Redaktor seçimi
Ucuz enerji və spirtli içkiləri, sürətli qazanc... - “Avrora Qrup” bazarımıza nəyi gətirir? -
“ƏLİLLƏR evi”nin KANALİZASİYASI, PANDUSU, 36 sotluq kompleksi “dövlət  sifarişi” ilə “yeyilib” -
“Seçilmişlərə” qrant, qalanlarına qadağa: QHT-lərə Dövlət Dəstəyi Agentliyində qaydasız oyunun arxitekturası -
Hüseynovların qohumu olan Rəşad Zeynalovla bağlı ŞOK İDDİALAR:
“Sumqayıt Hospital”da xəstə ƏHLİ aMANsız durumda – Akademik-deputatın adı hallanır /
90 dəqiqəlik “qrant möcüzəsi”: 602 layihə, 300 qalib və görünməmiş operativlik -
Aygün Əliyevanın “Üfüq”də görünən vəkilliyi - Adı başqa, içi başqa QHT layihələri/
Gəncə Dövlət Universiteti şəxsi maraqların girovunda -
Günün xəbəri

"Atlas Medical Center"də qanunsuzluq:İxtisasa uyğun olmayan fəaliyyət, səhv müalicə...

«Atlas Medical Center»də külli miqdarda vəsait vergidən yayındırılır - Audio
"Atlas Medical Center"də Səhiyyə Nazirliyi Analitik Ekspertiza Mərkəzi tərəfindən plandankənar yoxlama aparılıb. 
Yenixeber.org: Məlumata görə, vətəndaşın şikayəti əsasında Şah İsmayıl Xətai prospekti, 37B ünvanında yerləşən "Atlas Medikal" tibb mərkəzində yoxlama həyata keçirilib. 
Belə ki, F.S. adlı şəxs "Atlas Medikal" tibb mərkəzində uroloq-androloq vəzifəsində çalışmış Soltanova soyadlı həkimə müraciət edib. Xəstə iddia edib ki, həmin həkimin yazdığı dərman müalicəsi ona mənfi təsir göstərib. 
Səhiyyə Nazirliyi Analitik Ekspertiza Mərkəzi tərəfindən sözügedən şikayət əsasında "Atlas Medical Center"də aparılan yoxlama zamanı pozuntular aşkarlanıb. Yoxlama zamanı həkimin klinikada ixtisasına uyğun olmayan "uroloji" ixtisas üzrə fəaliyyət göstəridiyi müəyyən olunub. Həmçinin sertifikatsız özəl tibbi praktiki fəaliyyət ilə məşğul olma faktı aşkarlanıb. 
Məhkəminin qərarı ilə "Atlas Medical Center" tibb mərkəzinin rəhbəri İnzibati Xətalar Məcəlləsinin 215.4-cü maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinərək 6.000 manat məbləğində cərimə edilib. 
Qeyd edək ki, nizamnamə kapitalı 10 manat olan "Atlas Medical Center" Məhdud Məsuliyyətli Cəmiyyətinin qanuni təmsilçisi Əliyeva Əsli Əkbər qızıdır. Hazırda klinikanın İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsinə 165137.08 AZN vergi borcu var. MMC-yə operativ vergi nəzarəti üzrə - Əhali ilə pul hesablaşmalarının aparılması qaydalarına riayyət olunması vəziyyəti haqqında AKT-a əsasən, əvvəlcə 1000, sonra 3000 manat maliyyə sanksiyası tətbiq edilib.(Qaynarinfo)

Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam