Redaktor seçimi
Qazinin Dövlət Qurumunda 3 Aylıq “Əsirlik” Həyatı -
Baba Rzayevin şəxsi maraqları “Lubristar LLC” MMC ilə harada toqquşdu?! -
ADAU-da Zəfər Qurbanovun qiyabiçi rektorluğu... -
"Unibank"ın rəhbəri Eldar Qəribovun Fransadakı izləri...-Oğlu İlkin Qəribli birinci oyundan "əli yaxşı gətirmiş" qumarbazdır/
Suraxanı məmurları Adil Əliyevin adını şəhid ailəsinin torpağını dağıtmaqda hallandırır -
Sərdar Ortac, Mehmet Əli Ərbil və Sahil Babayevin “qumar kontoru” -
Sumqayıt Dövlət Universiteti belə təmir edilir:
Sahil Babayevin "kontor"unda qumar oynanılır?! -
Günün xəbəri

Çin lideri də ömürlük hakimiyyətdə qalacaq -Tsi Tsinpin üçüncü lider kimi tarixə düşmək istəyir

ABŞ prezidenti Co Baydenlə Çin lideri Tsi Tsinpin arasında ötən həftə keçirilən videkonfrans münasibətlərin nisbətən normallaşdırmaq məqsədi daşıyırdı. Vaşinqton və Pekin müharibə istəmirlər. 

Yenixeber.org: Ancaq iki ölkə arasında fikir ayrılıqları o qədər dərinləşib ki, bir videokonfrans vasitəsilə problemlər həll etmək çətin olacaq.

Bu arada, Tsi Tsinpin öz hakimiyyətini gücləndirməklə məşğuldur. Çinin yaxın tarixinin iki böyük lideri var. Bu Mao Tsedun və Den Syaopindir. 

Mao Tsedun Çin Xalq Respublikasının və Çin Kommunist Partiyasının qurucusudur. O həm işğalçı Yaponiya ilə müharibədə, həm də rəqiblər qarşısında qələbə qazanıb.

Den Syapoin isə Çinin iqtisadi inkişafının əsasını qoyanlardandır. Məhz Den Syaopin Çinin siyasi sistemini və Kommunist Partiyasının aparıcı rolunu saxlamaqla bazar iqtisadiyyatına keçidin və rəqabət mühitinin yaradılmasının arxitektoru sayılır.

Tsi Tsinpin Mao Tsedun və Den Syaopindən sonra ölkəsinin üçüncü lideri kimi tarixə düşmək istəyir. Bununla bağlı müvafiq qətnamə də qəbul olunub. Çin Kommunist Partiyasının 11 noyabrda keçiriləni plenumunda müvafiq qətnaməyə səs verilib. Qətnamədə ölkənin keçdiyi tarixi yola qiymət verilməklə yanaşı gələcək inkişafın istiqamətləri müəyyənləşdirilib. Bu cümlələrin yer aldığı qətnamədə Tsi Tsinpinin rolu xüsusi vurğulanıb. 

Mümkündür ki, Kommunist Partiyasının növbəti qurultayında Si Tsinpin yeni müddətə - üçüncü dəfə lider seçilsin. Halbuki, 1980-ci illərdən başlayaraq Çin Kommunist Partiyası daxilində qəbul olunan qaydalara görə liderin iki müddətdən sonra dəyişməsi labüd bilinirdi. Bu müddəanın artıq Tsi Tsinpinə aidiyyatı olmayacaq.

Kommunist Partiyasının rəhbər heyəti Tsi Tsinpinin əldə etdiyi nəticələri yüksək qiymətləndirir. Elə qətnamədə də məhz Tsi Tsinpinin liderliyi əsasında Çinin çiçəklənmə dövrünə qədəm qoyduğu vurğulanıb. İqtisadiyyatda, xarici siyasətdə, ekoloji problemlərin həllində və pandemiya ilə mübarizədə Tsi Tsinpinin xüsusi rolu vurğulanan qətnamədə onun ismi rəsmən Mao Tsedunla və Den Syaopinlə birgə hallanıb. Çin Kommunist Partiyasının 1945-ci il qətnaməsində Mao Tsedunun, 1981-ci ildəki qətnamədə isə Den Syaopinin ismi xüsusi olaraq hallanırdı. 202-ci il qətnaməsi isə Tsi Tsinpinin ismini əbədiləşdirdi.

Tsi Tsinpin bu qətnamə vasitəsilə hakimiyyətini və avtoritar idarəetməni gücləndirəcək. Tsi Tsinpin Çinin iqtisadi gücü ilə yanaşı hərbi gücünü də artırmaqla məşğuldur. Ölkəsini super dövlətə çevirməyə çalışan Tsi Tsinpin başda ABŞ olmaqla qonşuları Hindistana, Yaponiyaya və Avstraliyaya meydan oxumaq siyasətini davam etdirəcək.

Bu mübarizə Tsi Tsinpinin partiyasında mövqelərini gücləndirməyə xidmət edəcək. Hazırki mərhələdə partiya içərisində kimsə ona alternativ olmaq istəməyəcək. Onsuz da Çin parlamentinin 2018-cildə Konstitusiyaya etdiyi dəyişikliyə görə, Tsi Tsinpin istədiyi qədər ölkəsini idarə edə bilər, məhdudiyyətlər ortadan qaldırılıb. Başqa sözlə Tsi Tsinpin ömrünün sonuna qədər ölkəsini idarə edə bilər.

2012-ci ildə Çin Kommunist Partiyasının baş katibi seçilən Tsi Tsinpin 5 il sonra yenidən bu vəzifəyə seçilib. Beləliklə, Çinlə rəqabət aparan ölkələr hələ uzun müddət qarşılarında Tsi Tsinpini görəcəklər. Bu həm də o deməkdir ki, Tsi Tsinpinin hakimiyyəti dövründə Çinə qarşı müxtəlif koalisiyaların formalaşması və sıralarının genişləndirilməsi siyasəti də davam edəcək.

“Atlas” Araşdırmalar Mərkəzi


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam