Redaktor seçimi
““Qarabağ Oil” zavodunun direktoru Gülpəri Bayramova əməkhaqqımızı vermir” -
Ceyhun Bayramovun və oğlunun yeni biznes layihəsi -
 QHT sektoru mafiya qanunları ilə idarə edilir: Qrantlar kimlərinsə həyat yoldaşları, qızları, gəlinləri, məşuqələrinə ayrılır -
Gəncə Dövlət Universiteti “üfunət qoxuyur”(?)! -
QHT-lərə Dövlət Dəstəyi adı ilə büdcə talançılığı: Korrupsiyanın anatomoyası –
Əli Həsənovun kürəkəninin Avropada biznes şəbəkəsi aşkarlandı -
Biləsuvarda dövlətin pulu könül istəyi ilə xərclənir(?) -
Gəncə Dövlət Universitetində bitməyən "ŞƏNLİK" -
Günün xəbəri

Spiker: Prezident İlham Əliyevin Vaşinqton səfəri tarixi əhəmiyyətə malikdir

 

Prezident İlham Əliyevin Vaşinqton səfəri tarixi əhəmiyyətə malikdir.

Yenixeber.org xəbər verir ki, bunu Milli Məclisin növbədənkənar sessiyası çərçivəsində keçirilən "Vaşinqton razılaşmaları: sülh diplomatiyasının və müdrik liderliyin təntənəsi" mövzusunda xüsusi iclasda sədr Sahibə Qafarova deyib.“Prezident İlham Əliyev Prezident Donald Trampın dəvəti ilə ABŞ-a səfər edib. Səfər çərçivəsində əldə olunmuş razılaşmalar, keçirilən görüşlərə görə əminliklə deyə bilərik ki, bu səfər tarixi əhəmiyyətə malikdir. Böyük liderləri fərqləndirən ən mühüm xüsusiyyətləri prinsipiallığı, diplomatik məharəti, cəsarətidir. Vaşinqton razılaşmaları da məhz bu kontekstdən qiymətləndirilməlidir!”, - deyə spiker vurğulayıb.

Sahibə Qafarova qeyd edib ki, bu səfər Azərbaycan və ABŞ arasındakı münasibətlərin keyfiyyətcə yeni mərhələyə qədəm qoyması ilə səciyyələndirilməlidir: “Bu məsələdə Prezident Trampın sülhə və əməkdaşlığa əsaslanan mövqeyi də əhəmiyyətli rol oynadı. Vaşinqton razılaşmaları Prezident İlham Əliyevin Vətən müharibəsindən sonra sülh diplomatiyasının məntiqi sonluğa çatdırılması ilə də səciyyələndirilən hadisə oldu. Azərbaycan və Ermənistan arasında sülh sazişinin paraflanması haqq-ədaləti özündə ehtiva edir. Bu hadisə bizim regionumuzda yeni üfüqlər açır. Vaşinqton razılaşmalarının məntiqi davamı olaraq Zəngəzur dəhlizinin reallaşdırılması da tarixi əhəmiyyət daşıyır. Bu dəhliz Avrasiyanın nəqliyyat xəritəsini dəyişir. Zəngəzur dəhlizi Avrasiyanın nəqliyyat xəritəsinə əsaslı yeniliklər gətirəcək. Bu dəhlizin “Tramp marşrutu” adlandırılması da təsadüfi deyil. Cənubi Qafqazda sühün bərqərar olması baxımından Vaşinqton razılaşmaları həlledici məqam oldu”.


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam