Redaktor seçimi
AZAL vurduğu ziyanı ödəmək əvəzinə, RF prokurorluğuna haqq ödəyir -
Gəncə Şəhər Birləşmiş Xəstəxanasının analoqsuz tenderləri -
AAYDA-nin zəhəri və zərəri: büdcə talanından ekoloji fəlakətə...-
Müəllim-sahibkardan prezidentə müraciət:
"Bilgəh" Kardioloji Sanatoriyası kütləvi etiraz yaradır -
QHT-lərə Dövlət Dəstəyi Agentliyi dövlət büdcəsini belə talan edir! -
Əziz Quliyev İmişlidə azyaşlıları maşınla vurmasını ört-basdır etməyə çalışır -
Yaşam Klinikasında Məhəmməd Mehdi Aslaninin yaşatmaq vədləri:
Günün xəbəri

Bakı metrosunda üztanıma ilə ödəniş sisteminin tətbiqinə hazırlıq gedir

 

Bakı Metropolitenində üztanıma texnologiyası ilə gedişhaqqı ödəniş sisteminin tətbiqinə dair danışıqlar aparılır.

Yenixeber.org xəbər verir ki, bu barədə Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyinə məxsus "AzInTelecom" MMC-nin kommersiya departamentinin direktoru Fərrux Fərəcullayev şirkətin media nümayəndələri üçün keçirdiyi təlimdə bildirib.

Onun sözlərinə görə, hazırda "Azərbaycan Dəmir Yolları" QSC ilə birgə üztanıma texnologiyasından istifadə edərək ödəniş sisteminin inteqrasiyasına başlanılıb.

F.Fərəcullayev bildirib ki, paralel olaraq Bakı metrosunda oxşar mexanizmin tətbiqi imkanları müzakirə olunur: "Belə bir sistemin yerüstü nəqliyyatda - avtobuslarda tətbiqi hava şəraiti, işıqlandırma, kameraların keyfiyyəti və digər texniki amillər kimi bir sıra çətinliklərlə bağlıdır. Buna görə də əvvəlcə sınaqlar keçirmək lazımdır, bundan sonra yekun qərar qəbul etmək mümkün olacaq".


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam