Redaktor seçimi
Cəlilabadda iki məktəbin bir direktoru var?! –
Ağlar günə qalan Gəncə: Dövlət qurumları hara baxır? –
Zaur Mikayılovun bu "kontor"unda dövlət əmlakı talan edilir -
Qazinin Dövlət Qurumunda 3 Aylıq “Əsirlik” Həyatı -
Baba Rzayevin şəxsi maraqları “Lubristar LLC” MMC ilə harada toqquşdu?! -
ADAU-da Zəfər Qurbanovun qiyabiçi rektorluğu... -
"Unibank"ın rəhbəri Eldar Qəribovun Fransadakı izləri...-Oğlu İlkin Qəribli birinci oyundan "əli yaxşı gətirmiş" qumarbazdır/
Suraxanı məmurları Adil Əliyevin adını şəhid ailəsinin torpağını dağıtmaqda hallandırır -
Günün xəbəri

Erməni qırğıları yasda -“Paşinyan hələ də Baydenə çıxa bilməyib...”

 

Məğlub ölkənin böhrandan qurtuluşuna əngəl olan çevrələr Ağ Ev başçısının Qarabağ avantürasına “ikinci nəfəs” verəcəyinə ümid edir; Türkiyə nəşri: “Ermənistan iqtisadiyyatı diaspordan və Qərb ölkələrindən asılı qaldıqca...”

Yenixeber.org: 10 noyabr kapitulyasiya sənədinə məcburən imza atan Ermənistanda müharibə sonrası qeyr-müəyyənlik qalır. Hələ ki, məğlub ölkənin düşdüyü acınacaqlı və böhranlı durumdan necə çıxmaq barədə heç bir siyasi qüvvə konkret proqram, “yol xəritəsi” irəli sürməyib. Halbuki “velosiped kəşf etməyə” lüzum yox. Xilas formulu bəlli: öncə qonşu Azərbaycan və Türkiyə ilə əməkdaşlıq bərpa olmalıdır. Buna isə mane olan amillərdən biri də daxili ictimai-siyasi duruma güclü təsir imkanlarını saxlayan xaricdəki erməni lobbisidir.     

“Hazırda əsas sual açıq qalır: Ermənistan 3+3 platforması əsasında bir neçə milli iqtisadiyyatı birləşdirməyə yönəlik səylərə qoşulacaqmı? Hələlik İrəvanın Azərbaycan və Türkiyənin uzatdığı əli sıxmağa hazır olmadığı görünür”.

 

Bu barədə Türkiyədə nəşr olunan “Sabah” qəzeti yazıb.

 

“Əlbəttə, müharibəni təzəcə uduzan Ermənistanın baş naziri Nikol Paşinyan və komandası yeni regional platformaya qoşularkən psixoloji və siyasi problemlərlə qarşılaşacaq. Lakin İrəvanın yaranmaqda olan ”sülh adası"ndan özünü kənara çəkməsi iqtisadi göstəricilərinin daha da zəifləməsinə gətirib çıxaracaq və ölkənin erməni diasporundan və Qərb ölkələrindən asılılığını saxlayacaq. Bu isə ciddi problemdir", - deyə nəşr xəbərdarlıq edir.

*****

Ermənistanın və oradakı toplumun əsas problemi əslində elə budur. Çünki regionda əbədi və ədalətli sülhün yaranmasına, İrəvanın öz qonşuları ilə əməkdaşlıq içində mövcud olmasına ən böyük əngəl xaricdəki, özəlliklə ABŞ və Fransadakı erməni diasporudur - hansı ki, Türkiyəyə qarşı daima dünyada və Ermənistanda inamsızlıq və nifrət atmosferi yaratmaqla məşğuldur.

Artıq tarixdə qalan Dağlıq Qarabağ konfliktini təzədən alovlandırmağa çalışan əsas qüvvə də yenə odur - lobbi. Bu dəfə ABŞ Konqresinə və Bayden administrasiyasına permanent təsirlər yolu ilə o, məkrli hədəfinə çatmağa səy edir. Erməni diasporu eyni zamanda 10 noyabr üçtərəfli anlaşmanı pozmaq və bölgədə Ermənistanın iştirakı ilə hər hansı iqtisadi əməkdaşlığı tormozlamaq üçün əlindən gələni edir.   

Təəssüf ki, Ermənistanın özündə də lobbinin “dudkası”na oynayanlar az deyil. Halbuki həmişə boyundan iri iddialarla yaşayan bu cırtdan və “iqzoy” ölkənin başına nə gəlibsə, müstəsna olaraq erməni diasporunun təxribatçı və qan iyi verən “yol xəritəsi”ni əsas götürdüyü üçün gəlib.

44 günlük müharibə ile ilgili görsel sonucu

44 günlük müharibənin ağır və rüsvayçı nəticəsi də ən əvvəl bu amillə bağlıdır. Odur ki, erməni xalqı inkişaf yoluna çıxmaq, sülh və təhlükəsizliyə qovuşmaq istəyirsə, ilk növbədə lobbi faktoru ilə bağlı qərarını verməlidir. Əks təqdirdə, bu xalqı daima yeni fəlakətlər təqib edəcək. Başqa sözlə, ermənilərin xoşbəxtliyi xariclə yox, bilavasitə öz yaxın, qapıbir qonşuları ilə - Türkiyə və Azərbaycanla bağlıdır. Bunu dərk eləmək üçün xəritəyə baxmaq kifayətdir.

*****

 

Əfsus ki, bu xalqı bədbəxtliyə sürükləyənlər yenə köhnə havadadırlar. Qeyd edildiyi kimi, bu dəfə ümidlər Ağ Evdəki yeni “Sem dayı”ya - Co Baydenə və Konqresin erməni çörəyi yeyən Adam Şiff və Ceki Speyer kimi üzvlərinədir - hansılar ki, Baydeni “erməni məsələsi” ilə, “artsax məsələsi” ilə bağlı az qala, bezdiriblər, Bakı və Ankaraya qarşı “ciddi tədbirlər görülməsi” üçün təxribatçı müraciətlərini davam etdirilər. Ermənistandakı qırğıları, daşnak tör-töküntülərini ən çox ümidləndirən də görünür, bu hərəkətlərdir.

“Bayden administrasiyasını əvvəlkilərdən ayırmaq lazımdır. Çünki indiki rəhbərlik əvvəlkilərdən fərqli olaraq, erməni icmasının qaldırdığı məsələlərə ən yaxşı şəkildə bələddir. Vaxtilə Bayden senator olarkən ermənilərə xeyli kömək edib. Deyə bilərik ki, o zaman o, ermənipərəst senatorlardan biri idi”.

Bu barədə 1in.am portalına erməni ekspert Suren Sərkisyan deyib.

Suren Sərkisyan ile ilgili görsel sonucu

Suren Sərkisyan

 

Onun sözlərinə görə, Bayden (erməni maraqları baxımından - red.) ABŞ-ın başında dura biləcək ən uğurlu şəxsdir: “Yəni Amerika gündəmi inkişaf tapa bilər. Amma təəssüflə qeyd etməliyəm ki, bu ana qədər heç bir istiqamətdə inkişaf gözə dəymir, hətta Ermənistan və ABŞ liderləri arasında bu günədək telefon danışığı belə olmayıb. Ümid edirəm buna nail olacağıq. Düşünürəm ki, Bayden erməniləri yaxşı tanıdığı və erməni icması ilə yaxşı əlaqələri olduğu üçün biz bu fürsətdən istifadə edə biləcəyik”, - deyə Sərkisyan özündənrazı şəkildə qeyd edib.

Bayden ile ilgili görsel sonucu

Qondarma “erməni soyqırımı”nı tanıması ilə bağlı Baydendən gözlənti və bununla bağlı Ermənistan hökumətinin nə etməli olması barədə sualın cavabında isə Sərkisyan bildirib ki, belə bir qərarın verilməsi üçün situasiya çox əlverişlidir: “Çünki Bayden komandasının əsas üzvləri ermənipərəst mövqeyə malik senatorlar və konqresmenlərdir. Bu məsələ ilə bağlı yeganə sıxıntı Türkiyənin 24 aprelədək Ermənistanla bir növ dialoqa başlamaq istəyi ola bilər. Şübhəsiz ki, türklər bundan öz xeyirləri üçün istifadə edəcəklər, çalışacaqlar ki, ABŞ prezidenti ”soyqırım" sözünü işlətməsin. Vaşinqtonun “soyqırımı” qəbul eləməsindən sonra təbii ki, bu məsələ dünyanın digər ölkələri tərəfindən də qəbul ediləcək. Bu da bizə imkan yaradacaq ki, bütün imkanlarımızı və resurslarımızı Ermənistan və “artsax”ın təhlükəsizliyinə yönəldək".

*****

Erməni politoloqun açıqlamasının xaricdəki lobbinin məkrli hədəfləri ilə üst-üstə düşdüyü apaydın ortadadır. Beləcə, saxta soyqırımı Co Baydenin tanınmasının ardınca onlar Qarabağdakı separatizm üçün “ikinci nəfəs”, Türkiyə və Azərbaycana qarşı isə yeni “kart-blanş” əldə eləməyə ümidlidirilər. Ancaq ermənilərin bölgədəki 200 illik əsas arxa-dayağı olan ruslar demiş, “Arzu ilə yaşamaq ziyanlı deyil...” 
“Müsavat”


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam