Redaktor seçimi
“ƏLİLLƏR evi”nin KANALİZASİYASI, PANDUSU, 36 sotluq kompleksi “dövlət  sifarişi” ilə “yeyilib” -
“Seçilmişlərə” qrant, qalanlarına qadağa: QHT-lərə Dövlət Dəstəyi Agentliyində qaydasız oyunun arxitekturası -
Hüseynovların qohumu olan Rəşad Zeynalovla bağlı ŞOK İDDİALAR:
“Sumqayıt Hospital”da xəstə ƏHLİ aMANsız durumda – Akademik-deputatın adı hallanır /
90 dəqiqəlik “qrant möcüzəsi”: 602 layihə, 300 qalib və görünməmiş operativlik -
Aygün Əliyevanın “Üfüq”də görünən vəkilliyi - Adı başqa, içi başqa QHT layihələri/
Gəncə Dövlət Universiteti şəxsi maraqların girovunda -
Hüseynovların qohumu olan Rəşad Zeynalovla bağlı ŞOK İDDİALAR:
Günün xəbəri

Hərbi rejim bitdi:Ukrayna hansı addımı atacaq?

 

Hərbi vəziyyətin bitməsi və ya uzadılmasından asılı olmayaraq, Rusiya ilə Ukrayna arasında mövqe toqquşmaları davam edəcək.

Yenixeber.org: Bu sözləri politoloq Elxan Şahinoğlu deyib.

“Ukrayna 1 ay əvvəl Rusiyanın Azov dənizində yeni təxribatlar törədəcəyindən və Donbasda toqquşmaları genişləndirəcəyindən ehtiyat edərək ölkədə hərbi vəziyyət elan etmək məcburiyyətində qalmışdı. Rusiyanın Ukraynaya məxsus gəmilərin heyətini hələ də həbsdə saxlaması rəsmi Kiyevin haqlı qərar verdiyini ortaya qoydu. Bu mənada Ukraynaya təhdidlər hələ də qalmaqdadır, çünki Rusiya ilə münasibətlərdə gərginlik davam edir. Rusiya ilə Ukrayna arasında mövqe toqquşmaları davam edəcək”, - siyasi şərhçi bildirib.

E.Şahinoğlu qeyd edib ki, Rusiya Ukrayna ilə müharibəyə başlamaq niyyətində deyil:

“Çünki Rusiya anlayır ki, Ukrayna ilə müharibə Rusiyaya qarşı növbəti sanksiya dalğasına yol aça bilər. Buna görə də hər iki tərəf Azov olayından sonra müəyyən qədər soyuqqanlı davranmağa və geri addım atmağa çalışır”.

Politoloq onu da əlavə edib ki, Ukrayna müxalifəti hərbi vəziyyətin daha bir neçə ay uzadılmasının əleyhinədir:

“Çünki hərbi vəziyyətin uzadılması birbaşa seçkilərin təxirə salınması kimi anlaşıla bilər”.

Qeyd edək ki, Rusiya 25 noyabrda Ukrayna Hərbi Dəniz Qüvvələrinə məxsus 3 gəmiyə hücum edib. Silahlı hücumdan və tarandan sonra gəmilər zəbt edilib və yedəyə alınaraq 24 əsirlə birgə Kerç limanına aparılıb.

Hücum zamanı 6 Ukrayna hərbçisi yaralanıb. Ukrayna insidentlə bağlı 10 vilayətdə bir ay müddətində hərbi rejim elan edib.

Kerç boğazında yaşanan gərginlikdən sonra 26 noyabr tarixindən etibarən Ukraynanın 10 vilayətində 30 günlük hərbi vəziyyət elan edilmişdi.(axar.az)

 


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam