Redaktor seçimi
AZAL vurduğu ziyanı ödəmək əvəzinə, RF prokurorluğuna haqq ödəyir -
Gəncə Şəhər Birləşmiş Xəstəxanasının analoqsuz tenderləri -
AAYDA-nin zəhəri və zərəri: büdcə talanından ekoloji fəlakətə...-
Müəllim-sahibkardan prezidentə müraciət:
"Bilgəh" Kardioloji Sanatoriyası kütləvi etiraz yaradır -
QHT-lərə Dövlət Dəstəyi Agentliyi dövlət büdcəsini belə talan edir! -
Əziz Quliyev İmişlidə azyaşlıları maşınla vurmasını ört-basdır etməyə çalışır -
Yaşam Klinikasında Məhəmməd Mehdi Aslaninin yaşatmaq vədləri:
Günün xəbəri

“Azəriqaz”dan Qarabağ qazisinə qarşı növbəti dələduzluq -TƏFSİLAT

Daha 4 dələduzluq faktı üzə çıxdı - “Azəriqaz”

Bakıqazın Nizami idarəsi bina evində YALNIZ qazinin mənzilində nöqsan tapmağa girişib

Yenixeber.org: “Azəriqaz”ın 17 ildir Nizami rayonu, Babək prospekti, 71 saylı binanın yanında 1-ci dərəcəli Qarabağ qazisinə verilən qeyri-yaşayış binasına qaz sayğacı quraşdırmaqdan imtina etməsindən 1 ilə yaxındır Nizami məhkəməsində iddia qaldırılıb. Cavabdeh görəvini icra etmək yerinə, məhkəmə ilə qeyri-prosessual münasibətə girib, işi kommersiya məhkəməsinə göndərdib. Özü də qazi DİN hospitalənda müalicədə olanda. İndi 8 aydır iş üzrə icraat itirilib. PA-ya, MM-ə,  Ali Məhkəməyə, Məhkəmə Hüquq Şurasına ... çoxsaylı şikayətlərdən sonra iş “tapılıb” və kassasiya instansiyası aidiyyatın müəyyən edilməsinə qərar verəcək.

 

Bu arada “Azəriqaz” Fövqəladə Hallar Nazirliyinə də yalan məlumat verib ki, guya əlil qazinin öz hesabına çəkdiyi qaz xətti “insanların həyati təhlükəsizliyini pozur”, pilləkən qəfəsinin çölündən “içinə” keçib. (?) Halbuki həmin qaz xətti yaxındakı yaşayış binalarının qapalı artırmalarının içindən, mənzillərin qapalı hissələrindən çəkilib. Hətta Xətai məhkəməsinin qətnaməsi ilə mənzillərdə qapalı yerdən çəkilən xəttin yerinin qaz idarəsinin hesabına dəyişdirilməsi qət olunsa da, “Azəriqaz” 15 ilə yaxındır məhkəmə qətnaməsini icra etməkdən imtina edir.

Ötən gün Nizami qaz idarəsinin 1-ci dərəcəli Qarabağ qazisinə növbəti dələduzluq faktı üzə çıxıb. Qazinin mənzilinin qapısını zədələyərək, 08.09.2025-ci tarixli bildiriş  (elə  yapışdırılıb ki, qoparmaq olmur, qoparanda qapı zədələnib) 09.09.2025-ci ildə tikinti obyektinə (?-hansına?- M.B.) baxış keçiriləcəyi, tüstü borusunun, qaz xəttinin müayinə ediləcəyi, aşkar edilən nöqsanın istehlakçının vəsaiti (?-M. B.) hesabına aradan qaldırılacağı , tikinti obyektinə buraxılmadıqda qazın verilişinin dayandırılacağı bildirilib. Bəyəm Qarabağ qazisi tikinti oliqarxıdır153 mənzilli yaşayış evlərinin (hələ hərəsi 60-70 mənzilli qonşu evləri demirik) yiyəsidir ki, bütün Nizami rayonunda YALNIZ Qarabağ qazisinin mənzilini “tikinti obyekti” kimi müayinə edib, nöqsan” tapmağa” buraxılmasalar, qazdan məhrum etməklə şantaj edirlər? “Azəriqaz” xidmət qurumudur, yoxsa xidmətdən dələduzluqla, şantajla imtina edən qurum?

Şantajla, dələduzluqla üzləşən, əmlakı zədələnən Qarabağ qazisi öncə hədələyici bildirişdə nömrəsi göstərilən məsul şəxs  Novruzov Muradla (050 7501088) əlaqə qurmaq istəsə də , nömrə yiyəsi zəngi götürməkdən, xidmətdən olduğu kimi, imtina edib. DİN-in 102 xidmətinə zəng Nizami RPİ-nin 23-cü Polis Şöbəsinə yönləndirilib. Zəng edən polis 24-cü şöbəyə bildirəcəyini deyib102 xidmətindən şikayətin nəzarətdə olduğu diqqətə çatdırılıb. 

Xidmətdən dələduzluqla imtina etdiyinə görə məhkəməyə çəkilən “Azəriqaz”ın “məsul şəxsləri”nin , deyəsən, Konstitusiyadan da xəbəri yoxdur. Bilmirlər ki, mənzil toxunulmazdır, məhkəmə qərarı olmadan mənzildə yaşayanların iradəsi əleyhinə heç kəs mənzilə girə bilməz. Qazın verilməsinin dayandırılması şantajı isə cinayət məsuliyyəti yaradır. Artıq polisə cinayət faktından bilgi verilib, qalır prosessual hərəkətlərin edilməsi...

Məğrur Bədəlsoy


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam