Ermənistan batır -bağlı sərhədlər ermənilərin bəxtini də bağlayıb!
Məğlub ölkənin xarici borcu son 4 ayda daha 804 milyon dollar artaraq fantastik həddə çatıb; Türkiyə mallarına qoyulan embarqo isə “öz ayağına güllə atmağa” bənzəyir - erməni iqtisadçılar və maliyyəçilər həyəcan təbili çalır...
Yenixeber.org: Erməni toplumu və onun önündə gedənləri cəfəng “ali irq” iddiasından imtina etməyincə və layiq olduqları adi irq statusu ilə barışmayınca nə inkişaf tapacaq, nə də bölgədə təhlükəsizlik içində özlərini hiss edəcəklər. Bu, birmənalıdır. Əfsus ki, ona qədər regionda uzunmüddətli sülh, sabitlik və əməkdaşlıqdan danışmaq da xeyli çətin olacaq. Bölgə üzərində isə müharibə təhlükəsi həmişə “Domokl qılıncı” kimi asılı qalacaq.
Erməni cəmiyyəti 44 günlük müharibədəki acınacaqlı məğlubiyyətdən hələ də ibrət dərsi götürməyib. Yoxsa ki, günü bu gün də məğlub ölkədə köhnə iddialarla, mifik “artsax dövləti”nin “bərpası” xülyaları ilə yaşamaz, revanşizmə qapılmazdılar. Özü də söhbət heç də radikal müxalifətdən və ya rəsmilərdən getmir. Nə yazıq ki, cəmiyyətin əksəriyyəti də “xroniki xəstəlik”dən qurtula bilməyib.
Bu xüsusda Ermənistanın birinci prezidenti, qismən praqmatik baxışları ilə fərqlənən Levon Ter-Petrosyanın dünənki bəyanatında aşağıdakı sitat diqqət çəkir: “Əfsus ki, Ermənistan və diaspora məğlubiyyətdən heç bir nəticə çıxarmayıb. Müharibədən sonrakı ritorika yenə xarici aləmdən boş və mənasız gözləntilərindən, hədələrdən, Türkiyə və Azərbaycana ünvanlı davakar ritorikadan ibarətdir. Seçki kampaniyası dövründə bu tendensiyanın daha da güclənəcəyinə şübhə etmirəm. Bu da vəziyyətin yaxşılaşmasına ümid etməyə imkan vermir və o anlama gəlir ki, erməni xalqını yenə itkilər və məyusluqlar gözləyir”.
*****
“Ermənilərin əksəriyyəti hələ də özlərinin uydurduqları nağıllara, öz müstəsna xüsusiyyətlərinə inanır, amma müasir reallıq fonunda nə qədər qüsurlu olduqlarını anlamırlar”.
Bunu isə rusiyalı tanınmış tarixçi və siyasi analitik Oleq Kuznetsov deyib (Axar.az). Onun sözlərinə görə, erməni toplumunun böyük əksəriyyəti sovet və postsovet illərində zehniyyətlərində formalaşmış illüziyaların əsiri olmağa davam edir.
“Ötən payızda Ermənistan ordusunu məğlub edən Azərbaycan İrəvana dövlətlərarası münasibətlər sistemində yalanlara, qəddarlıqlara və qeyri-prinsipiallığa yer olmadığını və ola bilməyəcəyini göstərdi. İndi Kreml açıq şəkildə bildirir ki, diplomatik arenada Ermənistanın bu cür təzahürlərinə dözməyəcək. Əslində isə erməni siyasətçilərdən erməni olmağa son qoyub normal insanlar olmağa başlamaları istənildi”, - deyə ekspert qeyd edib.
Analitikə görə, Ermənistanın müqavimət göstərdiyi Zəngəzur dəhlizi mövzusu İrəvan siyasətinin uyğunluq dərəcəsini təyin edən bir lakmus testidir: “Paşinyan öz patoloji hiyləgərliyini və qorxaqlıq keyfiyyətini dəf edərək 10 noyabr 2020-ci il tarixli üçtərəfli sazişin tərəfləri ilə tamhüquqlu siyasi dialoq aparmağa çalışan yeganə erməni siyasətçisidir. Mən heç vaxt onun haqqında illüziyaya düşməmişəm, hakimiyyətinin ilk günündən Paşinyanı populist adlandırmışam. Ermənistan baş nazirinin şəxsiyyəti ilə bağlı fikirlərim son üç ildə dəyişməyib. Ancaq Paşinyan öz etnik davranış stereotiplərini qıraraq Azərbaycan və Rusiya ilə yeni müqavilə imzalamağa gedən insandır... Azərbaycan istəsəydi, Ermənistan dövlətçiliyini toza çevirərdi, çünki Ermənistan onun iradəsinə qarşı hərbi müqavimət göstərmək gücündə deyil. Amma Azərbaycan sülh və əməkdaşlıq təklif edir”.
*****
Belə bir əməkdaşlıq təklifi, ondan qabaq isə bir-birinin ərazi bütövlüyünü tanımaq çağırışı keçən həftə bir daha Bakıdan, Prezident İlham Əliyevin dilindən səsləndi. İrəvandan adekvat reaksiya isə gözə dəymir. Halbuki dəfələrlə qeyd elədiyimiz kimi, sərhədlərin, nəqliyyat yollarının, kommunikasiyaların açılması ilk növbədə blokadadadan əziyyət çəkən, iqtisadi böhran yaşayan Ermənistana lazımdır. Və bu böhran getdikcə daha da dərinləşməkdədir. Bağlı sərhədlər ermənilərin bəxtini də bağlı saxlamaqdadır.
Söz düşmüşkən, bu arada məlum olub ki, yalnızca son 4 ayda cırtdan Ermənistanın xarici borcu daha 804 milyon dollar artaraq 8.7 milyarda çatıb. “30 aprel 2021-ci il tarixinə olan məlumata əsasən Ermənistanın dövlət borcu 8.7 milyard ABŞ dolları təşkil edib. İlin əvvəli ilə müqayisədə bu məbləğ 804 milyon dollar və ya 10% artıb”.
Suren Parsyan
Erməni mediasının verdiyi məlumata görə, bunu “Daşnaksütyun” partiyasının İqtisadi Tədqiqatlar Ofisinin iqtisadçısı Suren Parsyan deyib.
“Aydındır ki, bu borc ölkəmiz üçün böyük yük olacaq, çünki bu məbləğlər əsasən cari xərclərin (əmək haqqı, mükafatlar, sosial xərclər və s.) maliyyələşdirilməsinə yönəldilib. Mövcud hakimiyyət şübhəsiz ki, dövlət borcunu böyütməyə davam edəcək - onu gələcəkdə kimin, nə vaxt və necə ödəyəcəyini düşünmədən. Bu hökumət bir tərəfdən borc götürür, digər tərəfdən isə böyük biznesə pul qaytarır, yəni cəmiyyətin hesabına böyük biznesə kömək edir, biznes isə bu pulları Ermənistandan çıxarır. Belə maliyyə hərc-mərcliyi şəraitində Ermənistanın hər bir vətəndaşının üzərinə düşən borc 2960 dollara çatıb”, - deyə Parsyan həyəcanla vurğulayıb.
*****
Öz növbəsində İrəvan Ekspert Cəmiyyətinin qurucusu Emil Stepanyan yanvarın 1-dən Türkiyə mallarına qoyulan 6 aylıq embarqonun ağır fəsadlarından danışıb. Onun qənaətincə, embarqodan ən çox Ermənistan əziyyət çəkir, nəinki Türkiyə. “Yeni Musavat” xəbər verir ki, bu barədə o, “Sputnik-Ermənistan”a danışıb. Beləcə, Türkə aşırı nifrət erməniləri “öz ayağına güllə atmağa” qədər mazoxist və absurd davranışa vadar edib. Altını isə yenə özləri çəkirlər.
“Erməni bazarlarında həqiqətən də Türk malları azalıb, lakin onlara tələb yüksək olaraq qalır. Bu səbəbə idxalda boşluqlar asanca tapılır. Yalnızca qadağa ilə axını tam dayandırmaq mümkün deyil. Əlavə olaraq - və bu, çox vacib bir detaldır - qadağan olunan Türk brendləri deyil, Türkiyədə istehsal olunan məhsullardır. Türk markaları isə bir çox ölkədə istehsal olunduğundan, bəzi idxalçılar eyni markaları başqa ölkələrdən gətirməyə başlayıblar. Hazırkı keçid dövrünün ən qəliz vəziyyətində məhz Ermənistandır. Ermənistanın ümumi idxalında Türkiyənin payı 5%-dir. Bu, heç də balaca rəqəm deyil. Ayrı-ayrı mal qrupları üzrə isə Türk mallarından asılılıq 5%-dən çoxdur. Məsələn, embarqodan əvvəl Ermənistandakı bütün geyim və ayaqqabıların təxminən 50%-i Türkiyədən gəlirdi!”, - deyə Stepanyan yada salıb.
Səbəblərə gəlincə, o, bir neçə amilə diqqət çəkib: “Bunun bir çox səbəbi var: etiraf etmək lazımdır ki, Türk malları qiymət və keyfiyyətin əla uyğunluğuna malikdir və hər erməni istehlakçısı yüksək qiymət hesabına özünə Avropa keyfiyyətli malı rəva görə bilməz. Türk malları erməni idxalçıları üçün də əlverişlidir - qısa məsafə, sürətli çatdırılma, az-az idxal və hissə-hissə ödəmək imkanı. Yeri gəlmişkən, Türkiyə tərəfindən qəsdən təxribat istisna edilmir: belə ki, Türkiyə erməni idxalçılarına xüsusi endirimli, dempinq qiymətlərlə məhsullar təklif edə bilər ki, bu da Ermənistanın kövrək yerli sənayesini daha sürətli şəkildə iflasa gətirər. Yəni qadağa müddətinin savadsız tətbiqi nəticəsində sonda yalnız bizə zərər gətirəcək bir ssenari istisna edilmir!”
Bu kimi ssenarilərdən qurtulmağın yeganə yolu isə ermənilərin millət olaraq Türk xofundan və Türkə aşırı nifrətdən xilas olub, həm Azərbaycan, həm də qardaş ölkə ilə normal əlaqələr qurmaqlarından keçir. Bundan ötrü isə rusiyalı analitik Oleq Kuznetsovun təbirincə desək, erməni yox, sadəcə, insan olmaq gərəkdir...
“Müsavat”