Redaktor seçimi
Anar Əlizadə-Mübariz Mənsimov qarşıdurmasında YENİ DETALLAR 
Murad Süleymanov susur – Baş həkim(?) Elnarə Canlının ali tibbi təhsili varmı? -
Fermer kartlarından mənimsənilən milyonlar - Vəzifəli şəxslər və saxta terminallar -
Xüsusi Təyinatlı Yol idarəsində xüsusi rejim:
Qida təhlükəsizliyi üzərində qanunsuz “İctimai Şura” eksperimenti - Açıq şəkildə saxtakarlıq/
Anar Əlizadə haqqında ŞOK FAKTLAR - Yarım milyonluq saat, İstanbuldakı mülklər və Adnan Əhmədzadə ilə... /
QHT-lərə Dövlət Dəstəyi Agentliyinin “sehrli” qrant mexanizmi: İrəvan var, Gəncə yox(?) -
Salyanın keçmiş imperatorunun oğlu Rumıniyanı satın aldı -
Günün xəbəri

Putin Baydenlə nəyi müzakirə etmək istəyir?-Peskovdan açıqlama

Rusiya Prezidenti Vladimir Putin ABŞ dövlət başçısı Co Baydenin açıqlamalarının ikitərəfli münasibətlərə zərbə vurmasına imkan verməmək üçün açıq şəkildə ünsiyyət qurmağa dəvət edib.

Yenixeber.org: Bunu jurnalistlərə açıqlamasında Rusiya Prezidentinin mətbuat katibi Dmitri Peskov deyib.

“İki prezident arasında mübahisə ola bilməz. O, sadəcə iki dövlətin başçıları arasındakı dialoqa davam edərək danışmağı təklif edib”,- deyə Peskov Putinin Baydenə təklifini şərh edərkən qeyd edib.

Onun sözlərinə görə, Putin Bayden ilə Rusiyaya qarşı müntəzəm ittihamları və ikitərəfli münasibətləri müzakirə etmək istəyir.

İki prezident arasında əlaqə formatının necə ola biləcəyini şərh edən Peskov hələ ki, hər hansı bir detal açıqlamağın mümkünsüzlüyünü qeyd edib: “Hələ ki, ABŞ tərəfinin qərarı barədə məlumatımız yoxdur. Təbii ki, biz konkret formatlardan yalnız ABŞ tərəfinin reaksiyasını aldıqdan sonra danışa bilərik”.

Peskovun sözlərinə görə, açıq söhbət həm amerikalılar, həm də ruslar üçün maraqlı olacaq.

O, Baydenin Putinin təklifindən imtina etməsi təqdirdə bu addımı necə qiymətləndirəcəkləri barədə sualı da cavablandırıb.

“Prezident bir təşəbbüslə çıxış edərək təklif verdi və həm də bu təklifi Prezident Baydenin çox pis bir açıqlamasına baxmayaraq edib. Bu açıqlamanı yalnız “pis” sözü ilə ifadə edə bilərəm. Prezident bütün bunlara baxmayaraq, meqafon diplomatiyası oynamağın və atmaca mübadiləsi aparmağın mənasının olmadığını göstərdi”,- deyə Kreml sözçüsü bildirib.

“Rusiya ilə ABŞ arasında münasibətləri davam etdirməyin mənası var. Bu, Rusiya Prezidenti Putinin dünyagörüşü və yanaşmasıdır. Ancaq Prezident Baydenin potensial yanaşması barədə sizə heç nə deyə bilmərəm”,- deyə Peskov sözlərinə əlavə edib.


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam