Redaktor seçimi
Heydər Əliyevin posterini sökdürən Vüqar Sədiyev bu qədər sərvəti hansı məmurun hesabına əldə edib? -
TALIBOVLAR SƏRVƏTLƏRİNƏ SƏRVƏT QATIRLAR – Məhərrəm Talıbovun oğullarının dəbdəbəli həyatı.../
Zaur Mikayılov iri şəhərlərdə iri məbləğləri belə “yuyur” –
İcra məmurunun oğluna verilən milyonluq tenderlər -
Bakı-Quba yolunun Ziyalı, əməli Saleh olmayan bəxti....
Zaur Mikayılov Eldar Əzizovun kölgəsində “üzür” –
Anar Əlizadəyə Serbiya pasportu nədən verildi - Adı rusiyalı casuslar, müharibə oliqarxları ilə birgə hallanan milyonçu kimdir?/
Saleh Məmmədov dərhal həbs olunmalıdır,... PKK terror təşkilatının missioneridir -
Günün xəbəri

Forbes:"Rus artilleriyası Ukrayna ordusunu cəmi 10 saniyəyə məhv edəcək"

Forbes: "Rus artilleriyası Ukrayna ordusunu cəmi 10 saniyəyə məhv edəcək"
Rusiya ilə Qərb arasında Ukraynaya görə gərginlik artdıqca xarici KİV-də yeni müharibəyə dair daha çox analitik yazılar dərc olunur. 
Yenixeber.org: Xüsusən də məşhur nəşrlər Avropanın dəhşətli münaqişənin bir addımlığında olmasının anonsunu verir.
Məsələn, "Forbes" yazır ki, artıq rusların Silahlı Qüvvələri müharibəyə hazırdır. Rusiya ordusunda piyada, tank və artilleriya bölmələri arasında sıx əməkdaşlıq qurulub. Məhz artileriya isə Ukrayna ilə hərbi münaqişədə əsas rol oynayacaq və onun qoşunlarını 10 saniyə ərzində atəşə tutaraq darmadağın edə biləcək.
- Hərbi ekspert David Eks Rusiya hərbi doktrinasında artilleriya qoşunlarının əhəmiyyətini xatırladıb. Digər qoşun növləri artilleriya üçün mühafizəni təmin edir və o, güclü atəşlə düşmənin müdafiəsində boşluq yaratdıqdan sonra piyada və tanklar həmin həssas istiqamətdə hücuma başlayır.



Döyüş birləşmələrində artilleriya qurğularının və çoxsaylı raket sistemlərinin tətbiqinə xüsusi diqqət yetirilir. Hər bir Taktik Batalyon Qrupunda (TBQ) təxminən 18 haubitsa var. Məsələn, ABŞ-da belə silahlar yalnız briqada səviyyəsində mövcuddur,-məqalədə yazılıb.

Müəllif deyir ki, Rusiya-Ukrayna sərhədi yaxınlığında 70-ə qədər TBQ-nin yerləşdirildiyini nəzərə alsaq, müharibə başlanacağı təqdirdə Ukrayna ordusu dərhal öz mövqelərində artilleriya zərbələri görəcək. Bundan sonra isə rus bölmələrinin sürətli irəliləyişi təmin ediləcək.

- Rusiya Quru Qoşunları Baş Qərargah rəisinin müavini, general-mayor Vadim Marusin deyib ki, hədəflərin kəşfiyyatı və artilleriya ekipajlarının hazırlanmasından atəşin başlanmasına qədər olan müddət 10 saniyə çəkir.

Qeyd edək ki, son aylar Rusiya ilə Qərb ölkələri arasında Ukrayna məsələsinə görə gərginlik yaranıb. Bu beynəlxalq hərbi-siyasi gərginliyi "Ukrayna böhranı" da adlandırırlar. NATO və ABŞ rəsmiləri Rusiyanın Ukrayna ilə sərhədə 100 mindən çox qoşun toplamasını Moskvanın qonşusunu işğala hazırlaşması ilə əlaqələndirib. Rusiya rəsmiləri isə silahlı qüvvələrini öz ərazisində yerdəyişmə etmək üçün suveren hüquqa malik olduğunu bəyan edərək bu cür hərbi gedişlərin, heç kimi təhdid etmədiyini söyləyirlər.

ABŞ və bəzi Avropa ölkələri Ukraynada yeni münaqişənin başlanacağı təqdirdə Rusiyanı “görünməmiş sanksiyalarla” hədələyir. Bunun fonunda Şimali Atlantika Alyansı da Şərqi Avropada mövcudluğunu gücləndirir.

Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam