo Ferrari 30 ildən çoxdur ki, bizim əleyhimizə fəaliyyət göstərir, beləcə, o, bizim dostumuz deyil, düş­məni­miz­dir.­

50 il də  keçsə  Zöhrə Əliyeva Aldo  Ferrari ilə xalqımız, ölkəmiz xeyrinə heç nəyə  nail ola bilməyəcəkdir

 Onu dövlətin ciddi strukturu – elmi müəssisəsi ilə əməkdaşlıq üçün tapan, onunla əməkdaşlıq düşünən, onu “taptığını” şəstlə bildirən, hər il onunla əməkdaşlıq üçün öz dairəsinin adamlarını aparan və onu ölkəyə gətirən Zöhrə Əliyeva necə arxada qalan 5 ildə dövlətçiliyimiz, elmimiz, milli məsələmiz müstəvisində  müsbət   bir nəticəyə nail olmamışdır, qarşıdan gələn 50 ildə heç bir  uğur qazanmayacaqdır!

Diqqətli oxucuda Zöhrə Əliyeva kimdir?-sualı yarana bilər və buna görə də qeyd edim ki,  onun adı alimdir. Elmlər namizədidir. Xaricdə özünü AMEA-nın elmlər doktoru, professor kimi təqdim etsə də 10 ildir filologiya ixtisası üzrə təqdim etdiyi doktorluq dissertasiyasının Diplomunu əsaslı səbəblərə görə almayıb. Onun institutda vəzifəsi direktorun özünün də dediyi kimi adi tərcüməçidir. Dil bilməsinə gəlincə, yalnız fransız dilini və sinxron deyil, əvvəlcədən əlində olan materialı çevirməklə bilir…  Pafoslu “xarici əlaqələr şöbəsinin” müdiri titulu ilə institut üçün yaratmış olduğu əməkdaşlığın bir nümunəsi də budur- Aldo Ferrari!…

Onu da qeyd edim ki, iradlarımı  məni Avropaya aparmamağı ilə əlaqələndirən Zöhrə Əliyeva bu qənaətində bütünlüklə yanlışdır. Doğrudur mənim Avropada da və hər bir ölkədə xalqımın elmi fikrini  dövlətimin alimi kimi təmsil etməyə haqqım da, hüququm da var,  normal şüura malik hər bir alim kimi onlarla səfərim də var! Ancaq mən  Avropaya Z.Əliyeva və onun qrupu kimi  heç vaxt   getmərəm və buna cəhd etmərəm!

Adam, – alim prezidenti müşayət edən alimlərin heyətində, nazirlərin, deputatların və digər mötəbər şəxslərin qrupunda təmsil olunmağı arzular, daha adi tərcüməsinin, -Z.Əliyevanın qrupunda yox ki! Beləcə, mən  Zöhrə Əliyevanı (Zoyanı) A.Ferrarini “tanımadan” yaxşı, dərindən tanıdığım üçün onunla cənnətə belə getməyi heç vaxt fikrimdən keçirməmişəm və düşünmərəm də!..

Bir ciddi məsələni də burada qeyd etmək istəyirəm. Belə ki, Zöhrə Əliyevanın – adi tərcüməçi və ya xaric üzrə əlaqələndirici kadr Ulu Öndər Heydər Əliyevin 95 illiyi münasibəti ilə Azərbaycan Respublikasının Romada keçirilən yubiley mərasimində alim kimi iştirak edib. Ölkəmizdə Heydər Əliyev tədqiqatçıları, elə Fəlsəfə institutunda rəsmi “Heydər Əliyev irsi və Azərbaycançılıq fəlsəfəsi” şöbəsi, onun müdiri və başqa ixtisaslaşmış əməkdaşları olduğu halda maraqlı deyilmi niyə Azərbaycan elmini Zöhrə Əliyeva təmsil edir?! Mövzusu da tamamilə uyğunsuz bir mövzu və onun Avropada çoxdan “dinlənmiş” bir çıxışı… Ancaq institutda Heydər Əliyev tədbirlərində ya heç iştirak etmir, ya da sözü  var ki,  danışsın?! Deməli, onun Avropaya “elmi” ezamiyyətləri şəxsi səyahətləri üçün planlaşdırılır ki, bunun da adı  saxtakarlıqdır.

Zöhrə Əliyevanın və əlbəttə ki, institutun Aldo Ferrari ilə əməkdaşlığının əgər ana mövzusu Multikulturalizmdirsə, A.Ferrari və ümumiyyətlə, “bizim” qrup  bu sahədə konkret olaraq hansı işi görüblər? Çox böyük  məsuliyyət hissi ilə deyirəm ki, direktor İlham Məmmədzadəni çıxmaqla “həmin qrup” A.Ferrarini, digər avropalı alimləri söz­süz­ olaraq  alim olmadıqlarına “güldürməkdən” başqa heç nəyə qadir olmayıblar. Onların adlarını və vəzifələrini açıqlamıram!.. Açıqlamalı olsam daha başqa suallar və onlara ağır cavablara cığırlar açılacaqdır… İkinci bir tərəfdən axı elə ilk görüşdə A.Ferrari aydın şəkildə bəyan edib ki, “mənim ölkəmdə bu mövzuya 150 il əvvəl son qoyulub, buna ehtiyac görmürəm!”…  Belədə nə, nədir 5 illik gediş-gəlişin məqsədi?

Bu da Aldo Ferrarinin  Zöhrə Əliyevanın təşkilatçılığı ilə 2018-ci ildə Fəlsəfə İnstitutunda keçirilmiş adı “Beynəlxalq konfrans”-ın (http://­philoso­phy.­edu.­az/­index.­php?­newsid=116) savadsızlıqdan doğan başdan-başa nöqsanlarla dolu Materiallarında yer almış “Səkkizinci (?-X.Q) əsrin Zaqafqaziya Multikulturalizmi : Tiflis səhifəsi” məruzəsi.  (”Səkkizinci” – 18-ci yazılmalıdır yəqin ki…-X,Q,) Onu da qeyd edim ki, Materiallarda Aldo Ferrarinin məqaləsi direktor İ.Məmmədzadənin məqaləsindən sonra yerləşdirilmişdir. Deməli, o, böyük hörmət sahibi kimi dəyərləndirilir və əməkdaşlıq canlı, möhkəm, “ümidvericidir”.

Aldo Ferrari məruzəsində ilk növbədə Tiflisdə  1897 və 2009-cu illərdə yaşayan millətlərin faizini göstərərkən Azərbaycanlıları hər iki  tarixdə 2 faiz göstərmişdir. Ermənilərə gəldikdə  XIX əsrdə 29 faiz, 2009-cu ildə 8 faiz . Halbuki, Ferrari əgər bütöv Tiflis quberniyası üzrə əhali sayını 1897-ci il siyahiyə alma nəticələrini azərbaycanlıların sayına görə obyektivliklə hesablasaydı  düzgün rəqəm 10.2. ermənilərdə 29% deyil, 18 faiz, Tiflis qəzası üzrə isə Azərbaycanlıların sayını 5.9 % ermənilərin sayını 29 yox, 24.7 göstərməliydi. ( https://­az.wik­ipedia.­org/wi­ki/Tifli­s­_qu­be­rniyas%C4%B1)

İkincisi, Ferrari əməkdaşlıq etdiyi adamların onun  məruzəsini diqqətlə izləməyəcəyindən, təqdim etdiyi materialı oxumayacaqlarından əminliklə həqiqəti  hətta azərbaycanlılarla üzbəsurət danaraq vurğulayır ki,  “Tiflis XIX əsrdə heç də müxtəlif millətlərin toplumu deyildi, hardasa mozaik yaxud transqafqaz multikulturalizminin kiçik bir cənnəti idi, Gürcülər və ermənilər bir də   sovet Gürcüstanının müstəqil milli siyasətindən ibarət kiçik bir cənnət”. Göründüyü kimi Azərbaycanlılardan söhbət getmir. Azərbaycanlılar guya XIX əsr Tiflis həyatında mövcud olmamışlar.

Başqa bir misal, “Tbilisi şəhərində (qəza idi o vaxtlar- X,Q) rus və erməni dilləri mədəni plyuralizmin gözəl nümunəsi idi və müxtəlif etnik qruplar uzun əsrlər boyu öz identikliklərindən qopmadan birlikdə yaşayirdilar”. Buyurun, yenə Azərbaycan dili Tiflisdə işlənilməmiş kimi təqdim olunur. Acınacazqlısı hətta  bizim öz məkanıızda. Aldo Ferrari öz erməni təbliğatı missiyasından gözümüzün önündəcə çıxış edərək Tiflis quberniyasına daxil olan Axalçixe(18%) Borçalı (29.4%)­Za­qata­la­(34.4%),­ elə Tiflis qəzalarıında(5.9%)  yaşayan ümumi əhali sayına görə er­mə­ni­lər­­dən daha çox sayda olan  Azərbaycanlıların “mədəni plyuralizmdə” paylarını açıq surətdə danır. Əsl statistikaya görə Tiflis Quberniyasında azərbaycanlıların ümumi say faizi əgər 10.2. təşkil edibsə, ermənilər 16.7%  təşkil etməklə bu nəticədən cəmi 6 faiz çox olublar.

… Ferrarinin Azərbaycanlıların adını çəkməməsi onun erməni mövqeyli tədqiqatçı missiyasını təsdiq edir ya yox?  Əməkdaş və xüsusən gəldiyi ölkədə alim qonaq olan belə saxtakarlığa yol verər?! Onun özü kimi Zöhrə Əliyeva Ferrarinin məqaləsinin adından tutmuş məqalənin içindəki bir çox ciddi fakt-dəlil, texniki nöqsanları belə görmədən, anlamadan, üstəlik də mətni italyan dilində (konfransın ümumi dili olur və italyan dili bu şərtə daxil deyil) daxil etmişdir.

Aldo Ferrari,  həmin konfrans materiallarındakı yazısında 1826-ci ilə qədər “gedib çıxaraq” özünün erməni təbliğatı mövqeyindən “ermənilərin Tiflisdə çoxluq  təşkil etdiyini, bu şəhərin Rus imperiyasında ermənilərin  siyasi, iqtisadi və mədəniyyət mərkəzi olduğunu, “erməni burjuaziyasının ənənəvi olaraq özündə Gürcüstanı və bütünlüklə Zaqafqaziyanı təmsil etdiyini” və bunu onların XIX əsrdə də qoruyub saxladıqlarını, habelə onların universitetlərindən, jurnal və qazetlərindən” fəxrlə bəhs edir. Ferrarinin çıxışı, həmçinin onun əsasında olan məqaləsi “ Səkkizinci əsrin Zaqafqaziya Multikulturalizmi : Tiflis səhifəsi” adlansa da, onun geniş materialında ermənistan və ermənilərlə müqayisədə Tiflisə demək olar ki, cüzi yer ayrılmışdır. Zaqafqaziya, həmçinin Tiflisin mədəni inkişafında xüsusi tarixi kolorit təşkil edən Azərbaycana, azərbaycanlılara, bizim maddi-mənəvi irsimizin bu regionun inkişafına təsiri məsələsinə guya  izimiz belə yoxdur, -kimi tamamilə toxunmamış, ümumiyyətlə, heç olmasa konfransın ev sahibliyi etikasına görə Respublikamıza, Bakı və digər bölgələrimizin mədəniyyət hadisələrinə diqqət ayırmamış,  şərh etdiyi məsələlərdə isə birmənalı surətdə ermənilərin təsirini qabartmışdır. Məsələn, A. Ferrari M.F.Axundovun Tiflis həyatı və fəaliyyətindən bəhs edir və  mütəfəkkirin yaradıcılığına, hətta onu Zaqafqaziyada və bütün dünyada məşhurlaşdıran  komediyalarının yaranmasına ermənilərin güclü təsirini  xüsusilə vurğulayir. Onun, aşağıdakı iqtibasda yer alan  misal gətirdiyi fikirlər də sözsüz olaraq  bizim auditoriyaya heç də xoş təəssürat bəxş edə bilməz! “Ermənilər, gürcülər, çərkəzlər, farslar  dağınıq  meydanlara axın etdi; onların sırasında gənc rus səlahiyyətliləri Karabağ aygırlarının arxasına keçdi “1. (“Armeni, georgiani, circassi, persiani si accalcavano su una piazza dalla pianta irregolare; in mezzo a loro si aggiravano giovani funzionari russi in groppa a stalloni del Karabach”). Diqqət edilərsə burada müxtəlif millətlərin adı kimi Qarabağdan gəlmiş Azərbaycanlıların adı yazılmamışdır, əksinə müəyyənlik kəsb etməyən Karabağ aygırları sözü yazılmışdır. Bu atlara aid ifadə olsa belə onları sürənlər də bir millətdir və bu sözsüz olaraq Azərbaycanlılardır. Digər tərəfdən məgər bütün adı çəkilən millətlər atsız olmuşlar və ya Qarabağ ayğırları adamsız olmuşdur?!.http://­philos­ophy.e­du.az/­index.­php?n­ewsid=296;file­://­­/C:/Users/­user/Down­loads­/Bey­n­lxalq-elmi-konfransn-toplusu­%20(1)­.pdf­

Beləliklə, bu məqaləni oxuduqca A. Ferrarinin öz erməni tədqiaqatlarının bir parçasını kosmetik redaktə ilə hazırladığı aydın hiss olunur.

— “Aldo Ferrari, bizə tərəf işləyəcəkmiş!”… Doğurdanmı yuxarıda adları sadalanan, misallar gətirdiyimiz, hələ 2018-ci ildə yazılmış, necə deyərlər, mürəkkəbi qurumamış erməni mövqeli əsərlərin müəllifini dəyişə biləcəklərini düşünürlər?! Bəs nə vasitə ilə?! Budur 2018-ci il, üstəlik Bakıda məruzə edir və “dəyişmədiyi, dəyişməyəcəyi” də göz önündə!..

Bir də bizdə qızıl kimi dəyərli, mənalı  atalar  sözləri, misallar var.

 … “Quyuya su tökməklə quyu sulu olmaz! Yaxud “Qarı düşmən dost olmaz!”! Bəli, beləcə, gözləməyin! Aldo Ferrarinin 58 yaşdan sonra yazdığı erməni külliyyatını tarixdən siləcəyinə nə inanın, nə ümidlənin!  “Dəvənin boynu düzələndə Ferrari də düzələr”.

Hələ bu məsəlimizdən ucalan mənalar  var …

“Əkil Bəkil quş idi.

Divara qonmuş idi.

Getdim onu tutmağa,

o məni tutmuş idi” …

Bəli, bilmək olmaz kim kimi tutub, tutur… Kim kimi ələ alır… Kim kimin xeyrinə yazır, yazacaq?! Nəhayət  bilmək olmaz, kim kimi dəyişdirir, dəyişdirəcək…

Bu da maraqlıdır ki, görəsən Aldo Ferrari bu dayaz, saxta əməkdaşlıq üçün ölkəmizə gələndə haralara baş vurur?.. Yeni erməni abidələri axtarır, ya daha başqa xainlikləri düşünür?! Bu 5 ildə bir cümlə Azərbaycan həqiqətlərindən yazmayan Aldo Ferrari əksinə Əkrəm Əylisli məsələsindən hayqıqır, aprel döyüşlərini tənqid edir, Azərbaycanı hüquqi və mənəvi müqəddəs torpaqlarını işğal etmiş ermənilər üzərinə hücum edib ikicə kəndini onlarla şəhidinin qanı bahasına azad ediyini belə çox görür əməkdaşlıq etdiyi alimlərin mənsub olduğu xalqa! Azərbaycanı atəşkəsi pozduğuna görə hədələyir, Türkiyədə gizli ermənilərin adlarını, əsərlərini şəstlə təqdim edir…

Əcaba  bəlkə o özü də elə həmin gizli ermənilərdəndir  niyə ona,  “day-day” deyirsiz axı? İldə bir neçə dəfə  elmi-intellekt cəhətdən A.Ferrarinin bir dəqiqəyə susdura biləcəyi adamlar yığışıb gedir İtaliyaya. Adını konfrans, seminar deyib, hansı daşı, hansı dağın üstünə qoyurlar bəlli deyil. Sonra onlar yığışıb gəlirlər. Adını yenə konfrans qoyub, multikultualizmə nə gün ağlayırlar, naməlum.  Əsas da buyurun, açın baxın internet saytlarına…. Hansı ilə maraqlanırsan “Bu səhifə mövcud deyil!” MƏLUMATI ÇIXIR…Elə “srağıgün”-fevralda –Xocalı soyqırımımız günlərində “qrup” yığışıb gedib Avropaya- Fransaya –konfrans-seminara… Hətta institut saytında Fransada Xocalı soyqırımımızdan da çıxışlar edildiyi göstərilir. Amma fransızların saytında bu tədbirin səhifəsi açılmır… Həm də konfrans, konfransdı, seminar-seminar… Seminara da o miqdarda  dövlət vəsaiti… ?! Hələ ölkə elmini mənəvi  baxımdan təmsil etmək məsuliyyəti var. Məgər kimi oldu xaricə, avropa alimlərinin önünə alim kimi çıxarmaq olar?! Bəli, hər adamın alim adı ilə xaricə konfrans, seminara getməsi kimi elə tanımadan, oxumadan, mövqeyini, amalını, məqsədini bilmədən Aldo Ferrarilərlə əməkdaşlıq etmək də ciddi narahatçılıq doğuran məsələdir.

Bu xalqımıza, torpaqlarına həsrət həmvətənlərimizə, şəhidlərimizin əziz ruhuna, elmi inkişaf etdirmək məqsədli almlərə hörmətsizlikdir. Bundan başqa  A. Ferrari ilə əməkdaşlıq – onu qəbul etmək deməkdir ki, belədə axı onun bütün külliyyatı Azərbaycan  tarixçilərinin, elə başda görkəmli alim, akademik Ramiz Mehdiyevin  əsərlərində sübut etdikləri ilə daban-dabana ziddir. Fikrimcə, xalqımızın tarixini ciddi arqumentlər, dərin elmi-obyektiv dəlillərlə sübuta yetirmiş akademik Ramiz Mehdiyevin əsərlərini – alim mövqeyini  qəbul edən, hər halda bunu təcəssüm etdirən bizimkilər A.Ferrari ilə qətiyyən əməkdaşlıq etməməlidirlər.   Multikulturalizm adı ilə başlayan bu əməkdaşlığın formal xarakteri Ferrarinin multikulturalizm məsələsi haqqında yenə ermənilərin xeyrinə  çıxışlar  etməsindən də bəllidir. Buyurun tanış olun: A.Ferrarinin İtaliya Erməni tədqiqatları Assosiasiyasının təşkil etdiyi qondarma erməni genosidi tədbirlərində “bizimlə” əməkdaşlıq edən böyük ehtimallarla “bu gizli erməninin” mövzuları: 1. 21-22 fevral, 2019-cu il Beynəlxalq Konfrans. “Erməni incəsənəti. Mürəkkəb tarix və yeni perspektivlər”; 2. “Anu. Multikultural şəhərdirmi? Nikolay Marr  və qədim erməni paytaxtının yenidən açılışı”.(11 aprel 2019-cu il., saat 15.45. http://www.italiarmenia.it/sito/).

Ümumiyyətlə, Multikulturalizm adından istifadə etməklə şəxsi maraqlara xidmət etmək yolverilməzdir. Hələ üstəlik institutda qanuni, rəsmi “Multikulturalizm və Tolerantlıq fəlsəfəsi” şöbəsi  olduğu halda sahə üzrə olmayan bir qrup adam Aldo Ferrari kimi bizim dövlətə, xalqa zidd mövqeli  adamlarla onları öyrənmədən, tanımadan əməkdaşlıq edir ki, bu Azərbaycanın daxili və xarici siyasətinə, Azərbaycan elminə, ölkədə sistemli inkişaf xətti tutmuş multikulturalizm siyasətinə heç bir nüfuz gətirmir, əksinə tarixə qara ləkələr kimi daxil olur.

Aldo Ferrari daha nələr yazmalı, nə çıxışlar etməli, öz lobbiçiliyi ilə nə işlər görməlidir ki…

“Bizimkilər” ürəklərinə toxdaqlıq verərək, ya bütünlüklə perspektivsiz əməkdaşlıqlarına haqq qazandırmaq, hərəkətlərini ört-basdırmaq istəyərək hələlik bir azacıq  diqqət yetirib peşəsini, mövqeyini, şəxsiyyətini, əsas da bizim dövlətə, bizim xalqa, millətə münasibətini müəyyən etdiyimiz Aldo Ferrarinin “düzələcəyini” düşünür, onun dövlətimizin, milli siyasətimizin ziddinə olan mövqeyindən geri çəkiləcəyinə ümid edirlərsə, böyük fiasko!… Ferrari – onun özü kimi yanaşma aparsaq  bəlkə də  bu “gizli” erməni  heç vaxt dəyişə bilməz! Dəyişməz ümumiyyələ, onu Zöhrə Əliyeva və onun qrupunda olan ən güclü bir tək alim İlham Məmmədzadə də dəyişə bilməz!  Azərbaycanın bütün tarixçiləri, politoloqları onun cavabını elmi surətdə verə bilərlər! Ancaq onlar da onu dəyişə bilməzlər! O artıq öz sözünü deyib, onu geri qaytarmaq mümkünsüzdür. Bir də niyə də dəyişsin?! Onun bizim qarşımızda belə bir öhdəliyi yoxdur ki…

Haşiyə çıxaraq bir detalı da burada qeyd etmək istəyirəm. Bu AMEA Rəyasət Heyətinin 2017-ci ildə İtaliyanın Elmi Tədqiqatlar Bürosu ilə birgə Qrant layihəsi ilə bağlıdır. Beləki, mən də həmin Layihədə iştirak etmək üçün ərizə vermişdim. Mövzum “Tarixi abidələr, qayaüstü petroqliflər, folklor, xalq yaradıcılığı və digər milli-mənəvi qaynaqlarda “dialoq – multikulturalizm fəlsəfəsi” idi. Şərtə görə İtaliyadan ortaqlar tamaq lazımdı. Layihənin üzvü olan professor İlham Məmmədzadə  Aldo Ferrari ilə(mən o vaxt tanımırdım Aldo Ferrarini- iki aydı maraqlanıb, oxuyuram…) yazışdı. O, bizi tam arxayın etdi ki, “bizim İtaliya tərəfdən ortağımız olmağa razıdırlar və bu məsələni çalışdığı fakültədə müzakirə edib, rəsmiləşdiriblər”. Mən də başqa ortaqlar axtarmadım. Nəticələr açıqlandıqda isə məlum oldu ki, Aldo Ferrari rəsmi məktubu İETB-na heç təqdim etməyib. Bu bir! İkincisi, professor İlham Məmmədzadə “niyə belə olduğunu”- ondan soruşduqda o cavab  yazdı ki, “biz axı arxeoloq deyilik…”.  İndi, artıq onu tanıdıqdan sonrakı “ağlımla” düşünürəm ki, A.Ferrari Layihənin ümumi adını oxuyub rəsmiləşdirdikdən sonra görünür ki,   mətnə göz gəzdirmiş və  burada bir istiqamət – “Azərbaycan Qobustan qayaüstü abidələrində qədim türk ailəsinin dialoq təfəkkürü” poliolit dövrü  və “türk” məsələsi onun erməni mövqeyinə heç uyğun gəlmədiyi üçün bizimlə əməkdaşlıqdan imtina etmişdir… Bundan başqa indi onun əsərləri ilə tanış oluram, xalis tarixi mövzuda əsərlərdir.  Belədə məgər o mənəvi abidələr, arxeoloji tədqiqatlar, fəlsəfi antropologiyadan xəbərsizdir?! Hələ üstəlik Türkiyə və Azərbaycanda abidələrə səyahət edib dağları, qayaları “qazmır”?!..

Buyurun bu da onun ən xırda addım da belə  erməni tədqiqatçısı dəyişməzliyinə tutarlı misal !..

Ancaq dəyişərsə, Ferrari Fərari olar!  Fərarinin isə o cəbhədə də, bu cəbhədə də üzü qara olar! Hələ öz cəbhəsi məhv edər onu! Yəni boş yerə ümidlənməyin!..

Heç məsələ onun dəyişməsində  də deyil ! Əsas o, hələ rəsmən  İtalyan ola-ola peşə sahəsi –ermənişünaslığa necə şüuru, qəlbi ilə  sədaqətlidir, bzimkilər də öz dövlətlərinin mövqelyində olmalı, öz vətənlərini, Müstəqil Azərbaycan Respublikasının vətəndaşı olduqlarını, 25 faiz vətən torpaqlarımızın işğalçı ermənilərin ayaqları altında qaldığını, yüzlərlə şəhidimizin, qazimizin, qaçqın, didərginimizin, Xocalı kimi baisi ermənilər olan soyqırım – sağalmaz yaramızın olduğunu unutmamaları, “ Ferrarilərə  işlərinin – (Avropaya səfərlər etmək) xətrinə dayı” deməməlidirlər!  Bundan başqa Fəlsəfə institutu əməkdaşlıq üçün tarixçilər deyil,  filosoflar “axtarib tapmalıdır”. Hazırda isə Zöhrə Əliyeva səfirliklər vasitəsi ilə ƏMƏKDAŞLIQLARA nail olur ki, əslində elmi əməkdaşlıqlar sahə üzrə məqsəd və vəzifələrin aydın əks olunduğu rəsmi Anlaşma Memorandumları kimi hüquqi sənəd əsasında  reallaşmalıdır.

       … Məlumatıma görə Aldo Ferrari Zöhrə Əliyevanın təqdimatı ilə 02-03  may tarixlərində Bakıda keçiriləcək V  Ümumdünya Mədəniyyətlərarası Dialoq Fo­ru­mu­na dəvətlidir.

        Əgər bu məlumat doğrudursa qəribə deyilmi, bu erməni tarixçisi niyə gəlir bizə? Daha dəqiq desəm, hansı üzlə gəlir bizim ölkəyə?! Başqa tərəfdən sual yaranır, o, onlarla dövlətdən  olan yüzlərlə qonaq ilə bizim tarixi yurd-yuvamız – müqəddəs torpaqlarımızı  ermənilərin işğal  etməsindən danışacaq, yoxsa yenə  ermənilərin  qondarma “əbədi məskənlərindən”, saxta erməni genosidindən danışacaq? Bəlkə fürsətdən istifadə edib əlinə mikrafon keçirib, lap elə yerindən qalxıb torpaqlar ermənilərdə, Sülhdən,  Dialoqun labüdlüyündən söz açacaq?! Yeri gəlmişkən, o, 24 aprel – ermənilərin qondarma Genosid hay-həşirindən düz bir həftə sonra “genosidçilər” hesab etdiyi xalqın görüşünə hansı əhval-ruhiyyə ilə gələcək?!

 Heç onu demirəm ki, hətta beləsindən həqiqi və mənəvi təxribat, terror da gözləmək olar…

       Bu ilin yanvar ayının 19-da İtaliyada Aldo Ferrarinin iştirakı ilə “Yerevandan məktub”( Presentazione del libro “Lettere da Yerevan” 19 gennaio 2019 con Giorgio Macor, Pietro Kuciukian e Aldo Ferrari) kitabının təqdimatı olub. Bu kitabda 3 yarımfəsil  1988-ci il Sumqayıt hadisələrinə həsr olunub ki, bunlarda və ümumiyyətlə bütün kitabdakı materiallarda Azərbaycanlılar və Türklər vəhşi,  qatil xalq-millət kimi dünyaya təqdim olunublar.  Göründüyü kimi bizimkilərin əməkdaşlıq etdiyi A.Ferrari bu “təqdimatın” birbaşa tərəfdarıdır (https://it.gariwo. net/archivio-documenti/­turchiaeuro­page­noci­di­o-armeno/) .

… Bu günlərdə Aldo Ferrari öz ölkəsində ciddi məşğuldur. Onun başı rəhbəri olduğu assosasiyanın  QONDARMA erməni genosidi gününə həsr olunmuş, 16 martdan 16 may tarixinə kimi davam edəcək tədbirlər planının həyata keçirilməsinə (koordinatordur) qarışıqdır.

Məqamı olduğu üçün qeyd edim ki, bu günlər bütün dünyada onun da böyük dəstəyi ilə keçirilən qondarma erməni genosidi tədbirləri qardaş Türkiyəmizə də yol alıb… Medya səhifələrində rastlaşdığım bir məlumatda  türkiyəli professor İbrahim Öztek bunu bildirib: “İmperalist dövlətlərin ərköyün xidmətçiləri olan ermənilər, hər il olduğu kimi, 24 aprel 2019-cu il tarixi üçün də bütün dünyada qondarma erməni soyqırımı mövzusunda hazırlıqlarını davam etdirməkdədir. O gün İstanbula da gələcəklər, Taksimdə, Bəyoğluda, Heydərpaşada şamlar yandıracaqlar, şəkillər asacaqlar, “türklər bir milyon yarım ermənini yox etdi” deyəcəklər, hər cür təhqiri gözümüzün içinə baxa-baxa edəcəklər. Bəlkə İstanbulda özlərinə yüksək səviyyəli işbirlikçiləri də tapacaqlar. Sonra da qollarını yelləyə-yelləyə gəldikləri kimi gedəcəklər. Bu insanların kimliyi və məqsədi aydındır, onlar bizim sərhədlərimizdən içəri buraxılmamalıdır”. https://­axar.az­/news/­toplum­/­36­63­6­8­.html.

Diqqət edin! Türkiyəli alim açıq bildirir: “Bu insanların kimliyi və məqsədi aydındır, onlar bizim sərhədlərimizdən içəri buraxılmamalıdır”.

      Yoxsa Aldo Ferrarinin kimliyi və məqsədi aydın deyil?!

       Bəs Zöhrə Əliyeva onu niyə ölkəmizə dəvət edir?!

       Zöhrə Əliyeva onunla əməkdaşlıqda niyə israrlıdır!?

      … Aldo Ferrari daha nələr yazmalı, nə çıxışlar etməli, öz lobbiçiliyi ilə nə işlər görməlidir ki, ona bizimkilər inanmasınlar! Onunla əməkdaşlıq etməsinlər?! Məntiq var! Ermənilər onillər boyu yetşdirdikləri tərəfdaşlarının əbədi düşmən hesab etdikləri Azərbaycanlılarla-Türklərlə 5 il ərzində əməkdaşlıq etdiyini yoxsa bilmirlər?! Belədə bəlkə onlara bu əməkdaşlıq maraqlı olduğu üçün davam etməsinə qarşı çıxmırlar?!..

Çox xarakterik bir məsələni də bu məqamda yada salmaq istəyirəm. Belə ki, bir neçə il əvvəl müğənni Aygün Kazımovanın adı ermənilərlə iş birliyində hallandı. Məlum oldu ki, Gürcüstanlı erməni əsilli Ramozzo Romani müğənniyə stilist xidməti  göstərib… Hava Limanından da geri qaytarmışdılar   o    s t i l i s t i …  Mətbuat   az qala müğənnini xalq düşməninə çevirmişdi… Ramozzo Romani  də erməni ad-soyadı deyil.  Peşəsi də tarixçi,  erməni patriotu deyil, müğənnilərin səhnə bəzəyi işlərini həll edən Stilistdir!   Elə burdaca erməni tarixçisi, bütün şüur varlığı ilə ermənilərə xidmət edən İtalyan Aldo Ferrari ilə adi stilistin təhlükəlilik dərəcəsininin eyni olmadığını diqqətə çatdırmaq is­tə­yi­rəm.  İndi müqayisə edin …  Sitilistlə əməkdaşlıq  təhlükəlidir, erməni tarixçisi, təd­qi­qat­çı­sı ilə   əməkdaşlığa YAŞIL  İŞIQ və onu  Zöhrə  Əliyeva  dövlətin ən mötəbər tədbiri —  02-03  may tarixlərində Bakıda keçiriləcək V  Ümumdünya Mədəniyyətlərarası Dialoq Fo­ru­mu­na dəvət edir.  Kaş bu məlumat yalan olaydı…  

       “Aldo Ferrari kimdir və onu dəyişmək mümkündürmü” tədqiqat yazımı yekunlaşdırarkən təhlil- qiymətləndirməmi oxuyub,  AMEA-nı, Fəlsəfə institutunu, həmkarlarını tənqid etdi, deyib narazı olacaq şəxslərə Sözüm budur: Bir anlıq Aprel şəhidlərimizin və bütün vətən şəhidlərinin analarının, balalarının, bacılarının və onlara yanan vətəndaşlarımızın acısını hiss etsinlər! İşğal altında inildəyən torpaq­ları­mı­zı­ düşünsünlər! Həm də Aldo Ferrarinin heç çox uzağa getməyək elə bu aprel günlərində İtaliyada qondarma  erməni genosidi adı ilə Türk millətini, Azərbaycan xalqını necə vandal, qatil adlandıranlarla dolu bütün tədbirlərin təşkilatçı-koordinatoru olduğunu, əleyhimizə  olan məruzələrlə şıdırğı çıxışlar etdiyini düşünsünlər. Onda A.Ferrarilərlə əməkdaşlıq etməyin də, onları tənqid etməyin də nə demək olduğunu anlayarlar” !..

Beləliklə, erməni tədqiqatçısı, erməni lobbiçisi Aldo Ferrari və tərəfdaşların hər birinin əsərlərini oxumadan, mövqelərini, missiyalarını öyrənmədən, xilqətlərinə, xislətlərinə bələd olmadan və həm də “Multikulturalizm” adından sui-istifadə etməklə əməkdaşlıq edənlər məsuliyyət hissini yaddan çıxarmamalıdırlar.

P.S . Müqəddəs dinimizin elçisi, Məhəmməd peyğəmbər(s.s.) buyurub: “Alimin qələminin mürəkkəbi min şəhidin qanına bərabərdir”. Çalışaq bu ali buyuruğa- torpaqlarımız uğrunda şəhid olmuş, qazi olmuş həmvətənlərimizə xatir Sadiq və Layiq olaq!


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam