Redaktor seçimi
“Karqo Şamil”in görünməyən üzü…
QHT Agentliyinin “Məlahətli Ana” seçimi -
Fuad Nəcəfli və Samiq Sadıxov cütlüyünün görünməyən əməlləri -
111№-li məktəbin 1№-li problemi:
Məmur QHT-si, dövlət qrantı və korrupsiya: Agentlik kimi qoruyur?-
Anar Əlizadə-Mübariz Mənsimov qarşıdurması yenidən başladı: 
QHT-lərə Dövlət Dəstəyi Agentliyi dövlət büdcəsini kofe aparatlarında "əridir" -
Qrant layihələri vaxtı bitən kampaniyalar kimi...-
Günün xəbəri

Baydenin İlham Əliyevə göndərdiyi bayram məktubunun gizlinləri-ŞƏRH

 

 “ABŞ prezidenti Co Baydenin Novruz bayramı münasibətilə Azərbaycan prezidenti İlham Əliyevə göndərdiyi məktub 4 mesajdan ibarətdir”.

Yenixeber.org: Bu sözləri politoloq Elxan Şahinoğlu bildirib.

Onun sözlərinə görə, Bayden administrasiyası rəsmi Bakı ilə əməkdaşlıqda maraqlıdır:

“Bayden məktubun birinci hissəsində administrasiyasının təhlükəsizliklə bağlı ümumi narahatlıqlar və regional barışıq məsələlərinin həlli istiqamətində Azərbaycanla birgə çalışacağını bildirib. Məktubun ikinci hissəsində Amerikanın ATƏT-in Minsk qrupunun həmsədr ölkəsi kimi Dağlıq Qarabağ münaqişəsinin sülh yolu ilə uzunmüddətli həllinə nail olmaq üçün tərəflərə yardım etməyə, firavan və dinc gələcək naminə Ermənistan və Azərbaycan arasında barışığın təşviq olunmasına sadiq qaldığı vurğulanıb. Məktubun üçüncü hissəsində enerji əməkdaşlığından söz açılıb: “Biz iqtisadiyyatınızın şaxələndirilməsi və Xəzər dənizində enerji imkanlarının inkişafı ilə bağlı səylərinizi dəstəkləyirik”. Co Baydenin məktubda sonuncu mesajı da maraqlıdır: “Amerika Birləşmiş Ştatları iqtisadi əməkdaşlıq üçün yeni imkanları nəzərdən keçirmək arzusundadır”.

Beləliklə, Baydenin İlham Əliyevə yazdığı məktub Ağ Evin əvvəlki sahibi Donald Trampın Bakıya göndərdiyi məktublardan çox da fərqlənmir. Əlbəttə, Baydenin “Qarabağın uzunmüddətli həllindən” danışması xoşumuza gəlməyib. Ancaq Bayden açıq-aşkar münaqişənin həll olunduğunu da vurğulamazdı. Bu halda Bayden münaqişənin Azərbaycanın xeyrinə həll edildiyini etiraf etmiş olardı. Ağ Ev sahibləri bu etirafı dilə gətirməzlər. Buna baxmayaraq, Baydenin enerji əməkdaşlığı və iqtisadiyyatın şaxələndirilməsi barədə dedikləri iki ölkə arasındakı əməkdaşlığın davamı üçün faydalı cümlələrdir”.


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam