Redaktor seçimi
“ƏLİLLƏR evi”nin KANALİZASİYASI, PANDUSU, 36 sotluq kompleksi “dövlət  sifarişi” ilə “yeyilib” -
“Seçilmişlərə” qrant, qalanlarına qadağa: QHT-lərə Dövlət Dəstəyi Agentliyində qaydasız oyunun arxitekturası -
Hüseynovların qohumu olan Rəşad Zeynalovla bağlı ŞOK İDDİALAR:
“Sumqayıt Hospital”da xəstə ƏHLİ aMANsız durumda – Akademik-deputatın adı hallanır /
90 dəqiqəlik “qrant möcüzəsi”: 602 layihə, 300 qalib və görünməmiş operativlik -
Aygün Əliyevanın “Üfüq”də görünən vəkilliyi - Adı başqa, içi başqa QHT layihələri/
Gəncə Dövlət Universiteti şəxsi maraqların girovunda -
Hüseynovların qohumu olan Rəşad Zeynalovla bağlı ŞOK İDDİALAR:
Günün xəbəri

Baydenin impiçmenti -Nümayəndələr Palatasına təqdim edilib

Baydenin impiçmenti Nümayəndələr Palatasına təqdim edilib
ABŞ Konqresinin Nümayəndələr Palatasına Prezident Cozef Baydenə qarşı impiçment maddələri təqdim edilib.
Yenixeber.org: “The Hill” xəbər verir ki, müvafiq qətnamə layihəsinin müəllifi Nümayəndələr Palatasının üzvü Marcori Teylor Qrindir (Corciya ştatından Respublika partiyasının üzvü).

O, "Twitter” hesabında yazıb ki, Bayden oğlu Hanteri problemdən qurtarmaq və “ailənin ciblərini xarici enerji şirkətlərindən gələn çirkli pullarla doldurmaq üçün hər şey edir.

Konqresmenə görə, Amerika lideri oğluna "ABŞ-ın ən böyük düşmənlərindən - Rusiya və Çindən pul çəkməyə" icazə verərkən səlahiyyətlərindən sui-istifadə edib.

Onun Baydenin impiçmentinə dair qərar layihəsini qanunverici orqana təqdim etmək niyyəti 13 yanvar tarixində məlum olub. Sonra, ittiham olaraq, Baydenin ABŞ-ın vitse-prezidenti kimi "səlahiyyətdən sui-istifadə etməsini" və "Ukrayna əlaqələri"ni xatırladıb.

Lakin impiçment məsələsi respublikaçılar arasında ciddi dəstəyə malik deyil. Buna görə konqresmenlərin bu qətnaməyə baxacaqları məlum deyil.

Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam