Redaktor seçimi
“ƏLİLLƏR evi”nin KANALİZASİYASI, PANDUSU, 36 sotluq kompleksi “dövlət  sifarişi” ilə “yeyilib” -
“Seçilmişlərə” qrant, qalanlarına qadağa: QHT-lərə Dövlət Dəstəyi Agentliyində qaydasız oyunun arxitekturası -
Hüseynovların qohumu olan Rəşad Zeynalovla bağlı ŞOK İDDİALAR:
“Sumqayıt Hospital”da xəstə ƏHLİ aMANsız durumda – Akademik-deputatın adı hallanır /
90 dəqiqəlik “qrant möcüzəsi”: 602 layihə, 300 qalib və görünməmiş operativlik -
Aygün Əliyevanın “Üfüq”də görünən vəkilliyi - Adı başqa, içi başqa QHT layihələri/
Gəncə Dövlət Universiteti şəxsi maraqların girovunda -
Hüseynovların qohumu olan Rəşad Zeynalovla bağlı ŞOK İDDİALAR:
Günün xəbəri

Putin Baydeni canlı yayımda debata çağırdı-"...maraqlı olacaq”-YENİLƏNDİ

                     Rusiya Prezidenti Vladimir Putin amerikalı həmkarı Co Baydeni debata dəvət edib.
 Yenixeber.org: Bu barədə Putin “Rossiya 24” telekanalının efirində deyib.

“İndicə bu barədə düşündüm. Keçən dəfə telefon danışığı ilə bağlı təşəbbüs prezident Baydendən gəldi. Prezident Baydeni müzakirəmizi davam etdirməyə dəvət etmək istəyirəm. Ancaq bunu birbaşa efirdə həyata keçirək. Bu, Rusiya və ABŞ xalqı, eləcə də digər ölkələr üçün maraqlı olacaq”, - deyə Putin bildirib.

Rusiya lideri cümə və bazar ertəsi Baydenlə müzakirələrə hazır olduğunu bəyan edib.
                                    ***
Ağ Ev Rusiya prezidenti Vladimir Putinin ABŞ rəhbəri Co Baydenlə debat təklifinə münasibət bildirib.
ABŞ administrasiyası Baydenin məşğul olduğunu açıqlayıb.

“Hələ heç nə demək olmaz. Sabah prezident məşğuldur”, - deyə Ağ Evdən Rusiyaya cavab olaraq bildirilib.

Ağ evin mətbuat katibi Cen Psaki dövlət başçılarının gələcək danışıqları barədə məlumatlı olmadığını qeyd edib. O, eyni zamanı Rusiya rəhbərliyi ilə əlaqələrin davam etdiyini vurğulayıb.

"Əgər biz bununla bağlı fikrimizi dəyişsək, mən sizə bildirəcəyəm", - Psaki Baydenin Rusiya liderinin debat təklifini qəbul edəcəyi barədə suala cavabında deyib.

Qeyd edək ki, Rusiya Prezidenti Vladimir Putin amerikalı həmkarı Co Baydeni canlı yayımda debata dəvət edib. Rusiya lideri cümə və bazar ertəsi Baydenlə müzakirələrə hazır olduğunu söyləyib.

Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam