Redaktor seçimi
Sahib Məmmədovun "islahatları" AHİK-nı borca salıb -
Jurnalistika problemi və ya məsələ təkcə qəzetlər deyil -
Vüqar Gülməmmədovun qayınatasının qoçu şirkəti: Olympus Park-a gözün üstdə qaşın var deyən tapılacaqmı? -
“Antikorrupsiya məzunu”nun paradoksu: Yalçın Rəfiyevin ailə şirkətləri dövlət tenderlərini necə qazanır? -
QHT-lərə Dövlət Dəstəyi Agentliyində daha bir MÜƏMMA:
Deputat Şahin İsmayılovu Ramiz Mehdiyevə nələr bağlayır?!: QHT şəbəkəsinin daha bir üzvü ifşa olundu -
Ramiz Mehdiyevin media və QHT sektoruna nüfuzu…-
Hökməlidə hökm sahibi Güləhməd Xəlilovdur(?)! –
Günün xəbəri

“Asiya baharı” Çini qorxudub -Xəqani Cəfərli yazır

Çin Cumhurbaşkanı Xi, Nepal Başbakanı Khadga Prasad Sharma Oli ile görüştü
Nepalın maoçu kommunist baş naziri Khadqa Prasad Şarma Oli Şanxay Əməkdaşlıq Təşkilatı + formatında keçirilən sammitində Si Cinpinin fəxri qonaqlarından idi. Si Cinpinlə birlikdə nahar edərkən Khadqa Prasad Şarma Oli hakimiyyətinin son günlərinin olduğunu təsəvvür edə bilməzdi.
Yenixeber.org: İndoneziyada başlayan və hökumət üzvlərinin istefası ilə nəticələnən etirazlardan qorxan Khadqa Prasad Şarma Oli hökumətinin çox böyük ehtimalla Çinin tövsiyyəsi ilə Facebook, X, Instagram, YouTube, Reddit və LinkedIn kimi sosial şəbəkələri qadağan etməsi hakimiyyətinin sonunu gətirən kütləvi etirazları tətiklədi. Küçələrə çıxan Z nəsli Khadqa Prasad Şarma Oliin kommunist hökumətini qısa zamanda devirdi. Hökumətin belə sürətli, qısa zamanda devrilməsi tarixdə çox az olub.
İndoneziyanın ardınca Nepalda da hakimiyyət əleyhinə çıxışlar Çini qorxudub. Pekinin kommunist hökuməti İndoneziyada başlayan, Nepalda qələbə qazanan “Asiya baharı”nın Çinin təsir dairəsini bürüyəcəyini, hətta Çinin özünü də sirkələyəcəyindən qorxur.
Çində kommunist rejimi olsa da Sovet İttifaqından çox fərqli bir cəmiyyət formalaşıb. Ölkədə 250 milyon ali və orta ixtisas təhsilli təbəqə var. Əksəriyyəti gənclər olan bu təhsilli təbəqə səfilliyin tuğyan etdiyi represiv Mao dövrünə qayıtmaq istəmirlər. Onlar Qərbdəki təhsilli insanlar kimi yaxşı yaşamaq istəyirlər. Buna görə də Si Cinpin hökuməti “Asiya baharı”nın təsiri ilə Çində də gənclərin etirazlarının baş qaldıracağından qorxuya düşüb.
“Asiya baharı” Çində Si Cinpinin avtoritar hakimiyyətinin məhdudlaşdırılması, Den Syaopinin dövründə olduğu kimi kollektiv idarəçilik sisteminə qayıdış cəhdlərini sürətləndirə bilər.

Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam