Ermənistanın boynundakı “ilgək” sıxılır - İrəvan özünəqəsdə gedir
Sərhədlər və dəhlizlər tezliklə açılmasa, məğlub ölkə 1-2 ilə boğulacaq; ölkədən xaricə köçün miqyası daha 33% artıb; erməni şərhçi: “Hər şey alt-üst olub...”
Yenixeber.org: Kapitulyant Ermənistan üzərinə götürdüyü öhdəliklərin icrasını ləngitməklə, şübhəsiz, ən böyük zərbəni özünə vurur. Çünki bu qondarma dövlətin mövcudluğu, orada erməni adında məxluqatın varlığı böyük ölçüdə məhz həmin öhdəlikləri yerinə yetirməyə bağlıdır.
Əfsus ki, biz əksini müşahidə etməkdəyik. Məğlub ölkədən konstruktivlik adına heç bir addım gözə dəymir. Belə görünür ki, bu mazoxist toplum və onun iqtidarlı-müxalifətli xəyalpərvər elitasi hələ də özlərindən yazıq, “əzabkeş xalq” obrazı düzəltməkdə israrlıdır, nəinki gerçəklə hesablaşıb inkişaf yoluna çıxmaq. Bu yolla, yəni düşdükləri bəlalarda yalnız qonşuları ittiham eləməklə yenə də dünyanı öz mənfur niyyətlərinə inandıracaqlarını güman edirlər.
*****
Amma 44 günlük savaşdan sonrakı zaman kəsiyi göstərdi ki, dünya onların hiylə və məkrlərindən heç vaxt olmadığı qədər agahdır, üstəlik, belə naşükür, yalançı və saxtakar toplumun ah-naləsindən, şikayətlərindən təngə gəlib. Təbii ki, erməni lobbisinin təsiri altında olan, diasporun yemlədiyi bəzi çevrələr və satılmış Qərb siyasətçiləri istisna olmaqla.
Lakin “miatsum” qatarı da, ona qoşulu olan “status” və “artsax” vaqonları da artıq gedib. Soçidəki üçtərəfli görüş, ardınca İqtisadi Əməkdaşlıq Təşkilatının Aşqabad sammiti, iki şəhərdə qəbul edilən yekun bəyanatlar və imzalanan ikitərəfli, üçtərəfli (Azərbaycan, Türkmənistan, İran) sənədlər, Bakının qələbə münasibətilə, öz ərazi bütövlüyünü güc yolu ilə bərpa etməsi münasibətilə təbrik edilməsi buna öz silinməz “möhürünü” basmış oldu.
O da bəlli oldu ki, hətta İrəvanın çox ümid bəslədiyi qonşu İran belə, izolyasiyadan çıxmaq istəməyən “izqoy” Ermənistanla əlaqələrdə perspektivlər görmür və Azərbaycanı seçir, durğunluğu deyil, tərəqqini və inteqrasiyanı seçir, “cəhənnəmə getməyə yoldaş axtaran” Ermənistanı yox...
*****
Son mühüm gəlişmələr, kapitulyant ölkəyə və onun sükanı arxasında duranlara çox ciddi xəbərdarlıq siqnalları olmalı idi. Olacaqmı? Söyləmək çətindir. Görünən budur ki, rəsmi İrəvan daxildəki radikal ovqatdan və revanşist müxalifətdən ehtiyat edərək, yetərincə böyük zaman kəsiyi ərzində nə 9/10 noyabr 2020-ci il, nə də 11 yanvar 2021-ci il üçtərəfli sazişlərlə götürdüyü öhdəliklərə demək olar, əməl etməyib.
Soçidə baş nazir Nikol Paşinyana bir daha həmin öhdəliklər “başa salındı”. Eyni zamanda Bakının səbrinin sonsuz olmadığını erməni tərəfi bilməlidir. Məsələn, Zəngəzur dəhlizi açılmayacaqsa, Laçın dəhlizi niyə işlək olmalıdır ki? Yaxud hələ də Qarabağda qalan qanunsuz erməni silahlı birləşmələri. İrəvanda düşünürlərsə ki, Azərbaycan onların varlığına sonsuzadək dözəcək, möhkəm yanılırlar.
Doğrudur, Rusiya da öhdəliklərin yerinə yetirilməsinə məsuliyyət daşıyır. Çünki həm ortada konkret yazılı sənəd və öhdəlik var, həm də daşdan keçən gerçək: bu da ondan ibarətdir ki, 2-ci Qarabağ savaşından sonra məğlub Ermənistan heç vaxt olmadığı qədər Rusiyadan güclü asılılığa düşüb. Moskvanın yüngülcə təzyiqi yetər ki, ermənilər və onların “qərbçi” rəhbəri Paşinyan ağıllarını başlarına yığsınlar.
*****
Təbii ki, Ermənistan özü də Rusiyadan, Azərbaycandan təzyiq gözləmədən konstruktiv mövqe tutmağın alternativinin olmadığını anlamalıdır. Əks təqdirdə, altını həmişə olduğu kimi, erməni xalqı çəkəcək. Necə ki, çəkir. Bu da isti fakt.
Erməni mediasının yazdığına görə, son 3 ayda ölkədən xaricə miqrasiya 33% artıb. Belə ki, 2021-ci ilin 8 ayı ərzində Ermənistandan hava nəqliyyatı ilə gedən vətəndaşların sayı gələnlərdən 64 078 nəfər çox olub. 9 ayda bu yolla çıxıb gedən vətəndaşların sayı gələnlərdən 74506 nəfər, 10 ayda isə gələnlərdən 84934 nəfər çoxdur. Rəqəmlərdən məlum olur ki, Ermənistandan miqrasiyanın mənfi saldosu 3 ayda az qala, 21 min nəfər, yəni 33% artıb.
Ermənistanda təbii artımın aşağı olduğu da nəzərə alınsa, bu minvalla ölkənin yaxın 1-2 ildə faktiki boşalacağını və orada əsasən yaşlı pensionerlərin qalacağını söyləmək olar. Bütün bunlar o anlama gəlir ki, məğlub ölkə tezliklə qonşularla əməkdaşlıq və inteqrasiya yolu tutmasa, onun özünəqəsdi qaçılmaz olacaq. Artıq Ermənistanın boynundakı “ilgək” sürətlə sıxılmaqdadır. Bu ilgəyi isə onun boynundan yalnız özü çıxara bilər.
*****
Ancaq görün Ermənistanda hələ də hansı “çəhrayı” arzular və xam xəyallarla yaşayırlar.
“Ermənistanın tarixi şansı var idi. Böyük işlər görülmüşdü, pullar tökülmüşdü, diasporumuzun əsas işi bundan ibarət idi - 15 dekabr Brüsseldə baş tutacaq sammitdə İlham Əliyevlə Nikol Paşinyanın görüşü və bu zaman bəzi Qərb ölkələrinin İrəvanın maraqlarını qoruması. Amma Vladimir Putin bütün planlarımızı alt-üst etdi”.
Bunu erməni siyasi şərhçi Ambarsum Kabanyan deyib (Axar.az).
Onun sözlərinə görə, bu plandan heç kəsin xəbəri yox idi, lakin məxfilik qoruna bilmədi. “Kreml hər şeyi anladı və Soçi üçtərəfli görüşünü təşkil etdi. Soçidə isə Əliyev yenidən siyasi qələbə əldə etdi. Putin elə etdi ki, Brüssel görüşü formal xarakter daşıyacaq bir protokol görüşünə çevrildi. İrəvan bundan güclü zərbə ala bilməzdi. Soçi görüşündə ictimaiəşdirilməyən bir neçə məqam da öz həllini tapıb. Sözsüz ki, Bakının lehinə”, - deyə o, dərin məyusluqla vurğulayıb.
Hələ harasıdır, Ermənistan üçün bundan da betər olacaq. “Göylərdən yerə enmək” zamanı çoxdan çatıb...(musavat)