Redaktor seçimi
SOCAR rəsmisinin gizli eşq macərası Rumıniya mediasında - Ramil Əsədulzadənin şok görüntüləri -
Niyazi Bayramov tikintisi başa çatmış Gəncə İdman Sarayına hələ də pul “yedizdirir” -
AZAL vurduğu ziyanı ödəmək əvəzinə, RF prokurorluğuna haqq ödəyir -
Gəncə Şəhər Birləşmiş Xəstəxanasının analoqsuz tenderləri -
AAYDA-nin zəhəri və zərəri: büdcə talanından ekoloji fəlakətə...-
Müəllim-sahibkardan prezidentə müraciət:
"Bilgəh" Kardioloji Sanatoriyası kütləvi etiraz yaradır -
QHT-lərə Dövlət Dəstəyi Agentliyi dövlət büdcəsini belə talan edir! -
Günün xəbəri

9 saylı türmədə nələr baş verir? -müəmmalı görüş, dustaqlardan etiraz


9 saylı cəzaçəkmə müəssisəsindən neqativ xəbərlər səngimək bilmir. Son zamanlar adı müxtəlif xoşagəlməz məsələlərdə hallanan 9 saylı CÇM-də bu dəfə dustaqlara qarşı növbəti haqsızlığa yol verildiyi barədə məlumatlar daxil olub.

Yenixeber.org: Redaksiyamıza verilən informasiyada iddia olunur ki, sözügedən həbsxanaya gələn komissiyanın qərarı məhkumların etirazlarına səbəb olub. Belə ki, komissiyanın missiyası məhbusları yoxlamaq, onların hansı səviyyədə islah olunduğunu araşdırmaq, həbs dövründə rəftarı, davranışları, qaydalara əməl etməsi və s. bu kimi kriteriyaları dəqiqləşdirməkdir. Sonra bu nəticələr və rəy komissiya tərəfindən təqdim olunur, bununla da məhkumlar arasında vaxtından tez azadlığa buraxılanlar olur. Yəni komissiyanın rəyi önəmlidir və dustaqlarla edilən imtahanın nəticəsində müsbət göstəriciləri olanlar cəzanın yerdə qalan hissəsini çəkmədən azadlığına qovuşa bilir. Əldə etdiyimiz məlumata görə, 9 saylı həbsxanada isə dustaqlar komissiyanın üzünü görmədən əksəriyyəti bu yoxlamalardan "kəsilib". Xəbərdə deyilir ki, 65 məhkumdan 59 nəfərinə mənfi rəy verilib. Halbuki məhbuslar komissiya üzvlərinin üzünü belə görməyiblər. Bildirilir ki, komissiya heyəti 9 saylı CÇM-nin rəisi ilə onun otağında görüşür, danışıqlar aparır və gedir, heç bir məhkumla söhbət olmur. Ona görə də bu haqsız rəy - dustaqları dinləmədən 65 nəfərin 59-nun imtahandan kəsilməsi etirazlara səbəb olub. Məlumata görə, artıq dustaqlar etiraz olaraq aclıq aksiyasına başlamağa hazırlaşır.
Məlumat üçün xatırladaq ki, 9 saylı cəzaçəkmə müəssisəsinin rəisi Rəşad Əhədovdur.(anxeber.az)
İddialarla bağlı tərəflərin mövqeyini işıqlandırmağa hazırıq.


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam