Redaktor seçimi
AzTU-nun rektoru Vilayət Vəliyev "bazarkom" kimi -
Kosmetoloq İradə Məmmədovadan YENİ XƏBƏR:
Avrasiya Hospitalında həkimlər ölüm faktını gizlədib?! - müəmmalı 3000 manat, liftin qırılması və ...+
Dövlət Şəhərsalma və Arxitektura Komitəsində ŞOK KORRUPSİYA:
Yardımlının “mer”i dövlət büdcəsini yardım fondu bilir –
Əziz Əzizov dövlətin pulun belə “ƏZİZləyir” – 
Dördmərtəbəli evin beşinci mərtəbəsi –  Elşad Həsənov "romantikası"nın səbəbi nə? /  
Gəncə Şəhər Birləşmiş Xəstəxanasının "ŞOK" yaradan tenderləri…-
Günün xəbəri

"Çin lideri Baydenə dərs keçməyə çalışıb" -"ABŞ və NATO üçün geriyə dönüş mümkün deyil..."

ABŞ prezidenti Co Baydenin martın 18-də Çin lideri Si Tsinpinlə videoformat çərçivəsində telefonla danışığı diqqət mərkəzindədir. Danışığın təşəbbüskarı Ağ Ev sahibi olub.

Yenixeber.org: Politoloq Elxan Şahinoğlu bildirir ki, Baydenin məqsədi Çin liderini Ukraynada işğalçı müharibə aparan Rusiyaya dəstəkdən çəkindirmək idi:

"Bununla belə Çin liderinin də ABŞ prezidentinə deyəcəyi fikirlər var idi:

 

Birincisi, Si Tsinpin deyib ki, ABŞ-la Çin dünyada sabitlik və barış üçün birgə məsuliyyət daşımalıdırlar. Bu zaman Çin lideri Rusiyanın adını çəkməyib. Bu Çin liderinin Moskvaya mesajıdır. İqtisadi baxımdan ABŞ və Çin dünyanın iki aparıcı dövlətidir. Rusiya geosiyasi və hərbi ambisiyalarına baxmayaraq, iqtisadi göstəricilərinə görə siyahıda geridədir.

 

İkincisi, Si Tsinpin iki böyük dövlət – ABŞ-la Çin arasındakı münasibətlərin normal olmadığını Baydenin diqqətinə çatdırıb.

Çin liderinin sözlərinə görə, bu münasibətlər keçmiş prezident Donald Trampın vaxtında pozulub. Bayden Trampın rəqibi və kəskin tənqidçisi olsa da, faktiki sələfinin Çinlə bağlı xarici siyasətini davam etdirir ki, bu Pekinin narazılığına səbəb olub. Bunun səbəbi var. Çinin artan hərbi gücü və Tayvanı ələ keçirmək istəyi Vaşinqtonu ciddi narahat edir. Ona görə də Si Tsinpinin arzusuna baxmayaraq, yaxın illərdə iki ölkə arasında münasibətlərin normallaşacağını gözləmək çətindir.

 

Üçüncüsü, Si Tispin Ukrayna böhranın həlli üçün çıxış yolu göstərib: “ABŞ və NATO Rusiyanın təhlükəsizlik narahatlıqlarını ortadan qaldırmaq üçün Moskva ilə dialoq qurmalıdır”.

Bununla Çin lideri Ukrayna böhranını Rusiyanın beynəlxalq təhlükəsizlik sistemindən kənarda qalmasıyla izah edib".

 

Politoloq belə nəticəyə gəlib ki, Çin lideri telefon söhbətində Baydenə dərs keçməyə çalışıb.

"Ancaq Vaşinqton üçün bunun mənası yoxdur. ABŞ və NATO üçün geriyə dönüş mümkün deyil. Rusiya qırmızı çizgiləri aşıb və Ukraynada işğalçı müharibədən sonra Qərb Rusiyanın hazırki hakimiyyəti ilə birgə ortaq təhlükəsizlik sistemi formalaşdırmayacaq",- Elxan Şahinoğlu vurğulayıb."Azpolitika"


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam